ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə27/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   23   24   25   26   27   28   29   30   ...   100

 

108 


mətlik) Yaqub Əsədovun da bir inəyi varmış ki, balası doğan 

kimi də ölərmiş. Anası, arvadı deyirlər: 

– Yaqub, sən gəl inəyin doğan balasını Mir Həsən Ağa-

ya nəzir de. 

Yaqub  müəllim  belə  şeylərə  çox  inanmasa  da,  razı  olur. 

İnəyin doğacaq balasını Yaqub müəllim Mir Həsən Ağaya nə-

zir deyir. Gəlir bu dəfə inəyin balası ölmür. İnəyin sonrakı ba-

laları da qalır. Nəzir deyilən buzov da böyüyüb bala verir. An-

caq  Mir  Həsən  Ağa  kəndə  gəlmir  ki,  gəlmir.  Bir  gün  Yaqub 

müəllimə  uşaqları  deyirlər  ki,  ata,  Mir  Həsən  Ağa  bizim  evin 

qabağından keçir. Yaqub müəllim Ağanı evə dəvət edir. Deyir: 

– Ağa, bu yanı balalı inək sizindir. İnəyimin balaları öl-

məsin  deyə  bunu  sizə  nəzir  dedim,  şükür,  doğulan  balaların 

hamısı sağ qaldı.  

Mir Həsən Ağa deyir: 

– İndi ki, bu yanı balalı inək mənimdir, mən də onu satı-

ram.  Ancaq  ilk  sənə  təklif  edirəm,  zəhmət  çəkmisən,  otunu-

suyunu vermisən. Beş manat ver, inəyi balası ilə sənə verim. 

Yaqub müəllim çox təəccüblənir. Deyir: 

– Ağa,  bu inəyin balası  ilə bərabər qiyməti  iki  yüz ma-

natdan çox edər. Siz nə danışırsız? 

Ağa deyir: 

– Müəllim, inək mənim deyil? 

Deyir: 


– Sənindir. 

Deyir:  


–  Onda  istədiyim  qiymətə  sataram.  İnəyin  qiyməti  oldu 

üç manat. Verirsən sənə satım, yoxsa kənddə birinə satacağam. 

Yaqub  müəllim  naəlac  qalıb  üç  manatı  verir,  inəyi  və 

balasını alır.  Mir Həsən Ağa da üç  manatı Yaqum müəllimin 




 

109 


həyətdə  oynayan  uşaqlarına  verib  deyir  ki,  gedin  özünüzə 

şəkər alın. 



 

Seyid Sadiqlə Seyid Rza 

 

Deməli, Seyid Sadiqdən saatı soruşurlar. Deyir:  



– Üçə qalır beş dəqiqə.  

Elədi.  Bizim  bir  qohum  olurdu  Alatavada.  Seyid  Sadiq 

Alatavanı tanımırdı. (Mən şəhərin mərkəzində qalmışam, son-

ra  işləmişəm  avtovağzalda.)  Orda  Etibar  adında  oğlan  vardı. 

Seyid  Sadiq  düşər  avtovağzalda,  Şamaxinkada.  Etibar  da  ba-

laca həyət evlərində olurdu.  

Ay  Etibar,  Etibar,  Seyid  söyüş  söyən  idi,  ay  alçağ,  bil-

mirsən mən gəlmişəm, çıx qırağa da. Deyir, çıxdım gözlərim 

bu boyda oldu. Bunu kim gətirib, nətər gəlib bura? Heç Ala-

tavaya  getmiyib,  Bakıya  getmiyib.  Onun  atası  Seyid  Rzanı 

polis  gətirmək  istiyib.  Gəliblər  maşını  sürüblər,  nə  qədər  əl-

ləşiblər maşın xoda düşmüyüb. 



 

Qızığa


 

110 


quruculuğ işləri yerinə yetirilmədiyindən şəhər əhalisini səfər-

bərliyə  alırlar.  O,  kiçik  yaşlı  iş  qabiliyyəti  olanlardan  tutmuş 

qocalara qədər iməcliyə cəlb edir. O cümlədən həmin dövürdə 

qoca bir kişi, vardı, Sultan adlı, o da işə cəlb edilir.  

Bu  Sultan  pir,  elə  kəramətli  insan  ki,  bu  şəhərdə  yaşı-

yırmış.  Onun  yaşının  çox  olmağına  baxmayaraq,  şəhər  rəh-

bərliyi  onu  da  səfərbərliyə  cəlb  etdi.  Lakin  Allah  tərəfindən 

kəramətli şəxslər öz mövqeyinnən qiymətlənən  bu Sultan Pir 

həmin  vaxt  şəhərdə  tikinti  işləri  aparan  ustalar  üçün  su  daşı-

mağ tapşırığını alıb. 

Daşlı quyunun yanına gəlir. Dolu vedrəni dərin quyudan 

çəkib  yanındaki  səhəngə  tökür  (səhəng  bişmiş  palçıqdan 

hazırlanan su qabıdır, yayda suyu çox sərin saxlayır). 

Sultan pir səhəng dolusu sula bir neçə dəfə ustalara xid-

mət göstərir. İsti hava şəraitində işləyən ustalar yenə su tələb 

edirlər.  Sultan  pir  yorulub,  ehtiyacı  ödəmək  qüvvəsinə  malik 

olmadığını  bilir.  Nə  etməli?  İşdən  yayına  bilməyəcək.  Çarə 

ancaq Allaha yalvarmaqdadır. 

Sultan  pir  yenə  vedrəni  quyudan  doldurub  səhəngə  tö-

kür. Hər tərəfdən su tələb edirlər. Sultan səhəngi götürüb onu 

səsləyən ustanın  yanına gedir.Usta su qabını götürüb qocanın 

əlində olan səhəngə  yaxınlaşırır. Usta baxıb görür ki, səhəng-

dən su tökülmür. Bu vaxt deyir:  

– “Ay Sultan, nə üçün boş səhəngi gətirmisən? Axı bizə 

su lazımdır. And içir ki, and olsun Allahın  izzəti-cəlalına sə-

həngin  içində  su  var.  Usta  inanmır,  baxırlar  görürlər  ki,  sə-

həngin içindəki su buz bağlıyıb. İsti  yay günündə səhəngdəki 

su  buza  dönüb.  Sultan  pir  və  yanında  olan  nəvəsi  hadisənin 

cərəyan etməsini görəndə oradan uzaqlaşırlar.  



 

111 


Xəbər şəhərin başçısına çatır. Sultan piri tutub saxlamaq 

haqda  gösrəriş  verir.  Həmin  vaxt  Sultan  pir  qiblə  səmtinə  üz 

tutub yeyin addımlarla hərəkət edir. Arxaya nəzər edəndə gö-

rür ki, onu təqib edirlər. İndiki qəbristanlıqda olan oçağın ye-

rində  onu  təqib  edənlərin  gözünün  qabağında  qeyb  olur.  Şah 

gəlir  o  yerə  çatanda  qocanın  hara  girdiyini  soruşur.  Deyirlər 

ki, burada gözümüzün qabağında qeyb oldu. Həmin yerdə şah 

iki  qəbr  tərtib  elətdirir.  Böyük  qəbir  Sultan  pirin,  kiçik  qəbir 

isə  nəvəsinindir.  O  gündən  həmin  yer  ziyarətgaha  çevirlir. 

Sonradan qəbirlərin üstündə bina inşa edilir. Ona “Ocaq” adı 

veriblər.  Sultan  pir  oçağı  kimi  məşhurlaşıb.  Oçağı  ziyarət 

edən  inamlı,  etiqadlı  şəxslər  ondan  bəhrələnib  nemətləndiril-

diklərinə görə onun adı dillər əzbəri olub. Son zamanlar hətta 

Dağıstan vilayətindən bu oçağa gələn ziyarətçilər deyiblər ki, 

bu  ocaq  Dağıstanda  çox  məşhurdur.  İndi  də  qonşu  rayon 

kəndlərindən Ocağa gələn  ziyarətçilər çoxluq təşkil edir. Kə-

ramət  sahibi  olan  Sultan  pirin  və  nəvəsinin  o  yerdə  çıxdığı 

gündə o ərazi qəbiristanlıq üçün vəqf olunub. İslam şəraitində 

qəbirstanlıq  yol üstündə, camaatın o  yerdə dəfn etməyi lazım 

edilməlidir.  Şəriət  vəfat  edənləri  o  yerdə  dəfn  etməyi  lazım 

bilir  ki,  orada  kəramətli  insanlar,  seyidlər,  müctəhidlər,  din 

xadimləri,  imam  və  imamzadələr  dəfn  olunsun.  Qəbirstanlıq 

yaşayış  yerindən uzaq olsa da, belə o şəxslər orda dəfn olun-

muşsa, gərək vəfat edəni aparıb o qəbirstanlıqda dəfn edəsən.  

Sultan Pirin məzarı dillərdə əzbər olub. Hər niyətə gəlir-

lər.  Uşağı  olmuyan  nəzir  eliyir.  Dalağ  xəstəliyindən  olan  ora 

uzanarmış,  sağalarmış.  O  ocağın  qədimliyi  və  o  Sultan  Pirin 

isə kəramətli olmağı bir az da insanların bu ziyarətə gəlməyi-

nə çox səbəb oldu. Hər yerdən istiyirlər gəlirlər o ziyarətgaha. 

O ziyarətgahda öz niyyətinə nail olurlar. Masallının Sığıncağ 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə