Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə12/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   8   9   10   11   12   13   14   15   ...   106

47 

 

hazırladıqları İNTAS-2000 adlı proqram qəbul edilmişdir.  Həmin 



beynəlxalq  elmi  konfransda  Ə.Q.Cəfərov  Azərbaycan  üzrə 

əlaqələndirici seçilmişdir. 

Beynəlxalq İNTAS-2000 proqramına  uyğun olaraq son 50 

ildə  Azərbaycan,  Fransa,  İtaliya,  İspaniya,  Rusiya,  Gürcüstan  və 

Qafqaz  ərazilərində  olan  paleolit  düşərgələrindən  aşkar  olunmuş 

maddi  mədəniyyət  qalıqları  arxeologiya  elminin  son  nailiyyətləri 

əsasında  tədqiq  edilmiş,  Mustye  dövründə  yaşamış  ibtidai 

insanların  yaşayış  düşərgələrinin  xarakterik  xüsusiyyətləri 

müəyyən  edilmiş,  neandertal  tipli  insanların  inkişaf  edib  Homo 

sapiens,  yəni  kamil  insanlara  çevrilməsinin  əsas  xüsusiyyətləri  

müəyyənləşdirilmişdir.  Eyni  zamanda  Mustye  mədəniyyəti 

dövründə yaşamış insanların həyat tərzi, ovçuluq təsərrüfatı tədqiq 

olunmuşdur. Bundan başqa Azərbaycan, Fransa, İtaliya, İspaniya, 

Rusiya,  Gürcüstan və Qafqaz ərazilərində yaşamış neandertal tipli 

insanların 

hazırladıqları  əmək  alətlərinin 

texniki- tipoloji 

xüsusiyyətləri  öyrənilmiş  və  Avropa  ölkələrində  məskunlaşmış 

müasir  xalqların  Mustye  mədəniyyəti  dövründə  anatomik 

baxımından oxşar və fərqli xüsusiyyətləri  tədqiq olunmuşdur. 

Beynəlxalq  İN TAS-2000  proqramına  uyğun  olaraq 

Ə.Q.Cəfərov  2001-2003-cü  illərdə  3  ay  ərzində  Fransanın  Paris, 

Nis, Kənson, Perpinyan  və  Totavel şəhərlərində olan  laboratoriya 

və  muzeylərində  saxlanılan  Paleolit,  Mezolit,  Neolit  və  Eneolit 




48 

 

dövrlərinə aid maddi mədəniyyət qalıqları ilə tanış olmuş və orada 



elmi tədqiqat işləri aparmışdır (Cəfərov, 2004, 2006). 

Ə.Q.Cəfərov  Fransanın  İnsan,  Senjermen,  Milli  Təbiət 

tarixi  muzeylərində,  İnsan  Paleontologiya  İnstitutunda  və 

Totavelin  Avropa  arxeoloji  tədqiqatlar  mərkəzində  saxlanılan 

arxeoloji  materialların  elmi  tədqiqi  ilə  məşğul  olmuş 

“Azərbaycanın  paleolit  düşərgələrinin  maddi  mədəniyyət 

qalıqları”  adlı  elmi  məruzə  ilə  çıxış  etmişdir  (Cəfərov,  2004, 

2006). 


Son 50  ildə Fransa ərazisində professor  Anri dö  Lümleyin 

rəhbərliyi  altında  aparılan  kompleks  arxeoloji  tədqiqatlar  zamanı 

Paleolit,  Mezolit  və  Neolit  dövrlərinə  aid  arxeoloji  materiallar 

aşkar  edilmişdir.  Həmin  maddi  mədəniyyət  qalıqları  əsasında 

Fransanın,  Paris,  Nis,  Kənson,  Totavel  və  digər  şəhərlərində 

“Avropanın ilk sakinləri” adlı sərgilər və arxeoloji muzeylər təşkil 

olunmuşdur. 

Beynəlxalq  İNTAS-2000  proqramına  uyğun  olaraq  2002-

ci  il  sentyabrın  7-dən  oktyabrın  1-dək    Fransa,  İtaliya,  İspaniya, 

Rusiya, 


Azərbaycan, 

Gürcüstan  və  Hollandiya  alimləri 

Ə.Q.Cəfərovun  dəvətilə  Bakıya  gələrək  Azıx,  Tağlar,  Qazma, 

Buzeyir,  Daşsalahlı,  Damcılı  və  digər  paleolit  düşərgələrinin 

arxeoloji  və  paleontoloji  materialları  ilə  yaxından  tanış  olmuşlar. 

Avropa  alimlərindən  Anri  dö  Lümley,  Mariya  Antuanetta  dö 




49 

 

Lümley, Sala, Ciakobini, Karbonelli,  D.Yordkipanidze,  A.Vekua, 



M.Nioradze  Azərbaycanda  Daş dövrü  üzrə aparılan elmi  tədqiqat 

işlərinə  yüksək  qiymət  vermiş  və  buradan  tapılmış  maddi 

mədəniyyət  qalıqlarının  mühüm  elmi  əhəmiyyətə  malik  olmasını 

yekdilliklə qeyd etmişlər. 

2001-2005-ci  illərdə  Ə.Q.Cəfərovun  Beynəlxalq  İNTAS-

2000  proqramı  əsasında  Avropa  alimləri  ilə  birgə  apardığı  elmi 

tədqiqatlar  nəticəsində  Azıx  paleolit  düşərgəsində  ibtidai 

insanların 2,5  milyon  il əvvəl  məskunlaşması elmi surətdə sübuta 

yetirilmişdir.  Əgər  çoxtəbəqəli  paleolit  düşərgəsində  aparılan 

kompleks  elmi  tədqiqatlar  respublikamızın  ərazisində  ibtidai 

insanların  Quruçay  mədəniyyəti  dövründə  məskunlaşmasını 

göstərdisə, çoxtəbəqəli  Tağlar paleolit düşərgəsində aparılan elmi 

araşdırmalar  isə bu ərazidə neandertal tipli  insanların  inkişaf edib,  

Homo sapiens – kamil  insanlara çevrilməsini  arxeoloji  materiallar 

əsasında sübuta yetirdi. (Cəfərov, 2004, 2006). 

Beynəlxalq  İNTAS-2000  proqramı  üzrə  aparılan  elmi 

tədqiqat  işləri  eyni  zamanda  Azərbaycan  ərazisində  Mustye 

mədəniyyətinin  Yaxın  Şərq  və  Qafqaz  ərazisində  ən  qədim 

arxeoloji  mədəniyyət olmasını  və bu  mədəniyyətin 120  il bundan 

qabaq başlayıb, 35  min  il əvvəl  sona çatmasını  müəyyən etmişdir 

(Cəfərov, 2006). 



50 

 

2004-cü  il  avqustun  9-dan  sentyabrın  8-dək  AMEA 



Arxeologiya 

və 


Etnoqrafiya  İnstitutunun  Ə.Q.Cəfərovun 

rəhbərliyi  altında  Paleolit  arxeoloji  ekspedisiyası  Masallı  rayonu 

ərazisində  axan  Viləş  çayının  vadisində  arxeoloji  kəşfiyyat  işləri 

aparmışdır.  Ərazinin  Qodman,  Qəriblər,  Ərkivan  kəndləri 

ətrafında  aparılan  arxeoloji  kəşfiyyat  işləri  zamanı  11  ədəd  daş 

məmulatı  tapılmışdır.  Onların  8  ədədi  çaxmaq,  3  ədədi  isə 

dəvəgözü 

daşından  hazırlanmışdır.  Aşkar  olunmuş  daş 

məmulatının  texniki  və  tipoloji  xüsusiyyətlərinə  görə  bunların 

Mustyenin  sonu və üst Paleolit dövrlərinə aid olduğunu söyləmək 

olur (Cəfərov, 2005). 

2005-ci  ilin sentyabr ayında  Azərbaycan və  Rusiya Elmlər 

Akademiyasının  arxeoloji  ekspedisiyası  respublikamızın  Böyük 

Qafqaz  ərazisində  -  Qəbələ,  Quba  və  Xaçmaz  ərazilərində 

kəşfiyyat  işləri  aparmışdır  və  20-yə  qədər  daş  məmulatı 

tapılmışdır  (Mənsurov, Zeynalov, 2007). 

2007-ci  ilin  iyul- avqust  aylarında  AMEA  Arxeologiya  və 

Etnoqrafiya İnstitutunun Ə.Q.Cəfərovun rəhbərliyi altında Paleolit 

arxeoloji  ekspedisiyası  Lerik  rayonu  ərazisində  arxeoloji 

qazıntıları  bərpa  etmiş  və  Zuvandçay  sahillərində  kəşfiyyat  işləri 

aparmışdır.  Buzeyir  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar 

zamanı daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə