ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə17/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   13   14   15   16   17   18   19   20   ...   100

 

68 


sun peyğəmbərdi. Gəmiyə minənnən sora gəmini sürdülər də-

nizin içinə. Dənizin ortasına gedəndə, ən yekə heyvan dənizdə 

balinadı  dana.  Gəmini  qalxızdı.  Camaat  doludu  axı  gəmidə. 

Gəldilər gəminin yiyəsinin yanına dedilər, bu nə olan şeydi? 

–  Vallah  mən  neçə  illərdi  bu  yolu  gedirəm,  mənə  belə 

şey rast gəlmiyib. Birinci dəfədi, belə şey heç olmuyub indiyə 

qədər. Birinci dəfədi aşır nəsə. Yəqin ki, anasınnan qaçan var, 

belə çıxır məna. Mənnən olsa bi nəfər atayın onun ağzına, yə-

ni  bilinmir  əjdahadı,  balığdı  nədi.  Həə,  bir  nəfər  atayın  onun 

ağzına,  qoy  çıxsın  getsin.  Yoxsa  əl  çəkməz.  Hamımızı  qıra-

caq.  Həzrəti  Yusif  də  bu  qısa  müddətdə  söhbətiynən  buların 

hörmətini qazanıb. Peyğəmbərdi axı. Bular da bilmir peyğəm-

bərdi. Gəldilər püşk atdılar, püşk gəldi düşdü Yunisə. Dedilər, 

yox, səni atmarıq, genə atdılar, genə gəldi düşdü Yunisə. De-

dilər, səni yox, səni atmarıq! Üçüncü kərəm atdılar, genə gəl-

di  düşdü  Yunisə,  Yunis  başa  düşdü  ki,  anasınnan  qaçan  mə-

nəm. Peyğəmbərdi axı. Anasınnan qaçan mənəm.  

Dedi: 


– Məni atın. 

–  Atdılar,  düşdü  getdi.  Qırx  gün  balığın  qarnında  qaldı 

dənizdə. O müddətdə camaat gördü bəla gəlir, bəla nədi, göy-

də qara bulud. Qara bulud gəlir  yavaş-yavaş əyilir bizə tərəf. 

Camaat qorxuya düşür. Deyir, düzdü gəlir bəla. Onda bir abid 

vardı,  getdilər  o  abidin  yanına,  dedilər,  bəs,  biz  nə  qayırağ? 

Abid də bilir buların əhvalatın.  

Dedi:  


–  Vallah,  mən  bir  şey  bilmirəm,  ancağ  bi  dənə  şey  bi-

lirəm. Deyim onu eliyin, ağlıma gəlir. Dedilər, de. 

İndi  istiyillər  bular  bəlanı  qaytaralar.  Yunisin  deməyilə 

razılaşırlar,  indi  Yunisi  gəzirlər,  tapmırlar.  Tapmadılar  Yunisi 




 

69 


desinlər  ki,  iman  gətiririk,  qaytar  bəlanı.Tapmadılar,  getdilər 

abidin yanına. Abid də dedi ki, şəhərdən cıxın cölə! Hec şəhər-

də bi dənə adam qalmasin! Ancax, uşaqlar bir ayrilsin, böyük-

lər  bir.  Məsələn,  quzuu  anasından  ayırın  bi  qalsın,  uşagı  ana-

sından  ayırın  bi  qalsın.  Uşağ  da,  anasından  sarı  aglyər  dənə. 

Bəla da, gəlir əyilir yavaş-yavaş. Ot alovdu gəlir. Burda bir va-

himə düşdü, aglaşma düşdü, bu şəhrdən köcdülər. Aglamayan 

olmadi. Başina döyməyən olmadı. Allahın bulara rəhmi gəldi. 

Buların  aglamagına.  O  bəla  gəldi  bulara  lap  yaxinlaşanda  da-

yandi, bir az durdu, durdu, yavaş-yavaş qayıtdı. Bəla cıxdı get-

di  balığ  gəldi  dənızin  qiranisğına,  ağzın  acdı,  Yunis  salamat 

cıxdı, qırağa. Gəldi qohumlarının yanına. Qohumlar yığışdı bu-

nun başına, Harda idin biz iman gətirdik. Danışdılar, ta bu cür 

oldu, bu cür oldu. Bu cür elədik. İman gətirdilər Yunisə. Nəqə-

də, az müddət, genə həmən, genə baxmadılar. Ə, bəladı gəlmə-

di, daha olmaz. Yenə başladılar əyriyə, üyrüyə inammamaga. 

 

Allahın Məryama övlad əta eləməsi 

 

Həzrəti  İsa  Əleyhsəlam  peyğəmbər,  Allah  ona  Peyğəm-



bərlik  vermişdi,  möcüzə  vermişdi,  ölünü  diriltməyi  vermişdi. 

Ölüylə danışmağı, kor gözü  yoxdu, ona göz verməyi ona mö-

cüzə vermişdi. Həzrəti İsa kimin gözü yox idi, əlin cəkirdi göz 

verirdi  ona.  Kim  ölürdü,  Allahın  əmriylə  dirildirdi.  Allah  di-

rildirdir  e,  İsa  istiyəndə  Allah  dirildirdi.  Həzrəti  Musaya  necə 

əsanı  vermişdi,  onun  kimi buna  da  möcüzə  vermişdi. Dedilər, 

bizə  bir  övlat  ver,  məscidə  xidmətci  qoyarıx.  Allah  buların 

duasın eşitdi, gətdi Məryamı verdi bulara ovlad. Məryəm bi az 

böyüdü, apardılar qoydular məscidə, axı deyiblər, nəzir eliyib-

lər. Verdilər məscidə. O dedi, mən cağırım, bu dedi, mən cağı-




 

70 


rım,  püşk  atdılar,  gəldi  düşdü  Yəhyaya.  Yəhya  saxladı.  Daha 

Məryam  yekəlib, yekə qız olub, məsciddə qalir. Bi kərəm gəl-

di, gördü Məryam namaz qılır, amma onun böyründə, o tərəfdə 

bir şey fırlanır. Həzrəti Məryəmi elə qoruyur, hec kəs görmür. 

Elə qoruyur kişilərdən. Məryam namazı qutardı.  

Dedi: 


– Məryam, bala, bunu sənə kim gətirib?  

Dedi:  


– Vallah, sən məndən qabaq görübsən. 

 Məryam  oldu  bir  yekə  qız.  Bi  dəfə  əvdə  idi,  gördü  bir 

cavan oğlan girdi icəri. Cəkildi geri, dedi:  

– Səni ant verirəm Allahın adına, mənə toxunma! 

Cavan oğlan dedi:  

– Qorxma, Məryam! Mən adam deyiləm, mən mələyəm. 

Məni Allah göndərib, sənə bir ogul əta edəcək. Məryam dedi:  

– Mənim ərim var, mənim oğlum ola?! 

Onun tutdu əlindən, qolundan pilədi, mələk pilədi, Allah 

eliyir  dənə!  Gəldi,  bunun  hamilənin  qarnı  böyüyəcək  dənə, 

qarnı böyüyəcək. Qohum, qəbilə ona dedi, bu bici hardan qa-

zandın? Məryəm nə qədər and icdisə qazanmamışam, ərə get-

məmişəm, mən bi kişi görməmişəm. O qədər dedilər, dedilər, 

bu  bici  hardan  qazanıbsan.  Həə,  nə  qədər  deyir,  inanmirlar. 

Məryam şəhərdən cıxdı getdi, xurma ağacının dibində oturdu. 

Axı hamının zəhləsi gedir, yaxın qoymur camaat. Xurma ağa-

cı  acanda  başin  əyirdi,  gəlirdi  qabağına,  yeyirdi.  Hacan  acı-

xırdı,  xurma  ağacı  eyilirdi,  gelirdi  qabağına,  yeyirdi.  Uşağı 

oldu, uşağı aldı qucağına. İndi genə acıxıb, xurma ağacı əyil-

mədi. Allahdan nida gəldi! Ya Məryam! Məhəbbətin bölündü, 

getdi oğluna da. Həm mənə məhəbbət, həm oğluna məhəbbət!  



 

71 


Orda  qalmayacax  ki.  Uşağı  aldı  qucağına,  gəldi  evləri-

nə. Gəldi, evlərinə, “bic balanı aldı  qucağına, gəldi” daraşdı-

lar canına. Allah ona dedi:  

–  Deynən,  mən  orucam,  danışa  bilmərəm.  Əlinlə  işarə 

elə ki, uşaxdan xəbər alın.  

O  da  Allah  diyən  kimi  elədi,  dedi,  mən  orucam,  danışa 

bilmərəm,  uşaxdan  xəbər  alın.  Dedilər,  görürsən  dünən  uşax 

doğub,  bu  gün  deyir  uşaxdan  xəbər  al.  Uşax  danışa  bilər?! 

Dedilər,  bəlkə  soruşaq,  bəlkə  diyəcək.  Səni  nətər  qazandı? 

Həzrəti İsa acıx səsnən dedi:  

–  Mən  bic  bala  deyiləm,  mən  Ruhullaham,  məni  Allah 

yaradıb, mən bic deyiləm. Həə, dunən uşax doğula, bu gün da-

nışa, bular təəccüb elədilər. Ta dinmədilər, daha danışmadılar.  

Sora Məryəm ərə getdi. Yusif adında bir adama ərə get-

di. Ama Həzrəti İsanı böyütdü.  

 

Həzrəti İsanın möcüzəsi 

 

Həzrəti İsa da oldu peyğəmbər, camaatı dəvət eləyir, ca-



maat  da baxmır. Baxanlar da bitəhər,  yalandan. Beş-on nəfər 

varıydı, onnan gəzirdilər, xeyir ücün. Buları götürdü bir dəfə, 

Həzrəti İsa bilir dənə, oların icin də bilir, cölün də bilir. Gəldi 

bir  tanınmayan  şəhərin  qırağına.  Gəldi  girdi  şəhərə,  gördü 

qabaqda bir daxma var, onun qabağında bir oğlan oturub.  

Dedi: 


– Diyəsən fikirli, sən e? 

Tanımır axı, nə bu onu tanıyır, nə o bunu tanıyır. 

Dedi: 

– Dərdiyi mənə diyə bilərsən? 



Dedi: 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə