Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
#6502
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

 

Ceraldla lord Alfred daxil olurlar 

 

CERALD (missis Arbetnotun yanına gedir). Ana, anacan! 



MİSSİS ARBETNOT. Cerald, özümü pis hiss edirəm. Məni evə apar, Cerald. 

Gərək gəlməyəydim. 

CERALD. Bağışla, ana. Bu saat. Amma əvvəlcə lord İllinqvortla tanış ol! (Ona 

sarı yeriyir.) 

MİSSİS ARBETNOT. Bu gün yox, Cerald! 

CERALD. Lord İllinqvort, çox istərdim ki, sizi anamla tanış edim. 

LORD İLLİNQVORT. Böyük məmnuniyyətlə. (missis Ollonbiyə) Mən bu saat 

gəlirəm. Özgə anaları həmişə məni cana yığır. Bütün qadınlar öz anaları kimi 

olurlar. Onların faciəsi də məhz bundadır. 

MİSSİS ALLONBİ. Kişilər isə atalarına heç vaxt oxşamırlar. Bu da onların 

faciəsidir. 

LORD İLLİNQVORT. Bu gün sizin çox gözəl əhvalınız var! 

 

Dönür və Ceraldla birlikdə missis Arbetnota sarı gedir. Qadını görəndə heyrətdən 



geriyə sıçrayır, sonra yavaş-yavaş gözlərini Ceralda tuşlayır. 

 

CERALD. Ana, bu, lord İllinqvortdur, mənə katib vəzifəsini təklif edən adam 



budur. (Missis Arbetnot soyuq şəkildə təzim edir.) Mənim üçün ən gözəl 

başlanğıcdır, ana! Ümidvaram ki, lord mənə görə peşman olmayacaq. Ana, lord 

İllinqvorta təşəkkür eləyəcəksən, eləmi? 

MİSSİS ARBETNOT. Əlbəttə, lord İllinqvort çox xeyirxah iş görüb; səninlə 

maraqlanıb... 

LORD İLLİNQVORT (əlini Ceraldın çiyninə qoyur). Ooo! Ceraldla mən artıq 

yaxın dost olmuşuq, missis... Arbetnot... 

MİSSİS ARBETNOT. Mənim oğlumla sizin aranızda ümumi heç nə ola bilməz! 

CERALD. Ana, bu nə sözdür! Əlbəttə, lord İllinqvort çox ağıllı adamdır və 

dünyada hər şeyi bilir. 

LORD İLLİNQVORT. Mənim əziz oğlum! 

CERALD. O, həyatı hamıdan yaxşı bilir. Lord İllinqvort, mən sizin yanınızda 

olanda özümü bisavad hiss edirəm; əlbəttə, mənim üstünlüklərim də var. Amma 

azdır, mən o birilər kimi Oksfordda, ya da Etonda oxumamışam. Lakin görürəm 

lord İllinqvort belə şeylərə məhəl qoymur. Ana, o, mənə qarşı elə xeyirxahdır ki! 

MİSSİS ARBETNOT. Lord İllinqvort fikrini dəyişə bilər. İnanmıram ki, o, sənin 

onun katibi işləməsini istəsin. 

CERALD. Ana! 

MİSSİS ARBETNOT. Yadda saxla ki, özün də dedin, sənin üstünlüklərin azdır. 



MİSSİS ALLONBİ. Lord İllinqvort, mən bir dəqiqəlik sizinlə danışmaq 

istəyirəm. Xahiş edirəm bura gələsiniz. 

LORD İLLİNQVORT. Bağışlayın, missis Arbetnot! Cerald, ananızı əlavə 

çətinliklər yaratmağa qoymayın! Məsələ tamam həll olunub, elə deyilmi? 

CERALD. Mən də elə düşünürəm. (Lord İllinqvort  missis Ollonbiyə tərəf gedir.) 

MİSSİS ALLONBİ. Fikirləşdim ki, siz o qara məxmərli qadından heç vaxt yaxa 

qurtara bilməyəcəksiniz. 

LORD İLLİNQVORT. O çox gözəldir. (Missis Arbetnota tərəf baxır.) 

LEDİ HANSTENTON. Kerolayn, bəlkə, hamımız musiqi zalına keçək? Miss 

Vorsley bizim üçün çalacaq. Əzizim missis Arbetnot, gəlirsiniz? (doktor 

Dobeniyə) Bir gün miss Vorsleyi mütləq sizin yanınıza gətirəcəyəm. Çox istərdim 

ki, hörmətli missis Dobeni o qızın skripkada çalğısına qulaq assın. Ah, unutdum! 

Axı hörmətli missis Dobeni qulaqdan bir qədər zəifdir, eləmi? 

DOKTOR DOBENİ. Onun karlığı böyük itkidir. O hətta mənim moizələrimi belə 

eşitmir. O, xütbələri evdə oxuyur. Lakin onun daxili ehtiyatları hələ tükənməyib

hələ çox şeyi qalıb... 

LEDİ HANSTENTON. Görünür, o, çox oxuyur, hə? 

DOKTOR DOBENİ. Yalnız iri şriftləri oxuya bilir. Görməsi zəifləyib, tez 

yorulur. Lakin heç vaxt şikayət eləmir. Heç vaxt! 

CERALD (lord İllinqvorta). Xahiş edirəm sizdən, musiqi zalına girməmişdən 

əvvəl anamla danışın. Ona elə gəlir ki, siz mənə düşündüyünüz şeyləri demirsiniz. 

MİSSİS ALLONBİ. Siz gəlmirsiniz? 

LORD İLLİNQVORT. Bu dəqiqə. Ledi Hanstenton, əgər missis Arbetnot icazə 

versə, mənim ona bir neçə kəlmə deyəcəklərim var. Biz bir azdan sizə qoşularıq. 

LEDİ HANSTENTON. Ah, əlbəttə, əlbəttə! Onunla danışın, o da sizə 

təşəkkürlərini bildirəcək. Oğluna görə. Missis Arbetnot, belə təklif hər oğula 

verilmir. Əzizim, hesab edirəm ki, bu, sizin ürəyinizcədir. 

LEDİ KAROLİN. Con! 

LEDİ HANSTENTON. Amma missis Arbetnotu çox da yubatmayın, lord 

İllinqvort! Biz onsuz keçinə bilmərik! (O biri qonaqların ardınca musiqi zalına 

keçir.) 

 

Musiqi zalından skripkanın səsi gəlir. 



 

LORD İLLİNQVORT. Reyçel, deməli, o, bizim oğlumuzdur! Nə olar! Mən 

onunla fəxr edirəm! O, əsl Harforddur! Başdan-ayağa mənəm! Yeri gəlmişkən, 

Reyçel, niyə soyadı Arbetnotdur? 

MİSSİS ARBETNOT. Sənin üçün nə fərqi var ki, hansı soyadı daşıyır? Onsuz da, 

onun heç birinə hüququ yoxdur!  

LORD İLLİNQVORT. Bəs niyə Ceralddır? 



MİSSİS ARBETNOT. Qəlbini parçaladığım adamın – atamın şərəfinə 

qoymuşam! 

LORD İLLİNQVORT. Reyçel, bəsdir! Olan – olub, keçən – keçib. Yalnız bircə 

şeyi deyə bilərəm indi: mən oğlumuzdan çox, lap çox razıyam. Cəmiyyət onu 

yalnız mənim şəxsi katibim kimi tanıyacaq! Lakin mənim üçün o çox əziz, çox 

doğma bir adam olacaq! Qəribədir, Reyçel, mənə elə gəlirdi ki, həyatım dolub 

qurtarıb. Amma belə deyilmiş. Orada nəsə çatışmırdı, oğlum çatışmırdı! İndi 

oğlumu tapmışam, çox sevinirəm ki, tapmışam! 

MİSSİS ARBETNOT. Sizin ona haqqınız yoxdur! Cüzi də olsa, ona hüququnuz 

çatmır! Oğul tamamilə mənə məxsusdur; mənim də olacaq! 

LORD İLLİNQVORT. Əzizim Reyçel, siz iyirmi il ona sahib olmusunuz; 

saxlamısınız, böyütmüsünüz. Onu indi niyə axı mənə verməyəsiniz? Heç olmasa, 

müvəqqəti... O həm də mənim oğlumdur. 

MİSSİS ARBETNOT.  Siz atıb getdiyiniz uşaq barədə danışırsınız, hə? O uşaq 

barədə ki, az qala, acından və ehtiyacdan öləcəkdi, hə? Əlbəttə, sizdən asılı 

qalsaydı, yəqin ki, öləcəkdi... 

LORD İLLİNQVORT. Reyçel, siz yaddan çıxarmısınız, deyəsən; məni siz 

atmısınız. Mən sizi atmamışam. 

MİSSİS ARBETNOT. Mən sizi ona görə tərk etdim ki, uşağa ad qoymaqdan 

imtina etdiniz. Uşaq anadan olmamış mən sizə yalvardım ki, mənimlə evlənəsiniz. 

LORD İLLİNQVORT. O vaxt mənim gələcəyə heç bir ümidim qalmamışdı. 

Bundan başqa, Reyçel, mən sizdən yaşca çox kiçik idim. Mənim iyirmi iki yaşım 

vardı, yox, iyirmi idi. Bütün bu tarixçə başlayanda, sizin atanızın bağında o 

tarixçə başlayanda mənim iyirmi bir yaşım vardı.  

MİSSİS ARBETNOT.  Kişi səhv hərəkət eləmək üçün kifayət qədər yaşlıdırsa, o, 

bu səhv hərəkətini düzəltmək üçün də kifayət qədər yaşlı olur.  

LORD İLLİNQVORT. Əzizim Reyçel, mücərrəd düşüncələr həmişə maraqlı olur; 

amma əxlaqi baxımdan onların heç bir əhəmiyyəti olmur. Mənim, guya, oğlumu 

aclığa məhkum eləməyimə gəlincə isə deməliyəm ki, bu, həqiqətəuyğun deyil və 

səfehlikdir. Mənim anam sizə illik altı yüz funt təklif etdi, amma siz 

götürmədiniz, imtina etdiniz. Siz, sadəcə itdiniz və uşağı da özünüzlə apardınız. 

MİSSİS ARBETNOT.  Mən ondan bir penni belə qəbul edə bilməzdim. Sizin 

atanız başqa cür adam idi. Biz Parisdə olanda o, mənim yanımda sizə dedi ki, siz 

mənə evlənməlisiniz. 

LORD İLLİNQVORT. Ooo! Borc bizim başqalarından tələb etdiyimiz şeydir, 

özümüzdən isə onu tələb etmirik. Əlbəttə, o vaxt mən anamın təsiri altındaydım. 

Cavanlıqda belə şeylər hamının başına gəlir. 

MİSSİS ARBETNOT. Bunu sizdən eşitməyimə çox sevinirəm. Cerald isə, təbii 

ki, sizinlə getməyəcək. 

LORD İLLİNQVORT. Reyçel, bu nə cəfəngiyatdır! 




Yüklə 408,17 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə