ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə25/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   21   22   23   24   25   26   27   28   ...   100

 

99 


73-dən hansı bizüy, hansı biz döyülüy. Hamı deyir ki, biz dü-

züy.  Quran  deer  helə  döör.  Quran  deer  nəyi  istiyirsənsə  bil-

mək düzdü, Qurana istinad elə. Ona görə də böyük mütəfək-

kir alim Təbrizdə anadan olmuş (1903




 

100 


itgin  düşənnər  siyahısında  və  1942-ci  ildə  Yardımlı  rayonu-

nun vayenkomatınnan müharibəyə çağrıldığı göstərilir. Onnan 

başqa heç bir məlumat yoxdu. 

Atam 1937 təvəllüddü. Yeganə oğul o qalıb. Rəhmətdik 

babam deyərdi ki, mənim oğlum bir olub, istərdim ki, 7-8-10 

nəvəm olsun, oları oğlum kimi qəbul eliyim. Bizdə də Allaha 

çox şükür ki, 8 qardaşığ. 

Atam  rəhmətdik  deyərdi  ki,  seyid  o  deyil  ki,  hamının 

qarşısında  başı  yuxarı  gəzə  və  deyə  ki,  mən  seyidəm,  hamı 

mənim  qulluğumda  durmalıdı.  Allah-tala  bizi  ona  görə  yara-

dıb ki, bütün Allah bəndələrinin qulluğunda durağ. Haqqı na-

haxdan ayıra bilək. Heç  vaxt özüvü  yüksək tutma, qoy  Allah 

səni yüksək tutsun. 

 

*  *  * 



Mir Rəsul Ağanın bi dənə sözü vardı, deyirdi, bala, Al-

lah nə istəsən bu gün verər sənə, yetər ki sənin inamın yüksək 

olsun.  Deyərdi  inamı  yüksək  olan  insanların  nəfsi  zəif  olur, 

tamahı  zəif  olur.  Ağanın  bir  xasiyyəti  vardı,  Azərbaycannan 

kənarda nə istehsal olsaydı onu yeməzdi. Nə yağı, nə kanfeti, 

hec bir şeyi. Uzağ bi  yerə gedəndə də ərzağın özünnən götü-

rərdi. Deyirdi, bala, elə bilirəm nəfsimə haram qatsam, elə bil 

mədəmdə bir qoruyucu var, o həmın tikəni geri qaytarar. Ona 

görə də istəmərəm özümə də əziyyət verim, başqalarına da. 

Bi də görərdün mən  ya da başqa övladarınnan  biri han-

sısa özünün tay-tuşlarınnan gəlirdüy bizə ya nərd, ya da nəbi-

lim, damino-filan oynamağa, ağanın acığı tutardı. Deyərdi on-

nansa gedin bir vərəq Quran oxuyun, ya bir dini kitabnan ma-

rağlanın. Zeynivi dəyərli şeylərnən yüklə. 




 

101 


Elm oxumağ tərəfdarı idi. Deyərdi, bala, ancağ oxuyun. 

Mənə sizin heç bir işiniz lazım deyil. Siz oxuyun. 

 

Söyləyicilər: 

Südabə İsayeva, doğum tarixi 1952, təhsili orta, Ərkivan kəndi 

Hacı  Mir  Qiyas  Təhməzov,  doğum  tarixi  1944,  təhsili  orta, 

Masallı şəhəri 

Hacı  Niftulla  Abbasov,  doğum  tarixi  1940,  təhsili  orta, 

Alışanlı kəndi 

Rəfayıl  Vahabov,  doğum  tarixi  1944,  təhsili  ali,  Göylənni 

kəndi 


Hacı  Nüsrət  Nəsrullayev,  doğum  tarixi  1947,  təhsili  ali, 

Qızılağac kəndi 

Musarza  Mirzəyev,  doğum  tarixi  1958,  təhsili  ali, 

Mahmudavar kəndi 

Mir  Əli  Tağıyev,  doğum  tarixi  1956,  təhsili  orta,  Masallı 

şəhəri 


Mir  Möhsün  Tağıyev  doğum  tarixi  1961,  təhsili  ali,  Masallı 

şəhəri 


Mir Rafiq Bədirov, doğum tarixi 1965, təhsili ali, Şıxlar kəndi 

 

Toplayanlar: 

Füzuli Bayat (Gozəlov) 

Nuridə Muxtarzadə 

İlahə Heybətova 

 



 

102 


4. MƏNKABƏLƏR 

 

Mir Həsən Ağa 

 

Bizdə Seyid Sadiq Ağa və Mir Həsən Ağa var idi. Mən 



Mir Həsən Ağanı 14-15  yaşlarında olanda görmüşəm. Siması 

nurlu  insan olub. Seyiddərə nəzir  verirlər, amma ki, o, nəziri 

hamıya  paylayır.  Ağa  heç  vaxt  maşından,  minikdən  istifadə 

etmiyib. Mən özüm böyüklərdən eşitmişəm bir nəfər maşında 

gedəndə  görür  ki,  ağa  piyada  gedir.  Diyir  ki,  gəl  otur,  deyir, 

yox.  Ağa  səndən  incimir.  Gəlir  görür  ki,  Ağa  ondan  qabağ 

bazarın yanındadı.

 

 



Mir Həsən Ağa yol daşlarını təmizləyir 

 

Allah rəhmət eləsin, bir gün Şeyx Rəhmət Axundnan Mir 



Həsən  Ağa  (Şeyx  Rəhmət  Axund  Çaxırlıdan  olub.  Mir  Həsən 

Ağa Qizilağacli olub) piyada  yol gedirmişlər,  yayın  isti günün-

də. Axund deyir, mən gedirdim, bir də gördüm Mir Həsən Ağa 

harda belə-belə daşlar var, (o, əli ilə daşın ölçüsünü göstərir) yo-

lun ortasından daşları götürür, yolun qırağlarına düzür. Dedim:  

– Ağa, gedək.  

Dedi:  

– Yox. Gecə ayaqyalın adam gələr dəyirmana,  gedəndə 



ayağına  bu  daş  ilişər.  Ona  görə  də  daşları  götürüb  qoyuram 

kənara. 


 

Axund deyir, mən savadlı adam, mən alim gördüm, an-

caq  beləsini  görmədim.  Ağa  belə  deyəndə  mən  də  qoşuldum 

ona, bu daşlardan götürüb kənara qoymağa. Getdim, bir dənə 

böyük daş vardı, qaldırmağa gücüm çatmadı.  



 

103 


Deyir:  

–  Çuxamı  çıxartdım  qoydum  kənara,  daşa  güc  elədim, 

nəhayət, götürdüm, daşı apardım qoydum kənara

.

  



Mir Həsən ağa da o tərəfdə daş yığırdı. Dedi:  

– Axund,


 

Axund.  


Dedim:  

– Bəli.  

Dedi:  

– And olsun oxuduğuva, o daşda mənim də



 

əlim var.  

Dedim:  

– Əşi, mən götürdüm bu daşı, sənin necə əlin ola bilər?

  

Dedi: 


–  Yox,  mənim  fikrim  vardı,  bu  daşı  götürəndən  sonra 

onu götürəcəydim. Ona görə də sən onu qaldıra bildin.  

Yəni bizdə belə müqəddəs insanlar olub.  

 

Mir Həsən Ağa qadına paltarını verir 

 

Allah  rəhmət  eləsin.  Aclığ  dövründə  həmin  Mir  Həsən 



Ağa burdan keçəndə görüb bir dənə qadın paltarının bir tərəfi-

ni tutub, cırılıb bir tərəfi açığ qalıb. Ağanın da çuxası var, al-

tında  da  tuman-köynəyi  var.  Ağa  gedir  girir  bir  gizlin  yerə, 

deyir: 


– Qızım, qızım bura gəl.  

Çəkir  əyninnən  tumanın  çıxardır.  Şalvarı  çəkir  boş 

bədəninə, deyir:  

– Qızım, gələ bunu geyin əyninə.  

Tuman-köynəyi verir həmən qadına, özü tuman-köynəy-

siz qalır. Yəni belə-belə müqqəddəs insanlar olub.  




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə