ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə12/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   8   9   10   11   12   13   14   15   ...   100

 

45 


Camaat  bunu  eşitdi  gəldilər  bunu  döydülər,  söydülər,  ney-

lədilər, axır kənddən çıxmalı oldu. 

Vilayətdən  çıxandan  sonra  başına  çox  oyunlar  gəldi. 

Oda  atdılar  Allahın  yarikarlığıynan  gül  baxçasına  döndü  hə-

min  oturduğu  od.  Çox  müsübətlərdən  sonra  İbrahim  pey-

ğəmbərin yaşadığı ölkənin şahı dedi:  

– Mən Allaham, səni öldürə də billəm, dirildə də billəm.  

Dedi:  


– Öldürədə bilərsən, dirildədə bilərsən, amma  Allah ki-

mi öldürüb-dirildə bilməzsən.  

Gətirdi  məhbusları  bunu  öldürün.  Neylədilər,  bu  qəbul 

eləmədi.  Allahsansa,  neynək,  Günəşi  şərqdən  çıxatma,  qərb-

dən  çıxart,  şimaldan  çıxart.  Bunu  eliyə  bilməyəcəksən.  Odur 

ki,  kənddən,  vilayətdən  çıxmalı  oldu.  Vilayətdən  çıxandan 

sonra  Sara  adlı  yoldaşı  oldu.  Çox  gözəl  qız  idi.  Gözəlliyinə 

görə qorxdu ki, bunu mənim əlimdən alarlar. Sandığda apardı 

onu.  Nə  təhərnən  getdi  başqa  vilayətlərdə  məskən  salmağa. 

Ümumiyyətlə,  bunun  günü-güzaranı  o  oldu  ki,  Allahın  bir-

liyini  tanıtdırmağ.  Nəhayət,  övladı  da  olmurdu.  Saranın  özü-

nün  Həcər  adı  kənizi  var  idi.  Bağışdadı  buna.  İbrahim 

Əleyhisalam kənizi götürdü, yaşamağa başladılar. Bundan bir 

dənə oğlu oldu – İsmayıl adlı. Olmamışdan qabağ Sara dedi:  

– Bunu mənim gözüm görməsin.  

İbrahim  Peyğəmbər  gətirdi  onnarı  Məkkə  çölündə  – 

Məkkənin düzənliyində atdı.  

Həcər dedi:  

– Məni kimə tapşırırsan?  

Dedi:  


– Səni Allaha tapşırıram.  

Dedi:  



 

46 


– Allaha tapşırırsansa, eybi yoxdur, onda qəbulumdu.  

Nəhayət, İbrahim Əleyhisalam qocaldı. İsmayıl orda ev-

ləndi. 

 İbrahim gəldi İsmayılın evinə, gördü ki,  yoldaşı nəsə iş 



görür dedi:  

– Sənin yoldaşın haradadı?  

Dedi  ki,  iş  dalınca  gedib.  Dedi,  necə  keçinirsiz?  Necə 

keçinəcəyik, pis. Dolanışığımız pisdi. Dedi: 

–  Yoldaşın  gələndə  deyərsən  ki,  qapının  kəndirini  də-

yişdirsin.  

Bu  gedəndən  sonra  İsmayıl  Əleyhisalam  gəldi.  Yoldaşı 

dedi  ki,  bir  nəfər  kişi  gəlmişdi  dedi  ki,  qapının  kəndirini  də-

yişdirsin.  

Dedi:  


– O, mənim atam imiş. O, sənnən narazı gedib. O, deyib 

ki, yoldaşuvı dəyişdir.  

Odu ki, başqasıynan evləndi. 

İbrahim Peğəmbər gəldi, yenə də yolu düşdü həmən ye-

rə.  Nağayrırsuz,  neynürsüz,  necə  keçinirsiz?  Gələn  kimi  bu 

gəlin başladı su gətirdi, bunun ayağlarını yumağa. Bunun qul-

luğunda dayananda dedi ki, necə dolanırsız? Dedi, şükr Alla-

ha, dolanırıq. Lap yaxşı dolanırıq. Zəhmətimiz hədərə getmir. 

Dedi: 

–  Onda  yoldaşın  gələndə  deyərsən  ki,  qapının 



kəndirindən bərk yapışsın. 

Odur ki, İbrahim Əleyhisalam qayıdandan sonra İsmayıl 

evə  gəldi.  Yoldaşı  elənçik  dedi  ona.  İbrahim  Əleyhisalamın 

sözündən  sonra  İsmayıl  Əleyhisalam  dedi  ki,  o,  mənim  atam 

imiş.  O,  səndən  razı  gedib.  Allah  da  sənnən  razı  olsun.  O, 

mənə tapşırığ verib ki, səndən möhkəm yapışım.  




 

47 


Nuh Peyğəmbər 

 

Min ilə qədər Nuh Peyğəmbərin ömrü olubdu. Allah tə-



rəfindən  ona  Peyğəmbərlik  göndərilib.  Amma  buna  qulaq 

asanlar olmuyub. Çox təbliğatlar aparıbdı, qəbul olunmuyub-

du. Nəhayət, Peyğəmbərlər qarğış eləməzlər heç vaxt. Amma 

Nuh Peyğəmbər Allahnan nida eliyib ki, Ya Allah, mən artıq 

bunlarnan bacara bilmirəm. Neyniyim, özün bilən məsləhətdi. 

Bunların  dində  olanını  bağışla,  dində  olmayanların  cəzasını 

özün  ver.  Odu  ki,  Allahdan  nida  gəldi  ki,  Ya  Nuh,  sənə  ina-

nanları  yığ  bir  yerə,  mən  inanmayanların  haqı-sabını  özüm 

eliyərəm. Sənniy döyül, sənin gücün çatmaz olara. 

Odur  ki,  Nuh  Peyğəmbər  böyük  bir  gəmi  düzəldir.  Ucu-

bunağ  adlı  ustaya,  ustanın  adı  olub.  Usta  hər  cürə  materiallar 

yığdı  yanına,  gəmi  düzəltdi.  Lazım  olan  heyvanlardan  cüt-cüt, 

öz  yanlarında  götürdülər.  Biri  onu  qəbul  eləmirdi.  Dini  qəbul 

eləmirdi,  o  qaldı.  Qalanını  isə  götürdü,  gəmiyə  mindirdi.  Bular 

gəmiyə minəndən sora gəmi dəryaya düşdü. Və o gəmi uca  yer 

hardaydısa orda dayanmışdı. Allahın izni ilə elə sel gəldi, elə su 

gəldi,  elə  yağdı,  elə  tufan  oldu  ki,  dərya  əmələ  gəldi.  Gəldi 

dəryaya gəmi üzdü. Nə qədər qaldılar o suyun üstündə. Onun bir 

oğlu da özüynən idi. Amma inanmadığına görə suda boğuldu.  

Allah  dedi,  sən  onu  qəbul  eləməginən.  O,  sənin  dinivi 

qəbul  eləmir.  O  biri  balalarıynan  Peyğəmbər  Cüdə  dağının 

başında qərar tutdu. Sonra isə təzədən dünya yarandı.  



 

Qarı əhvalatı 

 

Bi dənə rəvayət var. Allah rəhmət eləsin mənim bibimi. 



O  da  belə  şeylərdə  pis  deyildi.  O  danışıb,  mən  eşitmişəm  ki, 


 

48 


bir  qarı  varmış.  O  bi  dənə  qarı  həmişə  Allahı  yada  salarmış. 

O, Allahı yada saldığı üçün o, axşam yatıb yuxuya qalıb, Nuh 

Peyğəmbərnən o gəmidə olmuyub. Axşam  yatıb, evdə elə su-

dərya  əmələ  gələndə  rəvayətə  görə  qadının  xəbəri  olmuyub. 

Ancax  qarı  sağ-salamat  qalıb.  Nəhayət,  bir  də  ayılıb  qarı  ge-

dib təndir başına ki, çörəy bişirsin, görüb təndirin yarısı suda. 

Balam bu nə olubdu, yağıb nə olub? 

Nuh  Peyğəmbər  dəryadan  çıxandan  sonra,  dünya  üzrə 

gələndən  sonra o, qarını  tapıb. O, qarını tapıb ki, Allahın  rizası 

varmış  ürəyində.  Ona  görə  bu  heç  dəryanın  suyundan  xəbəri 

olmuyub. İndi o, Allahı tanımaq, Allaha istaiş eləmək bir başqa 

şeydi.  Gündə  üç  dəfə  Allahı  yaduva  salmalısan.  Allaha  ibadət 

eliyirsən. Namazdakı sözlər Allaha  yalvarışlardı. Allahdan nəsə 

diləməylərdi. Namazı qılmıyanlar helə bil Allahı yada salmır.  



 

Hz. Məhəmmədin Namaz Ricası 

 

Peyğəmbər Salavatullah meyraca getmişdi. Məbəs gecə-



sinə.  Həmin  Məbəs  gecəsində  Peyğəmbər  Salavatullah  Uraq 

adlı atla Cəbrayıl Əleyhisalamı göyün  yeddinci qatına apardı. 

Qatların  hamısında  Peyğəmbərlərə  rast  gəlir.  Cürbəcür  Pey-

ğəmbərlərə rast gəldi, keçmiş Peyğəmbərlərə. Göyün ən  yük-

sək  qatında  isə  Allahtalaynan  Peyğəmbər  Salavatullahın  ara-

sında  pərdə  bir  şey  olub.  Bircə  dənə  Amənə  Rəsulu  var  Qu-

randa  “Bəqərə”  surəsində.  Axırıncı  ayələridi.  İkinci  ayədir. 

Həmən o Amənə Rəsulda. 

Allah-tala Peyğəmbər Salavatullahnan şəxsən özü danı-

şıb. Allahın öz səsiynən, amma üzünü görmüyüb. Pərdə arxa-

sından  Allah-tala  Rəsulla  danışdı.  Allahın  yanından  qayıdan-

da yolda Musa Əleyhisalam soruşdu:  




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə