D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə39/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   35   36   37   38   39   40   41   42   ...   84

140
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Arkar – çay adı; Açıq-Alatır-göl adı; Balıklı-çay adı; Egük katun 
– çay adı; Ertis – İrtış çayı; İrtiş-çay adı; Yabaş – çay adı; Yar 
ügüz – Yar çayı; Yaşıl ügüz – Hoanq – ho çayı; Yinçü ügüz – 
Zərəfşan çayı, Yit – çay adı; Yılun kol – çay adı – kol monqolca 
«çay» deməkdir; Yula köl - göl adı; Kem – Kem çayı – Yenisey 
çayının qədim türk adı; Kərgü – çay adı; Kazluq göl – göl adı; 
Kara Yotuğan – çay adı, Kara köl – göl adı; Kasuy/Kaşuy – çay 
adıdır; Karluk göl – göl adıdır; Koşuy – çay adı; Orkun-Orxon 
çayı; Sələnə – Monqulustandan başlayıb Baykal gölünə tökülən 
Selenqa çayı: Tayğan köl – göl adı; Taluy – çay adı – (Ə.Şükürlü 
bunu dəniz, okean adı kimi verir). Toğla – Tola çayının qədim 
türk adı; Tukuş – çay adı; Türgi Yarğun – göl adı; Üç Birgü – Ulan 
– Batorun şimal-qərbində çay adı; Çıyıltır köl-göl adı; Çuş – çay 
adı.
Abidələrin  dilində  bir  çox  hidronimik  coğrafi  terminlər 
işlənmişdir.
Baş  coğrafi  termini.  Bu  termin  Orxon-Yenisey  abidələrinin 
dilində  oronimlərdə  işləndiyi  kimi  hidronimlərin  tərkibində  də 
nəzərə  çarpır.  Baş  termini  «çayın  mənbəyi»  mənasını  bildirir. 
Məsələn: Arkarbaşı (ŞU 25), Keyrebaşı (ŞU 7, 18), Tezbaşı (Terx. 
q. 5).
Beltir.  Bu  termin  abidələrin  dilində  «iki  çayın  qovuşduğu 
yer»  mənasında  işlənmişdir  (ŞU  10,  21).  Beltir  termini  müasir 
Altay dilində beltir, xakas dilində piltir, Tuva dilində beldir, yakut 
dilində bilir şəkillərində göstərilən mənada işlənir. Beltir coğrafi 
termini həmin bölgənin Beş-beltir, Ada-piltiri, Sos-piltiri, Uybat-
piltiri, Piltir kimi toponimlərin tərkibində müşahidə edilir (11, s. 
168).
Köl. Bu söz abidələrin dilində həm müstəqil şəkildə, həm də 
hidronimlərin  tərkibində  işlənmişdir.  Məs.; Açığ Altur  köl  (ŞU 
18), Kazluk köl (ŞU 26), Kara köl (KT şm 2), Tağ tayğun köl 


141
Onomastika, Dialektologiya, Etimologiya
(ŞU 27) və s. Köl sözü ümumtürk səciyyəli olub bütün dövrlərdə, 
bütün türk dillərində öz fəallığını qoruyub saxlamışdır. 
Taluy. Bu termin Orxon-Yenisey abidələrinin dilində «dəniz» 
mənasında işlənmişdir (KT s. 3; T 18, 19; 1B4). «Oğuznamə»də 
bu sözə talay variantında rast gəlinir. Bu coğrafi termin müasir 
Tuva və xakas dillərində Ax-talay və Xara-talay kimi toponimlərin 
tərkibində müşahidə edilir (11, s. 169).
Bunlardan başqa qədim türk yazılı abidələrinin dilində idil, 
kem, katun, yul/yula və s. kimi «çay» anlamlı sözlər də (…teŋri 
ana Kem katun kabışıp… (Y 144) «Tanrı və ana Kem (Yenisey) 
çayı qovuşub»…) işlənmişdir.
Abidələrdə işlənmiş bəzi hidronimlərin semantikasına nəzər 
salaq:
Ak  tərməl.  Bu  çay  adına  Tonyukukun  şərəfinə  yazılmış 
abidədə rast gəlinir: “xahiş etdim, atlanın – dedim, qoşun çəkdim. 
Ak  –  Tərməli  keçərək  dayanmağı  tapşırdım  (15,  s.  251).  Türk 
toponimiyasında  toponimlərin  tərkibində  işlənmiş  kara  və  ak 
sözlərinin  məna  xüsusiyyətləri  müəyyən  mənada  tədqiq  olun-
muşdur. E.M.Murzayev bu mülahizə və fikirləri ümumiləşdirir. 
Bu  ümumiləşmədən  bəlli  olur  ki,  A.N.Kononov  hidronimlərin 
tərkibindəki ak ünsürünü daha çox ak – (axmaq) feli ilə bağlayır 
(45, s. 47). E.Murzayev hidronimlərin tərkibində ak ünsürünün 
müxtəlif məna xüsusiyyətləri daşıdığını, bəzən «cənub» anlayşını 
bildirdiyini göstərərək yazır ki, bir sıra türk hidronimlərində ak 
suyun şəffaflığını, kara isə suyun bulanıqlığına işarə edə bilər (46, 
s. 53).
Anı  sub.  Bu  hidronimə  Tonyukukun  şərəfinə  yazılmış 
abidədə (T 24, 27) təsadüf olunur. Anı sub hidroniminin ifadə et-
diyi Anı çayı bu gün də eyni adla Tuvanın qərbində mövcuddur. 
Yeniseyin qollarından biri olan Abakan çayının bir hissəsi bu adla 
adlanır (46, s. 139).


142
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Bu  hidronimin  tərkibindəki  anı  komponentinin  apelyativi 
qədim  türk  dilində  «ov  heyvanı,  maral»  mənasını  bildirmişdir 
(56, s.152). Ola bilsin ki, Anı çayının sahilində ov heyvanı çox 
olduğu üçün hidronim belə adlanmışdır.
Hidronimin tərkibindəki sub komponenti də türk mənşəlidir. 
Sub  sözü  orta  əsr  abidələrində  suv,  geniş  türk  coğrafiyasının 
hazırkı bəzi bölgələrində su, bəzi bölgələrində isə suq şəklində 
işlənməkdədir.  Məs.: Arqısuq  (Krasnoyarsk  diyarı),  Karasuq  – 
Altay və Tuvada (5, s. 206).
Bu  leksem  abidələrin  dilində  toponimlərin  tərkibində  də 
nəzərə  çarpır.  Məs.:  yer-sub  birləşməsi  qədim  dövrdə  «torpaq 
ölkə» (Y.45) mənasını bildirir.
Balıklı. Bu hidronim abidələrin dilində çox az işlənmişdir: 
Anta yana tüşip Orkun, Balıklığ beltirinte el örginin anta örgin 
itirdim. «Orada yenə düşərgə salıb Orxon çayı ilə Balıklı çayının 
qovşağında kağanlıq otağını qurdurdum» (ŞU 34). Bu hidronimin 
apelyativi «balıq çox olan çay» mənasını ifadə edir.
Yılın  kol.  Bu  hidronim  Selenqa  çayının  şimal-qərbində 
yerləşən  bir  çayın  adını  bildirir.  Bunu  aşağıdakı  mətndən  də 
bilmək olur: Seleŋə kidin Yılun kol sıŋar Şıp başıŋa tegi çerig 
itdim. «Selenqa çaynıın şimal-qərbi Yılun cənubu istiqamətində 
Şıp başınadək qoşun çəkdim» (ŞU şərq 15). Hidronimin I kom-
ponenti olan yılun lekseminin apelyativi, ola bilsin ki, «ilan»dır. 
Yılun sözü qədim türk dilində yılan lekseminin fonetik variantı 
kimi işlənmişdir. Bu çayın yatağı, məcrası ilan kimi əyri-üyrü ol-
duğundan bu cür adlanmışdır. Hidronimin II komponenti olan kol 
leksemi isə müasir dilimizdəki «əl, qol» mənasındakı qol sözü ilə 
əlaqəlidir. Burada su mənbəyinin qolu mənasını bildirmişdir. Kol 
sözü müasir türk dillərində də «qol» və «vadi, yarğan, çökəklik, 
çay» mənalarını ifadə etməkdədir.
Toğla.  Bu  hidronimə  Tonyukukun  şərəfinə  yazılmış 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə