Damğalar, rəmzlər… mənimsəmələr
- 100 -
hazırda həmin regionda yaşayan ayrı-ayrı türk xalqlarının etnik mədəni irsi
çərçivəsindən çıxararaq, onları vaxtilə mövcud olmuş vahid superetnosun,
«Turan» etnomədəni məkanının ortaq dəyərlərindən biri kimi qiymətləndirir.
Azərbaycan və kumık xalqlarının istifadə etdikləri damğalar arasında yaxınlığı
vurğulayan K.Əliyev bildirir:
«Biz «kumık damğaları» dedikdə onları bir
xalqın hüdudları ilə məhdudlaşdırmamalıyıq. Bu rəmzlər eyni zamanda
kumıkların etnogenezinin formalaşmasında iştirak etmiş bütün türk
tayfalarına da məxsusdur».
153
Tanınmış macar etnoqrafı Jan-Şarl dö Bess (Beş) 1829-1830-cu illərdə
Krımda, Şimali Qafqazın qaraçay və balkarların yaşadıqları ərazilərində
apardığı etnoqrafik ekspedisiyalar zamanı Qafqazdakı türk xalqları ilə
macarlar arasında etnomədəni bağlılığın olması qənaətinə gəlmişdir. Alim
Fransada işıq üzü görən «Krım, Qafqaz, Gürcüstan, Ermənistan, Kiçik
Asiya və İstanbula səyahət» əsərində qaraçay, balkar və macarların eyni
etnik kökə malik olmasını bildirmişdir.
154
Türklərin Avropa və Asiyadakı
məskunlaşma ərazilərini toponimlər vasitəsilə öyrənən dağıstanlı alim Şamil
Badaxov yazır:
«Qədim mənbələrə görə, Şimali Qafqazda eramızdan
əvvəl V minillikdən eramızın XIV əsrinin sonlarınadək xeyli sayda türk
tayfaları və xalqları - sak və kimerlər, sarmatlar, hunlar, alanlar, aslar,
bulqarlar, xəzərlər, kumanlar, barsillər, sabirlər, qıpçaqlar, utiqurlar,
kutikurlar, onoqurlar, bitoqurlar, oqurlar, basillər, akasirlər, oğuzlar,
çərkəzlər, kabarlar, macarlar, peçeneqlər, törkütlər, diqorlar, avarlar,
tatarlar... yaşamışlar. Adı çəkilən xalq və tayfaların bir çoxu müxtəlif
dövrlərdə Sak-skif, Hun, Kuman imperiyalarını, Böyük Bulqar, Alan
dövlətlərini qurmuş, Xəzər xaqanlığının və s. təməlini qoymuşlar».
Ş.Badaxovun araşdırmalarına əsasən, eramızın əvvəllərində Qafqazda
ümumtürk etnosunun 43%-ni alanlar, 31%-ni kumanlar, 9,4%-ni barsillər,
7,4%-ni xəzərlər, 7%-ni isə sabirlər təşkil etmişlər. Lakin Əmir Teymurun,
Toxtamış xanın hərbi yürüşləri nəticəsində Şimali Qafqazda türk xalqları
və tayfalarının kiçik bir qismi qala bilmişdir. Onların əsas hissəsi yurdlarını
tərk edərək Qərbə doğru səmt götürmüş, Ukraynada, Balkanlarda, İtaliyada,
Fransada, İspaniyada, Portuqaliyada və s. məskunlaşmışlar. Bu tarixi köçü
153
К.Алиев. «Тамга-знаки Дагестана. По материалам кумыков и их предков». КНКО: Вести.
Махачкала, № 8-10, 2003.
154
Yenə orada.
Damğalar, rəmzlər… mənimsəmələr
- 101 -
həmin ərazilərdəki xeyli sayda türk toponimləri də sübut edir.
155
Rusiyalı arxeoloq, tarixçi Mixail Rostovsev (1870-1952) Qafqaz
dağlarından Avropaya köç etmiş xalqların tarixinin öyrənilməsinə biganə
münasibət haqqında bunları bildirir:
«Xalqların köçü dövrünə həsr
olunmuş tədqiqat işlərinin bir çoxunda Avropanın fəth olunmasında
sarmat, alan tayfalarının roluna önəm verilməmişdir. Amma biz heç vaxt
unutmamalıyıq ki, onlar uzun illər boyu Qalliyada (Fransa) yaşamış…
İtaliyanı zəbt etmiş, vandallarla birlikdə İspaniyaya soxulmuş, sonra isə
Afrikanı ələ keçirmişlər». Bundan başqa, Türkiyə alimi Yusif Ayönlü Şərqi
Avropa ərazisində on bir qıpçaq boyunun - yeddioba, doqquzoba, qarabörklu
(qarapapaqlar), yortan (cortan), kulobaoğlu, kotan (kutan), dörd (dördlər)
ulaşoğlu, kəngəroğlu, elbörülü, bürcoğlu tayfalarının məskunlaşma izlərini
müəyyən etmişdir.
156
Şərqi Avropada Polşa-Litva tatarlarının damğa işarələrinin yaranma
səbəbləri üzərində bir
qədər dayanmağa ehtiyac vardır. Türklərin Baltikyanı
dövlətlərin ərazilərində kütləvi şəkildə məskunlaşmaları haqqında ilk rəsmi
məlumat XIV əsrin sonlarına təsadüf edir. Yazılı mənbələrdə göstərildiyi kimi,
Böyük Litva knyazı Vitaustas ölkəsini yadellilərin basqınlarından qorumaq,
sərhədlərini möhkəmləndirmək, əsgərlərinin hərbi təlimini yaxşılaşdırmaq
məqsədilə öz elçisini Qızıl Ordaya göndərmiş və 600 mahir döyüşçünü şəxsi
qvardiyasına dəvət etmişdir. Qızıl Orda dövləti süquta yetirildikdən sonra
qıpçaqların Qərbə doğru miqrasiya axını artmış, knyaz Vitaustasın ordusu
onların sayı və türk döyüş taktikası hesabına xeyli güclənmişdir. Məhz Toxtamış
xanın böyük oğlu Cəlaləddin xanın başçılıq etdiyi atlı döyüşçulərin sağ
cinahdan qəfil və sarsıdıcı hücumları nəticəsində məşhur Qrünvald döyüşündə
(1409-1411) tarixi qələbə əldə olunmuş, Tefton ordeninin cəngavərləri
ağır məğlubiyyətə uğramışlar. Knyaz Vitaustas döyüşdə fərqlənən qıpçaq
döyüşçülərinin bir hissəsinə zadəgan rütbələri, xüsusi imtiyazlar vermiş,
onlara iri torpaq sahələri bağışlamışdır. Onların ana dillərində danışmasına,
dini etiqadlarına məhdudiyyət qoyulmamış, vergilərdən azad edilmişdilər.
Tatar zadəganları Litva şlyaxtası əsilzadələri ilə eyni hüquqlara malik olmuşlar.
XVI əsrin birinci yarısından etibarən Reç Pospolitanın - 1569-cu il Lüblin
155
Ш.Бадахов. «По следам тюрков Северного Кавказа», Информационно-аналитический центр
«Алан». Карачаевск, 2004.
156
Yusuf Ayönü. XII.YY’da Balkanlarda Bizans ve kuman (kıpçak) münasebetleri. Tarih semineri dersi.
Ege Üniversitesi edebiyat fakültesi tarih bölümü. İzmir-Bornova, 2010.
Dostları ilə paylaş: |