Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
#6502
1   ...   10   11   12   13   14   15   16   17   18

CERALD. Anacan, bağışla ki, səni gözlətdim. Tamam unutmuşdum. Ana, bu gün 

elə yaxşı gündür ki! Mən heç vaxt belə sevinməmişdim! 

MİSSİS ARBETNOT. Getməyinə görə sevinirsən? 

CERALD. Yox, ana, belə demə. Əlbəttə, təəssüflənirəm ki, səni yalqız qoyub 

gedirəm. Sən ən yaxşı anasan. Bütün analardan yaxşısan. Axı lord İllinqvort 

demişkən, elə bütün ömrümüz boyu bu cındır şəhərdə, Rokleydə yaşamaq olmaz 

ki! Sənin üçün, bəlkə də, bunun fərqi yoxdur. Amma mənim üçün fərqi var. 

Qürur, ad-san məsələsidir bu. Mən daha çox şey əldə etmək istəyirəm. Karyera, 

vəzifə istəyirəm. İstəyirəm elə bir şey edim ki, sən mənimlə fəxr edəsən. Lord 

İllinqvort mənə kömək edəcək. O, mənim üçün hər şey edəcək. 

MİSSİS ARBETNOT. Cerald, oğlum, lord İllinqvortla getmə. Yalvarıram sənə, 

oğlum, getmə onunla! Cerald, nə olar, getmə! 

CERALD. Ana, nə tez fikrini dəyişdin?! Bir anın içində sənə nə oldu belə? Heç 

özün də bilmirsən nə danışırsan, ana?! Saat yarım bundan qabaq qonaq otağında 

razılıq verdin; indi fikrini dəyişirsən, etiraz edirsən? Həyatımın yeganə şansından 

məni məhrum etmək istəyirsən? Mən bu yeganə şansımı əldən verməliyəm? Ana, 

sənə nə olub? Lord İllinqvort kimiləri həyatda adama çox nadir hallarda rast gəlir 

axı! Məgər bu, belə deyil, ana? Çox qəribədir, mən xoşbəxtliyin bir addımlığında 

ikən mənim yeganə doğma anam mənə mane olur! Bundan başqa, ana, sən 

bilirsənmi ki, mən Ester Vorsleyi sevirəm. Axı onu necə də sevməyim, hə? Mən 

onu elə sevirəm ki, hətta bunu sənə deyə də bilmirəm; sevgimi ifadə edə 

bilmirəm. Əgər mənim vəzifəm, mövqeyim olsa, onda gələcəyə də ümidim 

olacaq... Mən... mən... o qıza... ürəyimi... Başa düşürsən, ana... Lord İllinqvortun 

katibi olmaq nə deməkdir? Belə bir başlanğıc bilirsən nə deməkdir? Bu karyera... 

məni gözləyir... öz qapılarını açıb mənim qarşımda. Əgər mən lord İllinqvortun 

katibi olsam, Esterə də evlənmək təklifi edə biləcəyəm. Yoxsa hansısa cındır bank 

məmuru yüz il də qalsa, bunu edə bilməz... 

MİSSİS ARBETNOT. Oğlum, sən miss Vorsleyə ümid etmə. Mənim onun həyata 

baxışlarından xəbərim var. O, elə indicə mənə bunların hamısını dedi. (pauza) 

CERALD. Onda mənim qarşımda yalnız mənsəbə çatmaq məsələsi qalır ki! Hər 

necə olsa, bu, nəsə deməkdir! Mən o mənsəbi əldə etməyə şadam! Sən həmişə 

mənsəbimin yolunda mənə mane olmağa çalışmısan, ana! Mənim iddialarımı, 

arzu və qürurumu boğmağa çalışmısan, elə deyilmi? Sən həmişə mənə demisən 

ki, dünya fanidir, pozğundur, uğurlara can atmağa dəyməz, cəmiyyət miskindir, 

nə bilim nəəə…. Amma bax mən bunlara inanmıram indi! Ana, məncə, dünya 

nəşəylə doludur. Düşünürəm ki, cəmiyyət arasında olmaq maraqlıdır və maraqlı 

da olmalıdır. Düşünürəm ki, uğurlara can atmağa dəyər. Ana, mənə 

öyrətdiklərinin hamısı yanlışdır, sən mənə düzgün tərbiyə verməmisən. Lord 

İllinqvort uğur adamıdır, onun nailiyyətləri çoxdur. O, zəmanə adamıdır, zamanla 



ayaqlaşa bilir. O, cəmiyyət arasında yaşayır və cəmiyyət üçün yaşayır. Mən də 

onun kimi olmaq üçün hər şeyimi verərdim. 

MİSSİS ARBETNOT. Mənim üçün isə kaş sən öləydin, belə sözlər deməyəydin! 

CERALD. Ana, axı sən nə üçün lord İllinqvorta qarşısan, hə? Mənə de görüm, nə 

olub? Nə olub axı? 

MİSSİS ARBETNOT. O, pis adamdır. 

CERALD. Necə yəni pisdir? Başa düşmürəm… 

MİSSİS ARBETNOT. Deyərəm. 

CERALD. Məncə, sən ona görə lord İllinqvorta pis deyirsən ki, o, sənin kimi 

düşünmür, sənin inandıqlarına da inanmır. Ana, axı kişilər qadınlardan fərqlidir. 

Təbiidir ki, onların  dünyagörüşləri müxtəlifdir.  

MİSSİS ARBETNOT. Məsələ lord İllinqvortun nəyə inanıb-inanmadığında deyil, 

bunun əhəmiyyəti də yoxdur. O, sadəcə, pis adamdır, vəssalam. 

CERALD. Ana, bəlkə, sən onun haqqında bir şey bilirsən, mənə demirsən, hə? 

Görünür, nəsə öyrənmisən onun barəsində, hə? 

MİSSİS ARBETNOT. Hə, bilirəm. Onu tanıyıram. 

CERALD. Əminsən? 

MİSSİS ARBETNOT. Tam əminəm. 

CERALD. Çoxdan bilirsən bunu? 

MİSSİS ARBETNOT. İyirmi ildir. 

CERALD. İyirmi il bundan qabaq insanın həyatında nələr baş verdiyini indi 

xatırlatmaq, səncə, ədalətlidirmi? Axı lord İllinqvortun cavanlığının bizə nə 

aidiyyəti var? Bunun bizim üçün nə əhəmiyyəti var ki? 

MİSSİS ARBETNOT. O adam necə olubsa, indi də elədir və bundan sonra da elə 

olacaq. İnsan xarakteri dəyişmir. 

CERALD. Ana, lord İllinqvort nə edib? Söylə mənə. Əgər o, rüsvayçı bir hərəkət 

edibsə, mən onunla getməyəcəyəm. Sən məni ki yaxşı tanıyırsan?! 

MİSSİS ARBETNOT. Cerald, yaxın gəl, oğlum. Yanımda otur, lap uşaqlıqda 

necə otururdunsa, elə otur. O zaman sən mənim əziz, balaca körpəm idin. 

 

Cerald anasının yanında oturur. 



 

MİSSİS ARBETNOT (oğlunun saçlarını tumarlayır, əlini sığallayır). Cerald, nə 

vaxtsa bu həyatda bir qız yaşayırdı; çox gənc idi, təxminən, on səkkiz yaşı olardı. 

O vaxt lord İllinqvortun adı Corc Harford idi.  Həmin o Corc Harford o qızla tanış 

oldu. O qız təcrübəsiz, həyat haqqında heç bir təsəvvürü olmayan məsum bir qız 

idi. Oğlan isə ağıllıydı, hər şeyi bilirdi. Oğlan qızı məcbur elədi ki, qız ona 

vurulsun. Qız ona elə möhkəm vuruldu ki, onunla qaçmağa məcbur oldu; öz ata 

ocağını tərk etdi. Qız oğlanı elə ürəkdən sevirdi ki! Oğlan söz verdi ki, qızla 

evlənsin. Qız da ona inandı! Qız o vaxt çox gənc idi və həyatın nə demək 



olduğunu bilmirdi. Oğlan isə toyu bu həftədən o biri həftəyə, bu aydan o biri aya 

təxirə salır, vaxtı uzadırdı. Qız, həmişəki kimi ona inanmaqda davam edirdi. Qız 

onu sevirdi. Qızın uşağı oldu; lakin uşaq olmamışdan qabaq qız oğlana yalvardı 

ki, onunla uşağın xətrinə evlənsin; heç olmasa, uşağa ad qoysunlar ki, qızın 

günahı uşağın üstünə düşməsin. Uşağın nə günahı var, o, məsum bir körpə idi. 

Oğlan imtina etdi. Beləliklə, uşaq doğulandan sonra qız uşağı da götürüb oğlanı 

tərk elədi; qızın həyatı, qəlbi, nəyi vardısa məhv oldu, parçalandı; onun içindəki 

bütün nəcib hissləri, xeyirxah duyğuları da öldü. Qız dəhşətli iztirablar içində 

qaldı və indi də o iztirablarla yaşayır. O qız bütün həyatı boyu iztirab və 

əziyyətlərə qatlaşıb yaşayacaq. O qız üçün nə rahatlıq, nə sevinc, nə də 

bağışlanma var! O qadın öz zəncirini bir cinayətkar kimi sürüyür. O qadın 

cüzamlı xəstələr kimi maska taxır. Od o qadını təmizləyə bilmir. O qadının 

yanğısını su söndürə bilmir. O qadına heç nə şəfa gətirə bilməz! O qadını heç bir 

yuxu dərmanı yatızdıra bilməz! O qadını heç bir tiryək kefləndirə bilməz! O 

ölmüşdür! Onun qəlbi ölmüşdür!... Bax buna görə mən lord İllinqvortu pis adam 

hesab edirəm. Bax buna görə mən istəmirəm ki, mənim oğlum onunla getsin! 

CERALD. Ana, əzizim, bütün bunlar, əlbəttə, çox faciəli səslənir. Lakin mənə elə 

gəlir ki, qız da lord İllinqvort qədər günahkardır. Axı yaxşı qız, əsl yaxşı qız öz 

atası evindən onunla evlənməyən adamla qaça bilərmi? Əsl tərbiyəli qız onunla 

evlənməyən bir kişiylə bir yerdə yaşayarmı? Tərbiyəli qız belə etməz! 

MİSSİS ARBETNOT (pauza). Cerald, mən bütün etirazlarımı geri götürürəm. 

Sən lord İllinqvortla hara istəsən gedə bilərsən. 

CERALD. Ah, mənim əziz anam! Mən belə də bilirdim! Bilirdim ki, sən mənə 

mane olmaq istəməzsən! Sən Allahın yaratdığı ən yaxşı qadınsan! Lord 

İllinqvorta gəlincə isə deməliyəm ki, o, belə vicdansız və alçaq hərəkətlər 

eləməyə qadir deyil. Mən buna inanmıram, sadəcə, inanmıram. 

ESTER (səhnə arxasından qışqırır). Buraxın məni! Buraxın deyirəm! 

 

Ester qorxa-qorxa qaçır, özünü Ceraldın üstünə atır, ona sığınır. 



 

ESTER. Ooo! Mənə kömək edin! Məni onun əlindən qurtarın! 

CERALD. Kimdən? 

ESTER. O, məni təhqir etdi! Dəhşətli təhqir etdi! Mənə kömək edin! 

CERALD. Kim? Kimdir o? Kimdir? Kimdir sənə cürət edən? 

      


     Səhnənin arxasından lord İllinqvort görünür. Ester Ceraldın qoynundan çıxıb 

lordu göstərir. 

 

CERALD (qəzəb və hiddətlə). Lord İllinqvort, siz dünyanın ən məsum bir 



varlığını təhqir etmisiniz! Bu qız mənim anam kimi təmiz bir məxluqdur! Siz 


Yüklə 408,17 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə