ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə29/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   25   26   27   28   29   30   31   32   ...   100

 

116 


lı idi. Ağa görür ondan qabaqda gedənlər bir neçə çala qazıb-

lar, Ağa deyir: 

– Qazdınız?  

Deyirlər:  

– Bəli.  

Ağa çalanın birinə tüpürərək deyir, tufu mərəyə. Deyir-

lər, o ərazidəki əkindən heç nə hasil olmadı. 

 

Kərbəlayı Hüseynalı və oğlu İbrahim 

 

Kərbəlayı Hüseynalı və oğlu İbrahim kişi də iti yaddaşlı 



insan  idilər. Kərbəlayı Hüseynalı  söhbətlərini dinləmək arzu-

sunda olanlar çox idi. Onun rəvan, incə, ardıcıl  kəlmələri ha-

mını  özünə  cəlb  edərdi.  Peyğəmbər  (sav)  buyurub,  o  şəxslə 

oturub-durun  ki,  onun  danışığı  sizə  Allahın  varlığını  xatır-

latsın. Məhz Allah, Quran və 14 məsum əleyhissəlam haqqın-

da  idi.  Sual  olunar,  o,  bu  geniş  mövzuları  bəs  necə  öyrənib? 

Cavab birdir: məhəbbət və istəkdən. Kərbəlayı Hüseynalı Ha-

cı Mir Hüseyn ağa ilə Kərbəla ziyarətinə gedib. 

Kərbəlayı Hüseynalı Mir Hüseyn axundla Kərbəlada olar-

kən  Hacı  Mir  Hüseyn  xəstələnir.  Altı  ay  xəstə  yatır.  Kərbəlayı 

Hüseynalı  onun  xidmətində  övlad  kimi  xidmətgüzarlıq  eyləyir. 

Bu altı ay müddətində Hacı Mir Hüseyn axundun yanına zəma-

nənin bir çox müctəhid, alim, üləma və din xadimləri gəlir. Hər 

gələn şəxslər elmi-dini söhbətlər edərmiş. Kərbəlayı Hüseynalı o 

söhbətləri Allahın  bəxş etdiyi  iti  yaddaşına həkk  edərmiş. Bəli, 

Kərbəlayı  Hüseynalı  oxumayıb,  yazmayıb,  ancaq  eşitdiklərini 

həm kağız, həm qələmi olan  yaddaşına  yazıb. Soruşa bilərsiniz, 

Hacı  Mir  Hüseyn  axundun  yanına  bu  qədər  din  xadimlərinin 

gəlməkdə məqsədi nə imiş? Məqsədləri Allahın rəhminə özlərini 



 

117 


şamil  etdirmək  idi.  Şəriət  xəstə  halda  ziyarətinə  getməyi  ən 

gözəl, bəyənilmiş işlərdən hesab edir. Məhz bu cəhətə tanınmış 

axundun xidmətinə gələnlər çoxluq təşkil edirdi.  

Hətda  İbrahim  əmi  deyirdi  ki,  atam  Fazili  Dərbəndinin 

söhbətlərinə çox qulaq asıb, xidmətində durub. Hacı Mir Hü-

seyn  axund  vəfat  etməmişdən  qabaq  Kərbəlayı  Hüseynalının 

ona göstərdiyi xidməti qiymətləndirir. Öz dəsti-xətdi ilə qəba-

lə  yazaraq  öz  irsinə  onu  varis  qərar  verir.  Hacı  Mir  Hüseyn 

axund vəfat edəndən sonra Kərbəlada dəfn olunur. 

Kərbəlayı  Hüseynalı  Qızılağaca  gəlir.  Gələndən  sonra 

gedir  Hacı  Mir  Hüseyn  axundun  evinə.  Evladlarına  vəfat  xə-

bərini  verir.  Hüzr  məclisi  tərtib  edilir,  ehsanlar  verilir.  Növ-

bəti  günlərin  birində  Kərbəlayı  Hüseynalı  Hacı  Mir  Hüseyn 

axundun yazdığı qəbaləni oğlanlarına verir. Hacının övladları 

ata  vəsiyyətinə sadiq olaraq Kərbəlayı Hüseynalını irsdən bir 

pay  qiymətləndirirlər.  Kərbəlayı  Hüseynalı  deyir  atanız  məni 

sizə  qardaş  qərar  verib.  Qardaşın  malı  qardaşa  halaldır.  Mən 

də öz payımı siz qardaşlara verirəm. O gündən Kərbəlayı Hü-

seynalını onlar qardaş kimi qəbul edir. 

 

Seyid Camalın Hikməti 

 

Seyid  Camal  babamız  olub  bizim.  Mənim  anam  seyid 

qızıdı.  Mənim  Seyid  Camal  babam  İsfahanda  olub.  Onun  iki 

oğlu olub. Biri Mir Abdulla, biri Mir Ələsgər. O gəlib Şuradaya 

gələndə görüb ki, Mir Ələsgər Ağa on səkkiz  yaşında Mir Ab-

dulla on iki yaşında. Mir Ələsgər deyib ki, baba, farsca deyib:  

– Biz acımışıq. Təam istiyirik biz.  

Görüb  bir  tayfanın  kişiləri  cüt  sürür.  Bir  arvad  oturub 

çöldə  –  həmin  yerdə.  Piyada  gəlirmişlər.  Deyir,  səndə  təam 



 

118 


var. Bular seyid balasıdı. Başında əmmama, əlində əba, üzün-

dən  nur  tökülür.  Bular  acıblar,  səndə  təam  var?  Gətir  bulara 

bir  az  təam  ver.  Bu  arvadında  əri  cüt  sürürmüş.  Bu  da  cücə 

bişiribmiş, isti çörək bişiribmiş. Verir bu seyid balalarına.  

Gətirir çörəydən də kəsir, cücədən də kəsir, aparır ərinin 

yanına  çatanda  görür  ki,  cücə  də  bitirimdi,  çörək  də  bitirim. 

Əri deyir:  

– Bular nədi?  

Deyir:  

– A kişi, bəs mən bundan verdim seyid balasına. Üzün-

dən  nur  tökülürdü.  Olara  verdim.  Olar  imam  imişlər.  Ay  qa-

çırlar,  oları  tuta  bilmirlər.  Gəlirlər  ki,  bu  peysər  var  e,  Asta-

ranın  peysəri  gəlirlər  ora.  Mir  Abdulla  babaya  deyir  ki,  oğ-

lum,  bura  bir  dərya  gələcək  orda,  bir  gəmi  gələcək.  Biz  gə-

miyə  minəcəyik.  Mən  gəmidə  harda  vəfat  eləsəm,  orda  məni 

dəfn eliyərsiz. Bu gəlir həmin peysərə ordan dəryaya. Dərya-

dan minir gəmiyə, orda vəfat eliyir. Gəminin içində vəfat eli-

yəndən sonra bu suyun yarısı çəkilir. Olur qupquru yer. Sonra 

gəlirlər  bunu  dəfn  eliyirlər.  Burda  bir  balaca  məzar  düzəl-

dirlər. Onunçun mərmərdən daş gəlir. Hələ indiyəcəndə qalır. 

Düzəldiblər, yaxşı şəraiti var.  

 

Mir Ələsgər ağanın kəraməti 

 

Mir Abdullaynan Mir Ələsgər Ağa azğın düşürlər. Gəlirlər 



çıxırlar bizim bu vilayətə. Öz də mənim həyətimə çıxırlar. Mən 

də  olmamışam,  mənim  qaynatamın  atası  Maştamalı  olub.  Heç 

onda qaynatam olmazmış. O  vaxt gəliblər,  iki dənə uşağ başla-

rında əmmama, əllərində əba. Sübh namazına duranda görüb, iki 

dənə  uşağ  boyun  boyunluğa  verib.  Gəlir  bular  bizim  dili  bil-



 

119 


mirlər.  Buların  əlindən  tutub  aparır  bizim  Məçidimizə.  Aparıb 

ora. Məçiddə axundlar deyib ki, mollalar deyib ki, buların üzün-

dən nur tökülür. Əgər yağış yağmır, göy bitmir.  

Əgər bularda bir möcüzat  varsa, olar dua eləsin Allaha, 

yağış yağsın, bilək ki, bularda nəsə var. Abdulla başından əm-

mamanı  götürür,  Allaha  öz  dilində  yalvarır.  Bir  yağış  tökür. 

Mir Ələsgər Ağa qurşağın atır, yalvarır Allaha, yağış dayanır. 

Mənim  qaynatamın  atası  deyir  ki,  mən  bu  iki  seyidi  gətirim 

sizə  verim, gətirir öz həyətinə, uşağ imişlər. Buları evləndirir 

də.  Öz  qohumlarından  alır.  Mir  Abdullaya  bir  ağac  verir.  O 

göyərir, tut ağacı olur. Kimyə kimi qalır orda. Onun adı qaldı 

Seyid Tutu. Mir Abdulladan olur Mir İbrahim baba. Mir İbra-

himdən olur Mir Həsən baba. Bura olub dəniz.  

Bizim  buralara  Lənkəran  tərəfdən  zəvvar  gəlir.  Bizim 

bu çayın üstü var. Çayın üstündə bir-iki dənə ev var imiş. Bi-

zim bu yer də dəniz olub. Bular gəlirlər ki, surfa sərməyə, ola-

rı daşlıyırlar. Daşlıyırlar, zəvvarlar şeylərini  yığırlar, düşürlər 

yola.  Deyirlər  suyu  şor  olsun,  gözüvüz  kor  olsun,  çörəyiviz 

olmasın. Bizi qarğıyırlar. Pramoy gedirlər Masallıya. Gedirlər 

otururlar  Masallıda.  Süfrələrin  açırlar  yeyirlər,  içirlər.  Bulara 

dəyib-dolaşan  olmur.  Süfrəni  çırpırlar  deyirlər  çörəyiniz  çox 

olsun, ruzunuz çox olsun, özüvüz də şən olasız.  



 

Ağanın Kitab Açması 

 

Mənim babam, məsələn, biri gəlib desəydi ki, oğlum har-

dadı? Yoxdu da, beş il, iki il onu mən özüm gözümnən görmü-

şəm. Başlıyırdı onun duası var idi, oxuyurdu. Deyirdi, görün sən 

oların  böyüyləri  gəlir  əcinələri.  Molla  xahiş  eliyir  ki,  olarçun 

qurban kəs. İndi mənim oğlum hardadı? Oğluvuz oturub qırmızı 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə