Damğalar, rəmzlər… mənimsəmələr
- 268 -
larda rast gəlirik. Heç də təsadüfi deyildir ki, SSRİ Elmlər Akademiyasının
akademiki, tanınmış arxeoloq və şərqşünas, Dövlət Ermitaj Muzeyinin di-
rektoru Boris Piotrovski
(1908-1990) erməniləri qədim qayaüstü işarələri
özününküləşdirmək, onlara inanılmaz yozumlar vermək və bu işarələri «bü-
tün əlifbaların anası» kimi tanıtmaq səylərindən hiddətlənərək Ermənistan
Elmlər Akademiyası Rəyasət Heyətindəki çıxışında bunları bildirmişdir:
«Mesamor hay heroqlifləri haqqında geniş reklam olunan və təəssüf
ki, mötəbər elmi jurnalların da səhifələrinə çıxarılan mif dağılmışdır.
Halbuki, Mesamor petroqliflərinin «deşifrəsi» əsasında guya dünya-
nın bütün əlifbalarının mesamor-giksos-qədim erməni yazılarından
törənməsi barədə məsuliyyətsiz qənaətlər irəli sürülürdü».
133
O, indiki
Ermənistan ərazisində orta əsrlərə aid məzar daşları üzərindəki epiqrafik
yazıları, məsələn, «Əli... Qasım xan» sözlərini «qədim erməni əlifbası və
mətni nümunələri» kimi təqdim edən və onları «… sonra Od evi. İki dəfə
xeyir-dua alan və bulaqlı torpaqların əbədi sahibi olan Akop» kimi yozan
Suren Ayvazyana xitabən ərəb əlifbası ilə yazılmış mətnləri soldan-sağa de-
yil, sağdan-sola oxunmasını tövsiyə etmişdir. B.Piatrovski sonra demişdir:
«Ayvazyan kufi xətti ilə DAMĞA NİŞANLARINA bənzəyən işarələrlə
yazılmış «Məhəmməd», «Həsən», «Əli» sözlərini və buynuzlu heyvanla-
rın təsvirlərini də «hay heroqlifləri» adlandırmış və belə bir yozum ver-
mişdir: «Yay çölü… dövlətlilər gəldi-gedərdi… əsas zəngin binalar…
buynuzlu heyvanlar qurban kəsilmişdir… Qoy zəngin evlər cəhənnəmin
yolunu bağlasınlar».
134
B.Piotrovskinin son qənaəti, daha doğrusu, Ayvaz-
yan saxtakarlığına diaqnozu isə belə idi: «
Onun ortaya atdığı fərziyyələrin
çərçivəsi
və dəhşətli savadsızlığın əlamətləri heyrət doğurmaya bilməz».
İndi isə Kür-Araz mədəniyyətinin hələ də cavabsız qoyduğu suallarla ta-
nış olaq. Məlumdur ki, bu mədəniyyət Erkən Tunc dövrünə, yəni tuncun me-
tal xəlitə olaraq qədim insanların təsərrüfat fəaliyyətinə daxil olduğu çağlara
(e.ə. IV minilliyin sonu – III minillik) təsadüf edir.
Məlumdur ki,
tunc misin,
qalayın və sürmənin qatışığından alınan möhkəm metaldır. Ötən əsrin 50-ci
illərində alimlərimizin apardığı arxeoloji qazıntılar nəticəsində sübut olun-
muşdur ki, təkcə tarixi Azərbaycan ərazilərində deyil, ümumiyyətlə, Qafqaz
və Cənubi Qafqazda Erkən Tunc dövrü eramızdan əvvəl III minillikdə baş-
lanmışdı. İndiyədək tuncdan hansı ölkədə ilk dəfə istifadə edilməsi dəqiq
133
Ф.Ахундов. «Разрушители фалсификаций», http://nofalsify.com/.
134
Изв. АН Арм.ССР,
Науки о Земле, XVII, 6
Damğalar, rəmzlər… mənimsəmələr
- 269 -
müəyyən edilməsə də, bu bir həqiqətdir ki, məhz mis və qalay yataqlarının
yaxın olduğu region Tunc dövrünün ilk vətənidir. Qafqaz və Cənubi Qaf-
qaz ərazilərində isə qədim qalay mədənləri olmamışdır! Lakin bu, hələ də
elmi müzakirələr mövzusu olsa da, arxeoloji materiallar, qədim metal əşya
nümunələrinin analizləri həmin qənaəti təsdiqləməkdədir. Qeyd etmək la-
zımdır ki, Tunc dövründə Qafqazda qalay xüsusi qiymətə malik idi. Məsələn,
regionda aşkar olunmuş tunc əşyaların tərkibində qalayın miqdarı nadir hal-
larda 10%-i keçirdi. Bu faktın özü də qalayın regionda az tapılan metal ol-
duğunu və kənardan gətirildiyini təsdiqləyir.
135
Tanınmış arxeoloq, professor
İ.Səlimxanov Azərbaycanda metallurgiyanın və metalişləmənin məhz yerli
zəmin əsasında təşəkkül tapdığını bildirsə də, bütövlükdə Qafqaz regionun-
da metallurgiya dövrünün xəlitələrdən başladığını sübuta yetirmişdir. Yəni
tuncun hazırlanmasında istifadə edilən qalay buraya kənardan gətirilmişdir.
Lakin haradan? Tunc istehsalını yerli əhaliyə öyrədənlər kimlər olmuşlar?
Azərbaycan ərazisində qalayın olmamasını vurğulayan digər azərbaycanlı
arxeoloq Yusif Səfərov bu qənaəti bölüşərək, qalayın Ön Asiyadan daşınması
fikrindədir.
136
Akademik Boris Piotrovski isə Qafqazda qədim qalay yataq-
larının mövcud olmamasına dair rəylərlə razılaşmayaraq, bu metalın qədim
dövrlərdə kassiterit mineralından alınmasını və qədim Urartu dövlətinə
Urmiyə gölünün şərq sahilindən gətirilməsini iddia etmişdir.
137
Lakin kassi-
terit emalı texnologiyasının mürəkkəbliyi səbəbindən bu ideya hətta ehtimal
səviyyəsində təsdiqini tapmamışdır. Bu fikri dağıstanlı alim Ömər Davudov
dağınıq şəkildə olsa da, bölüşür: «Məlumdur ki, o dövrdə də Dağıstanda
kassiterit mineralı vardı, lakin açıq qalay yataqları haqqında məlumat yox-
dur. Qalay buraya kənardan, məsələn, Böyük Britaniya, İtaliya, İspaniya
(?) və ya Qazaxıstan ərazilərindəki mədənlərdən çatdırıla bilərdi».
138
Tunc
dövrü mədəniyyətinin konkret ünvanını, ilkin mənbəyini isə təqribən 110
il bundan əvvəl Praqa Universitetinin professoru, arxeoloq, etnoqraf, Çex
Elmlər Akademiyasının üzvü Lübor Niderle
(1885-1944) göstərmişdir. Av-
ropada Tunc dövrü mədəniyyəti haqqında nəzəriyyələri dərindən təhlil edən
alim özünün yeni nəzəriyyəsini irəli sürərək bunları yazırdı:
«İlk növbədə
135
А.Мнацаканян, И.Селимханов. «Исследование
некоторых оловянных предметов, наиденных в
Армении», http://hpj.asj-oa.am/1633/1/1971-1(285).pdf
136
Y.Səfərov. «Qədim Azərbaycan: nə bilirik», Bakı, 1989.
137
Б.Б.Пиотровский. «История и культура Урарту». Ереван, 1944.
138
О.Давудов. «Прикаспийская торговая дорога и археологические материалы», http://
dagistanhistory.livejournal.com/11308.html