D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   47   48   49   50   51   52   53   54   ...   93

169
Onomastika, Dialektologiya, Etimologiya
şikliklə irmaq formasında “Dastani-Əhməd Hərami” poemasında da 
işlənir. Eyni zamanda, hər iki abidədə irmaq sözü ilə eyni mənşədən 
olan  ir(mək),  iriş(mək),  iraq  sözləri  işlənir.  Bundan  başqa,  “Kita-
bi-Dədə Qorqud”da irgür(mək), “Dastani-Əhməd Hərami” poema-
sında isə iral(maq) sözləri işlənmişdir. Nümunələrə diqqət yetirək: 
Qova-qova  könül  dünyaya  irdi  (23,  s.  20);  İrərlər  İsfəhan  şəhrinə 
bir gün (23, s. 60); Məgər mədəd irişə Mustafadan (23, s. 21); Çün 
axşam irişbən gün tolundu (23, s. 41); Anın hikmətlərinə əql irişməz 
(23, s. 19); Ol ucdan mənzilə irəməyəvüz (23, s. 31); Nə zahirdir o 
kim  gözdən  iralmaz  (23,  s.  20);  Boğuldum  qaldım  uş  irmağ  için-
də.  (23,  s.  65)  Qeyd  etmək  lazımdır  ki,  bu  sözlərin  kökü  ir(mək) 
müstəqil feli, hətta məsələyə bir qədər də dərindən yanaşsaq, ir sink-
retik söz köküdür. (5)
Hər iki abidədə ir(mək), iriş(mək), irgür(mək) sözləri “çatmaq”, 
“qovuşmaq”  mənalarında  işlənmişdir.  Qeyd  etmək  lazımdır  ki,  ir 
kökü qədim sinkretik söz köküdür və müasir dilimizin lüğət tərki-
bində bu söz y(er) ismində, iri sifətində, irəli, iraq zərflərində, y(er)
imək, yüy(ür)mək fellərində, həmçinin bu nitq hissələrindən yara-
nan bütün söz, söz birləşmələri və ifadələrdə öz izlərini qoruyub sax-
lamışdır.
Poemada işlənən iral(maq) sözü isə fel olaraq “ayrılmaq” mə-
nasını ifadə etmişdir. Yaxud hər iki abidədə “uzaq” mənasını ifadə 
edən iraq//ıraq sözü mövcuddur. Qeyd etmək lazımdır ki, hər iki söz 
eyni mənşəlidir və ir sinkretik kökü ilə əlaqədardır. Burada bir cəhət 
diqqətimizi cəlb edir. İral(maq) feli və iraq zərfi ir(mək) felinə -al və 
-aq şəkilçilərinin artırılması ilə ona əks mənalı sözlər kimi yaranmış-
dır. Müqayisə edək: İr (çat, qovuş) + al (şəkilçi) = iral (ayrıl), yaxud 
ir (çat, qovuş) + aq (şəkilçi) = iraq (uzaq).
İr kökü ilə eyni mənşədən olan irmaq//ırmaq sözünü isə etimoloji 
baxımdan bu cür izah edə bilərik: Yuxarıda qeyd etdiyimiz kimi ir 
sinkretik söz kökü olaraq tarixən “çatmaq”, “qovuşmaq”, “ayrılmaq” 


170
DƏDƏ QORQUD ARAŞDIRMALARI
mənalarını öz semantik tutumunda ehtiva etmişdir. İrmaq//ırmaq sö-
zündə ir sinkretik söz kökünün məhz birinci əsas mənası - “çatmaq”, 
“qovuşmaq”  mənası  öz  izlərini  qoruyub  saxlamışdır.  Müqayisə 
edək: İrmaq//ırmaq – çatan, qovuşan, axan, dənizə tökülən su, çay. 
Məlumdur ki, axmaq, tökülmək kimi çatmaq, qovuşmaq xüsusiyyət-
ləri də suya aiddir.
“Kitabi-Dədə Qorqud”da diqqəti cəlb edən sözlərdən biri də ay-
maq felidir. Bu söz də tarixi kökləri etibarilə qədim olmaqla ay sink-
retik söz kökündən törəmişdir. Qeyd etmək lazımdır ki, aymaq feli 
dastanda olduqca aktiv işləkliyi olan qədim söz – fel kimi çıxış edir. 
Qədim yazılı qaynaqlarımızdan biri olan “Kitabi-Dədə Qorqud” 
dastanında bu söz kökü “demək” mənasını ifadə edən ayıtmaq for-
masında  işlənmişdir.  Məsələn:  Qorqut  ata  ayıtdı:  “Axır  zamanda 
xanlıq gerü - Qayıya dəgə, kimsənə əllərindən almaya axır zaman 
olub qiyamət qopınca” (14, s. 19); Ayıtdılar: “Xanım, bu gün Ba-
yındır xandan buyruq şöylədir kim, oğlı-qızı olmayanı Tanrı Taala 
qarğayıbdır, biz dəxi qarğarız, demişdir” – dedilər (14, s. 25). Bu 
söz kökü eposda bir çox hallarda aydır formasında da işlənmişdir. 
Məsələn: Dirsə xan yerindən uru durdı, aydır: “Qalqubanı, yigitlə-
rim, yerünizdən uru durun, bu qərayib bana ya bəndəndir, ya xatun-
dandır”, - dedi  (14, s. 25).
Aymaq feli “Dastani-Əhməd Hərami” poemasında da eyni dərə-
cədə aktiv işləkliyə malikdir. Poemada bu fel aytdı, ayıtdı, aydır, ay-
dun, aydın, aydam kimi bir çox formalarda işlənmişdir. Nümunələrə 
diqqət  yetirək: Aytdı  kətxuda  danla  gələyin  (23,  s.  41); Aytdı:  nə 
əcəb söz söylədiniz (23, s. 47); Ayıtdı (kim) əgər diri qalırsam (23, 
s. 58); Sevindi, aydır; imdi neyləyəlim (23, s. 45); Şəhənşah aydir 
kim dəstur verəyim (23, s. 58); Nə deyisər bizi, aydun eşidən (23, s. 
70); Güləfrux aydın: ana, göstər anı (23, s. 80); Nə aydam ki, necə 
düzdilər anı  (23, s. 96)
 “Kitabi–Dədə Qorqud”un lüğət tərkibi özünün zənginliyi ilə se-


171
Onomastika, Dialektologiya, Etimologiya
çilir. Dastan dilinin leksikasını təşkil edən sözlərin bəzilərinin kökü 
şəffaf olsa da, bəzilərində kök və şəkilçinin sərhəddini müəyyənləş-
dirmək çox çətindir. Eyni asemantik kök bir пеçə sözdə müşahidə 
olunur” (5, s. 113). “Kitabi-Dədə Qorqud”da işlədilən belə sözlərdən 
biri də “söz-söhbət”, “şayiə” mənalarını ifadə edən və aymaq sözü ilə 
mənşə etibarilə bağlı olan aydına sözüdür. Nümunəyə diqqət yetirək: 
ulu-kiçi qalmaya, - söz aydına, qarı-qoca qalmaya, - qu aydına. (14, 
s.. 111). Fakt göz önündədir: Aydına sözü bizə belə deməyə əsas ve-
rir ki, həmin sözün əsasında ay sinkretik kökü və onun “danışmaq”, 
“səs çıxartmaq” mənası dayanır. Lakin bu gün nə ədəbi dili¬mizin 
lüğət  tərkibində,  nə  dialekt  və  şivələrimizdə,  nə  ümumtürk  yazılı 
abidələrində, nə də qohum türk dillərində bu sözə eyni anlamda rast 
gəlmirik. Buradan belə bir nəticəyə gəlirik ki, ay sinkretik kökünün 
“söz-söhbət”, “şayiə” mənası yalnız yazılı abidələrimizdə öz izini 
qoruyub saxlamışdır. Bu da yəqin ki, dilimizin türk dillər ailəsindən 
fərqlənən  özünəməxsus,  spesifik  cəhətidir,  sözyaratma  vasitəsidir. 
Lakin bu fakt eyni zamanda onu göstərir ki, aydına sözü ortaq türk 
dilinə məxsus olan ay sinkretik kökünü özündə qoruyub saxlamışdır.
Maraqlı faktlardan biri də budur ki, bu gün dilimizin lüğət tər-
kibində “deyişmək”, “höcətləşmək” mənalarını ifadə edən atışmaq 
felinə  yazılı  qaynaqlarımızda  aytışmaq  formasında  rast  gəlirik. 
Məsələn,  “Kitabi-Dədə  Qorqud”un  lüğət  tərkibində  “deyişmək”, 
“höcətləşmək” mənalarını ifadə edən aytışmaq feli mövcuddur. Bu 
gün dilimizin lüğət tərkibində işlənən atışmaq sözünün mənaları isə 
Azərbaycan dilinin izahlı lüğətində aşağıdakı kimi izah edilmişdir: 
Atışmaq qarş. 1. Qarşı-qarşıya durub, bir-birinə güllə atmaq. [Mah-
mud] Bəy də beş-on nökərləri ilə bir daldaya girib camaatla atışır 
(Ə.Haqverdiyev). Adamlar  həmişə  qorxurdular  ki,  bu  saat  [qoçu-
lar] аtışacaq və arada yoldan keçən təqsirsiz adamlara güllə dəyə-
cək (H.Sarabski). // Vuruşmaq (odlu silahla). Midhət nəinki yaxşı 
və məharətlə uçmağı, bəlkə düşmən təyyarələri ilə sərrast atışmağı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə