Damğalar, rəmzlər… mənimsəmələr
- 98 -
Bu gün Dağıstan və Krımdakı türk xalqlarının, Kuban kazaklarının
qoyun dərisindən tikilmiş papaqlarının üst tərəfindəki (səmadakı Tanrının
öz döyüçüsünü fərqləndirməsi üçün) «xaçvari» ornamentləri – Tenqri xan
və Humay Ana rəmzləri zaman keçdikcə xristianlaşdırılsa da, ilkin
semantikalarını (İsa Məsihin göydən öz sadiq bəndələrini müşahidə etməsini)
qoruyub saxlaya bilmişdir.
Rusiyalı tədqiqatçı Nikolay Mininkov Kuban kazaklarının etnik mənşəyi
məsələsinə toxunmadan onların geyimlərində türk elementlərinin olması
səbəblərini belə izah edir: «Onların paltarları, baş geyimləri və silahları
digər tayfalara və xalqlara məxsus idi. Uzun müddət onların öz geyimləri
olmayıb. Rus, türk, çərkəz, tatar geyimləri, bəzən isə müxtəlif xalqlara aid
paltar elementlərinin məcmusu qəribə təəssürat oyadırdı».
147
XVIII əsrdə
yaşamış etnoqraf İ.Georqi kazakların milli geyimlərini belə xarakterizə edirdi:
«Bütün kazaklar bəzən polşalılar sayağı, əksər hallarda isə tatarlar
(türklər – A.Q.)
kimi geyinirdilər… Başlarına qoyun dərisindən dəyirmi
və kənarları hündür papaqlar qoyurdular».
148
Tatar alimi, Sankt-Peterburq
Universitetinin professoru Riza Bariyev isə Kuban kazaklarının milli kimliyi
barədə bunları yazır:
«Kazakların etnik təməlini tarixən bu ərazilərdə
yaşamış türk tayfaları təşkil edir. Əcdadlarımız monoteist dinlərə
– xristianlıq və islama tapınandan sonra bölünmüş, onlar arasında
dini birlik qan qohumluğunu üstələmiş, beləliklə, «rus kazaklarına»
çevrilmişlər».
149
Onu da qeyd edək ki, ilk türk və ya prototürk tayfalarının, o cümlədən saka/
skiflərin, sarmatların, massagetlərin Şimali və Cənubi Qafqaz ərazilərində,
Qara dənizin şimal və şərq sahillərində məskunlaşması bu gün tarixçi və
etnoqrafların, antropoloqların müzakirə mövzularından biridir. Vaxtilə Zelik
Yampolski, Mirfatah Zəkiyev kimi alimlər türklərin bu torpaqlarda hələ bizim
eradan əvvəl yaşamasını sübut etsələr də, məhz tarix elmini siyasiləşdirmək
meyilləri bu tədqiqatların inkişafına ciddi əngəl olmuşdur. Məsələn, hələ
1966-cı ildə arxeoloji materiallar əsasında bu qənaətə gəlinmişdir ki,
türklərin əcdadları Qafqazda, o cümlədən Azərbaycanda hələ miladdan
əvvəl II-I minilliklərdə yaşamış, yarımköçəri həyat tərzi sürmüşlər. Bundan
147
Н.Миннников. «Донская казачество в эпохе позднего средневековья (до 1671 г.)». Ростов н/Д., 1998.
148
«Донской народный костюм» Ростов н/Д, 1986.
149
Р.Барийев. «Казаки – коренные жители юга Росии». http://passion-don.org/kazak/bariev_1.html.
Damğalar, rəmzlər… mənimsəmələr
- 99 -
başqa, eramızdan əvvəl XIV əsrə aid Assuriya mixi yazılarında Urmiyə gölü
sahillərindəki «turukkular» barədə qeyd olunmuşdur.
150
Şimali və Cənubi Qafqaz ərazilərində geniş yayılan türk işarələri hələ 1636-
cı ildə burada səfərdə olmuş alman diplomatı və səyyahı Adam Olearinin də
diqqətindən qaçmamışdır. Səyyah «Moskoviya və Moskoviyadan keçməklə
İrana, oradan geriyə səyahətin təsviri» əsərində Azərbaycandakı «Barmak»
(Beşbarmaq) dağı haqqında təəssüratlarını belə ifadə edirdi:
«Bu dağ Xəzər
sahilindən iki muşket mənzili (güllə mənzili) məsafədə yerləşir. Uzaqdan
görünən dağın əhatəsi dairəvi şəkildədir, yuxarı hissəsi isə getdikcə bütöv
qayaya çevrilir... Qaya türkcə «Barmaq» adlanır. Sanki əlin açılmış
barmaqları kimi dağlardan yüksəkliyə ucalır».
151
Qolştiniyya elçisi bu
dağın ətəyindəki qədim karvansaranın daş divarlarında gördüyü damğaların
bəzilərinin təsvirlərini öz gündəliyinə köçürmüş və səhvən onları
«əlifba işarələri» adlandırmışdır. Olearinin haqqında bəhs etdiyi etnik türk
işarələrinin müxtəlif variantları bu gün Azərbaycanın xalçaçılıq sənətində də
geniş tətbiq olunur.
Azərbaycan ərazisindəki türk damğalarına maraq göstərənlər sırasında
Çar Rusiyasının dövlət xadimi, I Pyotrun müstəmləkəçilik siyasətinin əsas
ideoloqlarından sayılan Moldova knyazı Dmitri Qantemir (1673-1723) də
vardır. Vaxtilə Osmanlı sarayı mühitində böyüyüb-tərbiyə alan, türk adət-
ənənələrini, rəmzlərin daşıdığı mənaları gözəl mənimsəyən knyaz rus
ordusunun 1722-ci il Qafqaz yürüşündə fəal iştirak etmişdir. D.Qantemir
Dərbənd qala divarının Qiyamət qapısı üzərində həkk olunmuş işarələr
haqqında bunları yazırdı: «
Əminliklə demək olar ki, bunlar tatar (oxu:
türk –
A.Q.) damğalarıdır».
152
Dağıstanlı etnoqraf, Kumık Elm-Mədəniyyət
Cəmiyyətinin sədri Kamil Əliyev Şimali Qafqazda yaşayan türk xalqlarının
həyatında damğaların əhəmiyyətindən bəhs edən «Dağıstandakı damğa
nişanları» məqaləsində yazır:
«Balkarların, qaraçayların, noqayların və
kumıkların döyüş sancaqlarında, matəm ələmlərində, toy mərasimləri
bayraqlarında, bir qayda olaraq, nəsil damğaları həkk edilərdi. Hətta
gəlin ər evinə köçürüləndə toy karvanının önündə qaldırılan bayraq
üzərində oğlan evinin damğası qız ailəsinə aid nişandan yuxarıda təsvir
edilərdi». Müəllif haqlı olaraq Şimali Qafqazda yayılan qədim damğaları
150
«Вестник древней истории», 1952, № 2.
151
А.Олеарий. «Описание путешествия в Московию». М. «Русич». 2003.
152
Л.И.Лавров. «Историко-этнографические очерки Кавказа». Ленинград, 1978.
Dostları ilə paylaş: |