ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə9/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   5   6   7   8   9   10   11   12   ...   100

 

32 


Dedi:  

– Əli, oturmuşam bir az nəfəs alam, havamı dəyişəm.  

Dedi: 

– Əmmar, düzünü de.  



Dedi: 

– Əli, nəyi deyim e, acam, evə də gedə bilmirəm. Xəca-

lət  çəkirəm,  balalarım  da  acdır.  Dörd  gündür  özüm  də  acam, 

ailəm də acdır. 

Həzrəti Əli heç zad demədən həmən pulu çıxartdı verdi 

Əmmara. Əmmar ki aldı bu pulu, Əli axı evə necə gəlsin, ailə 

yanına  necə  gəlsin,  ya  məscidə  necə  getsin,  ya  Peyğəmbərin 

yanına necə getsin? Gedirdi gördü qabağdan bir dənə kişi də-

və gətirir. Həzrəti Əli öz-özünə dedi:  

– Ay qəşəng bir pulum olaydı, bu dəvəni kəsib füqaraya 

paylardım.  Ya  da  bu  dəvəni  minib  cihad  eliyərdim.  Amma 

pulum yoxdur. Həzrəti Əli kişi ona gəlib çatanda dedi:  

– Ərəb, dəvəni satmazsan?  

Dedi:  


– Satıram.  

Dedi:  


– Ancağ pulum yoxdur. Nisyə verərsən?  

Dedi:  


– Verərəm.  

– Neçə dinara?  

– Min dinara. 

– Allah xeyir versin.  

Dəvəni aldı. Axı mən evə belə gedə bilmərəm. Axı evdə 

uşağım  ac,  özüm  ac.  Dəvəni  nisyə  istiyən  olsaydı  satardım. 

Gördü iki nəfər qabağdan çıxdı. Gəldi yanaşdı dedi: 

– Dəvə sənindi?  




 

33 


Dedi:  

– Bəli. Satırsan?  

Dedi:  

– Satıram.  



Dedi:  

– Neçiyə deyirsən?  

Həzrəti  Əli  öz-özünə  fikirləşdi  ki,  elə  qiymət  deyim  ki, 

almasınlar. 

 Dedi:  

– On min dinara.  

Dedi:  

– Allah xeyir versin.  



Çıxartdılar  on  min  dinar  pulu  verdilər  Həzrəti  Əliyə. 

Həzrəti  Əlinin  kefi  sazdır.  Aparıb  on  dinardan  borcu  verəcə-

yəm, min dinarın dəvənin sahibinə verəcəyəm, qalanını da ye-

tim-yesirə, füqaraya paylayacağam. Gəldi Peğəmbərin yanına 

çatmamış füqaralar töküldü. İndi paylayır bu pulları. On dina-

rını ayırıb, min dinarını da ayırıb, Həsəni üçün  bir şey götür-

müyüb paylıyıb.  Allah  tərəfindən Peyğəmbərə  nida gəldi. Ya 

RəsulAllah,  əmin  oğlu  Əlidən  xəbərin  varmı?  Dedi,  xeyir. 

Dedi, Əli bir dənə alver eliyib. Gəldilər dedilər:  

–  Ya  Əli,  Peyğəmbər  deyir  ki,  Həsənin  evdə  acdır  ha, 

yadından çıxartma. 

Dedi:  


–  And  olsun  o  Allaha,  bir  evin  çörəyini  saxlamışdım 

əlimdə. Əgər mənə deməsəydün, bunu da aparıb füqaraya ve-

rəcəydim. Gəldi Məscidə Peyğəmbər baxdı, dedi:  

–  Ya  Əli  necəsən?  Başuva  gələn  qəzanı  mən  danışım 

sənə, ya sən danışırsan? 

Dedi:  



 

34 


– Ya RəsulAllah, birinci Allahın Peyğəmbəri bilicidir.  

Dedi:  


– O dəvə satanı tanıdın? O füqara üçün getdin ha yahu-

didən  pul  aldın  mənim  balalarım  üçün,  mənim  qızım  üçün, 

gətirdin  verdin  Əmmar  Yasərə  on  dinarı.  Əli  getdin  ki,  dəvə 

gətirdilər satdılar, dəvə alanı, dəvə satanı tanıdın?  

Dedi:  

– Yox, Ya RəsulAllah.  



Dedi:  

–  Allah  buyurur  ki,  yoxdan  əgər  bir  şey  verərsən,  bir 

dinarıva  min  dinar  verərəm.  Əli,  sən  ki,  yoxdan  verdün,  hər 

bir dinaruva Allah on min dinar sənə pul yetirdi. Dəvəni satan 

Cənabi Cəbrayıl idi. Dəvəni alan Cənabi Mikayılla İsrafil idi. 

Əli, heç kəsə borclu deyilsən. Yoxdan xərclədiyinə görə Allah 

onu  sənə  yetirib.  Gətirdi  həmən  yahüdinin  də  borcunu  verdi. 

(Yəni  Ağaların  etdiyi  əməllər  bizim  üçün  örnəkdi.  Tikəvi 

paylıyarsansa, Allah tikəvin əvəzinə tikə verər.)  

 

Halallıq və ya dişlənmiş alma 

 

Bir  cütcü  Ərdəbildən  gəldi  dəstəmaz  almağa.  Gördü  bir 



dənə alma gəlir, bu adam da dəstəmaz almağ istiyirdi, onu gö-

türdü.  Allahın  cəhənnəm  odu  yadından  çıxdı.  Götürdü  almanı 

dişlədi,  yemədi  ha!  Lapdan  fikirləşdi,  vay,  mən  nağarmışam. 

Bu almanı mən dişlədim. Qiyamətdə mən nə cavab verəcəyəm? 

Dedi, axtarıb bunun yiyəsini tapacam. Üzü yuxarı getdi. Gördü 

bu almadan ağacda çox var. Həmin almadı. Fırlandı bu yannan 

gəldi, öz-özünə dedi ki, bu ev sahibi mənə lazımdı. Dedilər:  

– Bağın sahibi Allahnan danışır, yəni namaz qılır.  

Namazı qurtardı, bunu buraxdılar.  



 

35 


Dedi:  

– Bu almanı bilməmişəm, dişləmişəm. Bu almanı, dedi, 

gəl alım.  

Dedi:  


–  Yox.  Eliyə  bilmərəm.  Dedi,  mənnən  öncə  qardaşım 

var.  Onundu,  əgər  mənim  payıma  düşsə,  halal  xoşun  olsun. 

Qardaşımın payına düşsə, halal eliyə bilmərəm. 

Gəldi onun qardaşını tapdı. Tapanda buna dedi:  

–  Baba,  bilməmişəm  bu  almanı  dişləmişəm.  Sənin  qar-

daşının yanına gəlmişdim ki, halal elə. Dedi ki, eləyə bilmərəm. 

Dedim, niyə? Dedi ki, mal mənim deyil, eliyə bilmərəm. Dedi, 

baba, iki il qalıb qapında nökər işlərəm. Bunu mənə halal elə.  

Dedi:  

– Eləmirəm.  



Dedi:  

– Nə qədər canım var, sənin qapında işlərəm. Bunu mə-

nə halal elə. 

Dedi:  


– Eləmirəm.  

Dedi:  


–  Nətər  eliyim  bunu  sən  mənə  halal  eliyəsən.  Hələ 

yeməmişəm e, dişləmişəm.  

Dedi:  

– Onda bu şərtlə sənə halal eliyərəm.  



Dedi:  

– Nədi?  

Dedi:  

–  Mənim  bir  qızım  var.  İki  gözü  kordu,  qulağı  kardı, 



əlləri çolağdı, beldən şildi, ayağı da topaldı, dili də laldı. Bu-

nu al, mən sənə halal eliyim.  




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə