Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   36   37   38   39   40   41   42   43   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 100 -
hazırda həmin regionda yaşayan ayrı-ayrı türk xalqlarının etnik mədəni irsi 
çərçivəsindən  çıxararaq,  onları  vaxtilə  mövcud  olmuş  vahid  superetnosun, 
«Turan» etnomədəni məkanının ortaq dəyərlərindən biri kimi qiymətləndirir. 
Azərbaycan və kumık xalqlarının istifadə etdikləri damğalar arasında yaxınlığı 
vurğulayan K.Əliyev bildirir: 
«Biz «kumık damğaları» dedikdə onları bir 
xalqın hüdudları ilə məhdudlaşdırmamalıyıq. Bu rəmzlər eyni zamanda 
kumıkların  etnogenezinin  formalaşmasında  iştirak  etmiş  bütün  türk 
tayfalarına da məxsusdur».
153
 
Tanınmış macar etnoqrafı Jan-Şarl dö Bess (Beş) 1829-1830-cu illərdə 
Krımda,  Şimali  Qafqazın  qaraçay  və  balkarların  yaşadıqları  ərazilərində 
apardığı  etnoqrafik  ekspedisiyalar  zamanı  Qafqazdakı  türk  xalqları  ilə 
macarlar arasında etnomədəni bağlılığın olması qənaətinə gəlmişdir. Alim 
Fransada  işıq  üzü  görən  «Krım,  Qafqaz,  Gürcüstan,  Ermənistan,  Kiçik 
Asiya  və  İstanbula  səyahət»  əsərində  qaraçay,  balkar  və  macarların  eyni 
etnik  kökə  malik  olmasını  bildirmişdir.
154
  Türklərin Avropa  və Asiyadakı 
məskunlaşma ərazilərini toponimlər vasitəsilə öyrənən dağıstanlı alim Şamil 
Badaxov  yazır: 
«Qədim  mənbələrə  görə,  Şimali  Qafqazda  eramızdan 
əvvəl V minillikdən eramızın XIV əsrinin sonlarınadək xeyli sayda türk 
tayfaları və xalqları - sak və kimerlər, sarmatlar, hunlar, alanlar, aslar, 
bulqarlar,  xəzərlər,  kumanlar,  barsillər,  sabirlər,  qıpçaqlar,  utiqurlar, 
kutikurlar,  onoqurlar,  bitoqurlar,  oqurlar,  basillər,  akasirlər,  oğuzlar, 
çərkəzlər, kabarlar, macarlar, peçeneqlər, törkütlər, diqorlar, avarlar, 
tatarlar... yaşamışlar. Adı çəkilən xalq və tayfaların bir çoxu müxtəlif 
dövrlərdə  Sak-skif,  Hun,  Kuman  imperiyalarını,  Böyük  Bulqar, Alan 
dövlətlərini  qurmuş,  Xəzər  xaqanlığının  və  s.  təməlini  qoymuşlar». 
Ş.Badaxovun  araşdırmalarına  əsasən,  eramızın  əvvəllərində  Qafqazda 
ümumtürk etnosunun 43%-ni alanlar, 31%-ni kumanlar, 9,4%-ni barsillər, 
7,4%-ni xəzərlər, 7%-ni isə sabirlər təşkil etmişlər. Lakin Əmir Teymurun, 
Toxtamış  xanın  hərbi  yürüşləri  nəticəsində  Şimali  Qafqazda  türk  xalqları 
və tayfalarının kiçik bir qismi qala bilmişdir. Onların əsas hissəsi yurdlarını 
tərk edərək Qərbə doğru səmt götürmüş, Ukraynada, Balkanlarda, İtaliyada, 
Fransada, İspaniyada, Portuqaliyada və s. məskunlaşmışlar. Bu tarixi köçü 
153
  К.Алиев. «Тамга-знаки Дагестана. По материалам кумыков и их предков». КНКО: Вести. 
Махачкала, № 8-10, 2003.
154
  Yenə orada.


Damğalar, rəmzlər… mənimsəmələr
- 101 -
həmin ərazilərdəki xeyli sayda türk toponimləri də sübut edir.
155
 
Rusiyalı  arxeoloq,  tarixçi  Mixail  Rostovsev  (1870-1952)  Qafqaz 
dağlarından  Avropaya  köç  etmiş  xalqların  tarixinin  öyrənilməsinə  biganə 
münasibət  haqqında  bunları  bildirir: 
«Xalqların  köçü  dövrünə  həsr 
olunmuş  tədqiqat  işlərinin  bir  çoxunda  Avropanın  fəth  olunmasında 
sarmat, alan tayfalarının roluna önəm verilməmişdir. Amma biz heç vaxt 
unutmamalıyıq ki, onlar uzun illər boyu Qalliyada (Fransa) yaşamış… 
İtaliyanı zəbt etmiş, vandallarla birlikdə İspaniyaya soxulmuş, sonra isə 
Afrikanı ələ keçirmişlər». Bundan başqa, Türkiyə alimi Yusif Ayönlü Şərqi 
Avropa ərazisində on bir qıpçaq boyunun - yeddioba, doqquzoba, qarabörklu 
(qarapapaqlar),  yortan  (cortan),  kulobaoğlu,  kotan  (kutan),  dörd  (dördlər) 
ulaşoğlu, kəngəroğlu, elbörülü, bürcoğlu tayfalarının   məskunlaşma izlərini 
müəyyən etmişdir.
156
 
Şərqi  Avropada  Polşa-Litva  tatarlarının  damğa  işarələrinin  yaranma 
səbəbləri üzərində bir
 qədər dayanmağa ehtiyac vardır. Türklərin Baltikyanı 
dövlətlərin ərazilərində kütləvi şəkildə məskunlaşmaları haqqında ilk rəsmi 
məlumat XIV əsrin sonlarına təsadüf edir. Yazılı mənbələrdə göstərildiyi kimi, 
Böyük Litva knyazı Vitaustas ölkəsini yadellilərin basqınlarından qorumaq, 
sərhədlərini  möhkəmləndirmək,  əsgərlərinin  hərbi  təlimini  yaxşılaşdırmaq 
məqsədilə öz elçisini Qızıl Ordaya göndərmiş və 600 mahir döyüşçünü şəxsi 
qvardiyasına  dəvət  etmişdir.  Qızıl  Orda  dövləti  süquta  yetirildikdən  sonra 
qıpçaqların  Qərbə  doğru  miqrasiya  axını  artmış,  knyaz  Vitaustasın  ordusu 
onların sayı və türk döyüş taktikası hesabına xeyli güclənmişdir. Məhz Toxtamış 
xanın  böyük  oğlu  Cəlaləddin  xanın  başçılıq  etdiyi  atlı  döyüşçulərin  sağ 
cinahdan qəfil və sarsıdıcı hücumları nəticəsində məşhur Qrünvald döyüşündə 
(1409-1411)  tarixi  qələbə  əldə  olunmuş,  Tefton  ordeninin  cəngavərləri 
ağır  məğlubiyyətə  uğramışlar.  Knyaz  Vitaustas  döyüşdə  fərqlənən  qıpçaq 
döyüşçülərinin  bir  hissəsinə  zadəgan  rütbələri,  xüsusi  imtiyazlar  vermiş, 
onlara iri torpaq sahələri bağışlamışdır. Onların ana dillərində danışmasına, 
dini  etiqadlarına  məhdudiyyət  qoyulmamış,  vergilərdən  azad  edilmişdilər. 
Tatar zadəganları Litva şlyaxtası əsilzadələri ilə eyni hüquqlara malik olmuşlar. 
XVI əsrin birinci yarısından etibarən Reç Pospolitanın - 1569-cu il Lüblin 
155
  Ш.Бадахов. «По следам тюрков Северного Кавказа», Информационно-аналитический центр 
«Алан». Карачаевск, 2004.
156
 Yusuf Ayönü. XII.YY’da Balkanlarda Bizans ve kuman (kıpçak) münasebetleri. Tarih semineri dersi.  
Ege Üniversitesi edebiyat fakültesi tarih bölümü. İzmir-Bornova,  2010.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə