ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


Mir Tağı Ağanın beytül-malı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə38/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   34   35   36   37   38   39   40   41   ...   100

 

149 


Mir Tağı Ağanın beytül-malı 

 

Mən  sürücü  işdiyirdim,  həmişə  evdən  çıxanda  səhər-



səhərlər  namaza  durardı  ağam,  Quranın  altınnan  keçirdərdi 

məni. Mənə atasının adını qoyub, ona görə mənə “ata” deyər-

di. Bir gün bizim bı köhnə  Alvadı kəndi  var, ora tikinti  mat-

rialı gətirmişəm. Maşını boşaldmağ bir az vaxt çəkir də. Gəl-

dim gördüm mağazada un satıllar. 80-ci illər idi o vaxt, biyaz 

un qıt idi. İki tay un aldım. Gəldim evə. Camaat da çox idi or-

da. Bı da bırda oturmışdı. Evdə də heç kim  yox idi, tək otur-

mışdı. Quran oxuyurdu. Maşını saxladım, taksi idi, unnarı dü-

şürtdüm. Hə nə isə oxudu qutardı, dedi:  

– Dədə, nə almısan?  

Dedim:  

– Hec, un almişam.  

Gəldi birinə köməy elədüy, qoyduğ içəri. İkincisinə dedi, 

yox  dəymə  qoy  qalsın  orda. Bildim  ki,  kiməsə  verəcək, cünki 

bında  belə  şeylər  olurdu.  Bir  də  görsən  gəlirdim  mən,  elə  hə-

yətdən  deyirdi  ki,  əə,  cıbündə  nə  var?  Adam  da  oturub  evdə 

gözdiyir  də.  Ona  beytül-mal  deyirdilər  də.  Verərdilər  bı  da 

üssün  düzəldərdi,  ya  o  qardaşımnan,  ya  mənnən  pıl  alardı  dü-

zəldərdi payliyardı. O adamlar hər ay gəlırdilər onun yanına. 

Özü payliyardı adamlara. İndi məsəl beytül-mal veriblər 

bına bı qədərdi, cağırardı bizi ki, gəlün bı adamları yola salun. 

Bıların  məsəl  un,  qənd  almağa  pılları  yoxdu.  Yəni  imkansız 

adamlardı. 

Nəsə saxladı orda məni, mən də maşını qoyub gəlmişəm 

orda. Bi dənə də balaca maşınımız var idi. Dedi:  

–  O  unu  götür  qoy  maşına.  Bilirsən  bınçın  orda  indi 

durub ağlıyan var. Dedi, rayonnan almısan?  



 

150 


Dedim:  

– Yo Alvadıdan. 

Dedi: 

– Vay, vay, vay. Sizin üzüzzən elə ajdığ yağır.  



Da səsimi də çıxarmadım. Qoyduğ maşına, sürdüy  Alva-

dıya o  mağazanın qabağına. Gördüy  2 dənə  yaşdı qadındı  satı-

cıynan mübahisə eliyillər ki, əşi, bı un siyahıynan gəlib. Sən ni-

yə bizim unumuzu vermirsən. Əllərində də araba gətiriblər unu 

aparmağa, un da yox. Demək ağaya hissiyat gəlib ki, biz kimin-

sə  malını  yeyirük  də.  Dedi,  düş  aç  bağacı.  Qızım,  gəlün  bıra. 

Gotür qoy ora unu. Gotürüb qoydum unu arabıya. Hə gedün.  

Dedi:  


– Bə, əmi, bının pılı?  

Dedi:  


– Oon pılı catıb uje. Fırrandüğ çıxdüğ gəldüy. 

Hə belə vəhlər çox olurdu. 

Bi  də  görürsən  yerinnən  dururdu  birdən,  deyirdi  gedi-

rəm filankəs xəstədi, vəziyyəti pisdi. Məətəl qalırduğ özümüz 

də. Yəni bı hardan bildi bını. 

 

Mir Tağı Ağanın hissiyatı 

  

Bi dəfə bi qonşuda birinin evi yanırmış, evdə də hec kəs 



yox. Həmən günü evdən tez çıxar, çıxanda deyər ki, nəsə na-

rahatam  elə  bil  hadısə  olacağ.  Elə  də  olub,  işdən  qayıdanda 

görüb bəs qonşunun evi yanır. 

Ağada belə hisslər çox olurdu. 

Adicə  onun  ayaqqabısın  kimsə  elə  belə  ayağına  taxıb 

cıxarseydi,  gəlib  deyirdi  ki,  kim  mənim  ayaqqabımı  geyib. 




 

151 


Onu hiss edirdi. Qəsdən eliyirdüy görəy biləcəy? Özü də ki, o 

elə ateydi ki, hec vaxt səsinin tonu qalxmazdı bizə.  

 

Lampa sönmür 

 

Mənim  anam  onun  ocağına  gələndə,  o  vaxtı  onda  işığ 



olmeyib, lampa olub.  Anam gəlib  lampanı söndürməyə, neft-

nən  yanırmış. Lampa sönmeyib, piltəsini əlnən sıxıb, nə illah 

eliyib, lampa sönmiyib. Atamın da anası olmıyıb, nənəsi bıla-

rın  ikisinə  də  analığ  eliyib.  Çağırıb  ki,  anasın,  bacı  deyirdi, 

bacı, lampa sönmür. Nənəm də gəlib nə qədər əlləşibsə, lam-

pa sönmüyüb. Sora qonşunu çağırıb ki, bəs hal qəziyə belə. Bı 

qadın  gəlib  ağlıyıb.  Deeb,  bəs  bı  ağanın  ocağına  gəlin  gəlib, 

onun  evində  teşt  qurulub  həmişə.  O  öz  ocağının  bərpa  olun-

masını istiyir. Nənəm də deyib ki, mən nə qədər canımda can 

var, bı ocağı yaşadacam. 

 

Mis teşt 

 

Bir  dəfə  bura  bi  qadın  gəldi,  seyid  idi  o  da.  O  gəldi  ki, 



bəs  mənə  yuxuda  deyillər  ki,  nənəm  də  teşt  qoyurdu  ziyarət-

çilərçin, bəs get ağagilə de ki, o teşt  yazılacağ. Çüyünü götür-

sünnər ora mis teşt qoysunnar. Sözün doğrusu, ailə böyüy idi, 

çatdırmağ  olmurdu. O da  baheydi,  nənəm  dedi eybi  yox  bu  il 

qalsun. O qadın 3 dəfə gəldi. Axırı nənəm maaşın aldı, sora bı 

teşti  almağa. O  qədər  saf  insan  idi  ki, onu  o ar bilmədi  durdu 

məclisdərin birində, bı məhərrəmliydə, dedi, ay camaat, mənim 

niyyətim  budu,  bəs  belə,  adi  qara  2  qəpiy.  Onnan  kim  var-

ranacağ? Dedi, ay camaat, sizə savab olmağçün, 2, 5, 10 qəpiy, 

kimin nəyə qüvvəsi çatarsa, pıl qoysun. Onda teşt 35 manat idi. 




 

152 


Nə isə yığıldı, verildi. Getdi onu Boradigahdan zakaz verdi onu 

aldı  gətirdi,  qurdu.  Teşt  qurdu.  İmamın  7-si  idi  yığışdırdılar. 

Yığışdıranda  gətirdi  teştin  suyun  boşaltdı,  o  dua  oxunmuş 

sudu.  Onu  nənəm  içiləsi  olmıyanda  güllərin  dibinə  zada 

tökürdü,  kiməsə  də  nəzir  verirdi.  Teşti  boşaldanda  gördüy 

teştin  qırağı  bütoy  ərəb  yazısıynan,  Quran  diliynən  yazılıb. 

Sadə ustaya düzəlmiş teşt idi. İçi heç nəsiz. Bax o möcüzədi ki, 

onun  içi  bütöy  yazılmışdı  soradan.  İçində  də  dəvə  karvanı 

şəklinə  qədər.  Gətirdi  atam  onu  özü  gördü,  oxudu  da.  Amma 

şəkk elıməsün deyə  millətimiz, götürdü onu apardı Ərkivanda 

axund  var  idi.  Apardı  o axundun  yanına. Dedi ki,  axund,  bını 

sən oxu.  Axund oxuyub  ağamı qucağlıyıb  ağlamışdı. Demişdi 

sənin saflığua, mərtdigüə o ocağ elə də olmalıydı. 

 

Ələm 

 

Ora  qeybən  ələm  gəldi,  axşam.  Bizdə  həmişə  söbət 



olurdu ki, bu evdə Əbəlfəz ələmi  yoxdu, ocağımızda. Bir kəs 

gəlib,  atam  dedi,  mən  bı  adamı  tanımıram.  Ürbənddi  adam 

imiş. Arxadan gəlib, qəbristanlığın birinci qapısı var, bizə tə-

rəf.  Orda  salam  verib  atama.  Atam  deyir  başıaşağı  belə  gə-

lirəm,  deyib  ki,  ay  ağa,  səə  qurban  olum,  sənə  əmanət  gətir-

mişəm. Qara bayrağ yazılı, arasında da ələm. Vermişdi atama, 

atam gətirdi, onu qoyduğ ocağa.  

 

Haqqımı halal eləmərəm 

 

Atam  deyirdi  ki,  balalarım,  heç  vaxt  gedib  cəddüüzdən 



istifadə  eliyib  bir  şey  eləmöün.  Nə  vaxtsa  kimsə  səən  qəlbüə 

dəysə də, hec vaxt ona cəddim evüü  yıxsın demiyəsüz. Onda 

haqqımı  sizə  halal  eləmərəm.  O  dərəcədə  insan  adam  olub, 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə