Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.
Pdf görüntüsü
səhifə17/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
#6502
1   ...   10   11   12   13   14   15   16   17   18

LEDİ HANSTENTON (açıq şüşəli qapıdan boylanır). Cerald, bir də sağ olun. Biz 

birbaşa sizin gözəl bağınızdan keçib-gedirik və mənim məsləhətlərimi də 

unutmayın. Lord İllinqvortla dərhal çıxıb gedin. 

MİSSİS ALLONBİ. Hələlik, mister Arbetnot! Baxın a, səyahətdən qayıdanda 

mənim üçün yaxşı bir şey gətirin. Hind şalı olmasın a, bax, məbada hind şalı 

gətirəsiniz! 

 

Çıxırlar. 



 

CERALD. Mən ona məktub yazdım. 

MİSSİS ARBETNOT. Kimə? 

CERALD. Atama. Yazdım ki, o, saat dörd üçün bura gəlsin. 

MİSSİS ARBETNOT. O gəlməyəcək. Mən onu evimin kandarına belə 

buraxmaram. 

CERALD. O gəlməlidir. 

MİSSİS ARBETNOT. Cerald, əgər sən lord İllinqvortla getmək istəyirsənsə, bu 

saat get. Dərhal çıx get ki, mən ölməyim. Lakin mənim onunla görüşməyimi xahiş 

eləmə! 


CERALD. Ana, başa düş, məni lord İllinqvortla getməyə heç kəs məcbur eləmir. 

Səni tərk etməyə də heç kim vadar etmir. Sən ki məni yaxşı tanıyırsan! Mən ona 

yazdım ki... 

MİSSİS ARBETNOT. Nə yaza bilərsən axı ona? 

CERALD. Anacan, bilmirsən ki, nə yaza bilərəm? 

MİSSİS ARBETNOT. Yox! 

CERALD. Ana, yəqin ki, təxminən bilirsən. Ana, düşün, nə etmək olar? Bax bu 

günlərdə təcili nə edə bilərik? Yaxşı-yaxşı düşün! 

MİSSİS ARBETNOT. Heç nə etmək olmaz! 

CERALD. Mən lord İllinqvorta yazdım ki, o, səninlə evlənməlidir. 

MİSSİS ARBETNOT. Mənimlə evlənməlidir? 

CERALD. Hə, ana! Mən onu məcbur edəcəyəm! O, sənə etdiyi pislikləri yuyub- 

təmizləməlidir. Günahını yumalıdır. Ədalət qalib gəlməlidir! Gec də olsa, ana, 

ədalət zəfər çalmalıdır! Bir neçə gündən sonra sən lord İllinqvortun qanuni arvadı 

olacaqsan. 

MİSSİS ARBETNOT. Cerald, axı... 

CERALD. Axısı-maxısı yoxdur. Mən bunu təkidlə tələb edirəm. Mən onu məcbur 

edəcəyəm. Onun imtina eləməyə cəsarəti çatmaz. 

MİSSİS ARBETNOT. Axı mən imtina edirəm ondan, Cerald! Mən lord 

İllinqvorta ərə getməyəcəyəm! 

CERALD. Ərə getməyəcəksən? Ana! 

MİSSİS ARBETNOT. Mən ona getmərəm... 




CERALD. Axı başa düşmürsən... Bu, səndən və məndən ötrüdür... Bu izdivac 

vacibdir. Bu izdivac məlum səbəblərə görə baş tutmalıdır! Onsuz da, mənə bunun 

köməyi dəyməyəcək! Mənə ad verməyəcək! Əslində isə bu, mənim haqqım 

olardı! Lakin sənin üçün bunun mənası olacaq! Gec də olsa, sən, ana, mənim 

atamın arvadı olacaqsan. Məgər bunun əhəmiyyəti yoxdur? 

MİSSİS ARBETNOT. Mən ona ərə getməyəcəyəm! 

CERALD. Ana, sən ona getməlisən! 

MİSSİS ARBETNOT. Yox, getməyəcəyəm! Sən günahın yuyulmasından 

danışırsan? O günahı nə ilə yumaq olar ki? Mən rüsvay oldum, o isə yox! Bunu 

yumaq olar? Kişiylə qadının adi tarixçəsidir, vəssalam. Həmişə belə olub, bundan 

sonra da belə olacaq. O tarixçənin sonu da adi sonluqdur. Qadın əzab çəkir. Kişi 

isə azad gəzir. 

CERALD. Ana, bilmirəm bu, adi sonluqdurmu? Ümid edirəm ki, adi deyil. Lakin 

sənin həyatın, hər halda, bununla bitmir. Burada kişi gərək öz günahını yusun. Bu 

azdır hələ. Bu, keçmişi ütüləyə bilməz. Lakin hər halda, gələcəyi ki işıqladır, açır, 

sənin üçün yaxşılaşdırır! 

MİSSİS ARBETNOT. Mən lord İllinqvorta ərə getməkdən imtina edirəm. 

CERALD. Əgər o özü sənin ayağına gəlib sənə evlənmək təklif eləsə, sən ona 

başqa cür cavab verərdin. Unutma ki, o, mənim atamdır! 

MİSSİS ARBETNOT. Əgər o özü gəlsə, nə eləsə, xeyri yoxdur, mənim cavabım 

qəti olacaq: yox! Unutma ki, mən də sənin ananam! 

CERALD. Ana, səninlə çox çətindir danışmaq! Başa düşmürəm axı niyə sən 

məsələyə düzgün yanaşmırsan, yeganə düz mövqedən baxmırsan? Bu, sənin 

həyatının əzablarını məhv edə bilər, bu, bizim adımızın üstündəki kölgəni 

süpürüb ata bilər! Bunun üçün məhz izdivac lazımdır! Başqa çıxış yolumuz 

yoxdur! Toydan sonra isə biz ikimiz də səninlə buradan gedərik! Amma əvvəlcə 

gərək toy olsun! Əvvəla, bu, sənin öz qarşında olan öhdəliyindir! İkincisi isə 

bütün qadınlar qarşısındakı öhdəliyindir! Bəli, bəli, dünyadakı digər qadınlar 

qarşısındakı borcundur! Qoy o bilsin ki, qadınları aldatmaq olmaz! Qoy bir daha 

qadınları aldatmasın! 

MİSSİS ARBETNOT. Mənim qadınlara borcum yoxdur! Mənə heç bir qadın 

kömək eləmədi. Mən heç bir qadında təskinlik tapa bilmədim. Heç kim mənə 

təsəlli belə vermədi. Qadınlar bir-birinə qarşı çox amansız olurlar. Dünən gecə o 

qız, yaxşı qız olsa da, mənim yanımdan elə aradan çıxdı ki, elə bil, mən taun 

xəstəliyinə tutulmuşdum. Bəli, o, düz elədi. Mən pis qadınam, rüsvay olmuşam. 

Lakin mənim səhvlərim mənim özümə aiddir, özümünküdür! Mən bu günah 

yükünü özüm daşımalıyam. Tək daşımalıyam. Axı günah işlətməyən qadınlarla 

mənim nə əlaqəm ola bilər? Günahkar qadınla günahsız qadın arasında ümumi nə 

ola bilər axı? Onlar heç vaxt bir-birini başa düşməzlər! 

  



Ester daxil olur. 

             

CERALD. Ana, yalvarıram sənə, mən deyəni elə. 

MİSSİS ARBETNOT. Hansı oğul bu dəhşətli qurbanı anasına təklif edər? 

Dünyada belə bir oğul tapa bilərsənmi? Yox! 

CERALD. De görüm, hansı ana öz uşağının atasına ərə getməkdən imtina edib? 

Belə bir ana olmayıb! 

MİSSİS ARBETNOT. Nə olar, qoy mən birinci olum. Mən isə bunu 

etməyəcəyəm. 

CERALD. Ana, sən Allaha inanırsan və məni də bu ruhda böyütmüsən. Onda qoy 

sənin inamın, o inamın ki mənə uşaqlıqda onu qanınla-canınla öyrətmisən, qoy o 

inamın sənə desin ki, mən düz deyirəm. Sən bunu bilirsən, sən bunu hiss edirsən. 

MİSSİS ARBETNOT. Bilmirəm və hiss etmirəm də! Mən heç vaxt kilsəyə gedib 

diz çökməyəcəyəm və Allahdan belə bir iyrənc təhqirə – Corc Harfordla izdivaca 

xeyir-dua diləməyəcəyəm! Yox, mən kilsənin mənə əmr etdiyi o sözləri dilimə 

gətirə bilmərəm! Mən bunu istəmirəm və buna cürət edə bilmərəm! Axı mən necə 

and içə bilərəm ki, nifrət etdiyim adamı sevəcəyəm; axı mən necə dilimə gətirə 

bilərəm ki, məni rüsvay edən bir adama hörmət edəcəyəm. Öz gücündən istifadə 

edib məni günaha batıran bir kəsə itaət edəcəyimə necə and içə bilərəm? Yox! 

İzdivac sevən adamların mərasimidir. İzdivac onun kimi adamın və mənim 

kimisinin ayini deyil! Cerald, mən hamını aldatmışam! Səni istehza və 

təhqirlərdən qorumaq üçün bütün dünyanı aldatmışam. Mən iyirmi il cəmiyyətə 

yalan demişəm. Mən cəmiyyətə həqiqəti söyləyə bilməzdim. Kim deyə bilərdi ki? 

Lakin mən öz xeyrim naminə Allaha yalan deyə bilmərəm və Allah qarşısında 

adamları da aldada bilmərəm. Yox, Cerald, heç bir mərasim, heç bir toydan 

söhbət belə gedə bilməz. Heç bir kilsə və qanun məni Corc Harfordla birləşdirə 

bilməz! Ola bilsin ki, mən indi də onunla çox bağlıyam; məni oğurlayaraq varlı 

edən bir şəxslə bağlıyam, mən öz həyatımın çirkabında qiymətli bir mirvari 

tapmışam, ya da mənə elə gəlir ki, bu, qiymətli mirvaridir. Ola bilər...     

CERALD. İndi mən səni başa düşmürəm. 

MİSSİS ARBETNOT. Kişilər ananın nə olduğunu heç vaxt başa düşmürlər. 

Mənim o biri qadınlardan fərqim o olub ki, onlar mənim qarşımda günahkardır; 

mən özüm də günahkaram ona görə ki, ağır cəza almışam və böyük rüsvayçılıq 

yaşamışam. Bütün bunlara baxmayaraq, mən səni doğmaq üçün ölümün 

gözlərinin içinə baxdım. Səni yedizdirmək üçün ölümlə mübarizə aparmalı 

oldum. Ölüm səndən ötrü mənimlə savaşa girmişdi. Bütün qadınlar balasından 

ötrü ölümlə mübarizə aparmalı olurlar. Ölüm sonsuz qadın kimidir, onun uşağı 

olmur və o məhz buna görə bizdən uşaqlarımızı almaq istəyir. Cerald, sən lüt idin, 

mən səni geyindirdim, sən ac idin, mən səni yedizdirdim. Bütün uzun qış 

gecələrini mən sənə qulluq etdim, gecə-gündüz bilmədim; əgər sevdiyin adamdan 




Yüklə 408,17 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə