D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə69/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   65   66   67   68   69   70   71   72   ...   84

241
Pedaqogika, Fəlsəfə, Psixologiya
Müasir  Azərbaycan  dövləti  çağ-
daş  dünyanın  sürətlə  inkişaf  etməkdə 
olan  bir  dövləti,  müasir  elmi-texniki  və 
sosial-siyasi  tərəqqi  yolunu  tutmuş  və 
fəal  şəkildə  qloballaşan  dünyaya  inteq-
rasiya edən qabaqcıl ölkələrindəndir. Bu 
istiqamətdə xalqımızın psixologiyasında 
baş verən ictimai proseslər, dəyişikliklər 
öz əksini onun bu və ya digər həyat si-
tuasiyalarında fərdi və rəsmi davranışın-
da, gəldiyi ictimai qənaətlərdə, çıxardığı 
nəticələrdə və qarşısına qoyduğu plan və 
məqsədlərlə  qabarıq  şəkildə  açıq-aydın 
göstərir. Yeni dövr, yeni sosial tələblər və 
cari şəraitə uyğunlaşma insanların nəinki 
konkret məqamlarda davranış formaları-
na təsir edir, həm də milli xarakterin, mil-
li  düşüncənin  və  əxlaqın  mahiyyətində 
əsaslı  tarixi  dəyişikliklərə  gətirib  çı-
xarır.  Bunun  nəticəsində  xalqın  milli-
mənəvi dünyası, tarixən əldə etdiyi milli 
dəyərlər müasir tarixi inkişaf prosesində 
qloballaşmaya  məruz  qalaraq  unudul-
maq təhlükəsi ilə qarşılaşır və «gərəksiz 
olma» kimi daha ağır tale ilə üzləşməyə 
Səlimə Məmmədova,
kiçik elmi işçi
ORXON-YENİSEY TÜRK YAZILI ABİDƏLƏRİNDƏ 
DAVRANIŞ TƏRBİYƏSİ


242
DƏDƏ QORQUD ARAŞDIRMALARI
sürüklənmiş olur. Nəzərə almaq lazımdır ki, xalqın milliliyi ara-
dan  qaldırılarsa,  onun  dili,  milli-mənəvi  dəyərləri,  milli-əxlaqi 
xüsusiyyətləri  məhv  olar,  həmin  xalq  öz  sosial  məzmununu 
itirərək müxtəlif siyasi və iqtisadi münasibətlərdən asılı vəziyyətə 
düşər və mənəvi birlik, mədəni-tarixi ittifaq halından uzaqlaşaraq 
ayrı-ayrı fərd halında zəifləyər. Buna görə də, hər bir xalqın milli 
qüruru, tarixi qüdrəti kimi problemlər müasir xalq pedaqogikası-
nın, milli psixologiyanın elmi, mədəni-tarixi vəzifələrindən sayı-
lır. Bu istiqamətdə məqsədyönlü pedaqoji fəaliyyət mühüm elmi 
mövqedən çıxış edir. Bu zaman tərbiyə və təlqin məsələlərinin 
ciddi təhlili aparılaraq onların milli, mədəni, tarixi aspektlərdən 
əhəmiyyəti  üzə  çıxarılaraq  mütərəqqi  məqamları  həyata  keçiri-
lir. Pedaqogika elminin dəyərləndirmələri aspektindən nəzərdən 
keçirilən bu tədqiqat mövzusu müasir Azərbaycan milli-mənəvi 
tərbiyəsi məsələləri üçün böyük əhəmiyyəti ilə seçilir. Belə ki, 
Orxon-Yenisey  türk  yazılı  abidələrinin  mətnləri  bizim  xalqın 
mənşəyini təşkil edən çoxsaylı türk tayfalarının mədəniyyət ta-
rixini öyrənməkdə və bu tarixi yolda əldə etdikləri nailiyyətləri, 
səhvləri, nöqsanlardan çıxardıqları nəticələri, dövlətçilik və milli-
lik uğrunda çalışan igid xanların mənəvi müdrikliyinin əsaslarını, 
mədəni  davranış  qaydalarını  və  s.  məsələləri  əhatə  edən  gözəl 
nümunələr təqdim edir. 
Orxon-Yenisey  türk  yazılı  abidələrinin  ən  qədim  nümunəsi 
VII  əsrə  aid  edilir  (1;  5),  lakin  bu  abidələrin  üzərindəki  tarixə 
əsaslanıldığından  gəlinən  nəticə  olaraq  heç  də  abidələrin  yara-
dıcısı olan xalqın yazısının, mədəniyyət və dövlətçilik tarixinin 
də  VII  əsrə  aidliyini  ifadə  etmir.  Belə  ki,  abidələr  üzərindəki 
tədqiqatlar aparan alimlərdən V.Tomsen A.Steynin 1906-cı ildə 
Çində gözətçi qülləsində tapdığı eramızın II yüzilliyinə aid arami 
yazılı abidəsinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, Göytürk 
abidəsi eramızın V əsrində meydana gəlmişdir. A.M.Amanjolov 


243
Pedaqogika, Fəlsəfə, Psixologiya
isə  əldə  etdiyi  bir  sıra  tarixi  sənədlərə  əsaslanaraq  belə  bir 
nəticəyə gəlmişdir ki, Göytürk əlifbası eramızdan əvvəl birinci 
minillikdən gec yaranmamışdır. O, öz fikrini sübut etmək üçün 
Göytürk yazılı işarələrini yunan əlifbasının ilk variantı, finikiya 
və arami əlifbaları ilə müqayisə etmiş və bir sıra oxşarlıqlar üzə 
çıxarmışdır.
Orxon-Yenisey  yazılı  abidələrinin  yazıya  alınmasında  bö-
yük xidmətləri olan S.Q.Klyaştornı göytürk əlifbası ilə yazılmış 
abidələri tapıldığı əraziyə görə yeddi qrupa ayırmışdır. Son za-
manlar bu siyahıya Qafqaz ərazisində tapılmış Göytürk abidələri 
də daxil edilərək qrupların sayı səkkizə çatmışdır. Həmin siyahı 
aşağıdakılardan ibarətdir: 
I.  Şimal-Qərb  və  Cənubi  Monqolustanda  tapılmış  yazılı 
abidələr – bu abidələr «Orxon abidələri» adı altında öyrənilir və 
sayı 33-dür, daha çox diqqətəlayiq mətnə malik olanları 14-dür. 
Əsas etibarilə qəbirüstü daşlardır. Onlar sırasında Ongin abidəsi 
(İltəris kağan və onun xatunu İlbilgə xatunun şərəfinə yazılıb), 
Tonyukukun şərəfinə yazılmış abidə, Kül-tiginin şərəfinə yazıl-
mış    abidə,  Mogilyan  kağanın  (Bilgə  kağan)  şərəfinə  yazılmış 
abidə, Küli-Çorun şərəfinə yazılmış abidə, Moyun-Çorun şərəfinə 
yazılmış  abidə  daha  məzmunlu  olaraq  zəngin  tarixi  məlumat 
təqdim edirlər.
II. Yenisey yazılı abidələri – D.D.Vasilyevin müəyyən etdiyi 
siyahıya əsasən sayı 140-dır. Onların qədimi V-VI əsrə, yeniləri 
XI əsrə aid edilir. Bu abidələr «Talas abidələri» adı altında tanın-
mışdır.
III.  Lena-Baykal  yazılı  abidələri  –  onlar,  əsasən,  qayalar, 
məişət əşyaları üzərində yazılmış abidələrdir, sayı 40-dır. Hesab 
edilir ki, eramızın VII-VIII əsrlərində yaradılmışdır.
IV. Altay yazılı abidələri – onlar arxeoloji qazıntılar zamanı 
altı gümüş qab və əsasən silahların üzərində aşkar edilmişdir, ən 


244
DƏDƏ QORQUD ARAŞDIRMALARI
böyüyü hündür qaya üzərində yazılmış bir abidədir. Sayı 20 olan 
bu yazılı mənbələr əsasən məişət məzmunlu etnoqrafik yazılardır.
V.  Şərqi  Türküstanda  tapılan  yazılı  abidələr  –  bunlardan 
bir  qismi  kağız  üzərində  yazılmış  Toyok  abidəsi,  Turfan  yazı-
lı  sənədləri  (sehrkarlıq  məzmunu  daşıyırlar),  Irk  bitik  abidəsi 
(Falnamə  və  s.),  bir  qismi  müxtəlif  tipli  qab  əşyalar  üzərində 
əksini tapmışdır (divar yazıları, güzgü üzərində yazı).
VI. Şimali Qırğızıstan və Qazaxıstan yazılı abidələri  - on-
ların  sayı  28-dir,  müxtəlif  əşyalar  üzərində  –  daş,  çubuq,  kiçik 
heykəl, üzük, qolbaq, gümüş, qab, güzgü, qızıl quş fiquru, möhür, 
qaya üzərində yazılmışlar.
VII.  Fərqanə,  Ala  və  Şimali  Toxarıstanda  tapılan  yazılı 
abidələr – sayı 18 olan bu abidələr kuzə, bürünc üzük, kaşı qab, 
dəri, daş lövhələr üzərində həkk olunmuşlar. Ən qədim nümunəsi 
olan  Muğ  dağında  Soğdada  tapılmış  dəri  üzərindəki  yazılı 
abidə  eramızdan  əvvəl  III-II  əsrlərə  aid  edilir,  bu  sənəd  oxuna 
bilməmişdir.
VIII. Şərqi Avropada tapılan yazılı abidələr – bunlar Volqa-
boyunda, Dunay sahillərində, Azov gölü ətrafında, Şimali Qaf-
qazda tapılmışdır. Qızıl, gümüş, kaşı küplər, su qabı üzərində oy-
ma-cızma üsulu ilə yazılmışlar.
Orxon-Yenisey abidələri ilə yanaşı uyğur yazılı abidələri də 
türk milli-mədəniyyət tarixində xüsusi yer tuturlar. Çində tapılan 
bu abidələr sayca Göytürk abidələrindən çoxdur. Tarixən müxtəlif 
dinlərə sitayiş edən uyğurlar oğuz-türk ittifaqına daxil olan xalq-
dır. Bu xalqın tarixi, mədəni inkişafı Göytürk mədəniyyətindən 
uzaq olmamış, danışdığı dil isə ədəbi dil baxımından nəzərdən 
keçirilən göytürk dilindən fərqlənməmişdir.  
Uyğurlara  məxsus  yazılı  abidələr  əsasən  bu  türk  xal-
qının  mənəvi  duyğularını,  dini  dəyərlərini  və  təsərrüfatını, 
məşğuliyyətini,  həyatını,  ictimai,  sosial,  siyasi  münasibətlərini 
öyrənmək üçün dəyərli mənbələrdir. Bu yazılı abidələr Göytürk 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə