Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə9/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   5   6   7   8   9   10   11   12   ...   106

35 

 

1974-1975-ci  illərdə  Azıx  düşərgəsində  yeni  müəyyən 



olunmuş    VII-VIII-IX  və  X  təbəqələrində  aparılan  arxeoloji 

qazıntılar  zamanı  mühüm  elmi  əhəmiyyətə  malik  maddi 

mədəniyyət nümunələri tapılmışdır (Hüseynov, 1975,1976,1985).  

Maddi 


mədəniyyət 

qalıqları  arasında 

əsas 

yeri 


çaydaşılarından  hazırlanmış  kobud  çapma  alətləri  tutur.  Daş 

məmulatı  ilə  birlikdə  daşlaşmış  heyvan  sümükləri  də  qeydə 

alınmışdır.  Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı    Azıx 

paleolit  düşərgəsinin 

VII-X 

təbəqəsindən 



tapılmış  daş 

məmulatının  dünya  arxeologiyasında  oxşarı  olmadığı  və  bunların 

tamamilə  yeni bir arxeoloji  mədəniyyətə  məxsus olması  müəyyən 

edilmiş  və  bu  mədəniyyətə  Quruçay  arxeoloji  mədəniyyəti  adı 

verilmişdir (Hüseynov, Cəfərov, 1986). 

Azıx  paleolit  düşərgəsinin  VII-X  təbəqələrində  aparılan 

arxeoloji qazıntılar zamanı 212 ədəd daş məmulatı tapılmışdır.Daş 

məmulatının  texniki  və  tipoloji  xüsusiyyətlərinin  elmi  tədqiqi 

zamanı  Quruçay  arxeoloji  mədəniyyətinin  bir  neçə  inkişaf 

mərhələsi olması müəyyən edilmişdir (Hüseynov, 1985). 

Çoxtəbəqəli  Tağlar  paleolit  düşərgəsində  ilk  dəfə  olaraq 

1963-cü  ilin  iyun- iyul  aylarında  M.M.Hüseynovun  rəhbərliyi 

altında  Paleolit  arxeoloji  ekspedisiyası  arxeoloji  qazıntı  işləri 

aparmışdır.  Tağlar  düşərgəsində  ilkin  arxeoloji  qazıntılar  zamanı 




36 

 

düşərgənin  çöküntülərində  3  mədəni  təbəqə  qeydə  alınmışdır 



(Hüseynov,1973). 

1964-1967-ci  illərdə  M.M.Hüseynovun  rəhbərliyi  altında 

Paleolit  arxeoloji  ekspedisiyası  Tağlar  düşərgəsində  arxeoloji 

qazıntı  işləri aparmış,  minlərlə daş  məmulatı  və ovlanmış  heyvan 

sümükləri aşkar edilmişdir (Hüseynov, 1973). 

1965-ci  ildə  Bakıda  keçirilən  SSRİ  arxeoloq  və 

etnoqraflarının  ümumittifaq  elmi  konfransının  iştirakçıları  - 

P.İ.Boriskovski,  V.P.Lübin,  İ.İ.Korobkov,  N.D.Praslav  və 

başqaları Tağlar düşərgəsinə gedərək onun stratiqrafiyası  ilə tanış 

olmuşlar. 

1971-ci  ildə  M.M.Hüseynovun  rəhbərliyi  altında  Paleolit 

arxeoloji ekspedisiyası  Tağlar  mağarasında arxeoloji qazıntı  işləri 

aparmışdır.  Arxeoloji  tədqiqat  işlərində  SSRİ  EA  Arxeologiya 

İnstitutu  Leninqrad  bölməsinin  baş  elmi  işçisi    Q.P.Qriqoryev  də 

iştirak etmişdir (Hüseynov, 1972). 

1973-cü ildə Tağlar paleolit düşərgəsində  M.M.Hüseynov, 

Ə.Q.Cəfərov və M.M.Mənsurov arxeoloji qazıntı işləri aparmışlar. 

1976-cı  ilin  iyun- iyul  aylarında  Azərbaycan  EA  Tarix 

İnstitutunun  Paleolit  arxeoloji ekspedisiyası  ilə birlikdə SSRİ  EA  

Arxeologiya İnstitutu Leninqrad bölməsinin Qafqaz ekspedisiyası 

Tağlar  düşərgəsinin  stratiqrafiyasını  dəqiqləşdirmək  məqsədilə 

Tağlar  mağara  düşərgəsində  elmi  tədqiqat  işləri  aparmış  və 




37 

 

düşərgənin  çöküntülərində  6  mədəni  təbəqə  qeydə  almışlar 



(Lübin, Cəfərov, 1977). 

1977-ci  ildən  başlayaraq  Tağlar  mağara  düşərgəsində 

arxeoloji qazıntı  işlərini Ə.Q.Cəfərovun rəhbərliyi altında Paleolit 

arxeoloji  ekspedisiyasının  Tağlar  dəstəsi  aparmağa  başlamışdır. 

Ə.Q.Cəfərovun rəhbərliyi  altında  Tağlar  mağarasında 1977-1982 

və  1984-1986-cı  illərdə  arxeoloji  qazıntılar  aparmışdır  (Cəfərov, 

1983,1986,1999). 

M.M.Mənsurovun  rəhbərlik  etdiyi  dəstə  1962-1966-cı 

illərdə  Qazax  və  Tovuz  rayonları  ərazisində  apardığı  arxeoloji 

kəşfiyyat  işləri  zamanı    Paleolit  dövrünə  aid    Qayalı,  Acıdərə, 

Tatlı,  Əlibayramlı,  Şişquzey,    Qədirdərə,  Çınqıltəpə,  Uzundərə, 

Caxmaqlı,  Marallı,  Köçəsgər  və  Yataq  yeri  abidələrini  qeydə 

almışdır (Mənsurov, 1978). 

1971-ci  ilin  iyul  ayında  M.M.Hüseynovun  rəhbərliyi 

altında  Mil-Qarabağ  arxeoloji  ekspedisiyası  Qarabağın  dağlıq 

ərazilərində  paleolit  düşərgələrini  aşkar  etmək  məqsədilə 

kəşfiyyat  işləri  aparmışdır.  Aparılan  arxeoloji  kəşfiyyat  işləri 

zamanı  Daş dövrünə aid Şuşa  mağara düşərgəsi qeydə alınmışdır. 

Şuşa  mağara düşərgəsində aparılan kəşfiyyat qazıntı  işləri  zamanı 

Paleolit  dövrünə  aid  4  ədəd  daş  məmulatı  tapılmışdır 

(Cəfərov,1973;  Həsənov, Cəfərov, 1976). 



38 

 

1972-1973-cü  illərdə  M.M.Hüseynovun  rəhbərliyi  altında 



Azıx  paleolit  düşərgəsinin  V  təbəqəsində  apardığı  arxeoloji 

qazıntılar  zamanı  Aşel  mədəniyyətinə  aid  iki  ocaq  yeri  qeydə 

almışdır (Hüseynov,1974). 

M.M.Hüseynovun  rəhbərliyi  altında  Paleolit  arxeoloji 

ekspedisiyası  1973-cü  ildə  Azıx  paleolit  düşərgəsinin    V 

təbəqəsinin  IV  horizontunda  apardığı  arxeoloji  qazıntılar  zamanı 

düşərgənin  qaya  divarları  arsında  4  ayı  kəlləsi  və  2  ayı  çənəsi 

tapılmışdır (Hüseynov, 1985). 

1976-cı  ilin  iyul  ayında  SSRİ  Elmlər  akdemiyası 

Arxeologiya  İnstitutu  Lelinqrad  bölməsinin  Qafqaz  paleolit 

ekspedisiyası 

V.P.Lübinin 

rəhbərliyi 

altında    apardığı 

(Ə.Q.Cəfərovun  iştirakı  ilə)  kəşfiyyat  işləri  zamanı  Qazax 

rayonunun  Yuxarı  Salahlı  kəndi  yaxınlığında  paleolitin  aşel  və 

mustye dövrlərinə aid əl çapacağı,  nüvə, qəlpələr  və başqa  maddi 

mədəniyyət qalıqları tapılmışdır (Lübin, 1984).  

Paleolit  arxeoloji  ekspedisiyası  1981  və  1987-ci  illərdə 

Kəlbəcər  rayonu  ərazisində  apardığı  kəşfiyyat  işləri  zamanı  Orta 

Şurtan  və  Zar açıq paleolit abidələrini qeydə almışdır (Hüseynov, 

Cəfərov, Mənsurov, 1990). 

1983-cü 

ilin 


iyul 

ayında 


M.M.Hüseynov 

və 


Ə.Q.Cəfərovun  rəhbərliyi  altında  Paleolit  arxeoloji  ekspedisiyası 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə