Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.

səhifə1/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   18


PYESLƏR  DİQQƏTDƏN KƏNAR QALAN QADIN 

 (Dördpərdəli komediya) 

 

İŞTIRAK EDİRLƏR: 



Lord İllinqvort 

Ser Con Pontefrakt 

Lord Alfred Rafford 

Mister Kelvil 

Arxidiakon (baş keşiş) doktor Dobeni 

Cerald Arbetnot 

Farker – nökər 

Frensis  – nökər 

Ledi Hanstenton 

Ledi Kerolayn Pontefrakt 

Ledi Statfild 

Missis Ollonbi 

Miss Ester Vorsley 

Alisa – xidmətçi 

Missis Arbetnot 

 

 



Birinci pərdə.    Hanstentonlar ailəsinin malikanəsi. Balkonun qabağındakı 

çəmənlik 

İkinci  pərdə. Hanstentonların qonaq otağı 

Üçüncü pərdə. Hanstentonların zalı 

Dördüncü pərdə. Missis Arbetnotun evi. Qonaq otağı         

 

Hadisələr müasir dövrdə baş verir. 



Şir şəhəri 

 

BİRİNCİ PƏRDƏ 



 

Hanstentonların malikanəsi. Balkonun qabağındakı çəmənlik. Ser Con və ledi 

Kerolayn Pontefrakt, miss Ester Vorsley  böyük bir qaraçöhrə ağacının altında 

oturublar. 

 

LEDİ KAROLİN. Miss Vorsley, məncə, siz birinci dəfədir ingilis bağ evində 



qalırsınız, hə? 

ESTER. Bəli, ledi Kerolayn. 




LEDİ KAROLİN. Sizin Amerikada, deyilənə görə, bağ evləri, belə malikanələr 

yoxdur, hə? 

ESTER. Var, amma çox azdır. 

LEDİ KAROLİN. Sizdə kənd varmı? Yəni bizdə buna kənd yerləri deyirlər... 

ESTER (gülür). Ledi Kerolayn, bizim ölkəmiz dünyanın ən böyük ölkəsidir. Bizə 

məktəbdə öyrədirdilər ki, bəzi ştatlarımız böyüklüyünə görə bütövlükdə Fransa və 

İngiltərənin ərazisinə bərabərdir. 

LEDİ KAROLİN. Ah! Təsəvvür edirəm sizdəki yelçəkənləri! (ser Cona) Con, 

şərfini bağlasana! Başım çıxmır, əgər şərfi bağlamırsansa, mən bunu niyə özümlə 

daşıyıram? 

SER CON. Mənə soyuq deyil, Kerolayn. 

LEDİ KAROLİN. Məncə, yox, Con! Hə, miss Vorsley, belə gözəl yer 

görmüşdünüz? Düzdü, ev bir qədər nəmişlikdir, özü də sizə deyim ki, dözülməz 

dərəcədə rütubəti var. Hərdən ledi Hanstenton adamları bura dəvət edəndə 

diqqətsizlik göstərir. (ser Cona) O qadın həlləm-qəlləm adamları xoşlayır! Lord 

İllinqvort, əlbəttə, görkəmli adamdır. Onunla görüşməyin özü bir şərəfdir. Amma 

o Parlamentin üzvü var e, mister Kettl... 

SER CON. Kettl yox, əzizim, Kelvil... 

LEDİ KAROLİN. Hə, o Kelvil, görünür, mötəbər adamdır. Hələ ondan heç kim 

heç nə eşitməyib; indiki dövrdə elə bu özü artıq adama çox şey deyir. Sizə deyim 

ki, missis Ollonbi ona o qədər də münasib deyil. 

ESTER. Mənim missis Ollonbidən xoşum gəlmir. Xoşum gəlmir azdır, lap 

zəhləm gedir ondan. 

LEDİ KAROLİN. Bilmirəm, vallah, miss Vorsley, sizin kimi əcnəbi qonaq üçün 

nə dərəcədə belə demək yaxşı səslənir; sizi dəvət ediblər ki, adamlarla tanış 

olasınız, onların birbaşa yaxşı, yaxud pis olmasını dilə gətirmək nə dərəcədə 

nəzakətli səslənir. Missis Ollonbi çox yaxşı ailədəndir. O, lord Blakasterin bacısı 

qızıdır. Doğrudur, deyirlər ki, ərə getməmişdən qabaq o qız iki dəfə evdən 

qaçmışdır. Lakin siz özünüz də bilirsiniz, insanlar necə ədalətsizdirlər. Mən 

şəxsən inanıram ki, o, evdən bir dəfə qaçıb. 

ESTER. Mister Arbetnot çox sevimlidir. 

LEDİ KAROLİN. Ooo, əlbəttə! O bankda işləyən cavan oğlanı deyirsiniz də! 

Ledi Hanstenton çox yaxşı eləyib onu da dəvət edib; görünür, o gənc lord 

İllinqvortun da xoşuna gəlib. Amma bilmirəm bu Ceyn onun adi vəzifəsini 

böyütməklə yaxşı iş görürmü? Miss Vorsley, bizim vaxtımızda çörəkpulu 

qazanan adamları belə məclislərdə görməzdin. Bu, qəbulolunmaz hal hesab 

olunurdu. 

ESTER. Amerikada məhz belə adamlara daha çox hörmət edirlər. 

LEDİ KAROLİN. Buna şübhəm yoxdur. 



ESTER. Mister Arbetnotun gözəl xasiyyəti var! O çox sadə, çox səmimi adamdır. 

Mənə elə gəlir ki, o, həyatda rast gəldiyim ən yaxşı xasiyyətli adamlardan biridir. 

Onunla tanış olmaq da bir imtiyazdır. 

LEDİ KAROLİN. Miss Vorsley, İngiltərədə gənc qızın əks cinsin nümayəndəsi 

barədə belə ehtiras və şövqlə danışması ayıb sayılır. İngilis qadınları ərə gedənə 

qədər öz hisslərini gizlədirlər. Onlar evləndikdən sonra bu hissləri büruzə verirlər. 

ESTER. Məgər İngiltərədə qızla oğlanın dostluq etməsinə icazə vermirlər? 

 

Ledi Hanstenton əlində şal və balış tutmuş nökərin müşayiəti ilə daxil olur. 



 

LEDİ KAROLİN. Biz bunu arzuolunmaz hesab edirik. Ceyn, biz elə indicə 

danışırdıq ki, nə yaxşı sizdə belə xeyirxah adamlar toplaşıb. Sizin seçmə insanları 

bir araya toplamaq kimi əla istedadınız var. Elə bil, vergidir verilib sizə. 

LEDİ HANSTENTON. Əzizim Kerolayn, siz necə də nəcib qadınsınız! Məncə, 

biz hamımız bir-birimizlə əla yola gedirik. Ümidvaram ki, bizim füsunkar 

amerikali qonağımız da ingilis kənd malikanəsindən özüylə xoş xatirələr 

aparacaq. (Nökərə.) Frensis, balışı bura qoyun. Mənim şalımı da verin. Yox, 

şotland şalımı gətirin, şotland şalımı! 

 

Nökər şalın dalınca çıxır. Mister Cerald Arbetnot daxil olur. 



 

CERALD. Ledi Hanstenton, sizə xoş xəbər gətirmişəm. Lord İllinqvort indicə 

mənə təklif elədi ki, onun köməkçisi olum. 

LEDİ HANSTENTON. Köməkçisi? Doğrudan, Cerald, bu lap əla xəbər oldu ki! 

Bu, o deməkdir ki, sizin qarşınızda parlaq bir gələcək açılır. Sizin sevimli ananız 

çox sevinəcək. Gərək onu axşam bura gəlməyə razı salım. Cerald, necə bilirsiniz, 

ananız gələrmi? Bilirəm ki, o, heç yerə getmir, dilə tutmaq da bir fayda vermir.  

CERALD. Oh! Məncə, gələcək, ledi Hanstenton. Əlbəttə, əgər bilsə ki oğluna 

yeni vəzifə təklif ediblər, gələr. 

    


Nökər daxil olur, şalı gətirir. 

 

LEDİ HANSTENTON. Mən ona bu barədə yazacağam və xahiş edəcəyəm ki, 



bura gəlsin. (Nökərə) Frensis, bir dəqiqə gözləyin. (Məktub yazır.) 

LEDİ KAROLİN. Mister Arbetnot, sizin kimi gənc bir oğlan üçün əla 

başlanğıcdır! 

CERALD. Həqiqətən elədir, ledi Kerolayn. İnanıram ki, mən etimadı doğrulda 

biləcəyəm. 

LEDİ KAROLİN. Mən də buna inanıram. 

CERALD (Esterə). Miss Vorsley, siz heç məni təbrik etmədiniz?! 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə