92
* * *
Badisəlam qəbirsanlığı var Kərbəlada, ora pis əməllər
gedəcəy ora. Axırıncı İmam gələcək inşAllah olara baxacaq.
Mələklər gedir Allah dərgahına, Allah soruşur ki, niyə gəldiz?
Niftullanın canı çıxdı, qoydular qəbirə, biz də gəldik. Deyir,
qiyamətə qədər Niftullanın yanında qalın. Tək qoymuyun, da-
rıxar. Deyir, mənim yaratdığım bəndəni tək qoymuyun. Ge-
din, qiyamətə qədər onun yanında qalın. Məsələn, Allah-
Taala on bir ayı bizə verib. Yeyin, halal xoşunuz olsun, on bir
ay elədiyiniz günahları mən bağışlayıram. Amma bir ay mənə
oruc tutun. Payızın yarpağları kimi sizin yarpağınızı tökəcəm.
Görürsən Ramazan ayında orucu tutmadın.
Mənə səcdə elə. Adəm kimi peyğəmbər, yüz iyirmi dörd
min peyğəmbər mənə səcdə elədi. Bəs sən kimə arxayınsan. Mə-
nə səcdə eləmirsən. Ey mənim yaratdığım bəndə. Oğul istə-
misən vermişəm, qız istəmisən vermişəm, mal vermişəm, dövlət
vermişəm, sənə ağıl vermişəm, işiğ vermişəm, göz vermişəm,
qulağ vermişəm, nə istəmisən, sənə vermişəm, onun qarşısında
mənə səcdə elə. Namaz qıl, orucuvu tut. İndi mən namaz qılmı-
ram, oruc tutmuram, öz də deyirəm, Allah, səni yaxşı tanıyıram.
* * *
Peyğəmbərə deyirəm, səni yaxşı tanıyıram. Deyir, ay üzün
qara olsun, nə dərinnən məni tanıyırsan. Deyirəm, namaz qıl-
qılmırsan, oruc tut, tutmursan, xüms ver, vermirsən, zəkat ver,
vermirsən, bəs nətər yaxşı bəndəsən. Mən səni işiqlı dünyaya
gətirmişəm. Sənə yüz il, əlli il ömür vermişəm, sənə yaraşıq
vermişəm. Musa peyğəmbər, Yusif peyğəmbər durdu aynanın
qabağında dedi, ya Rəbb, görəsən mənim kimi gözəl peyğəmbər
yaradacaqsan? Musa dedi, elmə bax, məndə, gözəlliyə bax
93
məndə. Yusif də dedi bu sözü. Allah dedi, ya Yusif, gözəlliyivə
arxayın olma. And olsun izzət-cəlalıma, vaxt olar səni on yeddi-
on səkkiz qara pula satdıraram. Qardaşları gətirdi onu on yeddi-
on səkkiz köpük qara pul aldı. Aldı gətirdi Misirə. O boydana
Misir, o gözəl Allah Yusifi hardan-haraya gətirdi. Bütün camaat
onun qapısına töküldü. Qardaşını da onun qapısına gətirdi. Üç
dəfə qardaşları gəldi Yusifin qarşısına. Yusif zindanda olanda
Allaha səcdə eliyibdir, yatanda səcdə eliyirdi.
* * *
Ağa Mirzə, Allah rəhmət eləsin o mollanı. Onunla çox
mollalığ eləmişəm. Onun atasıynan mənim salam əleykim
vardı. İndi deməyim budur ki, axşamnan yatıram ailəmin ya-
nında, görürəm ki, gedirəm mən Bakıya, Moskvaya. Özüm yat-
mışam e, mən. O ruh mənim bədənimdən çıxdı. Peyğəmbər
buyurub mənim yatan hümmətimi birdən qaldırmayın. Biri ki
gəldi, soruşur ki, filankəs hanı? Deyir, yatıb. Deyir, dərhal onu
çağırmıyın. Lapdan başlıyar ürək dayanar. Yavaş-yavaş çağı-
rın. Niftulla, Niftulla səni çağırırlar. Bir var Niftulla, Niftulla
hay, ruh gəlmədi, ürək dayandı. Ona görə gərək asta-asta
çağırasan. Yatıbsa, ruh bədənnən çıxıb. Hey hər yeri gəzir.
* * *
Bəzi adam deyir ki, cənazə niyə ağır gedir. Deyirlər ona
görə ağır gedir ki, bunun qardaşı Rusiyyətdədi, gəlmiyib, oğlu
gəlmiyib. Yalan sözdü. Onun ruhu əməli yoxdur. O ruh gedir
görür inkir-minkir bunu gözlüyür. O durur gəlir, deyir, ay evi
tikilən, əməlin yoxdur. Məni incidəcəklər. Ruh buna deyir,
getmə, ona görə cənazə ağır gedir. Əgər əməlin yaxşı olsa,
qardaş-bacı sənə qurban olum, görürsən Ərrəhman deməyə
94
aman vermir. Əməli yaxşıdı. Əgər mənim əməlim olmasa, ru-
hum getmir. Deyir, burda qalsam, xeyirdi mənə. Məni bu yerə
gətirən qəbirdə də hər yerdə, Adil axşamla bura gələn mənim
ruhumdur. Mən özüm yatmışam, çörülmüşəm torpağda. Ru-
hum gəlir, yoxluyur gedir. Əgər mənim ruhum gəlir görür
evimdə mənə yasin oxutdururlar, ya bir ehsan verirlər, ruhum
şad gedəcək. Yox, gəldi gördü mənim Əhli-beytim televizora
baxır, heç məni yada salmır, bədvaris kimi gedir. Bir var de-
yəsən bivaris, bir də var deyəsən bədvaris. Bivaris övladı ol-
mayanlardır. Bədvaris övladı olub, onu yada salmayanlardır.
* * *
Ey Füzuli məndəxi aləmdə bir ad eylərəm, bəs o nədi?
Dedi, o, Kərbəla şəhidlərinindi. Dünya durduqca o duracaq.
Seyyidlik Haşimə verilib. Haşimdən sonrası hamı seyiddir. Al-
lah-tala ruhi məhbusi yaradandan sonra bu qələmə baxdı, qələm
haçalandı. Dedi, yaz. Yazdı La İlahə İllAllah, öz də beş kim-
sənin adını Allah-Taala öz adından götürüb. Dedi, yaz Muhəm-
məd RəsulAllah, peyğəmbərimizin adı Muhəmməd, adı Allahın
Mahmud adından götürülüb. Buların ikisinində mənası var. Bu
Mahmud Məhəmməd yerim, göyüm mənimki deməkdi dedi.
* * *
On səkkiz min aləmlər yaradıb Allah-tala. Onun altı mini
cəmadətdi, altı mini nəbadətdi, altı mini heyvanət. O heyvanətdə
biz də varıq. Bütün bu cəmadət, nəbadət, camaatda meyillik də
var bir-birinə. Meyilliyin təkamülü keçir şəhvətə. Şəhvət
heyvanətə aiddir, biz də heyvan sayılırıq. Şəhvət heyvanat
deməkdir. Heyvanatın özü də iki cürədi: bir var şüurlu, biri var
şüursuz. Məhəbbətin özü də iki cürdü. Bir var şüurlu məhəbbət,
Dostları ilə paylaş: |