363
“O vçular zağası”ndan tapılmış sürtgəc qırıqları (3 ədəd),
daşdan toxa tipli alətin (2 ədəd) və üzərində qara bərkidici maddə
saxlanmış hazır məhsulun yığılmasında istifadə edilən yığma
bıçaq dişlərinin tapılmasını artıq əkinçiliyin mövcud olmasıyla
əlaqələndirmək olar. Qazıntıdan tapılmış xalsedon, dağ billuru,
daş asmalar, balıqqulağından asmalar, qayalarda yüksək zövqlə
çəkilmiş qayaüstü təsvirlər “Ovçular zağası” sakinlərinin,
təsvirləri çəkən rəssamın incəsənət baxımından yüksək zövqə
malik olduğunu göstərir. Qədim rəssamın həyatda gördüklərini
olduğu kimi qayada təbii, real əks etdirmək bacarığı adamı heyran
edir.
Qazıntıdan daha çox oxranın tapılması, bəlkə də, ondan
təsvirlərin boyanmasında istifadə olunduğunu düşünməyə əsas
verir. Lakin buradakı təsvirlərdə rəng izi qeydə alınmamışdır.
Daşaltı sığınacaq. O, Böyükdaş dağı yuxarı səki
sahəsində
“Ana
zağa”dan
30-40
m
cənub
qərbdə
yerləşir.Sığınacaq 124 №- li qayanın üstündə kiçikölçülü xətti
kişi təsvirlərindən ibarət yallını xatırladan bir cərgə qovma üsulu
ilə ov edən insan şəkli vardır. O nun üstünün az hissəsini çox iri
qaya parçası örtür, talvar - kölgəlik əmələ gətirir və yönü
şimaladır.
Sığınacaqda
göstərilən
təsvirlərin
dövrünü
müəyyənləşdirmək məqsədilə 1965-ci ildə 25 kv.m sahədə
arxeoloji qazıntı işləri aparılmışdır (Rüstəmov, Qobustan
364
ekspedisiyasının 1965-ci il hesabatı). Qazıntı zamanı üstdən 20-24
sm dərinliyə qədər çürüntülü torpaq qatı, ondan altda diametri 30
sm, içindəki külün qalınlığı 2-3 sm-ə çatan ocaq qalığı açılmışdır.
Bu səviyyədən tək-tək orta əsrlərə aid gil qab qırıqları, bir ədəd
çaxmaqdaşından badamvari ox ucu qırıqları, bir ədəd
çaxmaqdaşından badamvari ox ucu tapılmışdır. Nisbətən altda,
sahənin qərb-örtülü hissəində 20 kv.m şabalıdı rəngli xırlı torpaq
qatından ibarət linza şəklində mədəni təbəqə aşkar edilmişdir.
Ortada qalınlığı 0,8-1,0 m-ə çatan mədəni təbəqə kənara getdikcə
nazilib itir. Təbəqədən ocaq qalığı aşkar edilməmişdir. Qazıntıdan
əldə olunmuş arxeoloji material çaxmaqdaşı və çaydaşından alət,
istehsal tullantısı və az miqdarda sümük qalığından ibarətdir.
Çaxmaqdaşından 1000-ə qədər qəlpə - qırıq, 600-dən çox orta və
əsasən mikro ölçülü bıçaqvari lövhə, 500-dən çox çaydaşı qəlpəsi
və s. tapılmışdır.
Nüvələr konusvari, silindr formalı, çivşəkilli, diskvari,
birtərəfli
işlənmiş kiçikölçülü (h=1,5-4,1 sm arasında)
nümunələrdən ibarətdir. Onların ümumi sayı 57 ədəddir.
Çaxmaqdaşından əsas bıçaqvari lövhələrdən hazırlanmış alətlərin
sayı 200-ə yaxındır. Onlar kiçikölçülü qəlpələrdən düzəldilmiş
qaşov, bir yanı dişəklənib kütləşdirilmiş və gəzli mikro lövhələr
və bir ucu çəpinə, düzünə və ya qövsvari dişəklənmiş mikro
alətlər, kəsər və kəsərciklər, mikro itiuclular, bizlər, trapesşəkilli
365
həndəsi formalı alətlər və s.-dən ibarətdir. Sığınacağın materialları
arasında bir ədəd də çaxmaqdaşından şatelperron tipli, üst
Paleolit əlamətli bıçaq vardır. Lakin daş alətlərin mikrolit
səciyyəli olması burada yığma alət hazırlamaq texnikasının
üstünlüyünü göstərir. Bunu, bəzi mikro ölçülü alət və lövhələrin
üzərində bərkidici qara maddə (qır) qalığının saxlanması da təsdiq
edir.
Çaydaşı materialından bəzi nüsxələr xüsusi formaya
salınmış əmək alətidir. Onlardan sürtgəc, döymə aləti, iri qaşov və
pərzəng kimi istifadə olunmuş alət nümunələrini göstərmək olar.
Çaydaşı qəlpələrinin çoxu xüsusi formaya salınmadan müxtəlif
işlərdə, müxtəlif məqsədlərlə istifadə olunduğundan iti kənarları
əzilib sürtülmüş, ilk qəlpələrdən isə bıçaq kimi istifadə
olunmuşdur.
Ovalvari,
qalın
çaydaşılarından
ikiüzlü
sürtgəc
bəzəklidir. Onun ucları 3 şaquli, paralel döymə xətt, yanlardakı
boş hissələr bir cərgə döymə nöqtələrlə naxışlanmışdır
(Muradova, Rüstəmov, 1986). Deməli, Qayalarda döymə üsulu ilə
təsvirlər həkk edən Qobustan sakinləri eyni üsulla əmək alətlərini
bəzəməyi də bacarmışlar. Bu onların yüüksək estetik zövqə malik
olduğunu göstərir.
IV sığınacaq daimi yaşayış yeri olmamışdır. Bunu
mədəni təbəqədə ocaq yerinin olmaması da göstərir. Sığınacağın
366
külək, yağış vuran şimal tərəfi açıqdır. Görünür, IV daşaltı
sığınacaqdakı mədəni təbəqə yaxınlığındakı düşərgələrin
sakinlərinin buradakı kölgəlikdən istifadə edib, burada vaxtaşırı
oturub dincəlmək və işləmək, 124 №-li daşla ondan qərbdəki
qaya arasından yığın sularının yuyub gətirdiyi qalıqlardan
yaranmışdır. Sığınacağın materialları arasında üstü döymə üsulu
ilə naxışlanmış və rəng (oxra) əzmək üçün istifadə olunmuş
çaydaşı da vardır. Oxra əzmək üçün bu cür çaydaşı Qobustanda
“Kənizə” düşərgəsindən də tapılmışdır (Rüstəmov, Muradova,
Qobustan arxeoloji ekspedisiyasının 1974-cü il hesabatı). Uralda
İlmurdin düşərgəsinin ilk Mezolit dövrü təbəqəsindən ( Matyuşin,
1976) üzəri kəsmə xətlərlə naxışlanmış çaydaşı isə Krımda Suren
1 düşərgəsindən də (Vəkilova, 1957) məlumdur.
Sığınacaqdan bir ədəd də balıqqulağından asma
tapılmışdır. Abidəni Mezolitdən Neolitə keçid mərhələsi də aid
etmək olar.
“Öküzlər” düşərgəsi.”Ana zağa”dan 50-55 m şimalda,
“Ovçular zağası”ndan 25 m cənubda, Böyükdaş dağı yuxarı səki
sahəsində üzərində qədim təsvirlər olan 41 və 42 №- li daşların
arasında aşkar edilmişdir. 41 və 42 №-li qayalarda öküz təsvirləri
olduğu üçün düşərgə ekspedisiya üzvləri tərəfindən “Öküzlər”
düşərgəsi adlandırılmışdır. Burada 1974-cü ildə arxeoloji qazıntı
aparılmışdır (Rüstəmov, Muradova, 1975, Rüstəmov, 1976).
Dostları ilə paylaş: |