Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   89   90   91   92   93   94   95   96   ...   115

Tibinq qaş-qabağını töküb Lenqdona tərəf çevrildi:
- Mister Ren, görünür, sizin xeyriyyəçilik fəaliyyətinizin qiyməti bizi bir
dəqiqəliyə sakit buraxmağa çatmır. Ona görə də, tozu çıxarın, bu işi qurtaraq. –
Sonra o, Sofiyə tərəf çevrildi: - Missis Ren?
Sofi də oyuna qoşuldu, cibindən perqamentə bükülmüş kripteksi asta-asta
çıxartmağa başladı.
- İndi, - Tibinq xidmətçiyə sərt şəkildə dedi, - bizi bir dəqiqəliyə sakit
buraxacaqsınızmı?
Amma xidmətçi yerindən tərpənmirdi. O, gözlərini Lenqdondan ayırmırdı.
- Mən sizi hardasa görmüşəm…
- Mister Ren bura hər il gəlir, - Tibinq dedi. – Bunda təəccüblü bir şey yoxdur.
Birdən Sofi qorxdu, bəlkə oğlan Lenqdonu televizorda, keçən il Vatikanda
çəkilmiş proqram zamanı görüb?
- Biz mister Renlə heç zaman görüşməmişik, bu dəqiqdir, - xidmətçi oğlan
cavab verdi.
- Bax, səhv edirsiniz. – Lenqdon sakitcə etiraz etdi. – Biz sizinlə keçən il
görüşmüşük. Düzdür, Noulz ata o vaxt bizi tanış etmədi, amma mən sizi görən kimi
tanıdım. Bəli, mən başa düşürəm ki, biz çağırılmamış qonaq kimiyik, amma xahiş
edirəm, bizə bir neçə dəqiqə də vaxt Verin. Mən bu qədər uzun yolu buraya bir
məqsədlə gəlmişəm. Bir çimdik tozu bu müqəddəs qəbirlərin arasına səpmək üçün.
– Lenqdon son sözlərini daha əminliklə dedi.
Xidmətçi-oğlan inadkarlıq edirdi. Deyəsən o, təslim olmaq fikrində deyildi.
- Bunlar qəbir deyil.
- Bəs, sizcə nədir? – Lenqdon soruşdu.
- Əlbəttə ki, qəbirdir. – Tibinq dedi. – Sizin nə dediyinizi başa düşmürəm.
Xidmətçi-oğlan başını yırğaladı:
- Qəbirlərdə ölənin cəsədini basdırırlar. Bu isə onların daşdan təsviridir. Real
insanların heykəlləridir. Bu fiqurların altında cəsəd yoxdur.
- Yox, burda dəfn olunublar! – Tibinq inadkarcasına etiraz etdi.
- Qədim tarixi kitablarda belə yazılıb. Nə vaxtsa burda cəngavərlərin dəfn
edildiklərini hesab ediblər, amma 1950-ci ildə restavrasiyadan sonra aydın oldu ki,
bu belə deyil. – O, yenə də Lenqdondan gözünü çəkmirdi. – Və mənə elə gəlir ki,
bunu başqası olmasa da, mister Ren mütləq bilməlidir. Məhz onun ailəsi bu faktı
üzə çıxarmışdı.
Ortaya pərt sükut çökdü.
Amma bir neçə saniyədən sonra qapının möhkəm döyülməsi sakitliyi pozdu.
- Yəqin ki, Noulz atadır, - Tibinq dedi. – Bəlkə, gedib baxasınız?
Xidmətçi-oğlan şübhə ilə onlara baxdı, amma Tibinq, Sofi və Lenqdonu daş
cəngavərlərin yanında qoyub giriş qapısına tərəf getdi.
- Lyu, o nə danışır? – Lenqdon pıçıldadı. – Necə yəni, burda heç bir cəsəd
basdırılmayıb?..


Tibinq çaşıb qalmışdı.
- Bilmirəm. Mənə həmişə elə gəlirdi ki, bura, məhz həmin yerdir. O, nə
dediyini anlamır.
- Şerə bir də baxmaq olarmı? – Lenqdon soruşdu.
Sofi cibindən kripteksi çıxarıb ehtiyatla ona uzatdı. Lenqdon perqamenti açdı,
kripteksi əlindən qoymadan şeri oxudu.
- Bəli, burda tamamilə aydın şəkildə qəbirdən söhbət gedir. Daha daşdan
düzəldilmiş heykəldən yox.
- Bəlkə, şerdə səhv var? – Tibinq dedi. – Bəlkə, Cak Sonyer də mənim
buraxdığım səhvi təkrarlayıb?
Lenqdon fikirləşdi, sonra başını yırğaladı:
- Siz ki, özünüz demişdiniz, Lyu. Kilsə Prioratın hərbi qüvvələri olan
tampliyerlər tərəfindən tikilib. Axı kim də olmasa, Prioratın Böyük Ustadı burda
cəngavərlərin basdırılıb-basdırılmadığını bilməlidir ya yox?
Tibinq heç nə anlamırdı:
- Axı, bu ən uyğun yerdir! – o, yenə də daş cəngavərlərə tərəf əyildi. – Biz,
mütləq nəyisə gözdən qaçırmışıq!
Xidmətçi-oğlan giriş qapısına tərəf yaxınlaşdı, Noulz atanın burda olmadığını
görüb təəccübləndi.
- Noulz ata! – o çağırdı. Axı, mən eşitdim ki, qapını kimsə açdı, o düşündü və
irəliyə getdi.
Astanada frak geyinmiş arıq, hündür kişi dayanmışdı. Gicgahını qaşıyan bu
adam çaşqın vəziyyətdəydi. Yalnız indi xidmətçi-oğlan anladı ki, o, qəribə üç nəfəri
içəri buraxanda, giriş qapısını bağlamağı yaddan çıxarıb. Və budur, küçədən keçən
hansısa tip kilsəyə girib. Geyimindən hiss olunur ki, nişan mərasimini keçirmək
üçün vədələşməyə gəlib.
- Bağışlayın, - xidmətçi girişə tərəf qətiyyətlə addımlayıb ucadan dedi, - kilsə
bağlıdır!
Bu an onun arxasından paltar xışıltısı eşidildi və oğlan çevrilməyə macal
tapmamış, kiminsə güclü əli onun ağzını qapayaraq qışqırmağa qoymadı. Oğlan
gözlərinin ucu ilə əlin ağappaq olduğunu gördü. Onu incidən adamdan spirt iyi də
gəlirdi.
Frak geyinmiş arıq kişi kiçik tapançanı çıxarıb xidmətçi-oğlanı nişan aldı.
Oğlan ayaqlarından isti maye axdığını hiss etdi və qorxudan özünü batırdığını
anladı.
- Diqqətlə mənə qulaq as, - fraklı adam pıçıldadı. – Sən indi kilsədən sakitcə
çıxıb qaçacaqsan. Dayanmadan çox uzaqlara qaçacaqsan. Anladın?
Xidmətçi-oğlan başını tərpətdi, o, danışa bilmirdi.
- Əgər polisə xəbər vermək istəsən, - deyə arıq kişi tapançanın lüləsini onun
burnuna söykədi. – Mən səni taparam!


Sonrakı an xidmətçi-oğlan kilsənin həyətindən quş kimi uçdu və dayanmağı
ağlından belə keçirmədi.
LXXXVI FƏSİL
Saylas səssizcə öz qurbanına yaxınlaşdı. Sofi Neve onun yaxınlıqda olduğunu hiss
edəndə artıq gec idi. O çevrilincə, Saylas tapançanın lüləsini onun kürəyinə dayadı,
sonra güclü əli ilə onu tutub özünə tərəf çəkdi. Sofi qorxudan qışqırdı. Tibinqlə
Lenqdon eyni zamanda dönüb baxdılar, onların üzündən dəhşət və təəccüb
oxunurdu.
- Nə?.. – Tibinq ucadan dedi. – Siz mənim Remimlə nə etmisiniz?
- Bunu bilməsəniz də olar, - Saylas sakitcə cavab verdi. – Sizdən bir şey tələb
olunur: guşəli daşı mənə verib, buranı tərk edin.
Remi birinci mərhələdə onun qarşısına sadə və aydın məsələ qoymuşdu.
Kilsəyə girəcəksən, guşəli daşı alıb çıxacaqsan. Mübarizə, ölüm, qətl – olmamalıdır.
Sofini özünə möhkəm sıxaraq, Saylas o biri əlini yavaşca aşağı saldı. Qızın
sinəsindən sürüşüb aşağı düşdü, sonra belində gəzdi, sonra daha aşağı və nəhayət,
yun sviterin cibini eşələməyə başladı. Sonra ikinci cibi axtardı. Burnunu Sofinin ipək
saçlarına dayayan Saylasın alkoqollu nəfəsinə gözəl ətir qoxusu qarışmışdı.
- O hardadır? – Sofinin qulağına pıçıldadı. Guşəli daş əvvəl onun sviterinin
cibində idi. İndi hardadır?
- O burdadır! – Lenqdon ucadan dedi.
Saylas çevrilib baxdı. Və gördü ki, Lenqdon əlində qara kripteksi tutub onu
fırladır, elə bil matador öküzü cinləndirirdi.
- Yerə qoy! – Saylas ucadan dedi.
- Əvvəlcə Sofini burax. Qoy o, Tibinqlə birlikdə kilsədən çıxsın, - Lenqdon cavab
verdi. – Sonra biz ikimiz məsələni ayırd edərik.
Saylas Sofini kənara itələdi və Lenqdonu nişan alaraq ona yaxınlaşmağa
başladı.
- Dayan, yaxınlaşma, - Lenqdon dedi, - qoy, əvvəlcə onlar kilsədən çıxsınlar.
- Sən o vəziyyətdə deyilsən ki, əmr də edəsən.
- Yanılırsan, - deyə Lenqdon kripteksi başı üzərinə qaldırdı. – Bu dəqiqə onu
yerə çırpacağam! Onda hər şey bitəcək.
Yox, Saylası bu hədə qorxutmurdu. Amma nə edəcəyini bilmirdi. Bunu heç
gözləmirdi. Lenqdonun başını nişan aldı, səsinin və əlinin titrəməməsinə çalışaraq
dedi:


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə