ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə15/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   11   12   13   14   15   16   17   18   ...   100

 

58 


Bu  uşağ  böyüyür,  çıxır  küçiyə.  O  uşağnan  oyniyır,  onu 

vurur, bunu vurur. O zad var e, ater. O uşağın  gözün kor eli-

yir,  bu  uşağın  gözün  kor  eliyir.  Bir  gün,  iki  gün,  o  gəlir  ki, 

uşağın  mənim  uşağımın  gözün  çıxardıb,  bu  gəlib  ki,  uşağın 

mənim  uşağımın  gözün  çıxardıb.  Bu  kişi  bilmir  ki,  neyləsin. 

Genə əlin açır Allahın dərgahına. Deyir:  

– Ya Rəbbim, boyun almışdım ölməyinə, ginə də  yeddi 

qurban kəsərəm, alginən onu mənim əlimdən.  

Allah-tala  həmən  uşağı  alır  onun  əlindən.  (Canı 

əğriyəndə balasın əyağının altında qoyur axı.) 



 

Allaha şükr etmək 

 

Bir  kişinən  arvad  varmış.  Buların  neçə  oğlu  var  imiş. 



Kişi  Peyğəmbərlərdən  imiş.  Bir  gün  bu  kişinin  bədənin  qurd 

basır. Bədəni belə olir ki, mən nə deyim sənə. Arının zadı olur 

e, biçör. Bir gün şeytan gəlir ki, bu kişinin imanlığın əlindən 

alsın.  Kişi  helə  diyirmiş  ki,  Allah  məni  bundan  da  pis  günə 

qoysa, ginə də diyəcəm, min şükür. Bir gün bu kişinin bir oğ-

lu  rəhmətə  gedir.  Deyir,  Allaha  çox  şükür.  Bir  neçə  gündən 

sora  ikinci  oğlu  rəhmətə  gedir.  Kişi  əlin  açır,  Allaha  çox  şü-

kür eliyir. Şəri-şeytan gəlir kişinin yanına. Diyir:  

–  Sənin  başua  bu  işdər  gəlib,  ginə  diyirsən  ki,  Allaha 

min şükür.  

Kişinin  gəlinləri  də  ölür.  Ginə  kişi  əlin  qaldırır  Allahın 

dərgahına deyir:  

– İlahi, sənə çox şükür, İlahi, sənə min şükür.  

Yarım  saatdan  sora  kişi  oldi  cavan  bir  oğlan.  Oğlanları 

da  gəldi,  gəlinləri  də  gəldi,  ayləsi  də  dirildi.  Deməli,  şeytan 

bunun ürəyin ala bilmədi.  




 

59 


İnsan Nəfsi 

 

Həzrət  Əliyə  sual  verillər  ki,  ən  mundar  şey  nədir  dün-



yada?  

Deyillər: 

– Donuzdu. 

Deyir:  


– Yox. 

Deyillər:  

– İtdi? 

Deyir: 


– Yox, ən mundar şey insanın nəfsidi. 

 

Peyğəmbərin uzaqgörənliyi 

 

İmam Hüseyn gəlir görür ki,  yeməy  yoxdu, qardaşı Hə-



sən  də  uşağıdı.  Peyğəmbər  deyir  ki,  nədi?  Deyər,  nədi?  Qızı 

Fatimə deyir ki, evdə yeməy yoxdu. 

Peyğəmbər  qızı  Fatiməyə  deyər  ki,  keç  o  üzdən  yeməy 

gətir.  Keçər  o  tərəfə,  görər  cənnətdən  gələn  xurma.  Gətirər 

verər atasına.  

Peyğəmbər  çıxardar  bir  dənə  qoyar  İmam  Həsənin  ağ-

zına, öpər dodağınnan. Bir dənə də qoyar İmam Hüseynin ağ-

zına, öpər onun boğazınnan. Çıxanda Fatimə deyər:  

– Baba, sən niyə belə elədün?  

Deyir:  


– Vaxt gələcəy, bunun ailəsi buna zəhər verəcəy. O qoy 

ölümü yüngül olsun. Vaxt gələcəy, Şümür olacağ bir dənə Şü-

mürüstandan. Bu Şümür ən yaxın dostu olub İmam Hüseynin. 

Sonra keçib o biri tərəfə. Şümürün taleyini soruşublar ki, kim-




 

60 


di, bu deyib, üzr istəyirəm, filankəsdən əmələ gələnnərdi, 6-7 

kişidən  əmələ  gələndi.  Onun  ürəyində  qalmışdı  da  o,  İmam 

Hüseyn düz danışmalıdı, danışdı da. Deyir, öpürəm onun bo-

ğazının  altınnan  ki,  kafirlər  bunun  boğazını  qoy  kəsə  bil-

məsinnər. Budu da, kəsə bilmir. 

 

Loğmanın şağirdi 

 

Loğmanın  ən  böyük  təbibi  olub.  Günnərin  bir  günü 



loğman  imtahan  götürürmüş.  Bütün  tələbələr  gəlir  imtahan 

verir  tibbdən.  Axırda  nəzəri  imtahan  imiş,  elə-belə  imtahan. 

Görüm bunun biliyi, səviyyəsi çatacaq, çatmayacağ? Bura qo-

yullar  kəlbətin,  isti  köz,  bir  də  kül.  Kim  gəlib  əlin  atıb  götü-

rür, yanır əli. Ərəstun baxıb o üzə-bu üzə, gedib külü götürüb, 

deyib, hə, indi qoyun mənim ovucuma bunu. Qoyublar, keçib 

imtahannan. 

Günnərin  bir  günü  loğman  səfərdəymiş.  Bunun  arvadı 

möhkəm  xəstələnir.  Bütün  həkimlər  yığılar,  dayı  loğmanın 

ailəsidi  də,  xəstələnib,  gedəllər  bunun  yanına.  Müalicə  eliyə 

bilməzlər bunu, heç zad yemir. Günü-günnən arığlıyar. Ailəsi 

gələr deyər ki, Ərəstun, sənin müəlliminin yoldaşı xəstədi, hə-

kimlər  onu  müalicə  eliyəmmir.  Sən  də  get  dəy.  Səninçün  də 

zəhmət çəkib, sənin müəllimin olub, təbibin olub. Gedər, gö-

rər bütün müalicələr olub. 

Deyər: 


–  Deyin  görüm  mənə,  bu  loğmanın  yoldaşının  əsli, 

nəsli, zatı hardandı?  

Deyillər: 

– Bunun zatı dağdandı.  

Deyib: 



 

61 


–  Buna  pendir  verün,  doşab  verün,  lavaş  verün,  bal  ve-

rün, dağ suyu verün. Bunu eliyənnən sora qadın düzələr.  

Yolda loğmana deyillər ki, Loğman, bəlkə də ailən indi 

gedib rəhmətə.  

Gələr, görər arvad sağdı. Bütün əhvalatları danışar. De-

yər: 


– Səni kim sağaltdı?  

Deyər: 


– Sənin şagirdün Ərəstun. 

Deyir: 


– Sənə nə dedi? 

Deyir: 


–  Mənə  dedi  ki,  sənin  kökün,  nəslin  hardandı,  dedim 

dağdan. Müalicələr yazdı. Mən onnan sağaldım. 

Deyir: 

– Əhsən ona. 



 

Loğmanın möhləti 

 

Bir dəfə Əzrayıl Loğmana deyir ki, sənin canıvı alacam.  



Deyir  ki,  mənim  canımı  gedək  o  çəmənniyin,  çayın  qı-

rağında al.  

Gedir. 

Deyir: 


– Oxxay, necə yaşamalı dünyadı.  

Əzrayıl deyir: 

– Loğman, sən niyə dedin mənim burda canımı al?  

Deyir  ki,  onsuz  da  öləcəm,  dedim,  gözəl  bir  təbiət  na-

mında ölüm. 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə