ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə10/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   6   7   8   9   10   11   12   13   ...   100

 

36 


Allahın qorxusu gəldi. Durdu bunun fikrinə qarşı dedi: 

– Yox, Allahdan qorxuram, bu qızı alacam. Alaram, bir 

kəniz bunu saxlıyar.  

Aldı, axşam gəldi bəy otağına, gəldi gördü bir dənə dün-

ya gözəli oturub, xanımlar – xanımı. Bu, dal-dalı çəkildi.  

Dedi:  


– Hara gedirsən?  

Dedi:  


–  Sən  kimsən,  mənim  otağıma  girmisən?  O,  kişi  ki 

mənə söz verib, sən o qız deyilsən.  

Dedi:  

– Mənəm, bura gəl. Allah məni sənə yetirib.  



Dedi:  

– Mənim atam deyib gözləri kordu, namərdə baxmamı-

şam mən, atam deyib dili  laldı, qiybət qırmamışam, atam de-

yib beli şildi, yəni əyilə-əyilə bir şey götürməmişəm, qulağları 

kardı,  bir  dənə  pis  söz  eşitməmişəm,  əlim  çolağdı,  bir  şey 

oğurlamamışam,  ayağım  topaldı,  ora-bura  getməmişəm.  Bu 

şeylər məndə olub. Ona görə Allah yaradıb məni sənin üçün. 

Bu  adamın  onnan  iki  oğlu  olur.  Birinin  adını  qoyur 

Müqqəddəs,  birinə  də  öz  adını  qoydu.  O,  Əhməd  idi.  Anası 

ona  o  qədər  süd  verərdi.  Deyərdi,  Pərvərdigara,  Ağam  İmam 

Hüseyinin  ziyarətinə  gedəndə  birinci  qapını  mən  açım.  Dəs-

təmaz  alıb  süd  verərdi.  Bir  dəfə  bilmədi  cənabatdı,  qüsulsuz 

buna  süd  verdi.  Vaxt  oldu  Əhməd  Kərbəlaya  gedəndə  gördü 

Kərbəlanın qapıları bağlanıb. Dedi:  

–  Məni  buraxın  içəri,  mən  elə  bir  qadınnan  bu  qapıya 

gəlmişəm ki, gərək qapıda qalmıyam, girəm içəri.  

Dedilər:  

– Belə bir qadınnan indi olmaz, sabah gələrsən. 




 

37 


Anasını sabah gətirdi, özü gəldi, gəzdi gördü İmam Hü-

seynin qapısında adamlar var.  

– Məni buraxın, oğlu Əhməd dedi.  

Dedilər:  

– Bu gün olmaz, sabah gələrsən.  

Dedi:  


– Mən bu qapıya gəlmişəm. Bura nətər girəceysən, bağ-

lıdı. Dedi:  

– Qapı sahibi, bilirsən mən kiməm? Mən o şəxsin oğlu-

yam ki, atam bir dənə almanı dişləməyinən gəldi mənim ana-

mı aldı. Mən o ailədən əmələ gələn oğlanam. Öz də anam hə-

mişə mənə dəstəmazdı süd verib. Qapı açılsın, mən girim. Qa-

pı açıldı, girdi içəri. Ağanı ziyarət elədi, çıxdı.  

Dedilər:  

– Sən İmamsan,  ya hansı Peyğəmbərsən? Sən bu qapını 

açdın. İmam Hüseyinsən ki, qapını açdın, Əbəlfəzsən?  

Dedi:  

–  Ədə,  nə  İmam,  nə  Peyğəmbər,  mən  bir  adi  adamam. 



Bunu  sən  də  eliyərsən,  əgər  qəlbin  düz  olsa,  qabağından  su 

axar. Gedib suya desən dayan, dayanacaq. 

Qapını bağladı, çıxdı gəldi. Bu arvad səhər ora  gələndə 

qapını açanda dedilər ana, oğlun gəldi ziyarət eylədi. Bu necə 

oğlandı, gəldi ziyarət elədi. Nə? Oğlum gəldi. Mən demişdim 

birinci  mən gedərəm. Oğul,  sənə bir dəfə bilməmişəm qüsul-

suz  süd  vermişəm.  Yoxsa  birinci  qapını  mən  açmalıydım. 

(Qadınların  gərək  üzü  açıq  olmalıdır.  Qadınların  heç  bir  yeri 

görülməməlidir. Qadın qadındır. Kişi kişi. Qadın çox zərif bir 

adamdır. Qadın ləkə götürər, kişi götürməz.) 




 

38 


Qonaq 

 

Bir  adama  qonağ  gəlmişdi.  Bu  adam  dedi  ki,  qaydadı 

belə,  sən  çörək  yeyəndə  “Bismillah”  deyəndən  sonra  “İlahi, 

şükür” deməlisən.  

O biri adam dedi:  

– Yox mənim yetmiş yaşım var. Belə sözü deməmişəm.  

Dedi:  

–  Madam  ki,  belədi,  dur,  mənim  sənə  verəcək  çörəyim 



yoxdur.  

Qonağ  durub  getdi.  Allahdan  nida  gəldi  ki,  onun  yetmiş 

yaşı var, çoxlu çörəyi var, gəlini var, ailəsi var. Sənin biraz çö-

rəyini yeyəcəydi. Sən ona niyə çörək vermədin? Get, harda olsa, 

onu tap gətir. Qoy günorta yesin, getsin. Belə baxanda gördü ki, 

qonağ yolu alıb əlinə gedir. Bu adam gəldi çatdı qonağa. Dedi:  

– Gəl gedək, çörək yeyək.  

Dedi:  


– Yox, getmirəm.  

Çox elədi gəl gedək, dedi, getmirəm. Girdi atının qarnı-

nın  altından  keçdi.  O,  o  kişini  at  qarışığ  qoydu  boynuna,  gə-

tirdi. Qoydu həyətinə. Dedi: 

– Düş, çörəy yeyirsən?  

Dedi:  


– Yox. Bunun səbəbin mənə deyəcəksən. Axı sən mənə 

əvvəl çörəy vermədin. Soradan da ardımca niyə gəldin?  

Dedi: 

–  Mənə  Allahdan  nida  gəldi.  Dedi  ki,  onun  yetmiş  yaşı 

var, dünyada bir şeydən ehtiyacı yoxdur. Həmi övlad, həmi ailə, 

həmi  çörəy,  bəs  sənin  biraz  çörəyivi  yesəydi  nə  olurdu,  niyə 

vermədin? Get onu tap gətir, çörəyivi yesin. Qonağ çörəyi yedi.  



 

39 


Dedi:  

–  Mən  də  dönüb  sizin  dininizi  qəbul  edirəm.  Deyin 

görüm siz nə eliyirsiz?  

– Dedi: 


–  Allahımın  elçisi  var.  Xəbər  aparıb,  xəbər  gətirən. 

Allah yetmiş iki millət yaradıb. Ancağ Allah birdi.  

O  qonağ  çörəyi  yedi,  sora  Kəlmeyi-şəhadəti  dedi,  Kəl-

meyi-təyyubəti dedi. Döndü oldu  müsəlman. (Şıx Əhməddən 

eşitmişəm.  Şıx  Əhməd  otuz  iki  nəfər  uşağa  dərs  deyirdi.  O 

cümlədən mən də uşağların içində idim. Bizə namaz öyrətdi, 

bizə “Yasin” öyrətdi, kəlmeyi-şəhadət öyrətdi. Belə-belə söh-

bətləri  kəndin  yaşlı  arvadları  gəlirdi  söhbət  eliyirdi.  Mən  də 

oturub onların söhbətlərini eşidirdim.) 

 

İmam Hüseynlə Əli Əkbər 

 

Bir  gün  İmam  Hüseyin  Ağa  küsüb  çıxmışdı  Kufədən. 



Ancağ ordan o qədər məktublar gəldi. Ya Hüseyin, sən burdan 

gedibsən, bizim günümüz çox çətindi. Sən gəl səni burda xəlifə 

qoyaq. Məktublar Kufədən gəlmişdi. Bəyəm atamı qılınclamağ 

yadınızdan  çıxıb?  Bəyəm  qardaşıma  zəhər  verib  öldürməy 

yadınızdan  çıxıb?  Mənə  nə  qədər  əziyyətlər  verdiyiviz 

yadımdan  çıxıb? Yenə  məktublar gələndə  İmam  balalarına  iki 

nəfər  –  birinin  adı  Aqil,  birinin  adı  Tofiq,  qoşub  onları  gön-

dərdi ora. Bu uşağlar getdi, dedilər ki, İmam Hüseyin gəlir. Hər 

yerdə hər zaman özünün söz gəzdirəni var, aravuran var.  

O vaxtı Allah-tala Adəmi də  yaratmamışdı, bizdən qabağ 

ki,  Adəmi  yaratmamışdı,  bütün  ruhları  yığdı  bir  yerə,  pərdəni 

götürdü,  bir  dənə  də  bayrağ  qoydu  ora.  O  pərdəni  götürəndən 

sonra  Kərbəla  müsübətini  ruhlara  göstərdi.  Dedi,  bu  bayrağı 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə