ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə36/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   32   33   34   35   36   37   38   39   ...   100

 

141 


düşdü  çaxnaşmaya.  Dedim,  Ya  Mir  Heydər  Ağanın  cətdi, 

mənim  aman,  zaman  bi  dənə  oğlum  var,  o  da  dədəsiz  qal-

masın,  ya ağamın cətdi, özün bırda nicat  ver xəlqi bırda qərq 

eləmə.  Deer,  dedim,  əlimi  atdım  öz  pılımnan  10  manat  qoy-

dım  bıra.  Deer,  bi  də  gördüm  ordan  dikdavat  elədilər  ki,  bəs 

narahat olmeün təkərrər açıldı enirüy. 

Bilirsüz bı mənim danışmağım yox, xəlqin danışmağıdı. 

Bu  gün  adi  bi  məclisə  gedirüy  deellər  Mir  Heydər  Ağamın 

ruhuna bi salavat. O bizim ağamızdi ona bizim əqidəmiz var. 

 

Ağa ilannarı qovur 

 

Bi  dəfə  bi  qadının  evinə  ilannar  giribmiş,  deeb  gedün 



Mir Heydər ağanı  gətirün gəlsin ayağın qoysun bura bu ilan-

nar  gözümizə  gorükməsinnər.  Gecə  yata  bilmerük  narahat 

oluruğ.  Amma  o  köhnə  evdə  yadımdadi  ağam  barama  sax-

lıyırdı. Onu xususi saxlamağ qaydası var. Yarpağlari zadı var. 

İrəhmətdiy  özi  elə  o  zəhmətiynən  dolanıb.  Atam  deyərdi  ki, 

bala, insanı ərz eliyən Allahdu. Əgər insan ki, Allaha bağlı ol-

du, onu şərafətdi eliyən də Allahdu. 

 

Allahla dostluğ elə 

 

Çün  peyğəmbərin  (sav)  yanına  gəlir  biri,  sual  eliyir  ki, 



ya  rəsululim  mənə  bir  neçə  söz  tösiyə  elə  ki,  həmi  bu  dün-

yada, həm də o dünyada mən o sizin dediyivüz sözün bərabə-

rində nəticə görüm. Deyir, mən istiyirəm ki, bu dünyada mə-

nim dostum çox olsun. Deyir, dostun çox olsun deyə get  Al-

lahla dostluğ elə. Çün məhəbbəti insanın ürəyinə Allah salır. 



 

142 


 Məsələn,  mənim  qardaşımın  kamazı  var  idi.  O  kamazı 

da  bi  nəfər  var  idi  ki,  binnan  şərik  idi,  onnan  ayrılmışdı.  O 

istədi ki, o kamazı bı qardaşımnan ala. Gedib müdürə zada pıl 

vermişdi  Bakıda.  Kamazı  onnan  almağ  issiyirdi.  Gəldi  oğlan 

dedi ki, ağa, gedəy o müdürə denən. Ağa dedi:  

– Mən o müdürü tanımıram axı.  

Dedi:  

– Yox ee, ağa, getsön yaxşı olar. 



O da tapşırıb qarajın müdürünə ki, o kamazzan ötri kim 

gəlsə,  mən  onı  qabıl  eləmiyəcəm.  Deer,  mən  getdim  qarajın 

müdiri məni görənnən sora dedi:  

– Ağa,  cətdün haqqı mənniy döör. Mən sənin ki, bu si-

moyu  görürəm,  Allah  mənim  bı  qəlbimə  sənin  məhəbbətüyi 

atır. Ancağ bu müdürrüy işdi.  

Müdür  gələnnən  sora  bı  zəng  eliyir  ki,  müdür,  bi  dənə 

seyid gəlib, bı kamazdan ötrü.  

Deyib:  

– Əə, mən sənə demişəm axı, o kamazdan ötrü mən heç 

kimi qabıl eləmirəm.  

Deer,  bını  deyənnən  sora  mən  qırağa  çıxanda  bı  təsa-

düfən çıxıb idarənin qırağına ki, paprız çəhməy üçün. Bı məni 

görənnən sora götürüb zəng vurub o qarajın müdürünə, deyib 

o  seyidi  gəti  bıra.  Ağdamlıdı  ha  özu  də.  Deer,  gətdüy  otağa, 

dedi  seyid  hardansan?  Deer,  dedim  Masallıdan.  Deer,  seyid 

Allah  da  şahiddi  mən  özüm  demişdim  ki,  kamaza  görə  heç 

kim gəlməsin. Amma ona baxmiyərəy sənin o simavı gördüm 

ha sənin məhəbbətivü mənim qəlbimə atdı. Onda da Ağdamlı 

bizim bi nacannik milisyə var idi. Deeb:  

– Ağa, hansı kətdənsüz?  

Deeb:  



 

143 


– Masallının Bambaşı kəndinnən, demə bının dayisi olar 

bi nacannik, zəng vırar bıra.  

Deyər:  

– Dayı, bi dənə Mir Heydər adlı seyid gəlib bıra.  

Deyib:  

– Ə, nə?  

Deeb:  

– Ə, nə üçün gəlib.  



Deeb:  

– Kamazçün.  

Deeb:  

– Ə, Allah evüüü tiksin camaat evinnən eşiyinnən çıxır 



onun  cəddinə  görə.  Sən  kamaz  deyirsən?  Ədə,  verginən  ona, 

oni razı yola sal ordan.  

Deer, sağ olsun elə də elədi. 

Bu,  Allahın  məhəbbət  atmağıdı  ya  ürəylərə.Yəni  Allah 

düzəldən  işi  heç  kim  poza  bilməz.  Ona  peyğəmbər  deyir  ki, 

əgər  bir  insan  ki  istərsə,  dostu  çox  ola,  gərək  ilk  növbədə 

Allahla dostluğ eliyə. 

 

Mir Heydər Ağanın pulu 

 

Qeyri  vaxtan  əlavə  hər  il  məhərrəmliydə  camaat  bax 



cəm  olur  bura,  məçitin  qapısına  gələn  kimi.  Bizim  seyiddiy 

şəcərəmiz  imam  Museyi  Kazımdı.  Amma  seyidin  ağırrığı 

onun saxladığı düzgün yoldadır. 

Adamlar var Allah da şahiddi ağanı ziyarətə gələndə ağa 

o  pıldan  qaytarıb  onun  özünə  verib.  Bəzi  adamlar  hələ  də  o 

pulları saxlayiblar. Biri bi dəfə ağanın verdiyi pılı qoyur sənt-

dərinin arasına. Gəldi başına gələnnəri danışdı. Dedi:  



 

144 


– Ağa, mən Rusiyaya getdim, orda sənin verdiyün 10 ma-

nat  da  sənətdərin  arasındeydi.  Rus  mənnəm  bütün  pılları, 

sənətdəri zadı alanda dedim ki, nəyə dəyirsən dəy o pıla dəymə.  

Deer:  


– Nə üçün?  

Dedim:  


– Çün bını bi dənə müqəddəs şəxs verib mənə.  

Deer, bütün sənəd qarışığ qaytardı mənə. Dedi:  

– Madəm sən bu əqidədəsən al.  

.  


Pirzova ocağı və ya Qız qəbri 

 

Babam  da  gözün  açannan  bı  daşdarı  zadı  hamısını  belə 



görüb. Ordakı qəbir də qız qəbridi. Pirin adı da elə Pirzadədi, 

ancax  camaat  Pirzova  deer.  Çox  ağır  yerdi,  ocaxdı.  Elə  bura 

həm həyətdi, həm yaşıyıruy burda həm də elə camaat ziyarətə 

gəlir. Bura çox balaca kətdi.  

Bax bu piri uçurtmağ istiyiblər, heç gediblər pələtdən  o 

yana  çıxa  bilmeeblər.  İrağ,  gedib  gorüb  malı  qapısında  ölüb, 

balasına bi şey olub. 

 

Mir Tağı Ağa “Balalarımın ruzusunu  



Allah bı pəncərədən verəcək” 

 

Masallı  şəhərindən  olan  Mir  Tağı  Ağanın  on  övladı 



olub.  Onun  yeddisi  oğlandı,  üçü  qızdı.  Əksərimiz  də  ali  təh-

silliyük. Ümumiyyətlə, ağa elmə, təhsilə meyilli adam olub. 

Ağa  rəhmətə  gedən  vaxtı  seyid  Mir  Əziz  İslam  uni-

versitetinin  rektoru,  o  birda  hüzürdə  gəldi  yaxşı  ifadə  işdətdi 

dedi ki, Masallı rayonunun məzlumlarının ağası getdi. Kasıb-



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə