Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
#6502
1   ...   10   11   12   13   14   15   16   17   18

LEDİ HANSTENTON. Çox təəssüf edirəm ki, burada olmadım, sizi eşidə 

bilmədim. Lakin mən öyrənmək üçün artıq çox yaşlıyam. Əlbəttə, sizdən başqa, 

möhtərəm baş keşiş, (doktor Dobeniyə sarı dönür), sizin kilsədə olanda 

öyrənirəm. Lakin orada da sizin nə deyəcəklərinizi qabaqcadan bilirəm və məni 

bu, o qədər də təsirləndirmir. (Missis Arbetnotu görür.) Ah, əzizim missis 

Arbetnot, xahiş edirəm bura gələsiniz, bizə qoşulun. Gəlin, əzizim! (Missis 

Arbetnot varid olur.) Ceraldın lord İllinqvortla söhbətləri uzun çəkib; zənnimcə, 

siz Ceralda görə məmnunsunuz. Onun bəxti gətirib. Gəlin burada əyləşək. 

(Otururlar.) O gözəl naxıştikmə işiniz necə gedir? 

MİSSİS ARBETNOT. Mən hələ onun üzərində işləyirəm. 

LEDİ HANSTENTON. Məncə, missis Dobeni də nəsə tikirdi, eləmi? 

DOKTOR DOBENİ. Bir zamanlar gözəl əl işləri vardı, tikirdi. Amma indi onun 

barmaqlarında əməlli-başlı podaqra1 var. Artıq doqquz-on ildir ki, əl işləri ilə 

məşğul olmur. Lakin onun başqa əyləncələri var. O, öz sağlamlığı ilə daha çox 

maraqlanır. 

LEDİ HANSTENTON. Ah! Bu, həmişə adama ləzzət verir, elə deyil? Lord 

İllinqvort, siz nədən danışırdınız? Bizə də deyin. 

LORD İLLİNQVORT. Mən Ceralda elə onu başa salırdım ki, adamlar həmişə öz 

faciələrinə gülürlər; bədbəxtliyə dözməyin yeganə vasitəsi də budur! Həm də 

bunun müqabilində insanların həyatda ciddi münasibət bəslədiyi bütün şeyləri 

komik tərzdə görmək lazımdır. 

LEDİ HANSTENTON. Hm... Yenə həmişəki kimi lord İllinqvort danışanda heç 

nə anlaya bilmirəm. İnsanpərvər Cəmiyyət necə də diqqətsizdir! Onlar heç vaxt 

mənə köməyə gəlmir. Mənim batmaqdan başqa çıxış yolum qalmır. Lord 

İllinqvort, mənə dumanlı şəkildə elə gəlir ki, siz həmişə günahkar adamların 

tərəfindəsiniz; mən isə həmişə çalışıram ki, müqəddəslərin tərəfini saxlayım. 

Başqa heç nə başa düşmürəm dediklərinizdən. Bəlkə, elə bunlar boğulan adamın 

xam xəyallarıdır.  

LORD İLLİNQVORT. Müqəddəslərlə günahkarlar arasındakı yeganə fərq 

bundadır ki, hər bir müqəddəsin keçmişi var, hər bir günahkarın isə gələcəyi. 

LEDİ HANSTENTON. Aaa! Bu, mənim lap axırıma çıxdı ki! Heç sözüm yoxdur! 

Biz, əziz missis Arbetnot, ikimiz də zamandan geri qalmışıq. Biz lord İllinqvortu 

başa düşə bilmərik. Yəqin, bizi lap çox qayğı ilə tərbiyə ediblər. İndi isə yaxşı 

tərbiyə adama yalnız mane olur. Yaxşı tərbiyə çox şeydən məhrum olmaq 

deməkdir. 

MİSSİS ARBETNOT. Mən lord İllinqvortun hər hansı bir baxışıyla 

razılaşsaydım, özümə yazığım gələrdi. 

LEDİ HANSTENTON. Tamam düz dediniz, əzizim! 

     

     Cerald çiyinlərini çəkib narazı halda anasına baxır. Ledi Kerolayn varid olur. 




 

LEDİ KAROLİN. Ceyn, bilmirsiniz, Con haradadır? 

LEDİ HANSTENTON. Əzizim, onun üçün nahaq yerə narahat olursunuz! O, ledi 

Statfildlədir, mən onları indicə Sarı Qonaq otağında gördüm. Görünür, onlar üçün 

xoşdur, birlikdə şənlənirlər. Dayanın, getməyin, Kerolayn, bizimlə qalın. Xahiş 

edirəm, əyləşin. 

LEDİ KAROLİN. Yaxşısı budur gedim Conu axtarmağa. (Çıxır.) 

LEDİ HANSTENTON. Kişilərə bu qədər diqqət göstərmək olmaz! Kerolayna 

narahat olmağa əsas da yoxdur axı! Ledi Statfild elə suyuşirin qadındır ki! O, hər 

şeyə eyni rəğbətlə yanaşır. Gözəl xasiyyətdir. (Ser Con və missis Ollonbi varid 

olurlar.) Budur, bu da ser Con! Aha, missis Ollonbi də gəlir! Görünür, mən elə 

onu missis Ollonbiylə görmüşəm. Ser Con, Kerolayn sizi bərk axtarır.  

MİSSİS ALLONBİ. Biz onu konsert zalında gözləyirdik, əziz ledi Hanstenton! 

LEDİ HANSTENTON. Ah! Hə, hə, əlbəttə, konsert zalında! Mənsə elə bildim 

qonaq otağındasınız. Yaddaşım elə etibarsız olub ki! (doktor Dobeniyə) Missis 

Dobeninin əla yaddaşı var, elə deyilmi? 

DOKTOR DOBENİ. Əvvəllər öz yaddaşıyla qürur duyurdu; lakin sonuncu 

tutmasından sonra o yalnız uşaqlığını xatırlayır. Amma sizə deyim ki, o, bu 

xatirələrlə böyük təsəlli tapır. Çox böyük təsəlli! 

 

Ledi Statfild və mister Kelvil varid olurlar. 



 

LEDİ HANSTENTON. Aaa! Əzizim ledi Statfild! Mister Kelvil sizinlə nə 

danışırdı? 

LEDİ STATFİLD. Mənim dərk elədiyimə görə, bimetallizmdən1. 

LEDİ HANSTENTON. Bimetallizmdən? Məgər bu, söhbət üçün müvafiq 

mövzudur? Bildiyimə görə, indi camaat hər şeydən danışır. Azaddırlar da, nədən 

istəyirlər danışırlar. Yaxşı, əzizim missis Ollonbi, bəs ser Con sizinlə nədən 

danışdı? 

MİSSİS ALLONBİ. Pataqoniyadan . 

LEDİ HANSTENTON. Doğrudanmı? Necə uzaq və yöndəmsiz bir mövzu! 

Şübhəsiz, ibrətamiz olardı. 

MİSSİS ALLONBİ. O, Pataqoniya haqqında çox maraqlı danışırdı. Sən demə, 

vəhşi heyvanlar hər şeyə tamamilə mədəni adamların baxdığı kimi baxırlar. Onlar 

necə də inkişaf ediblər! 

LEDİ HANSTENTON. Nə edirlər bəyəm? 

MİSSİS ALLONBİ. Göründüyü kimi – hər şey. 

LEDİ HANSTENTON. Hörmətli baş keşiş, deməli, ibrətamiz haldır ki, insan 

təbiətinin eyni cür olmasını biləsən. Nə isə, dünya elə həmin dünyadır, heç 

dəyişməyib! Elə deyilmi? 



LORD İLLİNQVORT. Bütün dünya iki sinfə bölünür: birincilər qara camaat kimi 

ağlasığmaz şeylərə inanırlar, ikincilər isə ağlagəlməz şeylər icad edir... 

MİSSİS ALLONBİ. Sizin kimi? 

LORD İLLİNQVORT. Bəli, mən həmişə özümə mat qalıram. Bu, yeganə şeydir 

ki, ondan ötrü yaşamağa dəyər. 

LEDİ STATFİLD. Bəs son zamanlar siz heyrətedici nə iş görmüsünüz belə? 

LORD İLLİNQVORT. Mən özümdə müxtəlif cür gözəl keyfiyyətlər icad 

eləmişəm. 

MİSSİS ALLONBİ. Hə, belə de! Belədə birdən-birə mükəmməl ola bilməzsiniz. 

Bunu bir qədər yavaş-yavaş edin, tədricən... 

LORD İLLİNQVORT. Mən dərhal mükəmməl olmağa da can atmıram. Daha 

doğrusu, ümidvaram ki, olmayacağam da! Bu heç də yerinə düşməzdi. Qadınlar 

bizi  qüsurlarımıza görə sevirlər. Əgər qüsurlarımız kifayət qədərdirsə, onda onlar 

bizə hər şeyi bağışlayarlar; hətta bizim nəhəng ağlımızı da! 

MİSSİS ALLONBİ. Bizdən sizin istedadınızı təhlil eləməyi xahiş etmək belə tez 

deyil ki? Biz pərəstişi bağışlayırıq, bizdən bundan artıq tələb etmək olmaz! 

 

        Lord Alfred varid olur. O, ledi Statfildin yanında əyləşir. 



 

LEDİ HANSTENTON. Biz qadınlar hər şeyi bağışlamalıyıq. Elə deyil, əziz 

missis Arbetnot? Əminəm ki, siz də mənimlə razılaşarsınız. 

MİSSİS ARBETNOT. Yox, razılaşmıram, ledi Hanstenton. Məncə, çox şey var 

ki, qadınlar heç vaxt onları bağışlamır. 

LEDİ HANSTENTON. Hansı şeylərdir? 

MİSSİS ARBETNOT. Başqa qadının həyatını məhv etmək. (Yavaş-yavaş 

səhnənin arxasına tərəf yeriyir.) 

LEDİ HANSTENTON. Elədir, çox kədərli haldır. Lakin zənnimcə, indi elə gözəl 

idarələr var ki, orada belə qadınlara baxırlar; onları düz yola gətirirlər; məncə, 

həyatın sirri elə bundan ibarətdir ki, hər şeyə mümkün qədər soyuqqanlı və 

yüngül yanaşasan. 

MİSSİS ALLONBİ. Həyatın sirri ondadır ki, yersiz hissə qapılmayasan. 

LEDİ STATFİLD. Həyatın sirri ondadır ki, dəhşətli dərəcədə aldadıldığınız 

zaman gərək məyusluğunuzla, ümidsizliyinizlə əylənəsiniz. 

KELVİL. Ledi Statfild, həyatın sirri nəfslə, tamahla mübarizə aparmaqdadır. 

LORD İLLİNQVORT. Həyatın heç bir sirri yoxdur. Həyatın məqsədi, əgər o da 

varsa, həmişə cəzbedici, şirnikləndirici şeylər axtarmaqdadır. Onlar çox azdır. 

Bəzən bütün günü yelə verirsən, amma bir dənə də olsun cəzbedici şey tapmırsan. 

Bu, sadəcə, dəhşətdir. Gələcək üçün qorxmağa başlayırsan. 




Yüklə 408,17 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə