ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə28/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   24   25   26   27   28   29   30   31   ...   100

 

112 


kəndi var. Ordan bir kişi hər ildə bir dənə cöngə gətirir. Burda 

kəsir.  Buna  sud  eylədilər  ki,  sizin  bura  ehsan  eləməyinizin 

səbəbi nədi? Dedi: 

–  Mən  hər  yerə  getdim,  Allah  mənim  istəyimi  həyata 

keçirsin. Mümkün olmadı. Bu ziyarətgaha gəldim. Burda Al-

lah mənim dualarımı eşitdi. Hətta istiyirdi o ziyarətgahı təzə-

ləsin. Gələr ehsan verər, camaata özü də orda bişitdirər, verər 

camaata,  yeyərlər.  Qalanını  da  paylayarlar.  Ocağın  kəraməti 

var.  Orda  Mir  Həsən  Ağa  var.  Orda  Mir  Cəfər  Ağa  var,  olar 

qırağdadı. Sultan Pir nəvəsiynən içəridədi.  

 

Mir Möhsüm ağanın kəraməti 

 

Mir  Möhsüm  Ağanın  kəramətini  deyim.  Yay  vaxtı  otu-



rub  nar  ağacının  altında,  onun  da  iki  mərtəbəli  evi  varmış. 

Belə deyilişlər çoxdu. Deməli, o vaxt indiki tikililər olmadığı 

kimi  evin  altında  heyvan  saxlıyırmışlar.  O  cümlədən  bu  Ağa 

da çox mömün olub. Sovetin qorxusundan dini işlərlə məşğul 

olmuyub. Gedib müəllim işliyib. Deməli, nar ağacının altında

 

kitabları  oxuyanda  qonşular  görər  ki,  ev  yanır.  Gələrlər,  de-



yərlər  ki,  ay  Ağa,  ev  yanır,  ev  yanır.  Deyir,  yanmaz.  Deyir, 

Ağa,  axı  ev  yanır.  Heyvanların  yeri  yanır,  yuxarıda  da  evdi. 

Deyir, yanmaz,  yanmaz. Camaat görür  yanır. Ağa deyir,  yan-

maz. Bir də görürlər ki, od öz-özünə söndü.  



 

Mir Cəfər ağanın kəraməti 

Hissiyyat 

 

Mir  Cəfər  Ağa  yetmiş  dörddə  vəfat  eliyib.  Mir  Həsən 



Ağa isə əlli beşdə. İkisi də Qızılağaclıdılar. Mir Cəfər Ağaya 


 

113 


kimi  özlüyündə  nəzir  etsəymiş  Ağa  onu  duyarmış.  Səhər  ge-

dərmiş həmin adamın evinə deyərmiş:  

–  Dünən  mənə  nəzir  boyun  alıb  kasaya  qoyduğun  pulu 

gətir. Həmin adam deyərmiş:  

– Ağa, nə bildün, deyərmiş, mənə ilham edirlər. 

 

Mir Cəfər Ağanın ov məsələsi 

 

Kəramətlərinin  birini  deyək.  Mir  Cəfər  Ağaya  deməli, 

payız  fəslində  deyirlər  ki,  ay  Ağa,  gəl  gedək  yovşana,  nə  bi-

lim,  orda  ov  tutacağıq.  Ağa  deyir,  yaxşı,  gəlləm.  Girib  evə 

Ağa ədyaldan-zaddan götürüb. Deyiblər:  

– Ağa, bu isti havada nə ədyal götürürsən?  

Deyib:  

– Nə işivə e, gedirük də.  

O biri deyir:  

– Ağa, bu isti havada yorğan-döşək götürüb.  

Gedirlər  yovşana. Səhərisi hava dəyişir. Yağış-qar, Ağa 

bürünür yorğana. 



Allah dəf eləsin 

 

Mir  Cəfər  Ağa  çox  hazırcavab  və  kəramətli  ağa  olub. 



Əsasən  onun  kəramətini  görən  adamlar  indi  də  ürək  dolusu 

danışırlar.  Bir  vaxt  əkin  sahələrini  gəmiricilər  korlayarmış. 

Ağaya müraciət edirlər. Ağa həmin gəmiricilərin əlamətin so-

ruşur.  Sonra  ağa  deyir  ki,  bu  bir  bəladı,  buna  ağanın  gücü 

çatmaz. Ancaq bu bəlanı Allah dəf eləsin. 

 



 

114 


5 manat ver 

 

Ağaya  inəyin  ətindən  bir  bud  nəzir  boyun  olan  adama 



ağa deyib: 

– Beş manat ver, qalanı sənin olsun. 

 

Dadaşbala kötək yeyər 

 

Mir  Cəfər  Ağa  söhbətə  maraq  göstərən  olub.  Bir  gün 



onu  Babakosa  (təzə  kənd)  kəndinə  qonağ  çağırırlar.  Ağa  özü 

ilə Dadaşbala kişini aparır. Süfrə sərirlər. Allah verən nemətin 

süfrədə olan vaxtında Dadaşbala kişi deyir:  

- Ağa şor yeməz, Ağa ət yeməz, Ağa pendir yeməz.  

Nəhayət, heç bir şeydən yeməyən ağa qonağ evindən çı-

xıb  gələndə  Dadaşbalanı  tutur  və  onu  vurmağa  başlayır.  De-

yir, ağa, nə edirsən? Deyir:  

Ağa  ət  yeməz,  Ağa  şor  yeməz,  Ağa  pendir  yeməz,  Da-

daşbala kötək yeyər. 

 

Kimyələmə 

 

Mir  Cəfər  Ağanı  həmişə  kənd  camaatı  həyətlərinə  apa-



rıb həyət-bacanı, ev-eşiyi kimyələtdirərmişlər. Ağa həyətə gi-

rib  üç-dörd  dəfə  tüpürərək  oranı  kimyəliyərdi  və  məhsul  çox 

olardı.  Ağanın  oğlu  Mir  Abdulda  ilanı  ram  etmək  məharəti 

var  idi.  O  vaxtlar  kənd  evlərində  qızıl  ilan  çox  olardı,  ev  sa-

hibləri qorxudan evə girə bilməzdilər. Mir Abdul kişi bir dəfə 

ilanı  çağırmaqla  neçə  metr  uzunluğu  olan  ilan  qıvrılıb  yığı-

lardı. O isə onu götürüb boynuna dolayardı. Cibinə qoyardı. 



 

115 


Qızıl ilan 

 

Əlihəsən Kərbəlayi Ağakişi oğlu deyir. Bir gün anam rəf-



də  olan  kasaların  içində  çox  qorxu  bəxş  edən  qızıl  ilan  görür. 

Mir  Cəfər  Ağanı  gedib  gətirirlər.  Ağa  ilana  üz  tutub  deyir.  Ey 

Allahın heyvanı buranı tərk eylə. Bir də buralara gəlmə. İlan rəf-

dən düşür. Rahatca çıxıb gedir, bir daha oralarda ilan görsənmir. 



 

Cücələr 

 

Mir  Cəfər  Ağa  bir  gün  bazara  satmağa  yanında  cücəsi 



olan toyuğ gətirir. O toyuğu alırlar. Səhər toyuğ alanın oğlun-

dan soruşur:  

– Toyuq neyləyir?  

Deyir:  


– Ağa dənləyir.  

Deyir:  


–  Elə  et  ki,  pişik  cücələri  dənləməsin  a...  Mən  pişiyin 

əlindən satmışam.  



 

Oğurlanmış toyuq 

 

Zarafatyana  ağanı  yoxlamaq  üçün  ağanın  toyuğunu 



oğurlayıb özünə satırlar. Üç dəfə bu iş təkrarlanır. Ağa pul ve-

rib alır. Ancaq satanlara elə münasibət bildirir ki, guya ağa bu 

toyuğu tanımır. 

 

Tufu mərəyə 

 

Sovet  hökümətinin  vaxtında,  işsizliklə  mübarizə  döv-



ründə ağanı altı ay məcburi əməyə cəlb edirlər. Kənd ərazisin-

də əkiləcək üzüm tingləri üçün qazılan çaladan ağa da qazma-




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə