ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə34/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   30   31   32   33   34   35   36   37   ...   100

 

134 


Məsəl  biri  yoldaşıynan  gedir  kxxk  eliyəndə  qayıdıb  ağanı 

vırıb  da.  Amma  başına  iş  gələnnən  sora  gəlib  ağadan  üzr  is-

siib, ağa da bağışdeeb. Kinni döyüldü, sadə adam idi. 

 

Seyid Sadiqin cəddi xəstəni sağaldır 



 

Bizdə  bi  Teymur  Yahyayev  var  idi  icra  başçısı,  elə  bi-

zim  kətci  idi,  Teymur  onnan  çox  qorxurdu.  Ağa  girirdi  içəri 

daa  dayanmazdı  ki.  Bi  dəfə  rəis  mavininə  tapşırıblar  ki,  ağa 

gələlndə buraxma ha, qonağlar  var nazirriydən  gəliblər. Nəsə 

ağa  girər  içəri  day  nə  demeeb.  Day  Teymura  nələr  demeeb. 

Olar  da  baxıblar,  ədə,  bu  nədi,  Teymur  da  deeb  ağadı  də 

bizim ağamızdı. Bunın kimisi  yoxdu da. Amma həmin adam-

lar ki, var orda həmin məclisdə olublar, indi olar ağanın ölən-

nən  sora  üstünə  gəlillər.  Bura  ən  cox  xəstələr  gəlir,  şəfa  da 

tapıllar.  Vallah  bura  xəstə  gətmişdilər  day  yer  qalmamışdı 

gəzzirməsinnər.  Hətta  yaylığnan  zadnan  bağladılar  məzarın 

dəmirinə,  elə  bi  ki,  havalı  kimi  olmuşdu  də.  Gətdilər  maşın-

nan uzanan  vəziyyətdə düşürtdülər, səhərdən düz saat 4-ə ki-

mi  o,  uzandı  ağanın  ziyarətində,  uzatdılar  özündə  döyül  aaa 

baxa bilmir adama, camaat da gəlir gedir öz ziyarətdərini eli-

yir. Cavanca oğlandı 30 necə yaşında, 4 günnən sora onu gör-

düm qolunnan tutub ayağ üstu gör




 

135 


lazımdı  gondərib  olara.  Öz  də  belə  şeylər  çox  olub  ha,  bi  bu 

döyül. Kimədə nə desə, heç kim inciməzdi onnan, lap söysey-

di də. Yolda durardı bi də gordün propkadı Masallıda, hə, nə-

di bəs ağa durub ortada bu üzdən alır buraxır, o üzdən pul alır 

buraxır. Öz də kefnən aaa necə isteer, hünəriydi kimsə dillən-

sin.  Bi  də  gördün  kefinə  gəlirdi  ordan  aldığı  nəziri  bı  biri 

maşına verirdi. O ölən günü kimin toyları vardı hamı saxladı. 

Zaddar a Allahdan qorxannar.  

 

Dəsmal 

 

Bi dəfə bizim rəis olub – Dövlət Səfərov, deer, oturmuş-



duy dostdarnan, biz də tanımıruy də, ağa gələr  söyə-söyə nə-

sə. Deeb, bu kimdi? Deeblər ki, bəs belə belə ağamızdı. Bının 

da  seyiddərə  hörməti  böyük  imiş.  Nəsə  ağanı  otuzdurublar 

yannarında.  Ağa  bına  deeb,  sən  Naxcıvannısan?  Deeb,  hə, 

hardan  bildün?  Deeb,  ə,  mən  bilirəm.  Nə  isə  durub  gedəndə 

bına  3  dənə  cib  dəsmalı  verər.  Bı  da  hələ  onda  rəis  zad  döy-

müş ee. Deer, heç üstünnən iki il nə çəhmədi ordakıların üçü 

də  vəzifəyə  gedib.  Deer,  gözzənilmiyən  bi  şeydi  da.  Deer, 

mən  elə  onda  fikirrəşdim  ki,  ağanın  o  dəsmalı  mənə  vermə-

sindədi hikmət elə. 



 

Tfu üzünə 

Bi dəfə bazarda bi gəlin xaylağına belə pxkk eliyər, gəlin 

də  nətər  qorxarsa,  qucağınnan  uşağ  düşər  yerə.  Gəlin  qayidar 

mini  söyər.  Bi  da  qayidar  heç  nə  deməz,  bi  dənə  baxar  mına 

deyər tfuu üzüvə. İnanın heç gəlin biyaz getməz ki, uşağ qarışığ 

tarapp  dəyib  yerə.  Gəlin  uje  ölür,  pis  haldadı.  Camaat  yığılışar 

tökülər bıra, adə, noolub? Ağanı tapdılar gətdilər. Gəldi bellədi 



 

136 


ye, ay çəpəl, dur ayağa. Dedi, məəm ayağlarıma yıxılma, gala bı 

zadı, ehsanı, nəziri verrəm sənə, get o uşaxçın xəjdə. 

İndi  bura  qəbirsannığda  basdırılıb,  onun  qardaşı  burda 

basdırılmışdı onun yanında dəfn elədilər. Deer uşağı olmıyan-

nara  kanfeti  ya  dişdeeb,  ya  da  belə  verib,  deeb  gala  ye,  get 

doğacağsan. Yaxşı oxumağı da vardı. Bi də gördün mikrafonu 

alardı,  getdi  yeeee.  Amma  Quran  filan  oxumağı  bilməzdi. 

Atası hə, oxuyardı amma özü yox.  

 

Sah Səfi və ya Qaynar bulaq 

 

Niyyət  eliyirsən,  o  bulax  qayniyir,  sənin  də  niyyətin 

hasil olur. Xalq arasında əslində belə danışılırdı. Bu Sah Səfi 

də  o  vaxtı  Səfəvilər  dövlətinin  rəhbərlərinnən,  burda  gəlib 

məskən  salıblar,  bu  binanı  bir  on  il  bundan  qabaq  bizdə  bi 

xeyriyyəci var idi, o gəlib tikdi. Dədə babadan burda bi balaca 

bina  var  idi,  Sah  Səfi  ocağı  deyirdilər,  quyuya  da  “Qaynar 

bulağ”.  Yaşdılar  deyirdilər  ki,  olar  gəlib  burda  torpağ  mə-

nimsəmiyiblər. O qədər halal adam olublar ki, bu ərazini olar 

qızıl pulnan alıblar, onnan sora oturub burda düşərgə salıblar, 

çox  mənzərəli  yer  olub  bura  yaxşı  suyu  olub  buranın,  ağaj-

dığı. Sora döyüşdərə gediblər burdan. 

Bu bulağın 2-3 metrə dərinniyi var. Soradan bura yanına 

dəmir-zad  eliyiblər.  Biz  uşağ  olanda  deyirdilər  ki,  güya  bura 

beşiynən bir uşağ düşüb, sora gedib çıxıb Kərbəlada, belə belə 

sözdər deyərdilər. Amma təmirdə gordülər heç 3 metrə yox idi 

onun  dərinliyi.  O  vaxt  burda  çoxlu  ilannar  olub.  Natəmiz,  pis 

adamlar gələndə, ilannar ona hücum eliyiblər. Ona görə də hər 

adam  bura  gələ  bilmiyib.  İndi  də  davam  eliyir,  respublikada 

məşhur olan bir ocaxdı bura, hər yerdən də gələn var bura. Tək 




 

137 


o  dini  mərasimlər  vaxtı  yox,  ilin  bütün  vaxtlarında  gəlillər 

bura.  Məhərrəmlik  mərasimlərini  də  burada  keçirirdilər.  O 

tərəf kişilər üçündü, bu yan arvatdar. Qapağı açıllar suya niyyət 

eliyirsən,  niyyətin  qəbul  olacaqsa,  su  qaynayir.  Elə  bunun 

möcüzəsi də odur ki, bu su nə quruyur, nə də azalır. İlboyu su 

sakitcə axıb gedir. Həmin o vaxtkı oların o əsgərrərinnən birda 

dəfn olunanları da var. Ocağın arxasında məzarlıq var ordadı. 

 

Hacı Mir Heydər Ağanın əyri ağzı düzəltməsi  

 

Atam  özi  Quran  oxiyirdi,  bəzi  məsələ  şərhləri  bilirdi. 



Mənim  yadıma gəlir ki, bi dənə qadın Biləsuvarın Əmənkən-

dinnəndi, onun ağzı əyilmlşdi. Orda da bizim bi  yaxın adam-

larımızzan  var  idi, onu Bakıya aparıblar xəssəxaniyə. Həmən 

o adam deeb ki, dayı bizim orda bi dənə seyid var Mir Heydər 

Ağa  aparginən  onun  ocağına,  biz  onda  uşağduğ  hələ.  Nəsə 

gördüy  bı  qadın  gəldi.  Dedüy,  yağın  gəlib  ziyarət  eliyib  ge-

dəllər də. Dedi,  yo, mən gedmiyəcəm, qalacam bırda, mənim 

ta bı ağzım düzələ gedəm. Ərinin də adı Bəşir  idi. Dedi, Bə-

şir,  mən  qallam.  Əri  də  komunistin  vaxtında  işdiyirdi.  Dedi, 

mən qala bilmiyəcəm axı. Arvad dedi:  

– Sən get mən qalıram.  

Nə  isə  o  qadın  qaldı  olar  getdilər.  Üstünnən  bi  gün 

keşdi,  o  teşt  olan  evdə  qalırdı  qadın  da.  Teşt  onun  içində  su 

var,  camaat  gəlir  orda  ziyarət 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə