ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə26/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   22   23   24   25   26   27   28   29   ...   100

 

104 


Quyu 

 

Bizdə  kəramətli  Ağalar  çoxdu.  Mir  Həsən  Ağa  hələ 



onun kəramətinin əlaməti nədi. Yəni camaat onu Xırmandalı-

da deyib arabaynan gəliblər ki, aparsınlar. Ağa  deyib, siz ge-

din, mən gələrəm. Arabaynan gələnlər gəlir görür ki, Ağa bur-

dadı.  Məmmədxanlı  camaatı  deyib,  ay  Ağa,  bizim  suya  ehti-

yacımız  var. Kənd əhli  yalvarır ki,  ağa, cəddinə qurban olaq, 

suyumuz  qəhətə  çıxıb.  Deyir,  ağa  dua  oxuyub,  sonra  üzünü 

camaata  tutub  deyir  ki,  məni  qovun,  harda  yorulub  yıxılsam, 

orda quyu qazarsız, su olar. Ağanı qovurlar, qovurlar,  yıxılır. 

Orda quyu qazırlar, su çıxır.  

 

Oğru 

 

Mir  Həsən  Ağanın  kəramətləri  nədi.  Yenə  bir  gün  onun 



həyətinə oğru girir, soğan oğruluğuna. Deyirlər ki, ay Ağa, oğ-

ru girib soğanlığa. Deyib, ola bilməz. Gəlib baxır görür ki, so-

ğanı dəriblər. Həyətin də hər tərəfi kolluğdu. Deyib oğru üçün: 

ay bala, ay bala, sən nə əziyyət çəkmisən. Halal xoşun olsun. 



 

Sərçələr 

 

Mir  Həsən  Ağa öz evində ata-baba  ocağında  məhərrəm-



likdə, qədr gecələrində həmişə ehsan verərmiş. Mötəbər adam-

lar, ağanı sevənlər ağaya divarlarında quşlar yuva salan köhnə 

evini söküb, yerində təzəsini tikməyi məsləhət görərmiş. 

Mir Həsən  Ağanın  sora  istiyiblər ki, evini söküb təzəli-

yələr. Onun da evində hələ çalğı çalınmıyıb. Deyirlər ki, gəl, 



 

105 


ay  Ağa,  köhnə  evdi  də,  qədimnən  qalmadı,  gəl  bunu  sökək, 

təzəliyək. Deyir:  

– Yaxşı təzələdiz, bəs bu sərçələrin yuvaları hara gedəcək?  

Qoymuyub ona təzə ev tikməyə. 



 

Maşın yerindən tərpənmir 

 

30-cu  illərdə  mömin  adamların  başı  çox  müsibət  çəkib. 



Ürəklərində  Allah  xofu  olmayanlar,  rühanilərimizi,  seyidləri-

mizi  izləyib,  çoxunu  sürgünə  göndərib  vətəndən  didərgin 

salıblar.  Bir  gün  NKVD  işçiləri  Mir  Həsən  ağanı  dini  təbliğ 

etdiyi üçün günühlandırıb,  maşınla harasa aparmaq istəyirlər. 

Maşın yerindən tərpənmir. Ağanı düşürürlər. Maşın işə düşür, 

ağanı mindirirlər maşın işə düşmür. Qərəz, bu möcüzə bir ne-

çə dəfə təkrar olunduqdan sonra gələnlər:  

– Biz səni görməmişik, – deyə kor-peşiman geri qayıdırlar. 



 

Mir Həsən Ağanın mərhəməti 

 

Nəql edirlər ki, Mir Həsən Ağa  yolu çox vaxt pay-piyada 



gedərmiş.  Rastına  çıxan  daşları  götürüb,  yolun  kənarına  qoyar-

mış.  Ağa  yol  adamı  kimi,  yol  quşunun  da  bu  daşlardan  zərər 

görməsini  istəməzmiş.  Ağa  adamları  günah işlərdən çəkindirər, 

onlara  öz  davranışı  ilə  ibrət  dərsi  verir,  qəlblərində  ədəb-ərkan 

çırağı  yandırardı.  Bir  dəfə  ağanı  üstü  açıq  arabasında  aparan 

şəxs öz atını bərk qamçılayır, ürəyi soyumur, hələ bir söyür də.  

Ağa deyir:  

– Bala, arabanı saxla!  

Və düşür. Deyir:  

– Sür get! Mən piyada gedərəm!  




 

106 


Arabaçı  peşimançılıqla  dillənir  ki,  ay  ağa,  olmaya  xət-

rinə  dəydim?  Ağa  deyir  ki,  rəhmətliyin  oğlu,  bu  at  sənə  nə 

pislik  edib?  Həm  döyürsən,  həm  də  söyürsən.  Evinə  suyu, 

out,  ruzini  atla  gətirmirsənmi?  Deyilənlərə  görə  həmin  adam 

bu hadisədən sonra özü ilə qırmanc gəzdirməyi belə tərk edib. 

Masallı Qala bazarını gəzərkən və  ya qonşu rayonlara gedən-

də  verilən  nəzir-niyazları  Mir  Həsən  Ağa  həmin  anda  kim-

səsizlərə və imkansızlara paylayarmış.  



 

Pul saxla 

 

Bir dəfə onunla uzaqdan gələn bir adam Ağanın səxavətin-



dən  və alicənablığından  heyrətə  gəlib deyir ki, Cəddinə qurban 

olum, ay ağa, elə et ki, heç olmasa günorta yeməyə pul saxla!  



 

Gəmiricilərin dəfi 

 

Atamın başına gələndən danışım. Atam şəhərdə işləyən-



də diyir ki, İrandan  Azərbaycana humanitar  yardım gətirmiş-

dilər:  xurma,  kişmiş.  Bizə  göstəriş  verilmişdi  ki,  buları  uşaq 

evlərinə paylamaq  lazımdır. O  vaxt güclü nəzarət altında  idi, 

represiya dövrü idi. Hətta bir gilə kişmiş mən cibimdən götürə 

bilməzdim, yolda yoxlayırdılar. Atam diyir ki, bir gün ambara 

baxdım gördüm ki, siçan, mışovul xurmanı yeyir. 

Getdim dedim indiki milis yox, NKVD olub. NKVD-yə 

didim, NKVD dedi, sən qorumalısan. Mən necə qoruya bilər-

dim?  Qaldım  belənçiy,  gəldim  beşdiy  taxtalar  varıydı,  oların 

içinə yığdığ, gənə də heç nə olmadı. Dedilər, siçanın mışovu-

lun  qabağın  almasan,  səni  tutacuğ.  Diyir  ki,  qorxurdum  ki, 

məni  tutub  aparacağlar.  Dayanmışdım.  Gördüm  Mir  Həsən 




 

107 


Ağa  gəlir,  tez  özümü  yığışdırdım.  Ağa  yaxınlaşanda  salam 

verdim. Ağa məndən soruşdu:  

– Nəyə narahatsan?  

Mən demək istəmədim. Ağa dedi:  

– A bala, mən bilirəm. Mən istəyirəm ki, sənin öz dilin-

dən eşidim. Gördüm Ağa bilir hər şeyi. Mən danışdım Ağaya. 

Ağa  dedi  ki,  narahat  olma.  Əlində  əsa  vardı.  Atam  diyir  ki, 

həmən  əsanı  binanın  ətrafına  gəzə-gəzə  əfsun  oxuyurdu.  Əf-

sun  oxuya-oxuya  yeri  cızırdı.  Binanın  dörd  tərəfinə  oxudu. 

Qapıya çatanda didi ki, get, rahat yat. Sən qorxub eləmə, mən 

özüm gedib danışaram. Atam didi, ağa diyəndən sora qarolçu-

ya təhvil verdim. Səhər gələndə hər dəfə qarolçu məni qarşıla-

yırdı. Gördüm bu, yoxdu. Bu vaxtı bu yatmazdı. Mən gələndə 

həmişə ayığ olurdu. Gəldim soruşdum, dedim, nolub?  

Dedi:  

– Axşam siz gedəndən sora göy gurulladı.  



Dedim:  

– Gedim baxım, yoxladım binanı, sora gəlim girim içəri. 

Helə göy gurullamamışdı. İldırım çaxdı. Yer işıqlanmağıynan 

gördüm  bir  sürü  pişik  böyüklükdə  ala-bula  pişiyə  oxşar  şey-

lərdi, cumur qapılara. Bir dəstəsi gedirdi. Məni  vahimə bürü-

dü səhərə kimi çıxmamışam ambardan. Getdik gördük ki, am-

barın  qabağında  siçanlardı  ölüb.  Bundan  başa  düşdük  ki,  bu 

ağanın  möcüzəsidi.  Atam  NKBD-ni  çağırıb.  Olar  görüb  ki, 

yaxşı bir şey var. Sora o yeri məçid elədilər. 

 

Mir Həsən Ağanın inək satmağı 

 

Mir  Həsən  Ağa  o  vaxtlar  Masallının  kəndlərini  gəzər-



miş. Hacıtəpə kəndində savadlı ədəbiyyat müəllimi (indi rəh-


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə