Damğalar, rəmzlər… mənimsəmələr
- 119 -
dövlətlərində, etrusklarda, türklərdə, çinlilərdə, eləcə də Misir sivilizasiyasının
bazası əsasında qurulan Krit şahlığında da dini atributlardan biri olmuşdur.
Amerikalı antropoloq Loriston Şarpın qənaətinə görə, baltanın mütləq
hakimiyyət rəmzi kimi üstün statusunun təməli hələ ibtidai icma dövründə
formalaşmağa başlamışdır. Belə ki, böyük zəhmət hesabına hazırlanan daş
baltalar qəbilənin ümumi mülkiyyəti hesab olunur, onu saxlamaq, başqalarına
«icarəyə vermək» hüququ yalnız icma başçısına verilirdi. Bununla da balta
tədricən sosial əhəmiyyət kəsb etmiş və dini-mifoloji çalarlarla zənginləşərək
hakimiyyətin
(tayfa başçısının, hökmdarın) rəmzinə çevrilmişdir. L.Şarp
fikirlərini təsdiqləmək üçün maraqlı bir misal çəkir: Avstraliya qitəsi kəşf
olunduqdan sonra buraya ayaq açan xristian missionerlər hələ də Daş dövründə
yaşayan Yir-Yoront qəbiləsini ələ almaq, «Məsihin yoluna yönəltmək»
məqsədilə onun üzvlərinin hər birinə dəmir baltalar hədiyyə etmişlər. Nəticədə,
az keçməmiş icma parçalanmış, onun strukturu və iyerarxiya pilləsi sürətlə
dağılmağa başlamışdır.
8
Saka-skiflərin mifoloji təsəvvürlərinə görə, tanrıların onlara göndərdiyi
rəmzi hədiyyələr arasında balta da vardır. Herodot bu barədə yazır:
«
Targitayın (skif panteonunda ilk insan, skiflərin əcdadı) üç oğlu vardı:
Lipoksay, Arpoksay və Kolaksay. Targitayın Skif ölkəsində şahlıq etdiyi
dönəmlərdə göydən yerə qızıl əşyalar düşmüşdü: kotan, boyunduruq,
sakaris (balta) və şərab camı. Böyük oğul Lipoksay yaxınlaşıb onları
qaldırmaq istəyəndə həmin əşyaları od bürüdü. İkinci oğul Arpoksay da
yaxınlaşanda bu əşyalar yenidən alovlandılar. Lakin kiçik oğul Kolaksay
onlara tərəf gedəndə alov söndü və o, həmin əşyaları evinə apardı. Buna
görə də böyük oğul atasının şahlığını kiçik qardaşına verməyə razı oldu».
Qeyd edək ki, yunanlar saka-skiflərdə din və hakimiyyət atributlarından olan
döyüş baltasına, o cümlədən ikiağızlı baltaya «saqaris» deyirdilər. Herodot
şişpapaq saklar
(tiqrahauda) haqqında bunları yazırdı: «
Saklar - onlar həm
də skiflərdir, başlarına düz şiş uclu papaqlar qoyar, …yay-ox, gödək qılınc
(akinak)
və balta-saqaris gəzdirirdilər».
9
Görkəmli alim, türk xalqlarının
qədim tarix və mədəniyyətinin tədqiqatçısı olmuş Tamara Talbot Rays
(1904-
1993) skiflərin saqarisə verdikləri önəmi şərh edərək bildirir:
«Doğrudur,
8
Sharp L. Steel Axes for Stone Age Australians // Steward J.C., Murphy R.F.:
Evolution and ecology,
Essays on Social Transformation by Julian H. Steward.
University of Illinois Press, Urbana, Chicago,
London, 1977.
9
Геродот. «История», ОЛМА-ПРЕСС Инвест, 2004