Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.
Pdf görüntüsü
səhifə16/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
#6502
1   ...   10   11   12   13   14   15   16   17   18

mənim dünyada hər şeydən çox sevdiyim bir qızı təhqir etmisiniz! Mən onu anam 

qədər sevirəm! Mən sizi öldürəcəyəm! Əgər göydə Allah varsa, sizi məhv 

edəcəyəm! 

MİSSİS ARBETNOT (Ceralda tərəf qaçır və onu saxlayır). Yox, yox! Oğlum, 

lazım deyil! 

CERALD (anasını itələyir).  Mane olma, ana, mən onu öldürəcəyəm! 

MİSSİS ARBETNOT. Cerald! 

CERALD. Burax məni, ana! Dedim ki burax! 

MİSSİS ARBETNOT. Dayan! Cerald, dayan dedim sənə! O, sənin atandır! 

 

Cerald anasının əlindən tutur, onun üzünə baxır. Ana yavaş-yavaş döşəməyə 



doğru əyilir, üz-gözündə dəhşətli bir utanc hissi dolaşır. Ester ayaqları ucunda 

qapıya sarı gedir. Lord İllinqvort dodaqlarını gəmirərək qaşqabağını sallayır. Bir 

an keçir, Cerald anasını qaldırır, onun çiyinlərindən yapışır və otaqdan çıxarır. 

      


Pərdə. 

 

DÖRDÜNCÜ PƏRDƏ 



 

Missis Arbetnotun qonaq otağı. Arxadan böyük fransız şüşə pəncərəsi görünür. 

Pəncərə bağa açılır. Soldan və sağdan qapı var. Cerald Arbetnot yazı masasında 

nəsə yazır. Alisa varid olur, onun dalınca ledi Hanstenton və missis Ollonbi daxil 

olurlar. 

 

ALİS. Ledi Hanstenton və missis Ollonbi! (Qonaqların gəlişini xəbər verib çıxır.) 



LEDİ HANSTENTON. Sabahınız xeyir, Cerald! 

CERALD (durur). Sabahınız xeyir, ledi Hanstenton. Xoş gördük, missis Ollonbi! 

LEDİ HANSTENTON (oturur). Cerald, biz gəldik ki, əziz ananıza baş çəkək! 

Ümidvarıq ki, o, indi sapsağlamdır! 

CERALD. O, hələ öz otağından çıxmayıb, ledi Hanstenton. 

LEDİ HANSTENTON. Ah! Ötən gecə hava yaman boğanaq idi! Məncə, bugünkü 

havada şimşək var! Bəlkə də, bu bir musiqidir, bilmək olmaz! Musiqi həmişə 

adama romantik lad verir, daha doğrusu, adamın əsəblərinə təsir edir! 

MİSSİS ALLONBİ. Bizim zəmanədə bunların ikisi də bir şeydir! 

LEDİ HANSTENTON. Əzizim, nə demək istədiyinizi başa düşmürəm; çox 

şadam ki, başa düşmürəm. Zənnimcə, siz nəsə yaxşı bir şey demədiniz. Ooo, 

görürəm siz missis Arbetnotun gözəl qonaq otağını seyr edirsiniz. Gözəl otaqdır, 

həm də köhnə dəblədir, eləmi? 

MİSSİS ALLONBİ (dəstəli gözlüyü ilə otağa göz gəzdirir). Əsl ingilis evidir; 

xoşbəxt ailə ocağı! 



LEDİ HANSTENTON. Çox dəqiq sözdür, əzizim. Lap düzgün ifadə elədin. 

Cerald, əzizim, ananızın ətrafında kim varsa, hamısına ondan yaxşı impulslar 

gəlir. 

MİSSİS ALLONBİ. Lord İllinqvort deyir ki, bütün təsirlər pisdir, müsbət  təsirlər 



isə ikiqat ziyandır. 

LEDİ HANSTENTON. Lord İllinqvort missis Arbetnotla yaxından tanış olsa, o, 

öz fikrini dəyişər. Mən onu mütləq bura gətirəcəyəm. 

MİSSİS ALLONBİ. Mən də istərdim lord İllinqvortu xoşbəxt ailə ətrafında 

görüm. 

LEDİ HANSTENTON. Əzizim, bu, ona çox faydalı olacaq. İndi, az qala, bütün 



London qadınları evlərini səhləb çiçəkləri ilə, nə bilim xaricilərlə, fransız 

romanları ilə bəzəyirlər. Amma burada otaq, görürsünüz, necə sadə və səliqəlidir. 

Təbii güllər, adamı şoka salmayan kitablar, şəkillər… Bu şəkillərə baxanda 

utanmırsan. 

MİSSİS ALLONBİ. Amma mən utanıb-qızarmağı sevirəm. 

LEDİ HANSTENTON. Nə olar, utanmaz ənlik barədə nə qədər desən danışmaq 

olar; əlbəttə, əgər lazım olan anda qızarmağı bacarırsansa. Yazıq Hanstenton 

mənə deyərdi ki, sən çox nadir hallarda qızarırsan. Lakin o özü də çox xırdaçı 

adam idi. O, məni öz dostlarıyla tanış etməzdi; yalnız yaşı yetmişi ötmüş 

dostlarından başqa heç kəslə qoymazdı danışmağa. Yazıq qoca lord Aşton da 

onlardan biriydi. Sonralar öyrəndim ki, Aştonun özü də boşanma proseslərində 

çox iştirak edib. Bədbəxtlikdir, vallah! 

MİSSİS ALLONBİ. Mən yetmişyaşlı kişiləri daha çox xoşlayıram. Onlar 

qadınlara ölənə kimi sevgi təklif edirlər. Məncə, yetmiş yaş kişi üçün ideal yaşdır. 

LEDİ HANSTENTON. Cerald, bu qadın düzələn deyil, eləmi? Ümidvaram ki, 

mən bundan sonra sizin ananızla tez-tez görüşəcəyəm. Axı siz lord İllinqvortla 

tezliklə çıxıb gedəcəksiniz, elə deyil? 

CERALD. Mən fikrimi dəyişdim və lord İllinqvortun katibi olmayacağam! 

LEDİ HANSTENTON. Ola bilməz, Cerald! Bu ki ağılsızlıqdır! Nə üçün, səbəb 

nədir belə? 

CERALD. Məncə, bu yer mənim üçün deyil. 

MİSSİS ALLONBİ. Kaş o yeri mənə təklif edəydi. Amma lord İllinqvort deyir ki, 

mən kifayət qədər ciddi deyiləm. 

LEDİ HANSTENTON. Əzizim, siz gərək bu evdə belə şeylər danışmayasınız. 

Missis Arbetnot bizim fırlandığımız əxlaqsız cəmiyyət barədə heç nə bilmir; o, bu 

cəmiyyətə girmək istəmir. O çox tərbiyəli qadındır. Mənim üçün çox böyük şərəf 

idi ki, o, dünən bizə gəldi. Bu da bizim ziyafətə çox böyük alicənablıq gətirdi. 

MİSSİS ALLONBİ. Ah! Deməli, buna görə sizə elə gəldi ki, havada şimşək 

qoxusu var, eləmi? 



LEDİ HANSTENTON. Əzizim, bunu necə dilinizə gətirirsiniz? Bu şeylər 

arasında ümumi heç nə yoxdur! Cerald, doğrusu, deyin görüm siz axı bu yerə niyə 

münasib saymırsınız özünüzü? 

CERALD. Bizim lord İllinqvortla həyata baxışlarımız fərqlidir. 

LEDİ HANSTENTON. Axı, əzizim Cerald, sizin yaşınızda həyata nə kimi baxış 

ola bilər ki? Siz yaşda cavanların həyata baxışı olur ki? Bu, tamam yersizdir. Bu 

baxımdan sizi gərək başqaları idarə edə. Lord İllinqvort sizə çox yaxşı bir vəzifə 

təklif edib; onunla səyahətə çıxsanız, dünyanı görərsiniz, öyrənərsiniz; daha 

doğrusu, lazım olduğu qədər gəzib-görərsiniz dünyanı, əlverişli şəraitlərdə 

müxtəlif lazımi adamlarla tanış olarsınız; bu da sizin karyeranızın başlanğıcı üçün 

ən vacib şərtdir. 

CERALD. Mən dünyanı görmək istəmirəm, artıq onu gördüm. 

MİSSİS ALLONBİ. Mister Arbetnot, ümid edirəm ki, siz hələ həyatdan 

doymamısınız. Əgər kişi bunu deyirsə, deməli, həyatdan bezib.  

CERALD. Mən anamı qoyub getmək istəmirəm. 

LEDİ HANSTENTON. Ax, Cerald, Cerald, bu artıq tənbəllikdir! Yalnız tənbəllik 

demək olar buna! Anamı tək qoymaq istəmirəm! Sizin ananızın yerində olsaydım, 

təkidlə deyərdim ki, gedin! 

    

Alisa varid olur. 



      

ALİS. Miledi, missis Arbetnot üzr istəyir; onun başı bərk ağrıyır və bu gün o, heç 

kəsi qəbul eləyə bilmir. (Çıxır.) 

LEDİ HANSTENTON. Başı ağrıyır? Çox təəssüf! Cerald, bəlkə, siz axşam 

ananızla bizə gələsiniz, hə? Əlbəttə, əgər ananız özünü yaxşı hiss eləsə... 

CERALD. Bu gün çətin, ledi Hanstenton! 

LEDİ HANSTENTON. Onda sabah! Ah, kaş atanız olaydı, o heç qoyardımı sizi 

burada sürünəsiniz. O, dərhal sizi lord İllinqvortla göndərərdi. Amma analar 

həmişə zəif olur. Onlar hər şeydə oğullara güzəştə gedirlər. Ah, biz yalnız 

qəlbimizlə yaşayırıq, qəlbimizlə! Gedək, əzizim, gedək, hələ kilsəyə də 

getməliyəm, missis Dobeniyə də baş çəkməliyəm; mənə elə gəlir o da özünü pis 

hiss eləyir. Qəribədir, çox qəribədir, baş keşiş buna necə dözür, başım çıxmır! O, 

ərlərin ən yaxşısıdır! Sözün həqiqi mənasında nümunəvi ərdir! Hələlik, Cerald! 

Ananıza ən səmimi salamımı çatdırın. 

MİSSİS ALLONBİ. Xudahafiz, mister Arbetnot. 

CERALD. Sağ olun. (Ledi Hanstenton və missis Ollonbi çıxırlar. Oturub 

məktubları oxuyur.) Mən indi burada hansı soyadı yazım? Nə imza qoyum? 

Mənim heç birinə hüququm çatmır. (İmza qoyur və məktubu konvertin içinə 

yerləşdirir, ünvanı yazır və məktubu surğuclamaq istəyir. Qapı açılır. Missis 

Arbetnot daxil olur. Cerald surğucu yerə qoyur. Ana və oğul bir-birinə baxırlar.) 




Yüklə 408,17 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə