Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
#6502
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

MİSSİS ARBETNOT. Yəni, doğrudanmı, siz düşünürsünüz ki, mən öz oğluma 

icazə verəcəyəm ki... 

LORD İLLİNQVORT.  Bizim oğlumuza, Reyçel! 

MİSSİS ARBETNOT. Yox, mənim oğlumdur! (Lord İllinqvort çiyinlərini çəkir.) 

Mən öz oğluma mənim gəncliyimi korlayan, həyatımı məhv edən adamla getməyə 

icazə vermərəm! O adam mənim hər günümü zəhərə döndərmişdir! Siz başa 

düşmürsünüz ki, mənim keçmişim iztirab və rüsvayçılıqlarla dolu olub, hə? 

LORD İLLİNQVORT. Əzizim Reyçel, mən sizə açıq deməliyəm: Ceraldın 

gələcəyi mənim üçün sizin keçmişinizdən daha vacibdir. 

MİSSİS ARBETNOT. Ceraldın gələcəyini mənim keçmişimdən ayırmaq olmaz! 

LORD İLLİNQVORT. O məhz elə bunu etməlidir. Məhz elə siz də ona bu işdə 

kömək etməlisiniz. Siz nə yaman tipik qadınsınız. Siz bir tərəfdən sentimental 

danışırsınız, o biri tərəfdən də iliyinizə qədər xudbinsiniz! Amma gəlin qalmaqal-

filan yaratmayaq. Reyçel, mən xahiş edərdim ki, siz məsələyə sağlam düşüncə 

baxımından yanaşasınız; bizim oğlumuzun xeyri baxımından yanaşasınız; gəlin 

özümüzü bir kənara qoyaq, yalnız oğlumuzun xətri üçün məsələni yoluna qoyaq. 

Baxın, indi oğlumuz kimdir? Ucqar bir ingilis şəhərində, əyalət bankında xırda bir 

məmur. Əgər fikirləşirsiniz ki, o xoşbəxtdir, yanılırsınız. O, narazıdır və xoşbəxt 

də deyil. 

MİSSİS ARBETNOT. Sizə rast gələnə qədər o, işindən tam razıydı. Siz onu 

korladınız. 

LORD İLLİNQVORT. Əlbəttə, mən elədim. Narazılıq tərəqqi üçün ilk addımdır; 

həm fərd üçün, həm də bütövlükdə xalq üçün. Mən ki onda əlçatmaz şeylərə 

həvəs oyatmaqla onu atmamışam. Mən ona əlverişli iş təklif etmişəm. Deyə 

bilərəm ki, onun sevincdən uçmağa qanadı yox idi. Onun yerində kim olsaydı, 

belə edərdi. İndi isə siz yalnız biz doğma ata-oğul, oğul-ata olduğumuza görə 

onun karyerasını məhv etmək istəyirsiniz. Başqa sözlə, əgər mən ona yad 

olsaydım, siz Ceralda icazə verəcəkdiniz, hə? Deməli, siz onun yalnız mənim 

qanımdan, canımdan olduğuna görə qadağan edirsiniz? Burada məntiq varmı? 

MİSSİS ARBETNOT. Mən onu buraxmayacağam! 

LORD İLLİNQVORT. Siz ona necə qadağan edə bilərsiniz? Siz hansı bəhanə ilə 

onu mənim təklifimdən boyun qaçırmağa məcbur edəcəksiniz? Mən, əlbəttə, ona 

bizim doğma olduğumuzu deməyəcəyəm. Siz də cəsarət edə bilməzsiniz. Bunu 

bilirsiniz! Siz özünüz ona belə tərbiyə vermisiniz! 

MİSSİS ARBETNOT. Mən onu yaxşı adam kimi böyütmüşəm. 

LORD İLLİNQVORT. Tamamilə doğrudur! Bəs nəticəsi? Siz onu öz hakiminiz 

kimi böyütmüsünüz; əgər sizin keçmişinizi nə vaxtsa bilsə, o, sizi mühakimə 

edəcək. O, sizin üçün çox sərt və ədalətsiz hakim olacaq. Reyçel, özünüzü 

aldatmayın! Nə qədər ki balacadırlar, uşaqlar valideynləri sevirlər; elə ki 



böyüyürlər, başlayırlar onları  mühakimə etməyə. Onlar, demək olar ki, heç vaxt 

valideynləri bağışlamırlar. 

MİSSİS ARBETNOT.  Corc, mənim oğlumu əlimdən almayın! Mən iyirmi dərdli

əzablı il yaşamışam, o illərin acılarını, göz yaşlarını yola salmışam; məni bu 

həyatda bircə nəfər sevən adam var, o da oğlumdur. Sizin həyatınız parlaq, nəşəli, 

uğurlu və dəbdəbəli olub; siz xoşbəxt həyat sürmüsünüz və bircə dəfə də bizi 

yadınıza salmamısınız. Sizin mülahizələrinizə görə, bizim barəmizdə düşünmək 

üçün heç bir əsasınız da olmayıb. Bizə rast gəlməyiniz, sadəcə, təsadüfi bir hadisə 

olub, bədbəxt bir təsadüf. Bunu unudun getsin! Xahiş edirəm, bir daha üstümüzə 

gəlməyin! Dünyada yeganə əziz və qiymətli olan bircə oğlumu məndən almayın! 

Sizin isə dünyada hər şeyiniz var, ondan başqa. Həyatımın o balaca üzümlüyünə 

toxunmayın, o balaca bağıma və o bağın yeganə su quyusuna əl vurmayın, 

buraxın bizi yalnız! Allah mənə qəzəbdənmi, ya mərhəmətdənmi, balaca bir quzu 

göndərib, onu əlimdən almayın! Corc, yalvarıram, Ceraldı aparmayın! 

LORD İLLİNQVORT. Reyçel, siz indi Ceraldın karyerası üçün lazım deyilsiniz. 

Ona indi mən lazımam! Vəssalam, bu mövzunu qapadaq! 

MİSSİS ARBETNOT. Mən ona icazə verməyəcəyəm! 

LORD İLLİNQVORT. Budur, bu da Cerald! Onun müstəqil qərar qəbul etmək 

hüququ var. 

  

Cerald varid olur. 



 

CERALD. Hə, anacan, güman edirəm ki, lord İllinqvortla məsələni həll etdiniz? 

MİSSİS ARBETNOT. Yox, Cerald. 

LORD İLLİNQVORT. Ananız bəzi səbəblərə görə sizin mənimlə getməyinizi 

istəmir. 

CERALD. Nə üçün, ana? 

MİSSİS ARBETNOT. Cerald, mən düşündüm ki, sənə burada mənimlə daha 

yaxşıdır. Bilmirdim ki, sən məni tərk etmək istəyirsən. 

CERALD. Ana, sən nə danışırsan? Əlbəttə ki mən səninlə birlikdə çox 

xoşbəxtəm. Lakin kişi həmişə anasıyla qala bilməz axı! Bunu heç kəs etmir! Mən 

özümə karyera qurmaq istəyirəm, mövqe qazanmaq istəyirəm; mən elə bilirdim 

sən mənim lord İllinqvortun katibi olacağımla fəxr edəcəksən! 

MİSSİS ARBETNOT. Səndən lord İllinqvorta katib çıxacağını zənn etmirəm. 

Bunun üçün sənin biliyin azdır. 

LORD İLLİNQVORT. Missis Arbetnot, mən sizin işlərinizə qarışmaq istəmirəm; 

lakin sonuncu ifadənizlə bağlı deməliyəm ki, bu məsələdə mən daha yaxşı 

hakiməm. Əlavə edim ki, sizin oğlunuzun bütün göstəriciləri məni qane edir və 

mən ona güvənə bilərəm. Hətta mənim düşündüyümdən də artıqdır; çox artıqdır! 




(Missis Arbetnot susur.) Bəlkə, sizin başqa əsaslarınız var, missis Arbetnot! Axı 

nə üçün oğlunuzun bu vəzifəni tutmasını istəmirsiniz? 

CERALD. Buna səbəb nədir, ana? Varsa, de! 

LORD İLLİNQVORT. Missis Arbetnot, əgər səbəb varsa, xahiş edirəm 

deyəsiniz! Xahiş edirəm! Bizə indi mane olan yoxdur, üçümüzük! Nə 

deyəcəksinizsə, aramızda qalacaq! 

CERALD. Hə, ana, səbəb varmı? 

LORD İLLİNQVORT. Əgər oğlunuzla tək qalmaq istəyirsinizsə, mən sizi tərk 

edə bilərəm. Ola bilsin ki, sizin mənim eşitməyimi istəmədiyiniz ayrı səbəbləriniz 

var. 


MİSSİS ARBETNOT. Mənim ayrı səbəbim yoxdur. 

LORD İLLİNQVORT. Onda, Cerald, əziz oğlum, hesab edək ki, məsələ həll 

olundu. Gəlin gedək artırmaya, hərəmiz bir siqaret yandıraq. Missis Arbetnot, 

icazə verin, deyim ki, siz çox müdrik bir addım atdınız, çox müdrik! (Ceraldla 

çıxır.) 

 

Missis Arbetnot tək qalır. O, yerində donub-qalır; üzündə dərin bir qüssə var. 



Pərdə enir. 

 

ÜÇÜNCÜ PƏRDƏ 



 

           Ledi Hanstentongilin şəkil qalereyası. Arxa qapı artırmaya açılır. Lord 

İllinqvort və Cerald. Lord İllinqvort divanda əyləşib. Cerald isə kresloda oturub. 

 

LORD İLLİNQVORT. Cerald, ananız çox ağıllı qadındır. Mən bilirdim ki, 



nəhayət, razılıq verəcək. 

CERALD. Lord İllinqvort, mənim anam çox vasvası qadındır; bilirəm, yəqin, o 

hesab edir ki, mən sizin katibiniz olmağa layiq deyiləm, çünki kifayət qədər 

savadım yoxdur. O, tamamilə düz fikirləşir. Mən məktəbdə oxuyarkən çox tənbəl 

idim; indi bu, öz nəticəsini göstərir və mən imtahan verməyə belə qorxuram. 

LORD İLLİNQVORT. Əzizim Cerald, imtahanların heç bir əhəmiyyəti yoxdur. 

Əgər kişi centlmendirsə, deməli, o, lazım olan miqdarda bilir; yox əgər centlmen 

deyilsə, nə qədər bilsə də xeyri yoxdur, onun zərərinədir. 

CERALD. Lord İllinqvort, mən axı həyatı çox yaxşı bilmirəm. 

LORD İLLİNQVORT. Qorxmayın, Cerald. Yadınızda saxlayın ki, siz həyatda ən 

gözəl şeyə – gəncliyə sahibsiniz! Gəncliyə tay ola biləcək ikinci bir gözəllik 

yoxdur həyatda! Yaşlı adamlar artıq həyatdan asılıdırlar. Gənclik isə həyatın 

ağasıdır. Gənclik üçün hər şey qabaqdadır. Hər kəs həyatda kral kimi doğulur, 

insanların əksəriyyəti də əksər krallar kimi sürgündə ölür; Cerald, mən gəncliyimi 




Yüklə 408,17 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə