120
köynəy, ağ köynəy. Uşağ deyir, a oğlum, oturub tasnan baxırdı.
Onun duaları var. Oturmuşdum Əhməd müəllimgilin evində,
babamın evi olub orda. Dedi, baba, məni biri çıxardırlar.
Mir Həbibulla gəldi, deyir, adamın adın dedi. Oxudu
elədi, deyir yanındakı qıçın vurmalıdı. Oturdu taxça olur axı
dedi, filankəs hardadı? Dedi, çırmalanıb oturub taxçada. De-
yir, bir nəfər şəxs gəldi, biri axsıya-axsıya gəldi. Gəldilər aç-
dılar şəhərə çıxdı getdi. Bu saat bu meşəliydədi. Sonra gör-
dülər arabada qoyun-moyun gətiriblər ki, tapmışıq. Kitab açıb
itəni tapmağı atamız da bilirdi, babamız da.
Seyid Sadığ Ağanın kəraməti
Bir dəfə bir yoldaşnan Tümenə qədər gedib çıxdıq pal-
paltar alverinə. Trikatin parçası satmağ istiyirdik. Bir neçə atel-
yeyə girdik. Neçəsinə dedik, heç kim almadı. Mən Seyid Sadığ
Ağanın cəddini çağırdım. Yanımdakı yoldaşım mənə dedi:
– Dörd min-beş min uzaqlıqda o, sənə necə kömək eliyər?
Mən didim:
– Köməy eliyər Ağanın cəddi.
Sora əvvəlcə girdiyimiz bir ateliyə girdik dedik. Belə
parça var, əvvəl olar bizə istəmirik demişdilər, sora fikirləşib
dedilər, biz bir top parçanı alırıq. Mən yanımdakı yoldaşıma
didim ki, gördün, Ağanın cəddi kənardan da kömək eliyir?
Şirin su quyusu
Masallı rayonu tərəvəzçilik rayonudu. Bizdə bir çöl kən-
di Muğan deyilən bir yer var, Həsənli kəndi, orda da Ərkivan
kəndi var bizdə, böyük qəsəbədi indi. Ən böyük kənddi. Azər-
baycanda ikinci kənddi.
121
Orda yağış yağmır, burda yağış yağır. Bu Həsənnilər su-
dan çox korruğ çəkirmişlər. Mənim babam Miriş də ağır seyid
olub. Deyəllər, ay ağa, başıva dönüm, gəl gedəy bizim kənddə
bir dənə quyu qazaq. Hər tərəfdə quyu qazılıb. Bizdə şirin su-
du, orda şor sudu. Bir dənə quyu qaz, ordan şirin su çıxsın.
Ağanı aparıllar ora. Ağa bizdə gəndəlaş deyilən bir bitki bitir,
seyiddi, seyidin də avamı olar də, söyüd ağacınnan bir dənə
ağac kəsər. Deyər, gəlin dalımca. Başdıyar bunu at kimi çappa-
ğa. Gələr kəndin qabağında dayanar, ayağını vurar, deyər qa-
zun buranı. Qazallar bını, su başdıyar çeşmə vurmağa. Onun
dörd tərəfini qazallar, ordan duzlu su çıxar. O Miriş quyusunun
adını qoyublar Daşdı quyu. Bu faktdı, belə bir şey olub.
Çilə qarpızı
Sora onun oğlu, mənim babam Seyid ağa, indi oğlumun
adıdı. Miriş babamın atası olub. Bı isə gedər, burda bir talış
qızı var bizdə, bizdə talışdar yaşıyır də. Gedəllər oturallar biz-
də. Bizdə çilə olur. Çilə günü də qarpız kəsəllər burda, boranı
qaynadallar, qamış deyilən bir şey var, onnan hörərdilər, qarpı-
zı asardılar ki, çürüməsin. O da asılmışımış yuxarıda, ağa da
gəlib bulara qonağ. Sabah da çilə olacağmış. 19 yanvarda. Ağa
deyər ki, talış qızı, gətir qarpızı kəsəy yeyəy. Bunu təsdiq eli-
yənlər var, görənlər var. Deyir, ağa, cəddivə qurban olum, qar-
pızı sabah səhər gələrsən, kəsərik, sənin payıvı verərəm, gəl-
məsən, göndərərəm. Yoldaşı Kərbəlayı Nuru deyər ki, ağa
dedi, gətir qarpızı kəsəy. Arvad ayağa duranda, qarpız düşər
ağanın qabağına, dilim-dilim olar, paylıyarlar.
122
Yağış yağdırma
Hətta bizdə Masallı rayonunda o vaxtı keçmiş katib
olub, deyib, ağa, seyidsənsə, yağış yağdır, çəltik gedir əldən,
bura çəltikçilik rayonu olub da. Bu ərazilər su olub. Masallıda
o vaxtı bütöv ərazilər Xəzər dənizi olub. İki dənə kənd olub
bizdə Ərçüvan və Bambaşı (Zəm-zəm kəndi) olub. Belə de-
yillər. Kəndin tarixi böyükdü. Deyib, ağa, bir yağış yağdır da,
başçı çağırıb onları keçmiş katib deyirdilər də Sovet vaxtı.
Ağanın qurşağı var da. Bu qurşağı biz saxlıyuruğ. Vermişüy
bacımıza. Çırpar bu qurşağı yerə, çırpar özün yerə, əzilər, eli-
yər. Saat yarımnan sora bir dənə leysan başdıyar bırda, gələr
deyər, ağa, məni bağışda, mənim ürəyimnən başqa şey ke-
çirdi. Həqiqətən də sizdə var belə şeylər.
Gəldilər babamın ocağını istədilər eləsinnər, mən ziyalı
adamam. Özümün də imkanım, uşağlarım var. Mənim on ba-
cım var, üzr istəyirəm, özümün də 4 övladım var, 6 nəvəm
var. Gəldilər, mənə dedilər ki, belə bir ocağ yaratmağ istüyü-
rüy, mən fikirrəşdim ki, bu ocağı mən yaradım. Bacılarımnan
mehribanam, yeznələrnən mehribanam, tay bu ocağa nələr
gələcey, pul gələcey. Sora da mən olacam bacı düşmanı. Onu
mən ləğv elədim. Həqiqi deyirəm a. Heç şəklini də vermədim.
Babam ağır seyid olub həddinnən artığ. Adı Seyid ağa idi. Ən
böyük seyid olub.
Çinar Ağacı
İran qranisində Pirzoba ocağı var, mənim babam ordandı,
oların törəmələrinnəndi. Babamın tayfası hamısı orda olub. Hə-
min ocağın ortasında bi dənə quran evi olub. Kim gedərmiş nə
123
niyyətə, nə işə, o ocağa nəzir boyun alarmış, evi üçün, canı
üçün, balası üçün gedərmiş ora, o Quranın qapısında başın qo-
yarmış ora. Mən xəstəydim, özüm üçün getmişəm ora, 3 ayın
gəlini idim onda, dərd tapmışdım. Cavan qardaş itirmişdim. Hə,
nəsə apardılar məni ora. O Quran qapısına belənci başımı qoy-
dum ora, üzümü tutdum ocağın içinə. Həmin o Quran ocağına.
Gözüvü diriyirsən o qarannığ yerə. Baxdım gördüm ki, gözumə
çinar ağacları göründü. Bizim yerdərdə olmur o ağaclardan.
Yamyaşıl ağaclar o qarannığ yerdə belə gedir, belə gedir. Ora
gedənnər gedib, yatıb yuxu görüllər, durub danışıllar ocağın yi-
yəsinə. O da yozur. Düzdü, mən yuxu görmədim. Nə qədər
elədim, görə bilmədim. Amma belə bi şey gördüm.
Durdum danışdım ki, hal-qəziyyə belə. Ocağın yiyəsi
dedi, qızım, get, əlüü at qulağuun dibinə, rahat ol. Binnan da
sənin azarun, bezarun getdi. Day bınnan sora sən xəstəlik gör-
məzsən. Özü də yeriyə bilməzdim. Allahın birriginə and olsun,
bala, düz padyomudu, yol mil kimi üzüyuxarı. Düşüb cıxmağ
zulum idi. Mən də dedim, ay Allah, necə çıxacam, düşəcəm.
Elə düşdüm quş kimi. Azarımı da elə o ocağda qoydum. Hə?
bax Pirzoba ocağının kəramətini mən görmüşəm.
Ya babalarımın cəddi
Seyid Məhəmməd aga da ki, olar İrandan kecmiş seyid-
lərdir. Bilmirəm, 1928-ci illərdə, ya da neçənci illərdə, bilmi-
rəm İrandan üc nəfər adam kecillərmiş Azərbaycana, bu tayda
quldurlar bunnarı tutullar. Bunnarın iksin başın kəsiblər. Se-
yid Məhəmmədin dədəsinin də başını kəsmək istəyəndə de-
yib, ya babalarımın, cəddi mənə köməy ol.
Dostları ilə paylaş: |