15
çatdırılmasına və digər dövrlərlə müqayisəsinə xüsusi diqqət
yetirilmişdir. Dövrün öyrənilməsinin ən mühüm xüsusiyyəti isə
istər Qafqazda, istərsə də Mərkəzi Asiyada ilk orta əsr
təbəqələrinin olduqca zəifliyi, arxeologiyada ən çox tapıntı olan
gil qablar və onların istehsalındakı geriliyin aydın hiss
edilməsidir. Aparılan arxeoloji tədqiqatlar zamanı ilk orta əsrlər
dövrünə aid mədəni təbəqələrdə maddi mədəniyyət qalıqlarının
azlığı, sənətkarlığın ayrı-ayrı sahələr üzrə natural istehsal
üsulunun üstünlük təşkil etməsi müəyyən edilmişdir. Bu prosesi
bir tərəfdən Şərqdə baş verən aramsız müharibələr, digər tərəfdən
yeni formasiya olan feodalizmin yaranması ilə əlaqələndirmək
olar.
İlk orta əsrlərə aid aparılan arxeoloji tədqiqatlar zamanı
50-dən artıq yaşayış məskəni qeydə alınaraq, tədqiq olunmuşdur.
Belə yaşayış məskənləri içərisində Ağdam rayonu ərazisində
Govurqala, Qaxda Torpaqqala, Tovuzda Torpaqqala, İsmayıllıda
Girdiman qalası, Goranboyda I Kürəkçay qalası və digər yaşayış
yerləri öyrənilmişdir.
Aparılan arxeoloji tədqiqatlar zamanı müəyyən edilmişdir
ki, ilk orta əsrlər həm Bərdə, Şuşa, Şəmkir, Dərbənd və digər yeni
şəhərlərin meydana gəlməsi ilə xarakterizə olunur. Qəbələ,
Paytakaran, I və II Ağdam, Şəhriyar və s. adlar adı altında
mövcud olan şəhərlər isə ticarət və sənətkarlıq mərkəzləri kimi
16
təşəkkül tapmış, Sasani imperiyasının təsiri altında olduqlarından
Şərqin ilk orta əsr qeyri-xristian ənənələrini özündə cəmləşdirən
əsas mədəniyyət mərkəzləri olmuşlar.
İlk orta əsrlərin ən zəngin abidə komplekslərindən biri də
qəbirlərdir və onlar yaşayış yerləri ilə müqayisədə daha yaxşı
tədqiq olunmuşdur. Qəbir abidələri öyrənilərkən ilk orta əsrlərdə
Azərbaycanın etnik tərkibindəki müxtəliflik, ölkədə mövcud olan
dini pərakəndəlik və s. nəticəsində qəbir abidələrinin müxtəlifliyi
qeydə alınmışdır.
Aparılan arxeoloji tədqiqatlar zamanı Azərbaycan
ərazisində küp qəbirlər, katakombalar, daş qutu qəbirlər, torpaq
qəbirlər, daş sənduqələr və Dağlıq Qarabağda çapma qəbirlər
müəyyən edilmişdir.
Tədqiqatlar zamanı bütün tiplərə aid qəbirlərin istər
yayılma ərazisinə, istərsə də dəfn adətlərinə görə bir-birindən
fərqli olması qeydə alınmışdır.
Beşinci cilddə qeyd olunanlarla yanaşı, ilk orta əsrlərdə
Qafqaz Albaniyasında sənətkarlıq, ölkənin ticarət əlaqələri və
digər problemlər də tədqiq olunmuşdur.
Çoxcildlik Azərbaycan arxeologiyasının altıncı cildi IX-
XVII əsrlərin arxeoloji abidələrinin tədqiqinə həsr olunmuşdur.
Əsərdə təxminən bir əsr ərzində respublikamızın ərazisində
aparılan arxeoloji qazıntıların nəticələri, o cümlədən tapılmış
17
çoxsaylı və müxtəlif kateqoriyalı maddi-mədəniyyət qalıqları
əsasında IX-XVII əsrlərin yaşayış yerlərinin tipləri, urbanizasiya
prosesinin səviyyəsi, ona təsir edən amillər müəyyənləşdirilir,
ölkənin sosial-iqtisadi, mədəni inkişafı səciyyələndirilıir, orta əsr
Azərbaycanının müsəlman sivilizasiyası sistemində tutduğu yer
təyin edilir. Əsaslı faktlarla orta əsrlərdə Azərbaycanda
urbanizasiya prosesinin sürətləndiyi, şəhərsalma fəaliyyətinin
genişləndiyi, şəhər həyat tərzinin möhkəmləndiyi və müvafiq
sosial-psixoloji şəraitin bərqərar olması ilə şəhərlərdə əhalinin
fəallığının və təşəbbüskarlığının artması, cəmiyyətin istehsal,
demoqrafik və mədəni inkişafında mühüm irəliləyişlərin olması
sübuta yetirilmişdir. Eyni zamanda son orta əsrlərdəki durğunluq
və
tənəzzülün
səbəblərinin
müəyyən
edilməsinə
cəhd
göstərilmişdir.
IX-XVII əsrlərdə arxeoloji materiallar əsasında istehkam
tikililərinin, ictimai, dini və yaşayış binalarının, şəhər abadlığının,
kənd yaşayış evlərinin səviyyəsinə geniş yer verilir, əhalinin
təsərrüfat həyatı, sənət istehsalı və ticarət əlaqələri tədqiq
edilmişdir.
Zəngin arxeoloji tapıntılar əsasında sənət istehsalının
yüksəkliyi, sənətdaxili ixtisaslaşmanın dərinləşməsi, metalişləmə,
dulusçuluq, şüşə istehsalı və digər sənət sahələrində mühüm
nəaliyyətlər əldə olunması göstərilir. Bədii sənətlərin coşqun
18
inkişafı qeyd olunur, bədii keramika, metal, şüşə, sümük, zərgərlik
məmulatı və s. əsasında yerli sənətkarların yüksək peşəkarlığı və
incə zövqü təsdiqlənir.
Altıncı cilddə orta əsr Azərbaycan əhalisinin məişət həyatı
və mənəvi mədəniyyəti ilə bağlı problemlər də əsaslı surətdə
işıqlandırılır. Arxeoloji axtarış və qazıntılar nəticəsində toplanmış
maddi sübutlar əsasında təxminən min il ərzində tarixi prosesin
fasiləsizliyi təsdiqlənir.
Çoxcildlik Azərbaycan arxeologiyasının çap olunmasına
yüksək qayğı göstərdiklərinə görə ölkə rəhbərliyinə İnstitut
kollektivi adından dərin təşəkkürümüzü bildirirəm.
Maisə Rəhimova
Dostları ilə paylaş: |