Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə4/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   2   3   4   5   6   7   8   9   ...   106

15 

 

çatdırılmasına  və  digər  dövrlərlə  müqayisəsinə  xüsusi  diqqət 



yetirilmişdir.  Dövrün  öyrənilməsinin  ən  mühüm  xüsusiyyəti  isə 

istər  Qafqazda,  istərsə  də  Mərkəzi  Asiyada  ilk  orta  əsr 

təbəqələrinin  olduqca  zəifliyi,  arxeologiyada  ən  çox  tapıntı  olan 

gil  qablar  və  onların  istehsalındakı  geriliyin  aydın  hiss 

edilməsidir.  Aparılan  arxeoloji  tədqiqatlar  zamanı  ilk  orta  əsrlər 

dövrünə  aid  mədəni  təbəqələrdə  maddi  mədəniyyət  qalıqlarının 

azlığı,  sənətkarlığın  ayrı-ayrı  sahələr  üzrə  natural  istehsal 

üsulunun  üstünlük  təşkil  etməsi  müəyyən  edilmişdir.  Bu  prosesi 

bir tərəfdən Şərqdə baş  verən aramsız  müharibələr, digər tərəfdən 

yeni  formasiya  olan  feodalizmin  yaranması  ilə  əlaqələndirmək 

olar. 

İlk  orta  əsrlərə  aid  aparılan  arxeoloji  tədqiqatlar  zamanı 



50-dən  artıq  yaşayış  məskəni  qeydə  alınaraq,  tədqiq  olunmuşdur.  

Belə  yaşayış  məskənləri  içərisində  Ağdam  rayonu  ərazisində 

Govurqala,  Qaxda  Torpaqqala,  Tovuzda  Torpaqqala,  İsmayıllıda 

Girdiman  qalası,  Goranboyda  I  Kürəkçay  qalası  və  digər  yaşayış 

yerləri öyrənilmişdir. 

Aparılan  arxeoloji  tədqiqatlar  zamanı  müəyyən  edilmişdir 

ki, ilk orta əsrlər həm Bərdə, Şuşa, Şəmkir, Dərbənd və digər yeni 

şəhərlərin  meydana  gəlməsi  ilə  xarakterizə  olunur.  Qəbələ, 

Paytakaran,  I  və  II  Ağdam,  Şəhriyar  və  s.  adlar  adı  altında 

mövcud  olan  şəhərlər  isə  ticarət  və  sənətkarlıq  mərkəzləri  kimi 




16 

 

təşəkkül tapmış, Sasani  imperiyasının  təsiri altında olduqlarından 



Şərqin  ilk  orta  əsr  qeyri-xristian  ənənələrini  özündə  cəmləşdirən 

əsas mədəniyyət mərkəzləri olmuşlar. 

İlk  orta  əsrlərin  ən  zəngin  abidə  komplekslərindən  biri  də 

qəbirlərdir    və  onlar  yaşayış  yerləri  ilə  müqayisədə  daha  yaxşı 

tədqiq  olunmuşdur.  Qəbir  abidələri  öyrənilərkən  ilk  orta  əsrlərdə 

Azərbaycanın  etnik  tərkibindəki  müxtəliflik, ölkədə  mövcud olan 

dini pərakəndəlik  və s.  nəticəsində qəbir abidələrinin  müxtəlifliyi 

qeydə alınmışdır. 

Aparılan  arxeoloji  tədqiqatlar  zamanı    Azərbaycan 

ərazisində  küp  qəbirlər,  katakombalar,  daş  qutu  qəbirlər,  torpaq 

qəbirlər,  daş  sənduqələr  və  Dağlıq  Qarabağda  çapma  qəbirlər 

müəyyən edilmişdir. 

Tədqiqatlar  zamanı  bütün  tiplərə  aid  qəbirlərin  istər 

yayılma  ərazisinə,  istərsə  də  dəfn  adətlərinə  görə  bir-birindən 

fərqli olması qeydə alınmışdır. 

Beşinci  cilddə  qeyd  olunanlarla  yanaşı,  ilk  orta  əsrlərdə 

Qafqaz  Albaniyasında  sənətkarlıq,  ölkənin  ticarət  əlaqələri  və 

digər problemlər də tədqiq olunmuşdur. 

Çoxcildlik  Azərbaycan  arxeologiyasının  altıncı  cildi  IX-

XVII  əsrlərin  arxeoloji  abidələrinin  tədqiqinə  həsr  olunmuşdur. 

Əsərdə  təxminən  bir  əsr  ərzində  respublikamızın  ərazisində 

aparılan  arxeoloji  qazıntıların  nəticələri,  o  cümlədən  tapılmış 




17 

 

çoxsaylı  və  müxtəlif  kateqoriyalı  maddi-mədəniyyət  qalıqları 



əsasında  IX-XVII  əsrlərin  yaşayış  yerlərinin  tipləri,  urbanizasiya 

prosesinin  səviyyəsi,  ona  təsir  edən  amillər  müəyyənləşdirilir, 

ölkənin  sosial-iqtisadi,  mədəni  inkişafı  səciyyələndirilıir,  orta  əsr 

Azərbaycanının  müsəlman  sivilizasiyası  sistemində  tutduğu  yer 

təyin  edilir.  Əsaslı  faktlarla  orta  əsrlərdə  Azərbaycanda 

urbanizasiya  prosesinin  sürətləndiyi,  şəhərsalma  fəaliyyətinin 

genişləndiyi,  şəhər    həyat  tərzinin  möhkəmləndiyi  və  müvafiq 

sosial-psixoloji  şəraitin  bərqərar  olması  ilə  şəhərlərdə  əhalinin 

fəallığının    və  təşəbbüskarlığının  artması,  cəmiyyətin  istehsal, 

demoqrafik  və  mədəni  inkişafında  mühüm  irəliləyişlərin  olması 

sübuta  yetirilmişdir.  Eyni  zamanda  son  orta  əsrlərdəki  durğunluq 

və 


tənəzzülün 

səbəblərinin 

müəyyən 

edilməsinə 

cəhd 

göstərilmişdir. 



IX-XVII  əsrlərdə  arxeoloji  materiallar  əsasında  istehkam 

tikililərinin,  ictimai, dini  və  yaşayış binalarının, şəhər abadlığının, 

kənd  yaşayış  evlərinin  səviyyəsinə  geniş  yer  verilir,  əhalinin 

təsərrüfat  həyatı,  sənət  istehsalı  və  ticarət  əlaqələri  tədqiq 

edilmişdir. 

Zəngin  arxeoloji  tapıntılar  əsasında  sənət  istehsalının 

yüksəkliyi,  sənətdaxili  ixtisaslaşmanın  dərinləşməsi,  metalişləmə, 

dulusçuluq,  şüşə  istehsalı  və  digər  sənət  sahələrində  mühüm 

nəaliyyətlər  əldə  olunması  göstərilir.  Bədii  sənətlərin  coşqun 



18 

 

inkişafı qeyd olunur, bədii keramika, metal, şüşə, sümük, zərgərlik 



məmulatı  və  s.  əsasında  yerli  sənətkarların  yüksək  peşəkarlığı  və 

incə zövqü təsdiqlənir.  

Altıncı cilddə orta əsr  Azərbaycan əhalisinin  məişət  həyatı 

və  mənəvi  mədəniyyəti  ilə  bağlı  problemlər  də  əsaslı  surətdə 

işıqlandırılır.  Arxeoloji axtarış  və qazıntılar  nəticəsində  toplanmış 

maddi  sübutlar  əsasında  təxminən  min  il  ərzində  tarixi  prosesin 

fasiləsizliyi təsdiqlənir. 

Çoxcildlik  Azərbaycan  arxeologiyasının  çap  olunmasına 

yüksək  qayğı  göstərdiklərinə  görə  ölkə  rəhbərliyinə  İnstitut 

kollektivi adından dərin təşəkkürümüzü bildirirəm. 



                                                                Maisə Rəhimova 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə