ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə8/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   4   5   6   7   8   9   10   11   ...   100

 

28 


Deyir:  

– Sən İmam oğlu İmam, mən kasıb bir adam.  

İmam Hüseyin dedi: 

– Mən sənə elə sual vermərəm ki onda aciz qalasan. Elə 

sual verərəm, sən onun barəsində danışmağı bacararsan.  

Dedi:  


–  Buyur,  Ya  imam,  əgər  bilsəm,  deyərəm,  bilməsəm, 

örgədərsən mənə. Bu, yaxşı şeydi.  

Dedi:  

–  İnsanın  qiyməti,  insanın  dərəcəsi  var.  İnsan  istiyir 



ucalsın, həm Allah  yanında, həm məxluqat  yanında. Neyləsin 

ki, insan ucalsın.  

Qayıtdı o adam Həzrət İmam Hüseynin sualına belə ca-

vab verdi:  

– Ya imam, insan istiyirsə, qiymətli olar, Allah yanında 

da,  bəşər  yanında  da.  Ancaq  gərək  o  insan  elmli  olsun.  Elm 

nədir?  Çox  adam  deyir  ki,  xoş  xasiyyətli  ol,  əsəbli  olma. 

Özgəsinin malına göz dikmə.  

 Dedi:  

– Bəh-bəh, üç min dinarın min dinarını verdim. Əgər bir 

insan var ki, Allah da onu bəyənsin, məxluqat da bəyənsin?  

Dedi:  


– Ya imam, o insan ki elmi yox, varı-dövləti ola, həm də 

səxavətli ola. Var-dövlət pul deyil. Var-dövlət qızıl deyil, dol-

lar  deyil.  Var-dövlət  nədir?  Var-dövlət  insanın  can  sağlığı. 

Var-dövlət nədir? İnsan üçün əmin-amanlıqdır. Var-dövlət nə-

dir? Yaxşı övladdır. Var-dövlət nədir? Yaxşı dostdur. Var-döv-

lət nədir? Yaxşı qonşudur. Var-dövlət nədir? Yaxşı ailən olsun. 

(Hələ  biz  deyirik  ki,  varın-dövlətin  var,  qızılın  var,  gümüşün 

var.  Atalarımızın  qəşəng  sözü  var:  neynirəm  qızıl  teşdi  ki, 




 

29 


onun içinə qan qusam. İnsanın varı-dövləti ibadətdi, onun can 

sağlığıdır,  onun  əl  açıqlığı  və  həm  də  möhtac  olana  əl  tutma-

sıdır. Sözü ilə əl tutmasıdır. Allah rəhmət eləsin Mir Möhsüm 

Ağanı,


 

Allah  rəhmət  eləsin  Mir  Həsən  Ağanı,  Allah  rəhmət 

eləsin  başqa-başqa  Ağalarımızı,  Axundlarımızı.  Onlar  kasıb 

olub, amma onların indiki adı yaşıyır, çəkilir, adına

 

salavat de-



yilir,  Quran  oxunur,  vədinə  and  içilir.  Onların  sərvəti  qurtar-

maz.  Ən  varlı  insan  odur  onun  xəlq  arasında  hörməti  olsun, 

onun Allah yanında hörməti olsun.) Ya imam, varlı insan təqva

 

sahibləridir. Qiymətli insan kimdir? Təqva sahibləridir.  

Allah rəhmət eləsin İmam Hüseynə, dedi: 

– Bəh-bəh, sənin borcunun üçdə iki hissəsini də verdim. 

İmam Hüseyin dedi:  

– Ərəb, bir insanın nə varı var, nə dövləti var, nə də sə-

xavəti var. Bəs bu neyləsin? 

Dedi:  


–  Ya  imam,  Allah  yanında  gərək  insan  fəqir  olub,  səbr 

eliyən  olsun.  Fəqir  olasan,  səbr  eliyəsən,  İbn  Talibnən  bəra-

bərsən. Həzrət Əliynən bərabərsən. Fəqir olasan, səbrin də ol-

maya, onda Allah onu qaldırar qiyamət günündə itnən boyun-

boyun eylər. Ay bəxtəvər filankəsin başına, gedən quru çaylar 

ona sular gəlib. Ay onun belə pulu, varı var, mənim yoxumdu

onun övladı var, mənim yoxumdu, onun qohum-əqrəbası çox-

du,  mənim  yoxdur.  Buna  nə  deyərlər?  Həsəd  aparan.  Həsəd 

aparan nədi? Həsəd insan imanını əldən alar. 

Dedi:  


 – Bəh-bəh, ərəb, üç min dinarın hamısını  verdim. Am-

ma ərəb, mən sənin borcunu verdim, sən aparıb verdin borcu, 

yenə  oldun  kasıb.  İstiyirəm  sənin  özünü  dövlətli  eliyəm.  Bir 



 

30 


vaxt  borclu  idin,  mən  gəldim,  sənə  yaxşılığ  etdim  borcunu 

verdim. Amma yenə kasıbladın.  

Dedi:  

– Buyur.  



Dedi: 

– Bir adam nə var-dövləti var, nə sərvəti, nə də səxavəti, 

özdə kasıbdı, səbri də yoxdu neyləsin? Ərəb, neynəsün bu?  

Dedi:  


– Ya imam, məni bağışlaginən, halalı məhv etmək üçün 

gərək onu yandırasan. Elə bir insan ki deyir özgəsin pulu var, 

varı  var,  Allah  onun  başına  bir  od  salsın,  qoy  dırnağınacan 

yandırsın.  

İmam Hüseynin barmağında üzüyü vardı. Həzrəti İmam 

çıxartdı üzüyü ona verdi.  

Ərəb dedi:  

– Ya imam, bu üzüy mənimkidi?  

Dedi: 

– Bəli.  



Dedi: 

– İstiyirəm bunu satam.  

Dedi: 

– Mal sənindi, özün bilərsən.  



Gətirdi  bazara  satdı.  Bütöv  varı,  dövləti,  sərvəti  olma-

ğınan bərabər, özünə də miniy almağınan bərabər, barmağnan 

göstərilən  böyük  ticarət  sahiblərinnən  biri  oldu.  Nəyə  görə? 

Onun  ədəbinə  görə.  Nəyə  görə?  Onun  insan  olduğuna  görə. 

Nəyə görə? Onun mərifəti olduğuna görə.  

Dedi: 


– Bəh-bəh, qurban olum belə  Mövlaya. Bir adam ki bu 

işi görə, belə Mövlayı tərif etməyə dəyər.  




 

31 


Hz. Əlinin borcu 

 

Həzrəti  Əli  Əleyhisalam  gəldi  bir  gün  evə,  gördü  ki, 



Fatimeyi Zəhra oturub, (Peğəmbərimizin qızıdır) dedi: 

 – Ya Fatimə, necədir halın?  

Dedi:  

– Əlican, belə yaxşıyam.  



Həzrəti Əli dedi:  

– Həsən niyə yatmır?  

Dedi:  

–  Ya  Əli,  yatacağdır.  İndi  yuxu  gedər  gözünə.  Axı  ac 



adamın gözünə yuxu getməz.  

Həzrət dedi:  

– Ya Fatimə, nəsə uşağlarda bir şey var.  

 Dedi: 


–  Əlican,  sənin  nəyinnən  gizlədim,  üç  gündür  Həsən 

acdır. Bir şey yoxdur verməyə. Ona görə yuxu getmir gözünə.  

Həzrəti  Əli  örtdü  qapını,  çıxdı.  Şahmur  adında  bir  ya-

hudi var idi. Həzrət Şahmur adlı  yahudidən on dinar borc pul 

aldı. Həsrəti Əlinin də bir xasiyyəti vardı, hansı küçəynən get-

səydi,  o  küçəylə  qayıtmazdı,  başqa  yolnan  gələrdi.  Nəyə  gö-

rə?  Qayıdanda  o  biri  küçeylə  gedərdi  ki,  o  birilərin  də  halını 

soruşsun.  Gəldi  gördü  ki,  yolun  üstündə  Allah  rəhmət  eləsin 

Əmmar Yasər (O, Peyğəmbərin səhabəsi olub.) 

Dedi:  


– Əmmar.  

 Əmmar tez durdu dedi:  

– Əli, sənsən?  

Dedi: 


– Əmmar, burda niyə əyləşibsən?  


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə