Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   90   91   92   93   94   95   96   97   ...   115

- Sən bunu heç vaxt sındırmazsan. Qraal sənə daha çox lazımdır.
- Səhv edirsən. O, sənə çox lazımdır. Artıq sübut etmisən ki, bunun üçün adam
öldürməyə də hazırsan.
Onlardan 40 fut aralıda, tağın yanında gizlənmiş Remi Leqaludek birdən
qorxdu. Hər şey onların fikirləşdiyi kimi getmirdi, Saylas da özünü itirmişdi,
vəziyyətdən necə çıxacağını bilmirdi. Ustadın əmrini yerinə yetirən Remi, atəş
açmağı Saylasa qadağan etmişdi.
- Burax onları! – Lenqdon kripteksi daha da yuxarı qaldırıb Saylasın gözlərinin
içinə baxaraq yenə tələb etdi.
Rahibin qırmızı gözləri qəzəblə parıldayırdı. Remi dəhşətdən donub qalmışdı.
O qorxurdu ki, Saylas dözməyib Lenqdona atəş açsın. Və onda kripteks batdı.
Kripteks sınmamalıdır!
Kripteks Remi üçün azadlıq və zənginlik dünyasına giriş vəsiqəsi idi. Bir il əvvəl
o, öz ağasının, əlil ser Lyu Tibinqin hər istəyini yerinə yetirən Şato Villet qəsrində
yaşayan əlli beş yaşlı qulluqçu idi. Amma bir dəfə ona fövqəladə, hətta
başgicəlləndirici təklif etdilər. Dünyada Qraal üzrə ən yaxşı mütəxəssis olan
görkəmli tarixçi ser Lyu Tibinqə xidmət etmək, deyəsən, Remiyə azadlığı, hər şeyi
verəcəkdi. O vaxtdan Şato Villetdə keçən hər dəqiqə, hər saniyə onu arzusuna
çatmağa yaxınlaşdırırdı.
Mən məqsədə bu qədər yaxın olmamışam, Templ kilsəsində skamyada
oturmuş və Robert Lenqdonun əlindəki guşəli daşdan gözlərini çəkməyən Remi
düşündü. Əgər Lenqdon onu sındırsa, hər şey məhv oldu.
Özünü onlara göstərsinmi? Ustad bunu ciddi surətdə qadağan etmişdi. Onların
şərtinə görə Remi Leqaludekin əsil üzünü dünyada yalnız bir adam bilməliydi. O,
Ustad. Ondan başqa heç kəs.
- Siz əminsiniz ki, Saylas tapşırığı yerinə yetirə biləcək? – Cəmisi yarım saat
əvvəl Ustad guşəli daşı əldə etmək əmrini verəndə Remi ondan soruşmuşdu. –
Mənə elə gəlir ki, bunu ancaq mən edə bilərəm.
Ustad bunun qəti surətdə əleyhinə idi:
- Saylas artıq kifayət qədər bizə xidmət edib, Prioratı başsız qoyub. Guşəli daşı
da bir təhər əldə edəcək. Siz naməlum qalmalısınız. Əgər onlardan hər hansı biri
sizi görüb tanıyarsa, öldürüləcəksiniz. Kifayət qədər qətl törədilib. Ona görə də,
üzünüzü onlara göstərməyin.
Tezliklə mənim sifətim dəyişəcək, Remi düşündü. Onların vəd etdiyi pul, nəinki
onun həyatını, hətta görkəmini də dəyişməyə bəs edər. İndi cərrahlar hətta
barmaq izlərini də dəyişə bilirlər, Ustad ona demişdi. O, tezliklə azad olacaq. Daha
bir kişi hansısa çimərlikdə öz tanınmaz və gözəl üzünü günəş şüaları ilə qaraldacaq.
- Başa düşdüm, - Remi cavab verdi. – Özüm kölgədə qalıb, Saylasa göstərişlər
verəcəm.
- Remi, sizə deyim ki, - Ustad dedi, - onların axtardığı qəbir Templ kilsəsində
deyil. Ona görə də qorxmayın. Onlar lazım olan yeri axtarmırlar.


Remi təəccübləndi:
- Bəs, siz bilirsiniz ki, bu qəbir hardadır?
- Əlbəttə. Amma bu haqda sonra. Hələlik siz cəld və qətiyyətlə hərəkət
etməlisiniz. Əgər bu adamlar qəbirin əsil yerini öyrənsələr və siz guşəli daşı əldə
etməzdən əvvəl kilsədən çıxsalar, Qraal bizim üçün əbədi olaraq itirələcək.
Şəxsən Reminin Qraal heç vecinə də deyildi, amma Ustad demişdi ki, o
tapılmayınca, bir qəpik də pul verilməyəcək. Ustadın ona vəd etdiyi məbləği
düşünəndə, Reminin başı gicəllənirdi. İyirmi milyon avronun üçdə biri! Həmişəlik
gözdən itmək üçün bəs edəcək məbləğ. Remi artıq özünü müxtəlif şəhərlərin
çimərliklərində günəş şüası qəbul etdiyini, müxtəlif əyləncələrdən, nemətlərdən
zövq aldığını təsəvvür edirdi.
Amma indi Templ kilsəsində, Lenqdon guşəli daşı sındıracağını deyəndə, Remi
anladı ki, xoşbəxt gələcək itirilə bilər. O, Ustadın məsləhətlərini artın unutmuşdu.
Hər şeyi bir anda itirmək qorxusu, onu qətiyyətli addımlar atmağa məcbur etdi.
Əlində tutduğu tapança oyuncağa oxşayırdı, amma yaxın məsafədən atəş açsan
ölüm gətirəcək qədər təhlükəli idi.
Remi qaranlıqdan çıxıb Tibinqin başını nişan aldı:
- Qoca, mən səninlə hesablaşacağım günü səbirsizliklə gözləyirdim!
Sadiq qulluqçusu Reminin onun başını nişan aldığını görəndə ser Lyu Tibinqin
az qala ürəyi dayandı. Lənət şeytana, o, nə edir? Tibinq özünün «meduza» markalı
miniatür tapançasını dərhal tanıdı – bunu o, adətən limuzinin dolabçasında
saxlayırdı, hər ehtimala qarşı.
- Remi? – Tibinq heyrətlə dilləndi. – Nə baş verir?
Lenqdonla Sofi də özlərini itirmişdilər.
Remi Tibinqin arxasına keçib tapançanı onun kürəyinə söykədi. Tibinq qeyri-
ixtiyari olaraq qorxudan büzüşdü.
- Hər şey çox sadədir! – Tibinqin çiyni üstündən Lenqdona baxan Remi dedi. –
Guşəli daşı yerə qoy, yoxsa mən onu güllələyəcəm.
Lenqdon quruyub qalmışdı.
- Bu kripteksin sizə nə xeyri var? – o, nəhayət soruşdu. – Siz onu aça
bilməyəcəksiniz.
- Axmaqlar! – Remi acı-acı güldü. – Məgər siz görmürdünüz ki, mən bütün
gecəni sizin şer barədə söhbətlərinizə qulaq asıram? Deməli, eşitdiyimi başqa
adamlara da deyə bilərəm. Onlar, sizdən də çox bilirlər. Hətta sizin axtardığınız yer
də səhvdir! Qəbir tamam başqa yerdədir!
Tibinq təşvişə düşmüşdü. O, nə danışır?
- Qraal nəyinizə lazımdır? – Lenqdon soruşdu. – Onu məhv etmək üçün, hə?
- Saylas, mister Lenqdondan guşəli daşı alın! – Remi göstəriş verdi.
Rahib yaxınlaşdı. Lenqdon əvvəlki kimi kripteksi yuxarı qaldırıb geri çəkildi.
- Kripteksi belə əclafların əlinə verməkdənsə, onu sındıraram. – Lenqdon
hədələdi.


Tibinq qorxdu. Daha bir saniyə və ömrünü həsr etdiyi arzu məhv olacaq. Hər
şey bitəcək.
- Yox, Robert, yox! – o qışqırdı. – Bunu etməyin! Sizin əlinizdə Qraal var! Remi
məni öldürməz. Biz on ildən yuxarıdır ki, tanışıq…
Remi tapançanı göyə qaldırıb tavana atəş açdı. Kiçik tapança elə guruldadı ki,
onların qulağı batdı, atəş daş qübbə altında əks-səda verdi.
Hamı yerində dondu.
- Mən bura oyun oynamağa gəlməmişəm, - Remi dedi. – Növbəti gülləni onun
kürəyinə sıxacam. Daşı Saylasa Verin. Hə, tez ol!
Lenqdon çarəsizcə kripteksi rahibə uzatdı. Saylas irəli gəlib kripteksi aldı. Onun
qırmızı gözləri sevinc və qisas hisslərindən par-par yanırdı. O, kripteksi sutanasının
cibinə qoyub, Lenqdon və Sofini nişan almağa davam edərək geriyə çəkildi. Tibinq
hiss etdi ki, Remi onun boynunu daha möhkəm sıxıb kilsənin çıxışına tərəf çəkdi.
Tapança əvvəlki kimi onun kürəyinə dirənmişdi.
- Buraxın onu! – Lenqdon qışqırdı.
- Biz mister Tibinqlə gəzintiyə yollanırıq, - Remi dedi. – Əgər polis çağırsanız, o
öləcək. Aydındır?
- Ən yaxşısı məni aparın, - Lenqdonun səsi həyəcandan batmışdı. – Lyunu
buraxın!
Remi qəh-qəhə çəkdi:
- Sən mənim nəyimə lazımsan? Məni ser Lyu ilə dostluq illəri bağlayır. Həm də
o, bizə daha çox xeyir verə bilər.
Saylas da Sofi və Lenqdonu hədəfdə saxlayaraq qapıya tərəf əkilməyə başladı.
Tibinqin Qoltuq ağacları döşəməyə dəyib taqqıldayırdı. Sofi titrək səslə soruşdu.
- Siz kimə işləyirsiniz?
Remi verilən suala güldü.
- Mademuazel Neve, əgər bunu bilsəydiniz, çox təəccüblənərdiniz.
LXXXVII FƏSİL
Şato Villetin qonaq otağındakı Buxarı çoxdan sönmüşdü, amma Kolle onun yanında
gəzişərək İnterpoldan gələn faksları oxuyurdu.
İnformasiya çox gözlənilməz idi.
Rəsmi sənədlərə görə Andre Berne nümunəvi vətəndaş idi. Polisin
məlumatında onun adına heç bir hüquq pozuntusu qeydə alınmamışdı, hətta
cərimə belə etməmişdilər. O, prestici olan özəl məktəbdə təhsil almışdı, sonra


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə