Damğalar, rəmzlər… mənimsəmələr
- 270 -
qeyd etmək lazımdır ki, mövcud elmi nəzəriyyələrin heç biri Tunc döv-
rünün beşiyini Avropa ərazilərindən kənarda axtarmır. Dəqiq tipoloji
tədqiqatların nəticələri bu beşiyin Şərqdə, Asiyada olduğunu göstərir.
Çox böyük ehtimallara görə, bu yeni mədəniyyət məhz orada yaranmış
və bir neçə marşrut üzrə Avropaya çataraq burada yayılmışdır».
139
L.Niderle qənaətlərini təsdiqləmək üçün görkəmli alman alimi Rudolf
Virxovun
(1821-1902) Qafqaz ərazisindəki arxeoloji araşdırmalarının
nəticələrinə də müraciət etmiş, öz nəzəriyyəsi üçün əlavə təsdiqləyici sübut-
lar müəyyənləşdirmişdir. Belə ki, R.Vixrovun qənaətinə görə, Qafqaz yeganə
və əsas səbəb üzündən Tunc dövrünün vətəni sayıla bilməz: Bu ərazidə qalay
yoxdur. Buradakı məzarlıqlardan aşkar olunan tunc əşyalar tamamilə fərqli
xarakteristikaya malikdir və onların mənşəyini Asiyanın içərilərində axtar-
maq lazımdır: «
Tunc dövrü mədəniyyəti Qərbə iki istiqamət üzrə
daxil
olmuşdur. Birincisi, Ural dağlarından səmt götürmüş, digəri isə Xəzər
dənizinin cənub sahilləri ilə Kiçik Asiyaya gətirilmiş və oradan (tarixi
Azərbaycan ərazilərindən
– A.Q.)
Avropaya yayılmışdır. Bu marşrutlar-
dan ən
əhəmiyyətlisi
və təsirlisi ikinci yol olmuşdur».
140
Macarıstanda və
Sibirdə tapılmış tunc əşyalar arasındakı yaxınlıq vaxtilə danimarkalı arxe-
oloq Safus Otto Mülleri də
(1846-1934) ciddi maraqlandırmışdır. Bu fakt
hər iki ərazi arasında qədim mədəni bağlılığın mövcudluğundan xəbər ve-
rir. Lübor Niderle bu barədə bildirir: «
Avropada Tunc dövrünə aid silah
və məişət alətlərinin böyük hissəsi yalnız Sibir və Macarıstana aiddir.
Onların içərisində ikiağızlı baltalara (təbərzin, sakaris),
çəkic-baltalara
(bozdoğan, çomak
),
oraqlara və s. ən
çox
Sibirdə, Rusiyanın cənubunda,
sonra isə Macarıstanda və digər Avropa ərazilərində rast gəlinir. Bu
marşrutun özü Tunc dövrü mədəniyyətinin harada formalaşmasından
və necə yayılmasından xəbər verir». Və alimin son qənaəti belə olmuşdur:
«Beləliklə, bu mədəniyyət Mərkəzi Asiyada yaranmış, Sibirdə yüksək
inkişaf səviyyəsinə çatdırılmış və oradan Qərbə, Avropaya doğru səmt
götürmüşdür».
141
139
Л.Нидерле. «Человечество в доисторические времена» (доисторическая
археология Европы и
славянских земель). Санкт-Петербург, 1898.
140
Yenə orada.
141
Л.Нидерле. «Человечество в доисторические времена» (доисторическая археология Европы и
славянских земель). Санкт-Петербург, 1898.