Damğalar, rəmzlər… mənimsəmələr
- 146 -
(Nanna, protoana, qədim türklərdə Humay Ana) simvolizə edirdi. Fonetik
baxımdan ilahənin adı tam şəkildə
NA-AN-NA kimi oxunur və «Ay», «səma
cismi», «səma daşı», «səma varlığı», «səmadan gələn» anlamlarını verirdi.
67
Onu da qeyd edək ki, şumer gil kitabələrində digər rəmzlərin - «yay-ox» və
«həyat» sözlərinin həm fonetik səsləndirilməsi, həm də qrafik təsvirləri demək
olar ki, eynidir. Yəni əski türk damğaları içərisində də geniş yer alan və
işarəsi və ya səkkizqollu xaç
(Günəş) nişanı «ti», «tir» və «tiri» kimi
oxunurdu. Bu sözlərin ortaq türk dillərindəki «diri», «tiri»
(canlı), «tir»
(ox),
«tirkeş»
(oxçu, sadaq) kəlmələri, eləcə də Mərkəzi Asiyada, Qafqaz və Cənubi
Qafqazda, Anadoluda, Krım və Altaydakı damğa işarələrinin
yozumu ilə yaxınlığı göz qabağındadır
. Həmin mifoloji sistem əsasında
qurulan, şumerlərdə Günəşi, sübhü, sökülən dan yerini bildirən «tin» kəlməsini
(türk dillərində – tan, dan) özündə əks etdirən
işarəsi, əslində, qədim və
müasir türk dövlətlərinin «ay-ulduz» rəmzinin, eləcə də xristian dinində eyni
təsvirli «qayıq»
(İsa Məsihin həvariləri ilə mindiyi qayıq), «lövbərli xaç»
nişanlarının prototipi sayıla bilər. Şumerlərdən sonra Babil və Assuriyanın
simvolizmində baş ilahi Şamaşın
(Günəşin) rəmzi bərabərtərəfli xaç və onun
stilizə olunmuş variantı - dördguşəli «ulduz» idi. Daha sonra bu təsvir akkad
mifologiyasında da geniş yer alaraq, eramızdan əvvəl 559-cu ilə kimi Günəş
ilahisi Aşşurun və onun xatunu olan Ay ilahisinin - Sinin birliyinin rəmzinə
çevrilmişdi. Göründüyü kimi, bu gün xristianlıq və islam dininin simvolikası
ilə bağlanan həmin universal işarələrin tarixi daha qədim dövrlər ilə bağlıdır.
Qədim Zəngəzurda, o cümdədən Laçındakı qədim qəbirüstü daşların üzərinə
həkk olunmuş Günəş və aypara təsvirləri bu fikri təsdiqləyir. Strabon da yazırdı
ki,
albanlar Zevsə, Heliosa
(Günəşə) və Selenyaya
(Ay) sitayiş edirlər.
Azərbaycanda Səfəvi dövlətinin təşəkkülü ilə iki təsvir – yaşıl və
qırmızı bayraqların üzərindəki Ay və səkkizguşəli «ulduz», döyüş tuğlarının
ucluqlarındakı ikibaşlı qartal nişanları da dövlət rəmzləri kimi qəbul edilmişdir.
1524-cü ildə qələmə alınmış «Cahanarayi-Şah İsmayıl Səfəvi» salnaməsində
Şah İsmayılın 1508-ci ildə Bağdada daxil olması təsvir edilərkən bildirilir:
«Şah İsmayıl ay-ulduzlu bayrağı altında Bağdada yaxınlaşdı. İraq əhalisi
yüyrək addımlarla onu qarşılamağa çıxdı». Mənbələrə əsasən, bu rəmz
Şah I Təhmasibin hakimiyyət illərinə kimi dövlət bayrağı üzərində qalmış,
sonralar yaşıl parça üzərində qızıl qoç və arxasında səkkizşüalı Günəş təsviri
67
Т.Гудава. «До i после Бiблii», http://www.netslova.ru/gudava/sumer/gl16.html
Damğalar, rəmzlər… mənimsəmələr
- 147 -
ilə əvəz olunmuşdur.
68
Bu faktın özu də tarixi Azərbaycan ərazilərində
və
işarələrinin semantikasının «Günəş» mifologemi ilə bilavasitə
bağlı olduğunu təsdiqləyir. İslam dininin beş və səkkizguşəli «ulduzları»
qəbul etməsinin səbəbi isə onların alleqorik şəkildə səma cisimləri ilə
əlaqələndirilməsindən savayı, dini ehkamlar və hədislərlə bağlanmasıdır.
Məsələn, beşguşəli «ulduzun» qolları islamın beş şərtini, səkkizguşəli işarə
isə mömin müsəlmanın səkkiz əməlini, cənnətin səkkiz qapısını və Əhli-
Beyt üzvlərini təcəssüm etdirir. Şah Xətayi də əslində bu rəmzi «Ay-ulduz»
ittifaqı kimi deyil, qədim oğuzların dövlətçilik ənənələri və kosmoqonik
təsəvvürlərindən qaynaqlanan «Ay-Günəş» birliyi şəklində təqdim edir, bəlkə
də, o dövrün siyasi mülahizələrinə görə həmin təsvirə Məhəmməd Peyğəmbər
(s.ə.s.) və Həzrət Əli
(ə) ilə bağlı yeni yozum verirdi. O, şeirlərinin birində
rəmzin daşıdığı mənanı belə açıqlayır:
Xətai der:
rəhm etməzəm yalana,
Özün
təslim edər özü gələnə,
Ay Əlidir, Gün Mühəmməd bilənə,
Bax,
nəzər eylə də, həmən arif ol.
69
Əslində, bu şeir parçasını səfəvilərin dövlət bayrağındakı rəmzin «poetik
obrazlarla kodlaşdırılmış təsviri» də adlandırmaq olar. Yəni Şah İsmayılın
təbirincə desək, «Həqiqət bir gizli sirdir, aça bilirsən gəl bəri». Yuxarıdakı şeir
parçası bir tərəfdən orta əsr Azərbaycanında «Ay-ulduz» təsvirindən istifadə
olunmasını bir daha təsdiqləyir, digər tərəfdən isə psevdodini hərəkatlara
yarınmaq istəyən bəzi üzdəniraq tarixçilərin və siyasətçilərin din amilini
qabardaraq, guya Şah İsmayılın «İslam qaydalarına zidd məzhəb xanədanı»,
«teokratik məmləkət» qurması barədə əsassız iddialarını heçə endirir. Halbuki,
Şah İsmayıl region tarixində ilk dəfə və Osmanlı imperiyasından fərqli olaraq,
qədim Göytürk, oğuz dəyərlərinə, dövlətçilik ənənələrinə söykənən dövlət
quruluşunu bərpa etmişdir. Fikirlərimizi arqumentləşdirməyə çalışaq. Əvvəla,
yuxarıdakı şeir bəndindən də aydın görünür ki, Göytürk simvolizmi ənənələrinə
sadiq qalan Səfəvi hökmdarı rəmzin semantikasının ilkin məzmununu özünə
qaytarmış, onu «Ay-Ulduz» birliyi ilə deyil, daha qədim və daha dəqiq olan
«Ay-Günəş» mifologemi ilə əlaqələndirmişdir. İkincisi, həmin artefaktın islam
68
C.Bayramlı. «Qızılbaşlıq və ay-ulduz təsviri», http://www.yenicag.az
69
Şah İsmayıl Xətayi. Əsərləri. «Şərq-Qərb», Bakı-2005