Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə13/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   9   10   11   12   13   14   15   16   ...   106

51 

 

Zuvançay  sahillərində  aparılan  arxeoloji  kəşfiyyat  işləri 



zamanı Daş dövrünə aid düşərgə qeydə alınmış və ona Zuvandçay 

mağarası  adı  verilmişdir.  Zuvandçay  mağarası  Lerik-Zuvand 

yolunun 10-cu kilometrliyində olub, Zuvandçayının sol sahilində, 

dəniz səviyyəsindən 1600 m yüksəklikdə yerləşir. 

Azərbaycan  Respublikası  ərazisində  Mezolit  və  Neolit 

dövrlərinə aid arxeoloji, paleontoloji və paleoantropoloji tapıntılar 

Qobustan  ərazisində  aparılan  arxeoloji  tədqiqatlar  zamanı  əldə 

edilmişdir.  Qobustanda  ilk  dəfə  arxeoloji  tədqiqat  işlərini 

İ.Cəfərzadə  1939-cu  ildə  aparmışdır.  Sonralar  1940-1965-ci 

illərdə  İ.Cəfərzadə  arxeoloji  tədqiqat  işlərini  davam  etdirmiş    və 

750 daş üzərində 3500-dən artıq qayaüstü təsvir qeydə alıb tədqiq 

etmişdir (Cəfərzadə, 1965, 1969, 1973). 

1966-cı  ildən  başlayaraq  Qobustanda  arxeoloji  qazıntı 

işləri  C.N.Rüstəmov  və  F.M.Muradova  tərəfindən  aparılmışdır. 

Onların  1966-2005-ci  illərdə  Qobustan  ərazisində  apardığı 

arxeoloji  tədqiqatlar  nəticəsində    “Ana  Zağa”,  “O vçular  zağası”, 

“Firuz”,  “Kənizə”,  “Şonqar”,  “Ceyranlar”,  “Qayarası”,  “Dairə”, 

“Böyükdaş”,  “Çapmalı”  yaşayış  yerləri  və  30-dan artıq kurqanlar 

qeydə  alınıb  tədqiq  edilmişdir  (Rüstəmov,  Muradova,  2003). 

C.N.Rüstəmov  və  F.M.Muradovanın  Qobustanın  yaşayış 

düşərgələrində apardıqları arxeoloji qazıntılar  zamanı 100  mindən 



52 

 

artıq  daş  məmulatı  və  ovlanmış  heyvan,  quş  və  balıq  sümükləri 



tapılmışdır. 

1972-ci 


ildə 

C.N.Rüstəmov 

və 

F.M.Muradovanın 



Qobustanın  “Firuz”  düşərgəsində  apardıqları  arxeoloji  qazıntılar 

zamanı  Mezolit  dövrünə  aid  qəbir  aşkar  edilmişdir.  Buradan    11 

insan skeleti və kəllə qapağı tapılmışdır (Rüstəmov, 1994). 

Beləliklə, 1953-2007-ci  illərdə Azərbaycan ərazisində  Daş 

dövrü  üzrə  aparılan  arxeoloji  tədqiqat  işləri  nəticəsində 

respublikamızın  ərazisində  30-dan  artıq  paleolit  abidəsi  qeydə 

alınıb  tədqiq  olunmuşdur.  Qeydə  alınmış  abidələrin  10-u  mağara 

düşərgəsi,  qalanları  isə  açıq  və  yerüstü  abidələrdən  ibarətdir. 

Aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində  Qazax,  Fizuli,  Şuşa, 

Şərur, Kəlbəcər, Lerik, Yardımlı və Qobustan rayonları ərazisində 

qədim  insan  düşərgələri  aşkar  edilmişdir.  Düşərgələrdən  tapılmış 

maddi  mədəniyyət  nümunələri  əsasında Azərbaycan Respublikası 

ərazisində 

ibtidai 


insanların 

yaşaması 

sübut  olunmuş, 

respublikamızın  ərazisinin  ən  qədim  insanların  uzun  müddət 

məskən  salıb  formalaşması  üçün  əlverişli  təbii  coğrafi  şəraitin 

olması  və  buranın  ən  qədim  sivilizasiya  mərkəzlərindən  biri 

olması kompleks tədqiqatlarla sübuta yetirilmişdir (Cəfərov, 2004, 

bax şəkil 1) 

Azərbaycan  Respublikası  ərazisində  Daş  dövrü  üzrə  elmi 

nailiyyətlərin  əldə  olunmasında  mərhum  arxeoloq  tarix  elmləri 




53 

 

doktoru,  professor  Məmmədəli  Hüseynovun  xüsusi  xidmətləri 



olmuşdur. 

Məmmədəli  Hüseynovun  Azərbaycan  ərazisində  apardığı 

arxeoloji  tədqiqat  işləri  nəticəsində  respublikamızın  ərazisində 

Paleolit  dövrünün  mövcud  olması  elmi  əsaslarla  sübuta 

yetirilmişdir.  Halbuki  1953-cü  ilədək  ölkəmizin  ərazisində 

Paleolit  dövrünə  aid  arxeoloji  abidələrin  olmadığı  və    burada 

insanların 

yaşamadığı  haqqında  yanlış  fikir  söylənilirdi. 

M.Hüseynovun  1953-cü  ildən  başlayaraq  apardığı  arxeoloji 

tədqiqat  işləri  nəticəsində  Damcılı,  Daşsalahlı    və  dünya  şöhrətli 

Azıx  və  Tağlar  paleolit  düşərgələri  kəşf  olunmuşdur.  Dünya 

arxeoloqları  M.Hüseynovun  rəhbərliyi  altında  çoxtəbəqəli  Azıx 

paleolit  düşərgəsində  aparılmış  elmi  tədqiqat  işlərinə  yüksək 

qiymət  verirlər.  1981-1983-cü  illərdə  Parisin  “İnsan”  muzeyində 

“Avropanın  ilk sakinləri” adlı  sərgi təşkil edilmiş    və orada  Azıx 

və  Tağlar  paleolit  düşərgələrindən  tapılmış  maddi  mədəniyyət 

qalıqları nümayiş etdirilmişdir. 

1971-ci  ildə  Məmmədəli  Hüseynovun  əldə  etdiyi  elmi 

nailiyyətlərə  əsasən  Azərbaycan  Elmlər  Akademiyasının  Rəyasət 

Heyəti  Daş  dövrü  arxeologiyası  şöbəsinin  yaradılması  haqqında 

qərar qəbul etmişdir. 

M.Hüseynovun  Daş  dövrü  şöbəsinə  rəhbərlik  etdiyi  25  il 

ərzində  Azərbaycan  paleolit  məktəbinin  əsası  qoyulmuşdur. 



54 

 

Hazırda  dünya  arxeoloqları  bu  məktəbin  əldə  etdiyi  elmi 



nailiyyətləri yüksək qiymətləndirirlər. 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

II FƏSĠL 

ANTROPOGENDƏ AZƏRBAYCANIN 

TƏBĠĠ COĞRAFĠ ġƏRAĠTĠ 

 

Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  müəyyən 

edilmişdir  ki,  ibtidai  insanların  həyatında  təbii  coğrafi  şəraitin 

mühüm  əhəmiyyəti  olmuşdur.  Alimlər  müəyyən  etmişlər  ki, 

ibtidai  insanların  və  ibtidai  icma  cəmiyyətinin  formalaşması  və 



55 

 

ayrı-ayrı  inkişaf  mərhələləri  təbii  coğrafi  şəraitin  inkişafı  ilə 



yanaşı  qarşılıqlı  əlaqədə  getmişdir.  Aparılan  elmi  araşdırmalar 

zamanı  məlum  olmuşdur  ki,  harada  əlverişli  təbii  coğrafi  şərait 

olmuşsa,  məhz,  ibtidai  insanlar  həmin ərazilərdə  məskunlaşmışlar 

(Məmmədov, 1998, Lümley, 2001, Cəfərov, 2004). 

Azərbaycanın tarixi ərazisi Cənubi Qafqaz və İranın şimal-

qərb  hissəsində  yerləşir.  Sahəsi  221,6  min  kv.km,  əhalisinin  sayı 

isə 40 milyon nəfərdən artıqdır (Məmmədov, 1998). 

Müasir  zamanda  bu  tarixi  ərazinin  bir  hissəsini  tutan 

Azərbaycan  Respublikasının  sahəsi  86,6  min  kv.km,  əhalisi  isə  8 

milyondan  artıqdır.    Cənubi  Azərbaycanın  ərazisi  isə  135  min 



kv.km, əhalisi isə 30 milyondan artıqdır (Məmmədov, 1998). 

Azərbaycan ərazisi düzənlik  və dağlıq relyefə  malik olub, 

mütləq  hündürlüyü  28  m-dən  (Xəzər  sahili  düzənlik)  4821  m-ə 

qədərdir (Savalan dağı). 

Azərbaycan  Respublikasının  ərazisi  beş  vilayətə  bölünür: 

onlardan dördü (  Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan Muxtar 

Respublikası,  Lənkəran) dağlıq, biri  isə (Kür-Araz  və  ya Mərkəzi 

Aran) ovalıqdır. 

Böyük  Qafqazın  Azərbaycan  ərazisi  hissəsində  iki  əsas 

dağ silsiləsi – Baş Qafqaz (Bazardüzü dağı 4462 m) və Yan silsilə 

(Şahdağ  4450  m)  uzanır.  Dağlıq  Şirvan,  Qobustan  və  Abşeron 

yarımadası cənub-şərqi Qafqazda yerləşir. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə