Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
#6502
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

ESTER. Ledi Kerolayn, ingilis aristokratiyası bizi aztapılan şeylərlə təmin edir. 

Aztapılan şeyləri bizə hər yay gəmiylə göndərirlər; gəmi gəlib lövbərini salandan 

sonra növbəti günü dərhal onlar bizə evlənməyi təklif edirlər. Xarabalıqlara 

gəlincə isə deməliyəm ki, biz çalışırıq elə şeylər tikək ki, əbədi olsun; kərpic və ya 

daşdan uzunömürlü olsun. (Durur ki, stolun üstündən yelpiyini götürsün.) 

LEDİ HANSTENTON. Bu nədir belə, əzizim? Aaa, hə, hə, bu, sizin Dəmir 

sərginizdir, gülməli addır, yox? 

ESTER (ayaq üstə stolun yanında durur). Ledi Hanstenton, buradakı həyatdan 

fərqli olaraq biz daha möhkəm, yaxşı, təmiz və həqiqi özüllər əsasında həyat 

qurmağa çalışırıq; şübhəsiz, bunlar sizə qəribə görünə bilər. Niyə də görünməsin? 

Siz, varlı ingilislər, özünüz də başa düşmürsünüz ki, necə yaşayırsınız. Axı necə 

başa düşəsiniz ki? Siz öz cəmiyyətinizdən bütün zərif və yaxşı şeyləri 

qovursunuz. Siz sadə və təmiz adamların hamısına gülürsünüz. Sizin kimilər özgə 

hesabına yaşayaraq, insanları istismar edərək fədakar adamlara lağ edir, onları 

məsxərəyə qoyurlar; siz kasıblara bir parça çörək atsanız belə, bunu ondan ötrü 

edirsiniz ki, onları müvəqqəti olsa da ram edəsiniz. Siz bütün bu var-dövlət, 

təmtəraq və rahatlığa baxmayaraq, yaşamağı bacarmırsınız; hətta yaşamağı 

bilmirsiniz. Sizə zövq verə bilən, gördüyünüz, əllə toxuna bildiyiniz gözəllikdən 

xoşunuz gəlir; siz o gözəlliyi məhv etmək gücündəsiniz və məhv edirsiniz də! 

Lakin həyatın görünməz gözəllikləri var, gözə görünməyən ali gözəllikləri – 

onları siz başa düşə bilməzsiniz! Çünki heç bir anlayışınız yoxdur onlardan! Siz 

həyatın müəmmalarını və tapmacalarını itirmisiniz! Ah! İngilis cəmiyyəti mənə 

çox dayaz, bəsit, xudbin və səfeh kimi görünür. Bu cəmiyyət kor və kardır. Bu 

cəmiyyət qızdırmalı cüzamlı xəstə kimi uzanır, ölü kapital kimi oturur

fəaliyyətsiz-filansız. Bu cəmiyyətdə hər şey yalandır, saxtadır! 

LEDİ STATFİLD. Məncə, belə şeyləri bilmək maraqlı deyil, yaxşı, çox yaxşı da 

deyil, elə deyil? 

LEDİ HANSTENTON. Hörmətli miss Vorsley, mən elə bilirdim ingilis cəmiyyəti 

sizin çox xoşunuza gəlib! Siz burada yaxşı uğur qazanmısınız! Bizim ən dəyərli 

adamlarımız sizinlə fəxr ediblər, sizə heyran olublar. Yadımda deyil sizin 

haqqınızda lord Henri Veston nə deyib, amma bilirəm ki, nəsə tərifli sözlər 

işlədib; siz özünüz bilirsiniz ki, o, gözəlliyi necə dəyərləndirən inşandır. 

ESTER. Lord Henri Veston! Hə, hə, ledi Hanstenton, mən onu xatırlayıram. Çox 

iyrənc gülüşü və dəhşətli keçmişi olan bir adam! Onu hər yerə dəvət edirlər. Heç 

bir nahar ziyafəti onsuz keçmir. Bəs onun məhv etdiyi adamlar haradadır? Onlar 

səfillərdir. Onların adları yoxdur. Siz onlara küçədə rast gələndə üzünüzü 

çevirirsiniz. Mən onların cəzalandırılmasından şikayət etmirəm. Qoy günaha 

batmış bütün qadınlar cəzalandırılsınlar. 

 



Missis Arbetnot aynabəndə daxil olur; bürüncəkdədir, başında krujevalı şal var. 

Sonuncu sözləri eşidəndə diksinir. 

 

 LEDİ HANSTENTON. Mənim əzizim miss Vorsley! 



ESTER. Məgər yalnız o səfillərin cəzalandırılması ədalətli olar? Qoy o birilər də 

cəzalarını çəksinlər! Əgər qadın və kişi ikisi də günah işlədibsə, qoy rədd olub 

getsinlər səhralığa; orada özləri bilər, bir-birinə iltifat da göstərə bilərlər, nifrət də. 

Hər ikisinə lənət oxumaq lazımdır! İstəyirsiniz damğa vurun, amma birini 

cəzalandırıb, o birini sudan quru çıxarmayın. Qanun hər ikisi üçün eyni olmalıdır. 

Sizin İngiltərədə qadınlara qarşı çox böyük bir ədalətsizlik hökm sürur. Bir şeyi 

qeyd edim: nə qədər ki siz qadının namussuzluğunu kişinin də namussuzluğu kimi 

qəbul edib boynunuza almamısınız, siz hər zaman ədalətsiz olacaqsınız; Xeyir – 

yanar qüllədir, Şər isə tüstü bulududur; siz bunların hər ikisini çox dumanlı 

şəkildə görəcəksiniz, bəlkə də, heç görməyəcəksiniz; əgər görsəniz də, siz onlara 

baxmaq belə istəməyəcəksiniz. 

LEDİ KAROLİN. Hörmətli miss Vorsley, ayaq üstəsiniz, zəhmət olmasa, mənim 

yumağımı bəri verə bilərsinizmi? Sizin arxanızdadır... Təşəkkür edirəm. 

LEDİ HANSTENTON. Ooo! Mənim əziz rəfiqəm missis Arbetnot! Nə yaxşı oldu 

gəldiniz! Çox şadam! Mən heç eşitmədim, sizin gəlişinizi xəbər vermədilər, 

deyəsən... 

MİSSİS ARBETNOT. Oh, mən birbaşa artırmadan gəldim! Heç bürüncəyimi də 

çıxarmadım! Mən bilmirdim sizin qonaqlarınız var, ziyafət verirsiniz... 

LEDİ HANSTENTON. Ziyafət deyil. Sadəcə, evimizdə beş-altı qonağımız var; 

sizi onlarla tanış edim. (Ona kömək etməyə çalışır, zəngi basır.) İcazə verin. 

Kerolayn, bu, missis Arbetnotdur, mənim ən yaxın rəfiqələrimdən biridir. Ledi 

Kerolayn Pontefrakt, ledi Statfild, missis Ollonbi və... mənim cavan amerikalı 

rəfiqəm miss Vorsley... o, elə sizin qabağınızca bizim necə pozulduğumuzu bizə 

başa salırdı... 

ESTER. Ledi Hanstenton, mənim sərt danışmağım sizə elə göründü, zənnimcə. 

Lakin İngiltərədə çox şey var ki... 

LEDİ HANSTENTON. Əziz qızcığaz, düşünürəm ki, siz çox şeyi düz dediniz; bu 

həqiqətləri söylədiyiniz anlarda elə gözəl görünürdünüz ki... Lord İllinqvort 

demişkən, çox ciddiydiniz. Lakin mənim fikrimcə, siz bircə şeyi çox sərt dediniz; 

bu da ledi Kerolaynin qardaşı zavallı lord Henri barədəydi. O, elə yaxşı, 

müsahibdir ki! (Nökər daxil olur.) Missis Arbetnotun şeylərini götürün. (Nökər 

şeylərlə çıxır.) 

ESTER. Ledi Kerolayn, mən heç bilmirdim o, sizin qardaşınızdır. Çox təəssüf 

edirəm, sizi incitdiyimə görə... mən... 

LEDİ KAROLİN. Mənim əziz qızım miss Vorsley! Sizin o xırda nitqinizdəki razı 

qaldığım bircə yer vardı, o da mənim qardaşımla bağlı dediyiniz sözlər idi! Onun 




Yüklə 408,17 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə