Damğalar, rəmzlər… mənimsəmələr
- 128 -
çəkilən birliyin rəmzlərindən biri baltavar - «aşağıya doğru yönəlmiş yay-ox»
idi və görünür, həmin nişan Kubrat xanın tayfasının damğası olmuşdur. Bu
faktın özü də baltavar damğası və Baltavar (Poltava) şəhərinin adları arasında
bağlılığı bir daha göstərir. Həmin damğa işarəsinin daha qədim variantlarına
Krım xanlarından Hacı Gireyin, Menqli Gireyin (Sultan Süleyman Qanuninin
qayınatası), Krım Gireyin, Şahin Gireyin -
, Dövlət Gireyin -
gerb və
möhürlərində rast gəlinir.
Tarixi mənbələrə əsasən, Krımda bu damğanı dövlət
rəmzi olaraq ilk dəfə Hacı I Gəray xan qəbul etmişdir.Ukraynada, sonralar isə
Rusiyada da «baltavar» kimi tanınan, əsrlər boyu knyaz və çarların sikkələri,
bayraqları üzərində həkk olunan bu damğa rus knyazlıqlarının dövlətçilik
atributları sırasında da mühüm yer tutmuşdur. Rusiyalı tədqiqatçı
A.Qalanin
«Üçdişli yaba hakimiyyət rəmzi kimi» məqaləsində damğanın daha geniş
ərazilərə, o cümlədən müasir Rusiyanın cənubuna yayılmasının səbəblərini
belə izah edir:
«X əsrdə Bulqar hökmdarları cənub ərazilərini – Krımı,
Don çayı, Qafqaz və Volqa çayı arasında olan torpaqları müdafiə etmək
məqsədilə muzdlu döyüşçulərdən ibarət dəstələr yaratmağa başladılar.
Həmin döyüşçülər «çirkeş» (çərkəz) adlandırılırdılar. «Çir» bulqarca
«azad», «keşi» (kişi) isə «insan» demək idi (fərqli yozuma görə, bu söz «ordu»,
«qoşun» anlamı verən «çəri» və «kişi» sölərinin birləşməsindən yaranmışdır
və «qoşun adamı», «orduya qoşulan» mənasını daşımışdır –
A.Q.). 1242-ci
ildə Volqaboyu Bulqar dövlətinin cənub əraziləri monqollar tərəfindən
işğal olunduqdan sonra çirkeşlər Noqay xanın xidmətinə keçdilər və
tədricən kazaklarla birləşdilər. Ukraynadakı «üçdişli yaba» rəmzi isə
onların da gerbinə çevrildi».
26
Ukraynalı Aleksandr Maslov da bu damğanın
türk kökənli olması və türk-slavyan birliyini təcəssüm etdirməsi qənaətindədir.
Lakin o, xarici bənzərliyi əsas götürərək baltavarı qədim türklərin digər
populyar damğası - «bakan», «baytörə», «bayterek» adlandırılan işarə ilə
eyniləşdirməklə, onun semantikasını üçdişli nizədə axtarmağa cəhd göstərir.
A.Maslov damğanın slavyanlar tərəfindən mənimsənilməsi səbəblərini belə
izah edir: «
Ukraynada iki türk tayfasının taraklı (daraqlı) və jalayırların
(cəlayirlərin)
nəsil nişanı «üçdişli yaba» olmuşdur. Hələ XIX əsrdə
aydınlaşmışdır ki, adına görə daraq işarəsi taraklı tayfasına, türklərin
«ayır» adlandırdıqları üçdişli yaba damğası isə
jəlayirlərə məxsus
idi. Ukraynada köçəri həyat tərzi sürən baqanqalıların (tayfa adı) da öz
damğaları vardı. Türk qvardiyası həmişə olmasa da, əksər dövrlərdə
26
А.В. Галанин. «Трезубец как символ власти», http://ukhtoma.ru/traditions3.htm
Damğalar, rəmzlər… mənimsəmələr
- 129 -
rus knyazlarının, eləcə də çarların dayağı olmuşdur. O da sirr deyildir
ki, qvardiya çox vaxt «süzrenlərinə» (xidmətində olduqları hökmdarlara)
öz «davranış qaydalarını», o cümlədən fərqləndirmə nişanlarını diktə
edir».
27
Rus «baltavarının», eləcə də dövlətçilik ənənələrinin qalın türk layından
«təmizlənməsi», daha doğrusu, «baltavar» işarəsinin birdən-birə «üçdişli yaba»
kimi təqdim edilməsi «sirri» isə rus şair və tarixçisi Nikolay Karamzinin (1766-
1826) adı ilə bağlıdır. Məhz onun tarixşünaslıq sahəsindəki səyləri nəticəsində
«baltavar» anlayışı qəflətən Rusiya heraldikasından birdəfəlik götürülmüş,
Rürixlər sülaləsi (rus tarixşünaslığına əsasən, Kiyev Rus dövlətinin təməlini
qoymuş norman konunqu Rürikin çar I Fyodoradək davam etmiş sülaləsi)
ilə əlaqələndirilmiş və «üçdişli yaba» anlamını verən
«trezubeü» sözü ilə
əvəzlənmişdir. Hələ sovetlər dönəmində N.Karamzinin kitabına yazılan öz
sözdə müəmmalı şəkildə etiraf edilir:
«Beləliklə, N.Karamzinin səyləri ilə
orta əsr rus sikkələrində, o cümlədən knyaz Yaroslav Vladimiroviçin
gümüş pulu üzərindəki məlum damğa işarəsi adını və təyinatını
dəyişmiş, tarixşünaslığa «üçdişli yaba» kimi düşmüşdür».
28
Elə isə rus
dövlətçilik simvolizmində «üçdişli yaba»nın ilkin təyinatı necə olmuşdur?
N.Karamzinin bu təşəbbüsü, bütövlükdə rus tarixşünaslığının «baltavar»
adından imtina edərək damğa işarəsini mənimsəmək cəhdi heç də həmin
dövrlərdə geniş vüsət almış ksenofobiya, velikorus millətçiliyi və ya milli
tarixi öyrənmək səyləri ilə əlaqəli deyildir. Bu ideya ilk növbədə siyasi-
tarixi məqsədlər daşıyırdı. Belə ki, əgər rus knyazları vaxtilə «baltavar»
damğasını öz dövlət rəmzləri kimi qəbul etmişdilərsə, bu nişan onların sikkə
və bayraqlarında əksini tapmışdısa, normal məntiqə görə, onların özləri
də «baltavar» və ya «eltəbər» titulunu daşımış, Xəzər, Bulqar, Qızıl Orda
dövlətlərinin təəbəsi və vassalları olmuşlar! Məlumdur ki, Kiyev knyazı Yuri
Dolqorukinin (1090-1157) bayrağını və şəxsi möhürünü baltavar işarəsi
bəzəmişdir. Bundan başqa, Rusiya imperiyasının ilk çarı, «Qroznı» ləqəbli
IV İvanın (1530-1584) möhur və gerbində də qıpçaq kökənli Qlinski zadəgan
sülaləsinin baltavarından istifadə olunmuşdur. Səbəbi isə bir tərəfdən çarın
etnik kökü, digər tərəfdən isə babalarının əsrlər boyu baltavar statusu daşıması
ilə əlaqəlidir. Xatırladaq ki, Kulikov döyüşünün iştirakçısı Mamay xanın və
27 А.Маслов. «Что формировало Украину: Славяне и тюрки», http://rusmir.in.ua/ist/935-iz-cikla-
chto-formirovalo-ukrainu-slavyane-i.html
28
Н.Карамзин. «История государства Российского». Т. 2. Москва, 1988
Dostları ilə paylaş: |