Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə8/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   4   5   6   7   8   9   10   11   ...   106

31 

 

Damcılı  mağara  düşərgəsində  arxeoloji  qazıntı  işləri  aparmışdır. 



M.M.Hüseynovun  rəhbərliyi  altında  Damcılı  düşərgəsində 

aparılan arxeoloji qazıntılar  zamanı  mağarada çöküntünün qarışıq 

olması  müəyyən  edilmiş  və  ona  görə  də  çöküntünün 

stratiqrafiyasını  təyin  etmək  mümkün  olmamışdır.  Damcılı 

düşərgəsində ayrı-ayrı dövrlər  üzrə olan çöküntü qatları  və  maddi 

mədəniyyət  qalıqları  bir-birinə  qarışmışdır.  Damcılı  mağara 

düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  7  minə  qədər 

daş  məmulatı  və  2  mindən  çox  ovlanmış  heyvanların  sümükləri 

tapılmışdır.  Damcılı  düşərgəsindən  tapılmış  daş  məmulatı 

içərisində  mustye  və  levallua  itiucluları,  qaşov  tipli  alətlər, 

bıçaqlar,  kəsici  alətlər,  bizlər  və  çoxlu  istehsal  tullantıları  qeydə 

alınmışdır.  Damcılı  mağara  düşərgəsindən  aşkar  olunmuş  daş 

məmulatının  hazırlanma  texnikası  və  tipologiyasına  əsasən 

Mustye,  Mezolit,  üst  Paleolit 

və  Neolit  dövrlərində 

hazırlandıqlarını söyləmək mümkün olmuşdur (Hüseynov 1975). 

1958-ci  ilin  yay  fəslində  M.M.Hüseynovun  rəhbərliyi 

altında  Paleolit  arxeoloji  ekspedisiyası  Qazax  rayonu  ərazisində 

kəşfiyyat  işləri  aparmışdır.  Aparılan  arxeoloji  kəşfiyyat  işləri 

zamanı  Daş  dövrünə  aid  yeni  bir  düşərgə  qeydə  alınmışdır. 

Mağara düşərgəsi Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığında 

olduğu  üçün  ona  Daşsalahlı  mağarası  adı  verilmişdir.  Daşsalahlı  

mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı abidənin 



32 

 

çöküntüsündə  bir  təbəqənin  olması  müəyyən  edilmişdir. 



Daşsalahlı  mağarasında  aparılan  arxeoloji  qazıntılar  zamanı  354 

ədəd  daş  məmulatı  və  ovlanmış  heyvan  sümükləri  tapılmışdır 

(Hüseynov 1975). 

Daşsalahlı  mağara  düşərgəsindən  tapılmış  daş  məmulatı 

içərisində  əsas  yeri  əmək  alətləri  təşkil  edir.  Əmək  alətləri 

arasında  levallua  itiucluları,  mustye  itiucluları,  bir  işlək  ağızlı 

qaşovlar,  iki  işlək  ağızlı  qaşovlar  və  bıçaqlar  çoxluq  təşkil  edir. 

Aparılan  arxeoloji  qazıntılar  zamanı  Daşsalahlı  mağara 

düşərgəsindən  tapılmış  daş  məmulatının  texniki  və  tipoloji 

xüsusiyyətlərinə  əsasən  onların  orta  Paleolit  dövründə 

hazırlandıqlarını söyləmək olur (Hüseynov, 1975). 

1958-ci  ilin  iyul  ayında  SSRİ  EA-nın  Qafqaz  arxeoloji 

ekspedisiyası qısamüddətli kəşfiyyat işləri zamanı rayonun Yuxarı 

Salahlı kəndi yaxınlığında Mustye mədəniyyətinə aid açıq düşərgə 

qeydə almış və oradan əmək alətləri tapmışdı (Lübin, 1960). 

1959-cu  ildə  M.M.Hüseynovun  rəhbərliyi  altında  Paleolit 

arxeoloji  ekspedisiyası  Qazax  və  Tovuz  rayonları  ərazisində 

arxeoloji  kəşfiyyat  işləri  aparmış    və  Qazax  rayonunun 

Qazaxbəyli  və  Tovuzun  Ağbaşlar  kəndi  ərazisində  Mustye 

mədəniyyətinə  aid  çaydaşılarından  hazırlanmış  itiuclular  və 

qəlpələr toplamışdır (Hüseynov, 1975). 



33 

 

1960-cı 



ilin  iyun-iyul  aylarında  M.M.Hüseynovun 

rəhbərliyi  altında  Paleolit  arxeoloji  ekspedisiyası  Qarabağ 

ərazisində  kəşfiyyat  işləri  aparmışdır.  Kəşfiyyat  işləri  Qarabağın 

Quruçay  və  Köndələnçay  vadilərində  və  ona  yaxın  ərazilərdə 

aparılmışdır.  Aparılan arxeoloji kəşfiyyat  işləri  zamanı Quruçayın 

sol  sahilində  Azıx  və  Tağlar  düşərgələri  qeydə  alınmışdır  

(Hüseynov, İsmayılov, 1967). 

Azıx  paleolit  düşərgəsi  Qarabağın  ən  mənzərəli  və  səfalı 

guşəsində,  Tuğ  çökəkliyində,  Quruçayın  sol  sahilində,  dəniz 

səviyyəsindən  900  m,  çayın  müasir  yatağından  100-120  m 

yüksəklikdə, Füzuli  şəhərindən 16 km aralıda  yerləşir (Hüseynov, 

1965). 


Çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsində  aparılan  arxeoloji 

tədqiqat  işlərini  iki  mərhələyə  ayırmaq  olar.  Birinci  mərhələdə 

aparılan arxeoloji qazıntı  işləri 1960-1973-cü  illəri əhatə edir. Bu 

mərhələdə  arxeoloji  qazıntı  işləri  zamanı  Azıx  paleolit 

düşərgəsinin  çöküntülərində  6  mədəni  təbəqə  qeydə  alınmışdır. 

Düşərgənin  I  və  II  təbəqələrində  aparılan  arxeoloji  qazıntılar 

zamanı  Orta  əsrlər,  tunc  və  Eneolit  dövrlərinə  aid  maddi 

mədəniyyət qalıqları tapılmışdır (Hüseynov, İsmayılov, 1967).  

Azıx  paleolit  düşərgəsinin  III  təbəqəsində  aparılan 

arxeoloji qazıntılar zamanı orta Paleolit dövrünə aid daş  məmulatı 

və  fauna  qalıqları  tapılmışdır.  Azıx  mağarasının  IV  təbəqəsində 



34 

 

aparılan arxeoloji qazıntılar zamanı maddi mədəniyyət nümunələri 



qeydə  alınmamışdır.  O na  görə  də  bu  təbəqə  lal  təbəqə  adlanır. 

Azıx  paleolit  düşərgəsinin  V-VI  təbəqələrində  aparılan  arxeoloji 

qazıntılar  zamanı  qədim,  orta  və  son  Aşel  mədəniyyətinə  aid 

zəngin maddi mədəniyyət qalıqları tapılmışdır (Hüseynov, 1985).  

1968-ci  ilin  iyun  ayında  M.M.Hüseynovun  rəhbərliyi 

altında  Paleolit  arxeoloji  ekspedisiyası    Azıx  düşərgəsinin  V 

təbəqəsinin  III  layında  daş  məmulatı  və  heyvan  sümükləri  ilə 

bərabər qədim insana məxsus alt çənə aşkar etmişdir. 

Azıx düşərgəsindən  tapılmış qədim  insana  məxsus olan alt 

çənənin  elmi  tədqiqi  ilə  D.V.Hacıyev  məşğul  olmuşdur. 

D.V.Hacıyevin  apardığı  elmi  tədqiqatlar  zamanı  çənənin  ibtidai 

insana  məxsus  olması  müəyyən  edilmiş  və  tapıntıya  şərti  olaraq 

azıxantrop tipli  ibtidai  insan adı  verilmişdir  (Hacıyev,  Hüseynov, 

1970). 


 Çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsində  1974-1985-ci 

illərdə  M.M.Hüseynovun  rəhbərliyi  altında  kompleks  şəkildə    II 

mərhələdə    arxeoloji  qazıntı  işləri  aparılmışdır  (Hüseynov  və 

başqaları, 1985). 

Düşərgədə  II  mərhələdə  aparılan  arxeoloji  tədqiqat 

işlərinin əsas  xüsusiyyəti ondan  ibarətdir ki, burada tədqiqat  işləri 

VI  təbəqədən  aşağıda  yerləşən  çöküntülərdə  aparılmış    və  4  yeni 

arxeoloji təbəqə qeydə alınmışdır (Hüseynov, 1976,1985).  




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə