423
NƏTĠCƏ
1953-2007-ci illərdə Azərbaycan Respublikası ərazisində
aparılan arxeoloji tədqiqat işləri nəticəsində Daş dövrünə aid
mağara düşərgələri və maddi mədəniyyət nümunələri aşkar
olunmuşdur.
424
Azərbaycanın Azıx mağara düşərgəsində aparılan arxeoloji
tədqiqatlar
nəticəsində
ibtidai insanların meydana çıxıb,
formalaşma tarixinin bu ərazidə qədim olduğunu göstərdi. Elmi
tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, dünyada hələlik elə
bir mağara düşərgəsi yoxdur ki, orada mədəni təbəqələr Azıx
düşərgəsində olduğu kimi zəngin, yaşayış isə uzunmüddətli olsun.
Aparılan kompleks elmi tədqiqatlar göstərir ki, ibtidai insanlar
Azıx mağara düşərgəsində 2,0-2,5 milyon il bundan əvvəl məskən
salmış və uzun müddət burada yaşamışlar. Təbii coğrafi şəraitin
dəyişməsilə əlaqədar olaraq düşərgə sakinləri 140 min il bundan
əvvəl mağaranı tərk etmişlər. Lakin qədim insanlar yenidən 20
min il keçdikdən sonra mağaraya qayıtmış və burada 70-80 min il
yaşamışlar.
Azıx qədim insan düşərgəsində aparılan kompleks elmi
tədqiqat işləri zamanı 10 arxeoloji təbəqə qeydə alınmış və tədqiq
olunmuşdur. Azıx düşərgəsinin III, V, X təbəqələrindən 8 mindən
artıq daş məmulatı və 500 mindən artıq ovlanmış heyvan
sümükləri aşkar olunmuşdur.
Qarabağın Quruçay və Köndələnçay vadilərində aparılan
elmi tədqiqatlar göstərmişdir ki, hələ çox qədim zamanlardan bu
ərazidə canlı həyatın inkişafı üçün əlverişli təbii coğrafi şərait
olmuşdur. Ərazidə aparılan kompleks elmi tədqiqatlar nəticəsində
məlum olmuşdur ki, hələ 2,0-2,5 milyon il bundan əvvəl Q uruçay
425
vadisində mülayim iqlim şəraitində yaşayan çoxlu heyvan
olmuşdur.
Ibtidai insanlar Quruçay vadisindən Azıx və Tağlar
mağaraları yerləşən ərazidən əmək alətləri hazırlamaq üçün
xammal mənbəyi kimi istifadə etmişlər. Çünki Quruçay vadisində
kvars, kvarsit, bazalt, çaxmaq, felzit, yaşma və s. daşlar mövcud
olmuşdur.
Azıx düşərgəsinin ən aşağı təbəqələrində aparılan arxeoloji
qazıntılar nəticəsində mühüm elmi əhəmiyyətə malik maddi
mədəniyyət nümunələri, o cümlədən 300-dən artıq daş məmulatı
aşkar olunmuşdur. Aşağı təbəqələrin daş məmulatı içərisində əsas
yeri əmək alətləri tutur. Aşağı təbəqələrin əmək alətləri içərisində
kobud çapma alətləri çoxluq təşkil edir.
Daş məmulatı arasında həmçinin kobud çapacaqlar, kubvari
alətlər, kobud qaşovlar, vurma səthi yaxşı saxlanmış qəlpələr və s.
qeydə alınmışdır. Təbəqələrin yerləşmə səviyyəsindən asılı
olmayaraq VII-X təbəqələrin daş məmulatı arxeoloji cəhətdən
eyni texniki üsulla hazırlanmışdır. Bu xüsusiyyətlər özünü əmək
alətlərinin ümumi görünüşündə, cənglə örtülməsindən asılı olaraq
saxlanılma dərəcəsində, texniki və tipoloji əlamətlərində göstərir.
Azıx mağara düşərgəsinin aşağı təbəqələrinin daş alətləri
əsasən kənarlarından mərkəzə doğru vurub qoparma üsulu ilə
kobud formada hazırlanmışdır. Bu üsulla hazırlanmış əmək
426
alətləri daş məmulatı içərisində çoxluq təşkil edir. VII-X
təbəqələrin daş məmulatı arasında qəlpələrdən hazırlanmış əmək
alətləri də vardır. Qəlpələrdən hazırlanmış əmək alətləri içərisində
əsas yeri qaşov tipli alətlər tutur.
Azıx çoxtəbəqəli mağara düşərgəsinin ən aşağı təbəqələrinin
daş məmulatı arasında 4-5 kq ağırlığında olan nəhəng çoppervari
alətlər diqqəti daha çox cəlb edir. Hələlik ölkəmizin və keçmiş
SSRİ-nin ərazisində olan paleolit abidələrindən belə alətlər qeydə
alınmamışdır. Təsvir olunan əmək alətlərinə hələlik şərti olaraq
Azıx tipli çapma alətlər adlandırmaq olar. Azıx mağarasının VII-
X təbəqələrindən aşkar olunmuş arxeoloji materialların olduqca
mühüm elmi əhəmiyyəti vardır. Düşərgənin maddi mədəniyyət
nümunələri mağarada qədim insanların ilkin məskunlaşmasından
xəbər verir. Ibtidai insanların həyatında mağaranın yaxınlığından
axan Quruçayın mühüm rolu olmuşdur. Qədim insanlar əmək
alətləri hazırlamaq üçün çaydaşılarını məhz Q uruçaydan toplayıb
mağaraya gətirmişlər. Eyni zamanda Azıx düşərgəsinin sakinləri
Quruçay vadisində ovçuluq və yığıcılıqla məşğul olmuşlar.
Quruçay dərəsində ibtidai insanların yaşaması üçün zəruri olan
bütün nemətlər olmuşdur. VII-X təbəqələrdə aparılan arxeoloji
tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət nümunələri
tamamilə
yeni bir
mədəniyyətdən
xəbər
verirdi. Aşağı
təbəqələrdən tapılmış əmək alətlərinin hazırlanma texnikası və
427
tipologiyasının özünəməxsus xüsusiyyətlərinə görə yeni aşkar
olunmuş maddi mədəniyyət nümunələrinə Quruçayın adı
verilmişdir. Eyni zamanda aşağı təbəqələrin daş məmulatının
elmi tədqiqi zamanı Q uruçay mədəniyyətinin bir neçə inkişaf
mərhələsi müəyyən olunmuşdur. Mədəniyyətin ilkin mərhələsində
əmək alətləri olduqca kobud və bəsit hazırlandığı halda, sonrakı
mərhələlərdə onların hazırlanma texnikası təkmilləşmiş və yeni-
yeni əmək alətləri yaranmağa başlanmışdır.
Azıx qədim insan düşərgəsinin VII-X təbəqələrindən aşkar
olunmuş əmək alətlərinin əksəriyyəti mağaradan kənarda
hazırlanmış və sonradan düşərgəyə gətirilmişdir. Çünki
düşərgənin ən aşağı təbəqələrindən ancaq hazır əmək alətləri
tapılmışdır. Istehsal tullantıları isə az miqdarda qeydə alınmışdır.
Deməli, Azıx qədim insan düşərgəsinin sakinləri mağarada
yaşamamışdan əvvəl Quruçay dərəsinin vadilərində yaşayıb
fəaliyyət göstərmişlər. Əmək alətlərini də məhz ibtidai insanlar
Quruçay sahillərində hazırlamışlar. Paleolit dövrünə aid olan
Quruçay mədəniyyəti nəinki Azərbaycan və Yaxın Şərq ərazisində,
eyni zamanda bütün Qafqazda ən qədim arxeoloji mədəniyyət
hesab olunur.
Aparılan arxeoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur
ki, Azıx qədim insan düşərgəsində Quruçay mədəniyyəti
uzunmüddətli inkişafdan sonra qədim Aşel mədəniyyəti ilə əvəz
Dostları ilə paylaş: |