ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə22/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   18   19   20   21   22   23   24   25   ...   100

 

89 


3. DİNİ NƏSİHƏTLƏR 

 

Görürsüz hevvanı nə formada xəlq eylədi. Dörd qıçı var. 



Heyvana o qədər agıl, şüur  vermiyib, amma o hər agzın atıb, 

yerdən  yeməy  yeyəndə,  başın  qaldırır  Allah  dərgahına,  hər 

vedrədən su içəndə, başını qaldırır Allah dərgahına şükür eli-

yir.  Biz  də  Allah-Talaya  ibadətdə  Allaha  səcdə  eliyürük.  İşi-

mizi-gücümüzü görürük, onda  səcdə  yadımza düşmür.  Təkcə 

ibadət eliyəndə yadımıza düşür. Ona görə səcdə eliyün. Qaldı, 

Allah-Tala  insanlarçın  heyvanlarçın  torpaqdan  gör  nə  qədər 

bol-bol  nemət,  meyvə,  bitki  bəxş  edib.  Kökləri  yerdədi,  baş-

darı yuxarıda, lakin onlara fikir verün. Hamısı çıxandan sonra 

Allaha səcdə eliyir. Ağac da bar gətirəndə Allaha səcdə edir. 

Sən  isə  ibadətdə  mənə  səcdə  edir,  amma  bütün  yaratdığım 

güllər-çiçəklər  hər  zaman  sənin  qarşunda  baş  əyirlər.  Allah-

Taala  deyir,  yaratdığım  bəndə,  qədrini  bil.  Mən  bu  dünyanı 

sizin  üçün  xəlq  eyləmişəm,  gen  dünya  eyləmişəm.  Sən  ça-

panda,  mən  bilirəm,  sən  necə  çapırsan.  Necə  gəzirsən,  necə 

dolanırsan bu dünyada. Amma axirətini gözünün qabağına gə-

tir. Yəni cavanlığınnan qocalığıva saxla. Varundan, dövlətin-

dən  kasıblığıva  saxla.  Əlivü  nə  açma,  çox  tökülməsin,  nə  də 

yumma. Sənə o ruzivi qismət eyləmişəm, sənə  sınamaq üçün 

var-dövlət verirəm. Görüm kasıba əl tutacaqsan? 

Görüm  hələ  bir  kasıbı,  yetimi  qaldıracaqsan,  yoxsa  sən 

var-dövləti  yığ  altıva  ki,  hac  gəlib  boynuma.  Haca  gedirəm. 

Xeyir,  hacc  heç  kəsin  boynuna  gəlmir.  Allahın evidir,  hər  za-

man gedə bilərsən. Halal pulla gedə bilərsən. Sən hər nə qədər 

qazansan, pul  yığsan, qazandığıvın üstünə gör nə qədər xums, 

zəkat gəlir. Bəli,  kim onu  ildə  verir. Heç  kəs  vermir.  Dövlətti 

heç vermir. Kasıb gənə də verir. Qızılı salmayanda xums gəlir. 



 

90 


Heç  olmasa  o  puldan  çıxarıb  verin  bir  kasıba.  Deyin  ki,  filan 

salmadığım qızılın xumsudur. Qalır, qalır hacca gedəndə  yada 

salırlar  ki,  xumsu,  zəkatı  gətir  ver.  Biz  paylayacıyux.  Bu 

xumsu, zəkatı niyə mən öz əlimlə verib, savab qazanmayıb. Ni-

yə özgə əliylə verib, özgə savab qazansın. Sən onun özünü öz 

əlinlə ver, o savabı qazan. Haca gedir filankəs. 100-200 manat 

mənim  xumsumdur.  Yığdıdığın  xumsu  neçə  ildir,  200  manat 

edir.  Sən  ildə  onun  20  manatın  versön  kasıba,  sənin  xumsun 

gedər üstünnən. Onu yığasan, yığasan neçə illər, haca gedəndə 

deyəsən, haca gedir. Gətirəsən verəsən mollaya, axuna. 

 

*  *  * 


Dinimizdə-imanımızda  bunlar  hamısı  əfsanə  sözlərdir. 

Bunlar  hamısı  xürafə  sözlərdir.  Dini  əldən  aparmaq  üçün.  Nə 

üçün  cənub  bölgəsində  olur  ki.  Cənub  bölgəsində,  burada  din 

güclüdür.  Hər  kəs  cadügarın  yanına  gedərsə,  hər  kəs  caduya 

inana,  o,  kafirdir.  Dünyada  da,  axirətdə  də.  Bunu  Peyğəmbər 

Həzrətullah  deyibdir.  Cadu  yoxdur,  cin  var.  Cin  apardı  sözü 

yoxdur.  O,  bir  məxluqatdır.  Ruh  cövhərdir,  ruh  təmizdir,  ruh 

ucadır,  ruhun  bir  yerdə  olmağlığı  yoxdur. Hər  yerdə ki,  Allah 

var, ruh da ordadır. Allahın misalındadır ruh. Deyir, misal bu-

dur ki, bir dəstə buket gül veriblər, əlində gül var. O gülü sənə 

verənə təşəkkür edirsən. Özüvə fəxr edirsən, mənə gül verdilər. 

Onu  bir  güldana  qoyursan,  beş  gün,  on  gündən sonra  o güllər 

töküldü.  Deyirsən,  qızım,  gəlnim,  anam,  balam  deyirsən  bu 

gülləri  burdan  yığışdır.  Deyirsən,  bu  stolun  üstünə  bir  əl  çək, 

zibili ordan təmizlə. Day gül demirsən, vaxt vardı buket gül idi. 

Bala, əlivi yavaş vur da ora, tikanı var. Tikanı əlivə batar.  

Sənə gülü verən sənə deyərdi ki, gələ, xanım, sənə gül ve-

rirəm.  Əlivə  tikan  batır  amma  indi  deyirsən  tikanı  var.  Özdə 




 

91 


aparıb ayağ altına tökmə, zibil yeşiyinə tök. Nə üçün? Ayağ al-

tına  tökərsən,  özgəsinə əziyyət  yetirər. Gülün  yarpağı da orda-

dır.  Niyə  tökürsən  ora,  yaraşığı  vardı,  indi  yoxdu,  ona  görə. 

Onu  bir  yerdə  saxlıyan  nə  idi.  Onun  tərkibindəki  su  idi.  Suda 

quruyandan sonra deyir, insanı da təravətli edən, insanı da qiy-

mətli edən, insanı da bir birinə məhəbbətini edən onun ruhudur. 

İnsanın  da  ruhu  olmasa  cazibəliyi  olmaz.  Odur  ruh  bədəndən 

çıxandan sonra ay amandı, tez olun, qüsulunu verin. Əl vurma, 

mən qorxuram e, bu öldü. Dünən mənnən bir yerdə idi. İndi ni-

yə deyirsən qorxuram. Çünki onun  ruhu ayrılıb, biz görmürük. 

Görmədiyimiz  nədir,  onun  ruhudur.  Necə  ki  güldən  ayrıldı, 

deyir ruh misalı həmən gülün tərkibində olan su qismindədir. 

 

*  *  * 


Cin  –  onu  Allah  oddan  yaradıb.  Şeytan  elə  özü  cin  tay-

fasındandır.  Amma  cin  olmağına  baxmayaraq  hər  sürətə  düşər. 

Hətta itin, donquzun sürətinə də düşər. Cin tayfası ilan qismində 

də  görünə  bilər.  Ancağ  İmam  və  Peyğəmbər  sürətinə  düşməz. 

Amma  məlakə  də  məxluqdur  axı.  Məlakə  də  qiymətli  bir 

əlamətdir.  Məlakə  də  hər  sürətə  düşər.  Məgər  itnən,  donuzun 

sürətinə  düşməz.  Meyid  yuyulan  yerdə  lopa  yandırardılar. 

Onları mən oradan götüzdürdüm. Bular hamısı xürafə sözlərdir. 

 

*  *  * 


Deməy istiyirəm, görəsən yas mərasimində ağlamağın nə 

mətləb  verir.  Mətləb  məhəbbəti  əbədiləşdirməkdir.  Ona  zinət 

verməkdir. İkincisi, bi zinət yoxdur, göz yaşı tökmək zikir elə-

mək İmam Hüseyn macərasın niyə aradan götürülmədi. Götü-

rülməyəcək day hey nə qədər dünya var. Gərək göz yaşı tökə-

sən İmam Hüseyni daha doğrusu desək əmanətin kəsb edəcək.  




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə