ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə35/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   31   32   33   34   35   36   37   38   ...   100

 

138 


bam gəldi, otmışdı nahar yeyirdi ağam. Dedi, ağam, bilirsən nə 

var, mənə sən də dua elə, da bi ümid bilib bı qapını gəlib, Allah 

bına  şəfa  versin.  Öz  də  bının  yoldaşı,  dedi  ziyarət  elədin  gə 

gedəy, bı dedi yox e, mən qalacam bı belə bi əqidəynən gəlib. 

Ta düzələnə kimi mən bı seyidin cətdinə əqidə bağlamışam ki, 

bırda mən nicat tapacam. Nəsə üçüncü gün axşamı idi, yatmış-

dı  bı qadın. Gördüy  ağlamağ  səsi  gəlir,  qorxduğ  dedüy,  yağın 

bına bi şey zad olub. Durduğ ayağa gəldüy, anam gəldi soruşdu 

nədi, nə işdi, a bala? Biz də gəldüy  yığışduğ, dedi, yatmışdım, 

gordüm  yuxu  aləmində  göy  aləmindən  bi  şey  gəldi  içində  də 

beş  nəfər  şəxs  gəldi,  oların  arasında  da  bi  dənə  də  qadın 

xeylağı var idi. İçinnən bi nurani şəxs düşdü, dedi o qadına ki, 

gəl  bı  qadına  şafa  ver,  onun  ağzına  əlüyü  çəkginən.  Deer,  o 

mənim ağzıma vırannan sora mən yuxuda diksindim oyandım, 

əlimi belə ağzıma apardım, gördüm ağzım gəlıb yerinə.  

Hə  onnan  üç  gün  sora  gəldilər  bını  aparmağa,  dedi  ki, 

Bəşir, mən getmirəm, get bizim tayfa ki var ordan bi dənə də 

cöngə  gətir  bı  qapıda  kəsim  ehsan  verim,  onnan  sora  gedim. 

Təbii bı 1-ci Allahın lutfüdı. Hər şey Allahın əlindədi. Amma 

o  insannar  ki,  ümid  bağlıyıllar,  Allah  da  onlara  nicat  verir. 

Bular mənim uşağlığda gördiyim idi. Amma bu günnəri oların 

o  seyidlərin  yolun  elə  saxlasoğ  böyük  şeydi.  Biz  olar  ola 

bilmərüy axı. Atam rəhmətdik deyərdi ki, bəzi seyidlər ki var 

olar  cətdinin  yolunu  saxlamasaydı,  oların  etiramı  aradan  ge-

dərdi.  Yəni  büyünnəri  Mir  Həsən  ağa,  Mir  Heydər  ağa,  Mir 

Məmməd ağa olsun, Bakıda, ya qeyri yerrərdə ki o seyidlər ki 

öz  cəddinin  etiramını  saxlıyıblar,  Allah  olarin  o  əqidəsinə 

görə, imanına görə oları xəlq icərisində nümunə qərar verib. 

 



 

139 


Mir Heydər Ağa oğlan uşağı verir 

 

Köhnə  Alvadıdan  Əmir  kişi  vardı,  tütün  zavodunun 



müdürü idi. Onun dossı var idi, onun oğul övladı olmaz. Əmir 

də  ona  deyər  ki,  bizim  rayonda  bi  seyid  vaar  səni  boyun  alı-

ram, sənə ki Allah bı qədər qız uşağı verib, bı səfər oğlan öv-

ladın olsun səni aparacam Mir Heydər Ağanın ziyarətinə. Elə 

də oldu oğul övladı dunyaya gəldi. Gəldilər bıra Zakataladan. 

Əmir kişi dedi, bax bı seyiddi, mən səni bının  cətdinə  boyun 

almışam və sənə də oğluvun adını mən demişəm Əli qoy. 

Bakıda  indi  də  vergi  nazirliyində  işdiyir,  biri  var  Allah 

canın sağ eləsin həmişə gedib gəlirdi atamın sağlığında da. 

 

Ağa müşkülləri həll edir 

 

Bi gun deer, bizim bi kətçi var onnan bi izdaniyədə olur 



ona  deer  ki,  məəm  biyaz  işdərim  dolaşığa  düşüb.  Deeb,  ədə, 

bizdə  bi  seyid  var  Mir  Heydər  Ağa  onun  cətdinə  boyun  al, 

səən işdərin duzələcəy. Nə isə gedir, bi də gördüy ki, bi maşın 

gəldi  səhər  tezzən.  Biz  də  tanımıruy.  Salam  əleyküm,  əley-

küm  salam.  Deer,  Bakıdan  gəlmişəm.  Sizin  bırda  Mədət  kişi 

var,  onun  oğlu  biznən  bi  izdaniyədə  qalır  o  deyib,  mənim  bi 

işim  var  düzəlib  gəlmişəm.  Deməy,  atam  rəhmətə  gedəndə  o 

bi  başqa  qardaşı  var  o  da  gəlmişdi  onnan,  atam  rəhmətə  ge-

dəndə  yatar,  ağam  onun  yuxusuna  girər.  Bu  qardaşına  deyər 

ki, mən ağamı yuxuda gördum olara getməy issiyirəm. Qarda-

şı  deyib,  qal  altı,  ya  da  bazar  gedərüy.  Deeb,  yo  mən  get-

məliyəm. O həmin zaman gəldi, o günü atam rəhmətdiyin 7-si 

idi.  Gəldi  içəri  girdi,  dedi,  ağa,  nə  işdi?  Dedim  ağa  rəhmətə 

gedib.  Dedi,  sən  Allah?  Ağladı.  And  olsun  onun  cətdinə  ax-




 

140 


şam yuxuma girib mən gəlmişəm. Qardaşım hətda dedi qal, 6-

bazar güni gedərüy, dedim yox mən gedirəm. 



 

Mir Heydər Ağa rusa yardım edir 

 

Necə  dəfələrnən  insannar  dalaşanda  onu  barışığa  gət-



mişdilər. Ölüm də olsa idi, ağanın cətdinə xatir onu keçəcəy-

dilər.  Mən  görmüşəm  cavan  oğlu  ölüb,  çox  adamlar  gedib 

deeb, mən keçmiyəcəm filan, ağayə eləsi var idi qabağdan de-

yərdi gəlmə ha, sən gəlsön mən gərəy evimnən çıxam. Bizim 

bi  adam  var  Xocavar  kəndində  idi,  uzun  muddət  Rusiyada 

olur. Bi rus dossı var deer, dedim noolub? Dedi, bi problemim 

var. İşə düzəlməliyəm düzəlmir, helə bugün sabah. Deer, de-

dim əəə, sluşay sən bını bizdə bi seyid var ona boyun al ona, 

iş düzələcəy. Nəisə bı şeylər Allahın əlindədi ha, sadəcə insa-

nın əqidəsi  Allahnan olanda niyyəti də  qəbul olur. Bəli o ge-

dir  Allah  səbəb  salır  o  iş  düzəlir.  Deer,  mən  də  Allaha  dua 

eliyirəm  ki,  ay  Allah,  Mir  Heydər  Ağamın  cətdi,  məni  bı  ru-

sun yaninda xar eləmə, bının niyyətini hasil elə. Deer, gördüm 

bı gəlir, əlin salır boynuma, dedim nə işdi? Dedi:  

– Bı pılı da, rus rulu idi, o seyidə verərsən, Allah qismət 

eliyər bi dəfə gedib onu görərəm. 

 

Mir Heydər Ağanın köməyi 

 

Bi  nəfər  də  vardı  Köhnə  Alvadıdan,  o  vaxtı  sovetin 



vaxtında  Rusiyaya  işdiyiridi,  deer  otmuşuğ  samalyotda,  bi 

dəssə  adam.  Gördüy,  ə,  samalyot  bi  neçə  dəfə  fırrandı,  ama 

düşmədi.  Deer,  hardasa  bi  iyirmi  nəfər  Köhnə  Alvadıdandı, 

sora orda dedilər ki, bəs təkər açılmır. Elə  mını dedilər  hamı 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə