Damğalar, rəmzlər… mənimsəmələr
- 151 -
edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini (belə) izah edir ki,
bəlkə, Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız».
74
- «Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua
edin. Onun adları barəsində küfr edənləri («əziz» sözündən «Uzza»,
«Allah» sözündən «əl-Lat», «mənnan» sözündən «Mənat» kimi adlar
düzəldib haqq yoldan azanları)
tərk edin. Onlar etdikləri əməllərin
cəzasını alacaqlar!»
75
- «Gecə və gündüz, Günəş və Ay Onun əlamətlərindəndir. Günəşə və
Aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət
edirsinizsə (heç bir şərik qoşmadan ibadət edin)!
76
- «(Ey müşriklər!)
Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza
nəyə qadirdirlər?! Digər üçüncü (büt) olan Mənat da həmçinin?!
Məgər oğlanlar sizin, (bəyənmədiyiniz) qızlar Onundurmu?!
(Allahındırmı?!)».
77
Bundan başqa, Qurani-Kərimdəki «Qəmər» surəsində təsvir olunan hadisə
- Məhəmməd peyğəmbər tərəfindən Ayın parçalanması (şəqqül-qəmər),
əslində, Yerin təbii peykinin fiziki olaraq ikiyə bölünməsi kimi deyil, məhz
Aya – əl-Lata tapınan bütpərəst icmanın parçalanması, onların islam dininə
dəvət olunması kimi başa düşülməlidir.
Ay təsvirinin xristian simvolizminə daxil olmasına gəldikdə isə bu, həmin
dinin sinkretik mahiyyətindən, onun daha əski inanclardan, o cümlədən qədim
yunan panteonundan geniş bəhrələnməsinin bariz nümunəsidir. İş burasındadır
ki, Ay (Aypara) Yunanıstanda Olimp ilahələrindən biri - ovçuların, hamilə
qadınların, amazonların himayəçisi sayılan bakirə Artemidanın (onun qardaşı
Apollon Günəşi təcəssüm etdirirdi) rəmzi olmuşdur. Eramızdan əvvəl 339-
cu ildə isə Aypara təsviri Vizanti (Bizans, indiki İstanbul) şəhərinin rəmzinə
çevrilmişdir. Rəvayətə görə, həmin il Makedoniya hökmdarı Filipin (Böyük
İskəndərin atası) qoşunları gecə vaxtı səssizcə Vizantiyə yaxınlaşarkən,
qəflətən buludların arxasından çıxan bədirlənmiş Ay ətrafı işıqlandırmış
və keşikçilər düşmən hücumunun qarşısını ala bilmişlər. Eramızın 330-cu
ilində imperator Konstantin şəhərin adını «Konstantinopol»a dəyişmiş, onun
74
Гуран. 13:2
75
Гуран. 7:180
76
Гуран. 41:37
77
Гуран. 53:19-21
Damğalar, rəmzlər… mənimsəmələr
- 152 -
himayəçisinin Artemida deyil, Məryəm Ana olduğunu elan etmişdir. Eyni
zamanda, antik ilahənin bəzi xüsusiyyətləri ilə yanaşı, Aypara rəmzi də İsa
Məsihin anasına aid edilmişdir. O da xüsusi vurğulanmalıdır ki, milli, dini
qarşıdurmanı, irqi ayrı-seçkiliyi təbliğ edən xristian ədəbiyyatında «lövbəli
xaç» işarəsi və ya əksər hallarda «İsa Məsihin, yəni xaçın islam (Ay)
üzərində qələbəsi» və ya «İsa tərəfdarları ilə Məhəmməd hümməti arasında
barışmaz mübarizənin təcəssümü» kimi yozulur. Halbuki, obyektiv xristian
simvolikası bunu dini düşmənçilikdən kənar şəkildə, Ayın - Məryəm Ananın
bətnindən doğulan xaçın – İsa Məsihin rəmzi kimi izah edir. Onu da xüsusi
vurğulayaq ki, Avropada ilk xristian kilsəsi sayılan Kiş məbədi (Azərbaycan,
Şəki) qədim Ay ilahəsinə aid ziyarətgahın təməli üzərində inşa edilmişdir.
AND. Türk dillərində, o cümlədən Azərbaycan
türkcəsində bu gün də geniş istifadə edilən elə qədim ideomatik ifadələr var
ki, müasir yozumda «məntiqsizlik» təsirini bağışlayır. Onlardan biri də orta
statistik vətəndaşda «Axı, and maye deyil!» təbii etirazını doğuran
«and
içmək» ifadəsidir. Bu söz birləşməsinin etimoloji izahı qədim türk tayfalarında
«and» adlandırılan ortaq qardaşlaşma, əbədi müttəfiqlik mərasimi ilə bağlıdır.
Onun qrafik təzahürü olan (dairə içərisində üç nöqtə) eyni adlı damğa işarəsi
mərasimdə istifadə edilən əsas atributları - süd (qımız, şərab) dolu kasanı və
içərisindəki andlıların (and içənlərin) qan damlalarını ifadə edir. Qədim
türk damğa işarələri təsnifatında bu nişan «qan qardaşı olmaq», «qana and
ismək», «əhd etmək», bütövlükdə «qanla müqavilə bağlamaq» - ayrı-ayrı
insanların, qəbilə və tayfaların sarsılmaz birliyinin təməlinin qoyulması
kimi yozulurdu. Nöqtələrin üçbücaq təşkil etmələrini isə, əski türk mifik
təsəvvürlərinə əsasən, sakral işarə - Humay Ananın – döyüşçü ruhlarının, ailə
və körpələrin himayəçisi olan ilahənin «tumar»
rəmzi ilə əlaqələndirilir.
Belə hesab edilirdi ki, and mərasimi nəticəsində qazanılan yeni qohumluq
genetik yaxınlıqdan daha möhkəmdir. Ortaq türk etnomədəniyyətinin
varisləri olan bütün xalqlarda bu müqəddəs ayinin leksik elementləri, adət
və ənənələrdə izləri bu gün də qalmaqdadır. Diqqət çəkən məqamlardan biri
də müasir qaraçay dilində qardaşlaşmaya «ant» deyilməsidir. Akademik
Zelik Yampolski Azərbaycan xalqının mental xüsusiyyətləri içərisində «qana
and içmək» mərasimini vurğulayaraq qeyd edir
: «Bu baxımdan insanların
doğmalaşması (qardaşlaşması, himayəyə götürülməsi) adəti xüsusi önəm
Damğalar, rəmzlər… mənimsəmələr
- 153 -
kəsb edir. İki nəfər əllərini çərtərək qanlarını qarışdırır, bir-birinə etibar
nişanəsi olaraq silahlarını dəyişir və özlərini qardaş elan edirdilər».
78
XVI əsrə aid saxsı qab üzərində and
damğası (Türkiyə, İznik muzeyi)
79
Qədim inanclara görə, hər bir canlının ruhu onun damarlarında axan qanda
yaşayır. Hətta islam və iudaizm dinlərində heyvan qanı və onunla bişirilən
qidaların haram elan olunması bu mifdən qaynaqlanır. Maraqlıdır ki, Tövratda
Nuh peyğəmbərin Tufandan sonra qurban kəsib tonqalda yandırmasının və
islam dinində İbrahim peyğəmbərin Allaha qoç qurbanı kəsməsinin kökündə
də bəndə ilə Rəbb arasında əhd bağlamaq, bu birliyi qanla möhkəmləndirmək
fəlsəfəsi dayanmaqdadır. İslamın və iudaizmin vacib buyurduğu əməl – oğlan
uşaqlarının sünnət olunması (ivr. - brit-mala) ayini də bir tərəfdən onun dini
icmaya daxil olunmasının tam təsdiqi, digər tərəfdən isə əməli-saleh bəndə
olması barədə Yaradanla qan vasitəsilə bağlanan əhdi kimi dəyərləndirilir.
Maraqlıdır ki, Tövratda Rəbb-bəndə ittifaqı «brit» (ivr.- qan çıxanadək
kəsmək) adlanır. Orta əsr türk dövlətlərində hökmdar ailəsinə mənsub şəxslərin
78
Я.Ямпольский, «О древнейщих исторических свидетельствах обычая побратимствакровью и
оружием на Кавказе» // Известия Азерб. Филиала АН СССР, № 1-2. Баку, 1944.
79
«Osmanlı uyarlığı». İstanbul, 2002.
Dostları ilə paylaş: |