ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə20/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   16   17   18   19   20   21   22   23   ...   100

 

80 


– Gətdin?  

Dedi: 


– Gətdim. 

Dedi: 


– O nədi bilirsən?  

Dedi : 


– Cörək. 

Dedi: 


 – Cörək dəyil. 

 Dedi: 


– Onu ver əlimə. 

  Peyqumbər  salavatullah  əlində  o  cörəgi  belə  sıxdı, 

cörəgdən belə töküldü çirk, qan, irgənc bi şey. 

Dedi: 


–  Namaz  qılmıyan  buları  yiyir!  Məni  tanımiyan  buları 

yiyir!  


Ondan bi damcı yedi, peyqumbər sağaldı.  

Gəldi, Allah Təbərak Talah onun on bir öyladını da ver-

di,  canını  da  sağalmn

muaah o a(

!

di

-



.

-

o



!

!

nı  Ta



-

.

!



!

"

y



y

 



 

81 


Dedi:  

– Musa, apara bilməzsən.  

Dedi:  

– Aparram.  



Dedi:  

– Yox, apara bilməzsən.  

Dedi:  

– Ver də.  



Dedi:  

– Verdim get!  

Musa gəldi, bi dənə gomuş yaratdı. Gomuş başladı, Mu-

sanı qatdı qabağına, heç zad yoxdu. Dedi:  

–  Ya  Allah!  Allah!  Allah!  Gəl  Allahlığını  verim  sənə! 

Xudavəndə bu mənim işim dəyil! 

Allah dedi:  

– Dedim mən sənə!  

Tez Allah – tala qamış yaratdı, gomuş başını soxdu ora.  

Musa dedi:  

– Viy! Allah, sən yaxşı! Sənə qurban olum!  

 

Musa peyğəmbərin Allahı görmək istəməsi 

 

Bi gün Musa peyqumbər dedi:  



–  Ya  Allah,  səni  görmək  istiyirəm.  Elə  sadaynan  danı-

şıram. Görmək istiyirəm. Belə ürəgim istiyir səni görəm!  

Dedi: 

– Sən məni görə bilməzsən! 



Dedi: 

– Görrəm. Özüü görkəz. 

Dedi:  



 

82 


– Yaxşı, gələrsən dağın başına, ora, görkəzərəm özümü. 

Elə  Musa  gedür  catanda  ora,  görür  bi  şüa  gəldi,  Musa-

nın gözü tutuldu, dünyanı hec görə bilmədi. Bi də ayıldı, dedi:  

– Ay Allah, görükəydin də! Mən gəlmişdim səni görməyə.  

Dedi:  

– Mən görükdüm! Bə niyə baxmadın?! 



Allahı görməy olmaz! Allahı heç kəs görə bilməz! 

 

Həzrəti Əli 

 

Heç kəs Kəbədə doğulmuyub, bi dənə Əli Əleyhissalam 



Kəbədə  doğulub.  Anası  Fatimə  Binti  Əsəd  getdi  müşriklərə 

dedi bıra doğum evi döör. Deer onda gördüy ki, divar yarıldı, 

kadın girdi  içəri. 3 gün kadın  içəridə qaldı. Hamı gəldi  tökü-

lüşdü  ki,  bı  necə  oldi?  Onnan  sora  həmən  yerdən  yenə  divar 

yarıldı,  kadın  uşağ  qucağında  çıxdı.  Çıxanda  xəbər  verdilər 

bının  atasına,  gözəl  oğlun  olub  sənin,  övladın  olub,  ancağ 

gözzərdən binəbidü. Peyqəmbər dedi: 

– Onu gətirün mənim yanıma.  

Gətirdilər,  aldı  qucağına.  Alan  kimi  qucağına  uşağ  aşdı 

gözzərini baxdı peyqəmbərə. Dedilər:  

– Bı necə şeydü?  

Dedi:  


– Nur nura baxar.  

Peyqəmbər  barmağın  saldı  onun  ağzına.  O  qədər  süd 

tökuldü barmağınnan, deməy bir imam Hüseynə, bir də Əliyə 

peyqəmbər süd verib. Ona görə deyir Əli mənnəndi, mən Əli-

dən. Vaxt gəldi Əli Əleyhissalam, Allah lənət elısin Maviyyi-

yə, cahi cəlalnan, qoşunnan Xəndəy davasına gedəndə, xəbər 

gəldi dedilər ki, qoşun gəlir. Xəndəgin demək 4 tərəfin qazdı-



 

83 


lar. 3 metrə xəndəgin əni, 3 metrə dərinnigi. Gəldi qoşun hər 

iki  tərəfdən.  Birinci  Əmirül  Əbdəvid  ərəbdə  onun  tayı-bəra-

bəri  yoxdu,  qüvvəligdə,  çıxdı.  İkinci  Əbul  Həmid  oğlannarı 

Harisnən  o  biri  tərəfdən  meydana  çıxdı.  Peyqəmbər  üzünü 

tutdu qoşuna. Dedi: 

–  Ərəbdə  bunun  tayı  bərabəri  yoxdu.  Kim  bunnan  sa-

vaşa gedər.  

Əli Əleyhissalam deyir mən. Getdi düşməni bi həmlədə 

məhv elədi. 

Ücüncü dəfə də gedəndə peyqəmbər Quranı götürdü dua 

elədi. Dedi:  

–  Camaat,  bunun  ərəbdə  tayı  bərabəri  yoxdu.  Ondan 

Əliyə dua eliyün.  

Getdi Əli Əleyhissalam durdu bunun qabağında.  

Dedi ki, mən  səni deməmişəm, ey  Abu  Talıb oğlu, mə-

nim sənin atonnan rəfaqətim  var. Yəni dosduğum  var,  ticarət 

eləmişüg uzun müddət. Deer sən deebsən ki, üş dənə şeyi elə, 

bi dənə qəbul eliyirəm. Dedi: 

– Birinci sən qoşunuyu çək geri, səən peyqəmbərnən nə 

işün var? Səynən işi yoxdu ki? 

Deer: 

– Yox.  


Dedi:  

– Onda çıx get. 

Deer: 

-Yox, onda mənə qorxağ deyəllər. 



Deer: 

-Yaxşı, iman gətir. 

Deer: 

-Yox, onu da eliyə bilmərəm. 




 

84 


Deer: 

–  Sən  atdısan,  mən  piyada.  Əvvəl  sən  atdan  düş,  ata 

yazıq olmasın, Allahın heyvanıdı. 

At ağladı. İmam biləcək axı.  

Dedi: 

– İndi sənin qanun qaraldaram. 



Dedi: 

– Sən, ya Əli. 

Deer:  

– Biz tərəfdə qaydadur, firsəndi düşmana verərük. 



 Ərəb  Əlinin  başına  qılıncla  vurdu.  İki  barmağ  dərinni-

gində yox, enində başına qılınc endirdi. 

Allah-təala təbarəki və təəala Cəbrayılı göndərdi ki, get 

yerin  altından  dərman  gəti.  Getdi  gətdi.  Sürtü  başına.  Əlinin 

yarası sağaldı. Növbət Əliyə çatdı. Elə bir qılınc çaldı ki, bına 

bırdan bını böldi taaa iki para oldu. Dedi ki, nooldi? 

Dedi: 

– Alnım sajdı, ürəyim sajdı, dilüm sajdı.  



Dedi: 

– Alnun möhür görmüyüb, ürəyündə Allah xofu yoxdu, 

dilüvə də lailahəilləllah gəlmiyib. Lənətə vasil oldu. 

 

Tacir və sail 

 

Bir  sail  gəlir  bazara,  Masallının  bazarına.  Deer,  Əli 



Əleyhissalam yolunda mənə bi qismət verün. Bu tacir bını itə-

liyər, deyər Əli yolunda sənə hec nə vermərəm. Ordan durdu, 

üstünün  tozunu-mozunu  çırpdı,  gəldi  kəndə.  Genə  həmin  ta-

cirin qapısına gəldi, dedi: 

– Əli Əleyhissalam yolunda mənə bi qismət verin.  



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə