ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə21/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   17   18   19   20   21   22   23   24   ...   100

 

85 


Tacirin arvadı çıxdı nəyi varsa, qır-qızılın çıxartdı, dedi:  

– Gala, Əli yolunda verrəm sənə.  

Bı  getdi  bazara,  bına  heç  bi  tacir  qiymət  verə  bilmədi. 

Tacir evə gəldi arvada dedi, hanı qır-qızılın? 

Dedi:  

– Verdim Əli yolunda. 



Dedi: 

– Əli yolunda veribsən? 

Dedı: 

– Hə. 


Dedi: 

– Bıləngüü ver mənə. 

Bının biləngin bırdan kəsdi. 

Dedi: 


– Get, Əli sənin biləngüü versin.  

Qayıtdı getdi bazara gördü  ki, bazar  ot  tutub  yanır. Gəldi 

evə gördü ki, ev də yanır. Gəlin də getdi bir karvansaranın böy-

ründə yıxıldı qaldı. Axşamçağı, karvansara sahiblərinin xasiyyə-

ti idi, kecmişdə həməşə karvansaranın 4 tərəfini  dolanırdılar ki, 

görək azannan-tezannan olar birdən. Bəli, gəldi  gördü  bi zənən 

xaylağıdır. Getdi arvadını çağırdı, apardilar təmizzədilər, evin o 

bitkasında  başdadı  o  ibadət  eləməgə.  Həmən  sail  həmən  birli-

yantdan getdi oldu çox varlı bi dövlət sahibi, böyük bir tacir.  

Bir gün düşdü  yolu həmən  yerdən. Gedəndə bu karvan-

saranın  yaniynan  gördü  ki,  bu  karvansaranın  içində  bi  işığ 

yatır,  qalxır.  Qılıncın  götdi,  dedi,  yani  oğrüdü  bu.  Gördü 

yooo, bi övrət tayfasıdur,  yuxarı qalxanda işığ bunnan qalxır, 

enəndə  də  enir.  Hay  gözzədi,  gördü,  yox,  dedi,  bu  mümkün 

dööl bını alacam. Səhər gəldi bilara dedi: 

- Qızınızla evlənmək istiyürəm.  




 

86 


Dedi:  

– Xeyir, bizib qızımızın ancaq ixtiyarı özündədi.  

Bu gəlin deer:  

– Onda 3 gün mənə möhlət verin.  

Gecə gəldi aləmi ərvahda, yuxuda gördü, göy aləminnən 

taxt  gəldi.  Peyqəmbər,  Əli,  Həsən,  Fatimə  əyləşdilər.  Pey-

qəmbər dedi: 

– Ya Fatimə, əmün oğlu Əlinin yolunda onun biləngin ver.  

Onun biləngin qoydu yerinə. Qız sağaldı. Ayıldl gördu əli 

yerindədir,  getdi  səjdiyə.  Ta  səhər  açılannan  sora  gördu  ki,  bi-

ləngi yerindədi. Səhər açıldı, bını bı tacir gəldi aldı, apardı. İndi 

nə  tacir bilmir ki, bı  qız  kimdi,  nə  də qız.  Vaxt  gəldi  tovlandı. 

Həmən o cavan tacir vardı ki, bının biləngin kəsmişdi (qadının 

öz  əri),  mal-dövləti  yandıqdan  sora  heç  kəs  bına  pıl  vermədi, 

düşdü  sailliyə,  oldu  sail.  Başladı  dilənməyə.  Bu  dilənə-dilənə 

gəldi  çıxdı  bıra.  Bılar  da  oturub  səhər-səhər  nahar  edirdilər. 

Onda gördülər bi səs gəlir ki, Əli yolunda mənə bi qismət. Genə 

bı gəlin gümüşün parasın çıxartdı verdi ona. Oğlan da əlini saldı 

cibinə. Bir ovuc qızılı verdi Əli yolunda. Götirdi, qızılı verəndə 

bu sail əyildi, kadın yerə düşən kimi bını tanıdı. Dedi:  

–  Ey  filani,  sənin  yaxşı  imarətin,  dükan-bazarun  vardı. 

Vəziyyətün də əla idi. Sorakı da hələ baxır. Nə oldu sənə belə 

hala düşdün? 

Dedi:  


– Vallah məni bədbəxlik  tutdu ki, bu Əli  yolunda arva-

dım  ən  bahalı  üzüyünü,  öz  gümuşun,  zadın  vermişdi  sailə. 

Mən  onun  biləngin  vırdım  kəsdim,  dedim,  indi  get  Əli  sənin 

bilənguyü versin. 

Dedi:  

– Bax Əli Əleyhissalam mənim biləngümü verdi.  




 

87 


Bu  baxdı  gördü  haaaa,  bu  həmən  kadındır.  Onnan  sora 

kadın dedi:  

–  Mən  səən  inanmadığın  Əli  Əleyhissalam  yolunda  səə 

heç bi şey vermərəm. 



 

Allah yolunda sədəqə ver 

 

Biri peyqəmbərə deyir ki, istiyirəm dövlətim cox olsun. 



Deer, dövlətin çox olsun, sədəqə çox ver. Bir insan ki cox sə-

dəqə  verər  Allahın  yolunda,  o  bəla  gəlsə,  insana,  Allah  onu 

dəf edər. 

Deer,  bi  cavan  oğlanın  toyu  olacağmış,  dedilər,  ya  Rə-

sulum, o cavanın toyu olacağ, dedi, onu toy güni ilan vıracağ 

bəy otağında.  

İndi bı camaat peyqəmbərin yalan danışmağın görmeeb-

lər axı, özzəri təəccübnən gözzeblər ki, görəy bı toy güni no-

lacağ.  Həyqətənmi  bi  cavan  öləcəy?  Nə  isə,  3  gün  keçər,  bi 

şey,  olüm  işi  olmaz.  Peyğəmbərə  sual  eliyillər  ki,  ya  Rəsu-

lum,  sən  dedün  o  cavan  öləcəy  axı.  Dedı,  gedün  icazə  alun 

onun sahibinnən, daxil olun onun otağına, onun mitəkkəsinin 

altina  baxun.  Deer,  elə  belə  de  eliyillər,  görüllər  bi  dənə  ilan 

qorulub  durub  balışın  altinda.  Deyər,  nə  gördüz?  Deyər,  bi 

dənə ilan. Çün o oğlan bəy çıxanda, evdən çıxanda sədəqə çı-

xarmışdı. O sədəqədi ki, qoymuyub orda ölüm olsun. 

 

Söyləyicilər: 

Hacı Mir Qiyas  Təhməzov, doğum  tarixi 1944, təhsili  orta  , 

Masallı şəhəri 

Hacı  Niftulla  Abbasov,  doğum  tarixi  1940,  təhsili  orta, 

Alışanlı kəndi 



 

88 


Gülsüm Muradova, doğum tarixi 1937, təhsili natamam orta, 

Xallıcalı kəndi 

Həcər Həsənova, doğum tarixi 1950, təhsili orta, Şərəfə kəndi 

Molla  Kərbəlayi  Nüsrət  Qızılağaclı,  Qızılağac  kəndi,  dünən 

və bu gün, B., 2003 

Ağaverdi Novruzov, doğum tarixi 1940, təhsili orta, Ərkivan 

kəndi 

Südabə  İsayeva,  doğum  tarixi  1952,  təhsili  natamam  orta, 



Ərkivan kəndi 

Arəstə  Əsgərova,  doğum  tarixi  1939,  təhsili  natamam  orta, 

Ərkivan kəndi 

İbrahim Sadıqov, doğum tarixi 1950, təhsili ali, Seybətin kəndi 

Rəfayıl Vahabov doğum tarixi 1944, təhsili ali, Göylənni kəndi 

İmran Tağıyev, doğum tarixi 1927, təhsili orta, Ərəb kəndi 

Bilqeyis  Gözəlova,  doğum  tarixi  1947,  təhsili  orta, 

Xırmandalı kəndi 

Səmərrux  Süleymanova,  doğum  tarixi  1924,  təhsili  orta 

ixtisas, Xırmandalı kəndi 

Məhəmməd  Abıyev,  doğum  tarixi  1927,  təhsili  orta,  Köhnə 

Alvadı kəndi  

Mir  Yaqub  Abdullayev,  doğum  tarixi  1961,  təhsili  orta, 

Bambaşı kəndi 



 

Toplayanlar: 

Füzuli Bayat (Gözəlov) 

Nuridə Muxtarzadə 

Qurban Əliyev 

Çiçək Əfəndiyeva 

Vüsalə Kərimova 



 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə